Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3018/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı1 ASC-nin Ləğvedicisi İddiaçı3 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-29/2*23 saylı, 28 fevral 2*23-cü il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 18 oktyabr 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı1 A SC ilə Cavabdeh1 arasında bağlanmış 28.*6.2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 18* ay müddətinə, illik 9 faiz ödənilməsi şərtilə 129.3** manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı3 (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh və ya Bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1*6.5*8,97 manat əsas borc, 24.939,95 manat faiz borcu, 4963.28 manat cərimə borcu olmaqla, cəmi 136.412,2* manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bankla cavabdeh arasında 28.*6.2*11-ci il tarixdə 14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə Bank tərəfindən illik 9 faiz olmaqla 18* ay müddətinə yaşayış sahəsinin alınması üçün 129.3** manat kredit verilmişdir. Bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək cavabdehə verilməli olan kredit məbləğini vermiş, lakin cavabdeh krediti götürdüyü vaxtdan müqavilə şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir.
4. Bərdə Rayon Məhkəməsinin (hakim: Ə.Kərimov) 23 yanvar 2*2*-ci il tarixli, 2(*21)775/2*2* saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1*6.5*8,97 manat əsas borc, 24939.95 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 1 31.453,92 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinadən belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği cavabdehə vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən 1*6.5*8,97 manat əsas və 24.939,95 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386, 39*, 4*5, 739, 385, 425, 442, 443, 445, 448, 449, 465, 462, 467-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Bankla 28.*6.2*11-ci il tarixli müqavilə bağlamamış, həmin müqavilə əsasında Bankdan heç bir məbləğdə kredit götürməmiş və həmin tarixdə Bankda olmamışdır. Kredit müqaviləsi ni, kassa məxaric orderini, ödəniş tapşırığını imzalamamışdır. Odur ki, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *1 avqust 2*22-ci il tarixli, 4/948 saylı rəyi ilə ekspertizaya təqdim edilmiş mülki işin 11-15-ci vərəqələrində olan tərəflər arasında bağlanmış 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrində “Borcalan” qrafalarında əks olunmuş imzalar, mülki işin 36-cı vərəqində olan 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş imzaların cavabdeh tərəfindən icra olunduğu bildirilmişdir. Tərəflər arasında bağlanmış 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin və 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əsilləri mülki işin materiallarında olmadığından ekspertiza həmin sənədlərin mülki işin materiallarında olan kserosurətlərinə əsasən keçirilmişdir. Bundan sonra, tərəflər arasında bağlanmış 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin və 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əsilləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən məhkəməyə göndərilmişdir.
10. Bundan sonra, məhkəmənin iş üzrə 29 noyabr 2*22-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardada əsasən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2*22-ci il tarixli, 4/1856 saylı rəylərinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 11- 15-ci vərəqələrində olan tərəflər arasında bağlanmış 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrində “Borcalan” qrafalarında əks olunmuş imzalar, mülki işin 36-cı vərəqində olan 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş ilə mülki işin 168-172-ci vərəqələrində olan (əsilləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş) tərəflər arasında bağlanmış 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin əslində “Borcalan” qrafalarındakı və mülki işin 167-ci vərəqəsində olan 143.7** manat kreditin verilməsi barədə 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əslində “Alanın imzası” qrafasındakı imzalar eynilik təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1856 saylı, 28 dekabr 2*22-ci il tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 1115-ci vərəqlərində olan tərəflər arasında olan 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin kserosurətinin 1-5-ci vərəqlərində “Borcalan” qrafalarında əks olunmuş imzalar, mülki işin 36-cı vərəqində olan 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasında əks olunmuş ilə mülki işin 168-17 2-ci vərəqələrində olan (əsilləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş) tərəflər arasında bağlanmış 28 iyun 2*11-ci il tarixli, 14 saylı kredit müqaviləsinin əslində “Borcalan” qrafalarındakı və mülki işin 167-ci vərəqəsində olan (1437** manat məbləğində kreditin verilməsi barədə 28 iyun 2*11-ci il tarixli, 163 saylı (159 rəqəmləri pozulmuş) xəzinə məxaric orderinin əslində “Alanın imzası” qrafasındakı imzaların- eynilik təşkil etdiyi bildirilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2*23-cü il tarixli, 2(1*4)-29/2*23 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməs inin 23 yanvar 2*2*-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 739, 442, 443 və 445-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28.*2.2*23-cü il tarixli, 2(1*4)-29/2*23 saylı qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan hüququ tətbiq etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilənlərin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onunpozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozma qla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 449.1. Özgəsinin pul vəsaitin i qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
27. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 4*7.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövq eyi
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
37. Belə ki, iş in apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 28.*6.2*11-ci il tarixdə 14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə Bank tərəfindən illik 9 faiz olmaqla 18* ay müddətinə yaşayış sahəsinin alınması üçün 129.3** manat kredit verilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək cavabdehə verilməli olan kredit məbləğini vermiş, lakin cavabdeh krediti götürdüyü vaxtdan müqavilə şərtlərini pozaraq krediti n əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Bundan sonra cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini icra etməmiş və bu günədək olan borcunu ödəməmişdir.
39. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində Bankla 28.*6.2*11-ci il tarixli kredit müqaviləsi bağlamadığını, həmin müqavilə əsasında Bankdan heç bir məbləğdə kredit götürmədiyini, həmin tarixdə ümumiyyətlə Bankda olmadığını, kredit müqaviləsini, kassa məxaric orderini, ödəniş tapşırığını imzalamadığını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun bu dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertlərinin rəyləri ilə təsdiq olunur ki, sözügedən kredit müqaviləsində və kassa məxaric orderində “bo rcalan” qrafalarında olan imzalar cavabdeh tərəfindən icra olunmuşdur. 4*. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, onun eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üz rə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2*23-cü il tarixli, 2(1*4)-29/2*23 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.