Məhkəmə qərarları › İş №2(102)-3017/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3017/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3017/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi (borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlu i oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2502/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları mü əyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 20000 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş kredit müqaviləsi üzrə 20000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 150 manat məbləğində pulun, cəmi 20150 manat məbləğində pulun tam şəkildə cavabdehdən alınaraq ona verilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə imzalanan zaman məbləğin tam şəkildə geri qaytarılması barədə cavabdehlə razılığa gəlmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixədək 20000 manat ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməyərək kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Hazırki günədək götürdüyü borcdan hər hansı bir məbləğdə pul ödəməmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 2(005)-206/24 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “Borc verən” İddiaçı tərəfindən “Borclu” Cavabdeh 20000 manat məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi, həmçinin kassa qəbzi ilə öz təsdiqini tapmışdır. Borcun qaytarılması və kredit müqaviləsinin etibarlı olmamasını sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini qismən qəbul edərək, hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1 və 448.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf özü və atası Nizami RPİ-nin 25-ci PŞ-də verdikləri izahatlarında 5000 manat pulun borc məbləği kimi verilmədiyini açıq şəkildə bildirmişlər. Məhkəmə isə tərəflərin özləri tərəfindən edilmiş bu etirafı hazırki iş üzrə sübut qismində qəbul etməməklə müqaviləni formal cəhətdən qiymətləndirmiş və bununla da qeyri-obyektiv mövqe irəli sürmüşdür. Belə ki, məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin müqaviləyə qədərki aralarında olan münasibəti, danışıqları və sonrakı hərəkətlərini nəzərə almamışdır, üstəlik müqavilənin mahiyyətini və borcun əsl məbləğini (20000 deyil, 10.000 AZN olmasını) təsdiq edən mötəbər sübut (iddiaçının özünün və atasının etirafı) təqdim edilmiş olsa belə. Halbuki, iddiaçı borc alan tərəfindən ödənilmiş məbləği etiraf etdiyi üçün həmin hal artıq məhkəmə tərəfindən sübut edilmiş hesab edilməli və yekun qərar qəbul edilərkən sübut edilmiş bu mühüm fakt nəzərə alınmalı idi.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)-2502/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-206/24 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Şikayətin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılma sı ilə razılaşaraq qeyd etmişdir ki, apellyator cehiz əmlakın cavabdehin mənzilində qalmasının əvəzi olaraq 5.000 manat pulun ödənilməsi barədə mübahisənin hazırkı iddia ilə əlaqəsini əsaslandıra bilməmişdir. İddia predmeti olan kredit müqaviləsində qeyd edilən qızıl-zinət əşyaları barədə hər hansı bir bənd yoxdur. Həmçinin, cavabdehin iddiaçıya qarşı qızıl-zinət əşyalarına dair hər hansı tələbi varsa, məhkəmədə ayrıca iddia qaldırmaq hüququ vardır. Digər tərəfdən, iddiaçı məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü 20000 manat pul vəsaitindən ona hər hansı məbləğ qaytarmamışdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 443.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və on a etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin 10.000 manat hissəsində rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gedişində tərəflərin Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatlara münasibət bildirilmiş, tərəflərin izahatında (xüsusən iddiaçının atasının izahatında) cehiz əmlakın cavabdehin mənzilində qalmasının əvəzi olaraq 5000 manat pulun ödənilməsinə dair mübahisə olması, həmçinin bir üzük və komplektin hazırda iddiaçıda olması qeyd olunmuşdur. Lakin bununla belə məhkəmə kredit müqaviləsində qızıl-zinət əşyaları barədə hər hansı bir bəndin olmadığını əsas gətirərək həmin mübahisənin hazırk i iddia ilə əlaqəsi olmadığını bildirmişdir. Apellyasiya instansiya məhkəməsi də bu faktı araşdırmadan və lazımi hüquqi qiymət vermədən sadəcə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir. Məhkəmənin işin hallarını düzgün müəyyən edə bilməməsi və iş üzrə mübahisəsiz faktiki hallara lazımi hüquqi qiymət verməməsi qanunvercilik normalarının düzgün tətbiq edilməməsinə və bununla da əsassız qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətl ər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq o laraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

20. Maddə 742.1.Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2502/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar