Məhkəmə qərarları › İş №2(102)-3017/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3017/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3017/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti (“xxxx” Açıq Səhmdar Cəmiyyəti) Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5408/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə dair işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 22% olmaqla, 18 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat 19 sentyabr 2016-cı il tarixdə İddiaçı X1 ASC Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 12436 ABŞ dolları əsas borc, 2899 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15335 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmas ı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11807,50 ABŞ dolları əsas, 4490,67 ABŞ dolları faiz və 2431,17 ABŞ dolları dəbbə borcu və kredit müqaviləsi üzrə 09.11.2018-ci il tarixədən 05.09.2019-ci il tarixədək gecikdirilmiş gün üçün illik 5 faiz hesablanmaqla 486,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 19216,09 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə alınmış 03 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 09 dekabr 2014-cü il tarixli kredit şərtləri və gecikdirilmiş 5 faiz dərəcəsi əsas göt ürülməklə Cavabdeh1 banka 12.09.2019-ci il tarixinə 11000,79 ABŞ dolları əsas borc, 3474,92 ABŞ dolları faiz borcu olması müəyyən edilir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-25/2020 nömrəli iş üzə 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə əsas 11000,79 ABŞ dolları, faiz borcu üzrə 3474,92 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən 09.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün müddətdən 05.09.2019-cu il tarixə (5%) hesablanmaqla 486,75 ABŞ dolları, cərimə 100 ABŞ dolları olmaqla, cəmi 15062,46 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olmaqla tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edil mişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmadığı hissədə ləğv edilərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız ekspert rəyinə istinad etməsi, ekspertin verdiyi rəylə iş materialları arasında ciddi fərqlərin olmasına, ekspertin yanlış hesablamalar aparmasına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5408/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov, R.M.Həsənov) iddiaçının apelyasiya şikayəti qismən təmin olunmuş, qətnamə “cavabdehlərdən müştərək qaydada müqavilə üzrə əsas 11000,79 ABŞ dolları, faiz borcu üzrə 3474,92 ABŞ dolları, cərimə 100 ABŞ dolları olmaqla, cəmi 15062,46 ABŞ dolları ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq müştərək qaydada alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi” hissələrində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada əsas 11215,58 ABŞ dolları, faiz borcu üzrə 4490,67 ABŞ dolları, cərimə 1200 ABŞ dolları olmaqla, cəmi 17393 ABŞ dolları ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq müştərək qaydada alınaraq «xxxx» ASC-yə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən dəyişdirilmədən saxlanılmışdır. qalan hissədə və onlara münasibətdə Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götür düyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə, birinci instansiya məhkəməsi Cavabdeh1 tutulmalı olan kredit borcunun məbləğlərini düzgün müəyyənləşdirməmişdir. Belə ki, birinci instansiya məhkəmə iş üzrə ekspertiza tədqiqatı təyin edərkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə tarixini 09.06.2016cı il göstərərək həmin ta rixi borcun hesablanmasını tələb etsə də, tərəflər arasında bağlanmış müqavilənin müddəti 09.11.2018-ci il tarixdə bitir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı bank, ekspertin yanlış hesablamalar apardığını irəli sürmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, alınmış ekspert rəyində 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin, eləcə də 29.05.2015-ci il tarixli və 27.11.2015-ci il tarixli əlavələrin şərtləri nəzərə alınmaqla Cavabdeh1 09.11.2018-ci il tarixinə İddiaçı İKB ASC-nə 11215,58 ABŞ dolları əsas, 7375,22 ABŞ dolları faiz borcunun təşkil etdiyi vurğulanmışdır. Apellyasiya məhkəməsi ilkin və təkrar ekspertiza rəylərini təhlil edərək, eyni zamanda iddia tələbinin həcmini nəzərə alaraq belə qənaətə gəlmiş dir ki, 09 dekabr 2014-cü il tarixli 23-M-10974-14 saylı kredit müqaviləsinin, eləcə də 29.05.2015-ci il tarixli və 27.11.2015-ci il tarixli əlavələr üzrə cavabdehlərdən 11215,58 ABŞ dolları əsas, 4490,67 ABŞ dolları faiz borcu borcu tutulmalıdır. Apellyasiya məhkəməsi qətnamənin bank tərəfindən mübahisələndirilən, cavabdehlərdən 100 ABŞ dolları cərimənin tutulması ilə bağlı hesab etmişdir ki, bank, borcalanın 11215,58 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 2431,17 ABŞ dolları hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğini 100 ABŞ dolları həcmində müəyyənləşdirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 100 ABŞ dollarının 11215,58 ABŞ dolları əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1200 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasınd a tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas borcunun məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı olan Bank kassasiya şikayəti verdiyindən, şikayətin dəlilləri yalnız əsas borc məbləğinin düzgün müəyyən edimədiyi ilə bağlı olduğundan qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilm əsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alın malıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar