Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3017/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6472/2018 nömrəli iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (ha kim Səadət Səlimova) 2(011)-582/2018 saylı 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 6454,30 ABŞ dolları, faiz borcuna görə 1152,13 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla cəmi 7656,43 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 20 manatın “xxxx” İKB-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mül ki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Fuad Babayev, Elnur Həsənov) 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” İKB ASCyə münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə müştərək qaydada ödənilməli olan faiz borcunun məbləği 1502,45 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza tədqiqatının dəyəri 120 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: Kreditor “xxxx” İKB borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair əzizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək kredit müqaviləsindən irəli gələn 29.10.2015-ci il tarixədək hesablanmış ödənilməmiş 7236 ABŞ dolları əsas borc və 1437 ABŞ dolları faiz borcu, cəmi 8673 ABŞ dolları, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub “xxxx” İKB-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 noyabr 2015-ci il tarixli 2(011)-9767/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh1 tərəfindən məhkəmə əmrindən etiraz verildiyindən məhkəmənin 22 noyab r 2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 6513,07 ABŞ dolları, faiz borca görə 2676,58 ABŞ dolları, cəriməyə görə 3406,71 ABŞ dolları olmaqla cəmi 12596,36 ABŞ dolları borcun, 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətikassasiya şikayəti verərək Bakı Apelly asiya Məhkəməsi mülki kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Öhdəlik tam icra edilənə kimi faiz hesablanmalı olmasına baxmayaraq məhkəmə bu hala əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 24 ay müddətinə q aytarmaq, illik 22% ödəmək şərti ilə 12700 ABŞ dollar kredit pul məbləği verilmişdir. Digər Cavabdeh2 Cavabdeh1 verilmiş kreditin ödənilməsinin təminatı olaraq zamin qismində bank qarşısında üzərinə öhdəliklər götürmüşdür. Tərəflər arasında 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavə ilə 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsinin verilmə müddəti 31 ay müəyyən edilmiş, kreditin bağlanma tarixi 05.01.2017-ci il müəyyən edilmiş və illik faiz dərəcəsi 21% müəyyən edilmişdir. Borclu kreditor qarşısında götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən, nəticə etibarı ilə bank qarşısında əsas, faiz və cərimə borcu yaranmış, bu səbəbdən bank borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət e tmək məcburiyyətində qalmışdır. Xətai rayon məhkəməsinin “məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə” 26 dekabr 2017-ci il tarixli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.02.2018-ci il tarixli, 1541 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə cavabdehlərin 05.06.2016-cı il tarixə 7185,51 ABŞ dolları əsas və 1029,61 ABŞ, dolları faiz borcunun olması müəyyən edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında bank hesab, kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbl əğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehlərdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə düzgün nəticəyə gəlsə də, hesablanmış faiz borcu üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Xətai rayon məhkəməsinin “məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə” 26 dekabr 2017-ci il tarixli qərardadının icrası ilə əlaqədar Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.02.2018-ci il tarixli, 1541 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə cavabdehlərin 05.06.2016-cı il tarixə 7185,51 ABŞ dolları əsas və 1029,61 ABŞ, dolları faiz borcunun olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kredit müqavil əsi üzrə əsas və ona hesablanmış faiz məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü 17 iyul 2018-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19853 saylı 25 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə tərəflər arasında bağlanmış 05.06.2014-cü il tarixli *********** saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə cavabdehlərin 05.01.2017-ci il tarixə 7174,99 ABŞ dolları əsas, 1502,45 ABŞ dolları faiz və 235,04 ABŞ dolları cərimə borcunun olması müəyyən edilmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən 05.02.2017-ci il tarixli maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 6513,07 ABŞ dolları, faiz borcu isə 2676,58 ABŞ dolları faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən 05.01.2017-ci il tarixə (müqavilə üzrə öhdəliklərin sonuna) ödənilməsi tələb olunan əsas borcun çox, faiz məbləğinin isə az hesablandığı müəyyən olunmuşdur. Bunun la əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin kredit borcu üzrə faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, əsas borcu isə iddiaçı tərəfindən tələb olunan məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas borc məbləğinin ekspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir. Buna görə də ekspertiza rəyi üzrə hesablanmış əsas borc cavabdehlərdən tututulmamalıdır. Çünki, ekspert rəyi ilə müəy yən edilmiş əsas borc məbləğinin cavabdehlərdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərin 05.01.2017-ci il tarixədək Banka ödənilməmiş faiz borcu 1502,45 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Belə olan müqavilələrin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllə nin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətininkassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6472/2018 nömrəli iş üzrə 11 dekabr 2018ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əh
Məhkəmə qərarları › İş №2(102)-3017/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3017/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver