Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3016/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı2, Cavabdeh1 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5704/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 07 iyul 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı binanın qarşısında xx xxxxxx 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Cavabdeh2 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “X9” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 100 km sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozmuş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda İddiaçı1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü İddiaçı1 sağlamlığa ağır zərər vuran və həmin avto mobilin sürücüsü X1 az ağır zərər vuran xəsarət almışlar. Faktla bağlı 28 iyul 2015-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq zamanı Cavabdeh2 CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmiş, lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni Cavabdeh2 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığına görə cinayət işi üzrə icraata bir neçə dəfə, o cümlədən sonuncu dəfə 28 iyun 2019-cu il tarixli qərarla xitam verilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-592/2016 nömrəli iş üzrə 19.02.2016-cı il tarixli qətnaməsi ilə i ddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəqd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqlarının müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı üç il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 14.06.2017-ci il tarixli qətnaməsi ilə qətnamə qismən - borc kimi alınmış 17750 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın təmin edilməsi, eləcə də 3000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul olunmuş, 17750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində İddiaçı1 İsa oğlunun iddiası rədd edilmiş, sonuncunun əldən çıxmış faydaya görə 3000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddia tələbi təmin edilmiş və əldən çıxmış faydanın əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı1 ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat məbləğində avtomobildə zay olmuş əşyaların dəyərinin, İddiaçı1 üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14103 manat məbləğində pul vəsaitinin dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, avtomobilə dəymiş 9775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki kollegiyasının 22.12.2017-ci il tarixli qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər tərəfindən tələbkar İddiaçı1 34329 manat məbləğində pul ödənildiyindən və icra sənədi icra edildiyindən, Bakı Şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin 23.04.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçlar) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq müalicə və müayinəyə çəkilmiş 843 manat, dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xərci olaraq 2358 manat, İddiaçı1 vurulmuş mənəvi zərərin əv əzi olaraq 50 000 manat, ümumilikdə 58 670,79 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən İddiaçı2 Banka artıq ödədiyi 23557,02 manatın və İddiaçı2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 manatın, ümumilikdə 63 557,02 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 16 yaşlı oğlu xxxxxxtərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 ağır, yanındakı sərnişin isə az ağır bədən xəsarəti almışdır. Qəzadan sonra İddiaçı1 47 gün koma vəziyyətində qalmış, müayinə və müalicəsinə xeyli vəs ait sərf olunmuşdur. Zəruri müalicələri lazımi dərəcədə etdirməyə maddi imkanı olmadığından və eləcə də cavabdeh tərəf ona heç bir maddi yardım etmədiyindən o, sağtərəfli iflic və dil qüsurlu olmuşdur. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk dəfə məhkəməyə müraciət edəndən sonrakı dövrdə İddiaçı1 müayinə və müalicələri davam etmiş, həmin müayinə və müalicə xərcləri, habelə hadisə ilə bağlı iddiaçı tərəfin çəkdiyi bəzi xərclər əvvəlki iddia ərizəsində qeyd olunmamışdır. Belə ki, əvvəlki məhkəmə qərarlarında qeyd olunanlardan əlavə İddiaçı1 müayinə və müalicə olunması üçün 843 manat, müalicə olunması üçün zəruri olan dərman preparatlarının alınmasına 5469,79 manat, cavabdehlərin qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına müraciətlər üçün poçt xidmətlərinə 239,81 manat, müayin ə və müalicələrə, habelə şikayətləri ilə əlaqədar dövlət orqanlarına və məhkəmələrə gedərkən qonşuların və tanışların avtomobilinə yanacaq alaraq 2358 manat xərc çəkmişdir. Bundan əlavə, zərərçəkənin anası İddiaçı2 hadisə baş verməmişdən əvvəl, yəni 17 oktyabr 2014-cü il tarixində “xxxx” ASC-nin 1 saylı Sabunçu filialı ilə kredit müqaviləsi bağlayaraq, 4600 manat kredit götürmüşdür. Həmin vaxt oğlunun fiziki sağlamlığı yerində olub, işləyib gəlir əldə edib, ailənin maddi ehtiyaclarını qarşılayıb. İddiaçı2 əldə etdiyi gəlir hesabına isə banka olan kredit borcları vaxtında ödənilib. Hadisə baş verdikdən sonra o, öz gəlirləri hesabına həm oğlunun müalicə və müayinə xərclərini ödəməyə, həm də maddi ehtiyaclarını qarşılamağa məcbur olduğu üçün, kredit borclarını ödəyə və bank qarşısında öhdəliy ini icra edə bilməmişdir. O, bankdan götürdüyü kredit borcuna görə, faizlərlə birlikdə 6498,65 manat pul ödəməli olduğu halda, cavabdehlərin təqsiri üzündən baş vermiş hadisə nəticəsində ödəmə qabiliyyəti itdiyi üçün, banka faizlər və cərimələrlə birlikdə ümumilikdə 30055,67 manat pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, cavabdehlərin təqsiri üzündən o, banka 23557,02 manat məbləğində artıq pul ödəmişdir. Hadisə nəticəsində İddiaçı1 ona vurulmuş mənəvi zərəri 50000 manat, İddiaçı2 isə 40000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır. Belə ki, 2016-cı ildə İddiaçı1 onlara qarşı iddia qaldırmış, qəbul edilmiş qətnaməyə əsasən İddiaçı1 34000 manatdan artıq məbləğdə pul ödəmişlər. H əmin qətnamə tam icra olunduğuna görə icra işinin icraatına xitam verilmişdir. İddiaçının yenidən onlara qarşı məhkəmədə iddia qaldırmasını əsassız və qanunsuz hesab edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3404/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddianın 843 manat məbləğində müalicə və müayinəyə çəkilmiş xərcin tutulması hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tələb olunun müalicə və müayinə məbləğinin nədən ibarət olması və niyə məhz 843 manat məbləğində təşkil etməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra yenidən müalicə və müayinəyə ehtiyacının olub-olmaması barədə iş materiallarında sübut yoxdur. İddiaçılar tərəfindən təqdim edilmiş apteklərə ödənilmiş qəbzlərdə, həmin ödənişlərin məhz iddiaçılar tərəfindən ödənilməsi, hansı dərmanların alınmasına istifadə olunması, alınmış preparatların nədər ibarət olması və onların məhz İddiaçı1 müalicəsi üçün istifadə olunması məhkəmədə sübuta yetirilməmişdir. İddiaçılar tərəfindən təqdim olunmuş həmin qəbzlərlə alınmış tibbi preparatların məhz İddiaçı1 müalicəsi üçün nəzərdə tutulduğu müəyyən edilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə (5469,79 manat) də təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən təqdim olunmuş «xxxx» M MC-yə məxsus ödəniş qəbzlərində göstərilən həmin ödəniş məbləğlərinin məhz İddiaçı1 tərəfindən ödənilməsi qeyd olunmamışdır. Həmin qəbzlər əsasında məhkəmə iddianın 2358 manat məbləğində hissəsinin təmin edilməsini də mümkün hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin qanunsuz əməlləri ilə bağlı mütəmadi olaraq müxtəlif dövlət orqanlarına iddiaçının müraciət etməsinə görə çəkdiyi poçt xərclərinə ümumilikdə 239,81 manat məbləğində pul xərcləndiyini iddia etməsinə baxmayaraq, iddiaçı iddianın həmin hissəsi ilə bağlı da məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iddianın həmin hissəsi ilə bağlı vurğulamışdır ki, əslində cavabdehlərin hazırkı iş üzrə iddiaçılara qarşı hansısa qanunsuz əməllər törətməsi halı müəyyən edilməmişdir. Vaxtilə baş vermiş yol-nəqliyyat hadisəs i ehtiyatsızlıqdan baş vermişdir və həmin hadisənin törədilməsinə görə də cavabdehlərin üzərinə müvafiq məhkəmə qətnaməsi ilə iddiaçıya kifayət qədər yüksək məbləğdə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi öhdəliyi qoyulmuşdur. İş üzrə digər İddiaçı2 “xxxx” ASC-nin 1 saylı Sabunçu filialı ilə bağladığı kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən artıq ödədiyi 23557,02 manatın cavabdehlərdən tutulmasına dair iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, İddiaçı2 “xxxx” ASC-nin Sabunçu filialı ilə kredit müqaviləsini 17.10.2014-cü il tarixdə bağlamışdır. Yol-nəqliyyat hadisəsi isə 07.07.2015-ci il tarixdə baş vermişdir. Kredit müqaviləsi bağlanan zaman iddiaçı özü şəxsən həmin bank qarşısında özünə münasibətdə öhdəlik g ötürmüşdür. Sonradan məhz həmin və ya başqa kredit müqaviləsi üzrə həmin şəxsin öz öhdəliyinin bank qarşısında vaxtında yerinə yetirə bilməməsində cavabdehlərin heç bir təqsiri yoxdur. Eyni zamanda məhkəmə İddiaçı2 münasibətdə 40.000 manat məbləğində mənəvi ziyanın vurulması ilə bağlı irəli sürülmüş tələblə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmaları barədə məhkəməyə heç bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 21.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar apellyasiya şikayə ti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12229/2019 nömrəli iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 843 manat və mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 1343 manat pul vəsaitinin tutularaq İddiaçı1, mənəvi zərərin əvəzi kimi 500 manat pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhk əməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi müayinəyə çəkilmiş xərclər barədə qəbzlərdən görünür ki, İddiaçı1 koma vəziyyətindən çıxdıqdan sonra tibbi müayinələrdən keçmək üçün 140 manat + 165 manat + 30 manat +140 manat + 260 manat + 50 manat + 28 manat +30 manat olmaqla, cəmi 843 manat xərc çəkmişdir. Odur ki, həmin hissədə iddia təmin olunmalıdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs kimi İddiaçı1 mənəvi iztirab və sarsıntı, İddiaçı2 isə İddiaçı1 anası kimi mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iddiaçıların hər birinə mənəvi zərərə görə 500 manat məbləğində pul tutulması qənaətinə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xə rci olaraq 2358 manat, “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən İddiaçı2 banka artıq ödədiyi 23557,02 manat pulun cavabdehlərdən tutulmalı olması barədə iddia tələblərini əsassız hesab edərək həmin hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 1104.1, 1104.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar və cavabdehlər kassasiya şikayətləri vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1562/2020 nömrəli iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsi mənəvi ziyanla bağlı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verməmiş, hal-hazırda zərərçəkmiş İddiaçı1 səhhəti ilə bağlı onun hansı vəziyyətdə olması, yəni apellyasiya şikayətində qeyd edildiyi kimi, onun sağtərəfli iflic, nitqinin qüsurlu olub-olmamasını araşdırmamışdır. Bundan əlavə, zərərçəkmişin anası, digər İddiaçı2 yol-nəqliyyat hadisəsindən əvvəl, 17 oktyabr 2014-cü il tarixində “xxxx” ASC-nin 1 saylı Sabunçu filialı ilə bağlı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməsi, lakin hadisədən sonra oğlunun müayinə və müalicə xərcləri ilə bağlı cərimə və faizlərə görə əlavə 23.557,02 manat pul ödəməsinə dair iddia tələbinin dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmamış, həmin tələbin əsaslı olub-olmaması ilə bağlı müqavilə bağlanılan banka müvafiq sorğu verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbləri ilə bağlı maddi və mənəvi ziyanın məbləği qarşılıqlı əlaqələndirilməklə məhkəmə tərəfindən düzgün müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini MPM-in 106.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5704/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat və mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 3941,13 manat pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi MPM-in 420-ci maddəsindən çıxış edərək, kassasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tarix li qərarında qeyd olunmuş göstərişə əsasən işin tam, obyektiv və hərtərəfli araşdırılması ilə əlaqədar “xxxx” ASC-nin 1 saylı Sabunçu filialı ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 120GTUM142900003 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi ilə əlaqədar İddiaçı2 cərimə və faiz borcuna görə əlavə nə qədər pul ödənilməsi barədə sorğu vermişdir. Qeyd olunan sorğuya cavab olaraq məhkəməyə daxil olmuş “xxxx” ASC-nin Bakıxanov filialının 30.10.2020-ci il tarixli 1980 nömrəli arayışına əsasən, adıçəkilən kredit müqaviləsi üzrə kredit ödənişlərini gecikdirdiyi üçün İddiaçı2 banka 98,13 manat ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, işə əlavə edilmiş müayinəyə çəkilmiş xərclər barədə qəbzlərdən göründüyü kimi, İddiaçı1 koma vəziyyətindən çıxdıqdan sonra ti bbi müayinələrdən keçmək üçün 140 manat + 165 manat + 30 manat +140 manat + 260 manat + 50 manat + 28 manat +30 manat olmaqla, cəmi 843 manat xərc çəkmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan o, sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, cavabdehlər mənəvi zərərin ödənilməsinə görə məsuliyyətdən azad edilməməli və iddiaçıya vurduqları mənəvi zərərə görə məsuliyyət daşımalıdırlar. Məhkəmə mənəvi zərərə görə cavabdehlərdən 3000 manat pulun alınaraq iddiaçılara ödənilməsini ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 1104.1, 1104.2, 1097-ci, MPM-nin 14.2, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı2 və cavabdehlər kassa siya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı2 (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehlərdən müayinəyə çəkilmiş 843 manat, dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xərci olaraq 2358 manat, mənəvi zərərin əvəzi olaraq 50 000 manat, ümumilikdə 58 670,79 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 manat, gecikməyə görə banka artıq ödənilən pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə iddia tələblərini müalicə və müayinə olunmaq üçün dərman preparatlarının alınması və nəqliyyat xərclərinin tutulması hissəsində təmin etməməklə Mülki Məcəllənin 1118-ci maddəsini düzgün tətbiq etməmiş, hüququn tətbiqində səhvə yol vermişdir. Məhkəmə mənəvi zərəri ədalətlilik və mütənasiblik prinsipinə zidd olaraq dəfələrlə azaltmış, absurd məbləğ təyin etmişdir. Kassasiya şikayətinin əsası kimi, MPM-in 9.1, 9.3, 14.1, 88, -cü, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1104, 1118-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Cavabdehlərin kassasiya şikayətinin dəlilləri Cavabdehlər (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barəd ə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. İddiaçılar mənəvi iztirab və sarsıntı keçirmələri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə əsassız olaraq mənəvi zərərə görə zərərçəkmiş İddiaçı1 anasının da xeyrinə pul tutmuşdur. Bundan başqa, məhkəmə 3000 manat pulu nəyə əsasən müəyyən etdiyini əsaslandırmamışdır. Məhkəmə tələbetmə müddətinə əhəmiyyət verməmişdir. Hadisədən 4 il sonra qaldırılmış iddia yalnız iddiaçıların maddi vəziyyətinin yaxşılaşmasına xidmət edir. Məhkəmə 941 manat maddi ziyanın tutulmasını da əsaslandırmamış, verilmiş tələbdən kənara çıxmışdır. Çünki iddia tələbində belə məbləğ qeyd olunmamışdır. Hazırkı iddia tələbi cavabdehlərin hesabına zənginləşmək məqsədi ilə verilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili ayrı-ayrılıqda cavabdehlərin kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyas ı MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də qətnamədən İddiaçı1 kassasiya şikayəti vermədiyindən qətnamə İddiaçı2 kassasiya şikayəti əsasında onun tələbinin təmin olunmayan hissəsində və cavabdehlərin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitin də əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla mü stəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər (maddələr 1104.1, 1104.2). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarı...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anad angəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqları nın müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir....mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyə tdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı2 kassasiya şikayətinin dəlilləri əsasən İddiaçı1 tələblərinin təmin olunmayan hissəsi ilə bağlıdır. Halbuki sonuncu kassasiya şikayəti vermədiyi üçün hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissəsi yoxlanılmır. Həmin hissəni mübahisələndirmək və bununla bağlı dəlillərə istinad etmək hüququ İddiaçı1 məxsusdur. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən ayrılıqda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5704/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - İddiaçı2 tələbinin təmin olunmayan hissəsində və iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3016/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3016/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver