Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3018/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (C.Tağıyev) xx xxxxxxxx 2019-cu il tar ixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 21.033 manat 69 qəpik əsas borc, 1.422 manat 60 qəpik faiz olmaqla, cəmi 22.456 manat 29 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxx» QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) «xxxx» QSC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehdən 1.422 manat 60 qəpik faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin iddianın təmin olunmamış, yəni gecikdirilmiş va xt üçün (5 %) və dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin olunması, gecikdirilmiş vaxt üçün faiz borcu 800,45 manat və cərimə borcu 300 manat müəyyən edilməklə, (21033,69 əsas bors+800,45 faiz borcu+ 300 cərimə borcu) cəmi 22134,14 manat məbləğində pulun Cavabdeh «xxxx» QSC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Cavabdeh apelyasiya şiayətinin təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” QSC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunve riciliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 7044 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21.333 manat 69 qəpik əsas borc, gecikdirilmiş vaxt üçün 811 manat 87 qəpik faiz (5 %) və 3.487 manat 24 qəpik dəbbə pulu olmaqla, cəmi 25.632 manat 80 qəpik məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı «xxxx» QSC-nin nümayəndəsi X6 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 7044 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21.333 manat 69 qəpik əsas borc, 3.645 manat 67 qəpik faiz olmaqla, cəmi 24.979 manat 36 qəpik məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə «xxxx» QSC arasında «problemli aktivlər üzrə tələb hüququnun «xxxx» QSC-yə güzəşt edilməsinə dair» xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan müqa viləyə istinad edən «xxxx» ASC məhkəməyə müvafiq ərizə ilə müraciət edərək, Cavabdeh da problemli borcu üzrə tələb hüququnun təhvil-təslim sənədləri əsasında «xxxx» QSC-yə təhvil verildiyini qeyd etməklə, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Bu səbəbdən, əsl olmayan iddiaçı «xxxx» ASC əsl iddiaçı «xxxx» QSC ilə əvəz edilmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə «xxxx» ASC-nin Mərkəzi filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışında (hesabdan çıxarışda) Cavabdeh «xxxx» ASC-yə xx.xx.2017-ci il tarixə 21.333 manat 69 qəpik əsas borc, gecikdirilmiş vaxt üçün 811 manat 87 qəpik faiz (5 %) və 3.487 manat 24 qəpik dəbbə pulu olmaqla, cəmi 25.632 manat 80 qəpik məbləğində borcu olması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh «xxxx» ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə: Əsas borc üzrə – 21.033 manat 69 qəpik; Faiz üzrə – 1.422 manat 60 qəpik. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 5 % ilə hesablanmaqla: Faiz üzrə – 800 manat 45 qəpik. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa dü şülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə «xxxx» ASC-dən 50.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Nəticədə cavabdehin Banka borcu yaranmışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi əsas borun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq 1422,60 manat faiz borcu tutmuşdur və iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün 811,87 manat faiz borcu (5%) və 3487,24 manat dəbbə puluna ümumiyyətlə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müdd əalarının şərh edilməsinə dair Qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəfələr arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyər. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfidən faiz borcu tələb edilməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnam əsini cavabdehdən faiz üzrə 1.422 manat 60 qəpik pulun tutulması hissəsində ləğv etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin 3487,24 manat cərimə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə yüksək olduğundan həmin məbləğ dəyişdirilərək, 300 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Təna süb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin mötəbər sübut kimi qəbul edilməməsi və təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən sübutlar müəyyən edilmədiyindən həmin ekspert rəyi mötəbr sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRAR A ALDİ: İddiaçı “xxxx” QSC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3018/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3018/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver