Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3019/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı X1nun, Cavabdeh “Cavabdehı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11552/2018 nömrəli iş üzrə 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsi il ə iddiaçı X1nun cavabdeh “Cavabdehı” ASC-yə qarşı zaminliyə xitam verilməsi barədə ilkin iddia tələbi təmin edilmiş, “Cavabdehı” ASC-nin X1na qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 21 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qətnaməs i ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “Cavabdehı” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh “Cavabdehı” Açıq Səhmdar Cəmiyyətinə qarşı 09 yanvar 2015-ci il tarixli 3909.01.2015-SM28 nömrə li zaminlik müqaviləsinə xitam verilməsinə dair ilkin iddiası rədd edimiş, qarşılıqlı iddia qismən təmin olunaraq, İddiaçı “Cavabdehı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5582,85 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 20 manatı, cəmi 5602,85 manat pulun tutulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı X1 cavabdeh “Cavabdehı” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2015-ci il tarixli, 3909.01.2015-SM28 nömrəli zaminlik müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclunun ölümü ilə şərait dəyişib. Həmçinin, o, yeni borclu üçün cavabdeh olmaq barədə kreditor qarşısında razılıq verməyib. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək X3 xeyrinə 5688,74 manat əsas borc, 298,98 manat faiz borcu olmaqla, cəmi 5987,72 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı X1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. X2 onun iş yoldaşı olub, daim gözəl münasibət sax layan, həyata bağlı bir insan, işinə məsuliyyətli bir mütəxəssis idi, kredit müqaviləsi üzrə öhdəliyini də məsuliyyətli qaydada ödəyirdi. Lakin təəssüflər olsun ki, Nərgiz 05 yanvar 2016-cı il tarixdə Bakı şəhərində dəm qazı ilə zəhərlənərək vəfat etmişdir. Bu hal, yəni qəflətən ölümün baş verməsi müqavilə bağlayan anda nəzərdə tutulan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi demək olduğundan o, 19.01.2016-cı il tarixdə ərizə-pretenziya ilə müqaviləyə xitam verilməsi tələb edərək cavabdehə müraciət etmişdir. Lakin cavabdeh onun mərhum N.Aydınovanın kredit öhdəliyinə zamin olmasını, zaminliklə təmin olunmuş öhdəliyi ifadə edən pul məbləğinin onun bankdakı mövcud hesablarından akseptsiz qaydada silmək hüququna malik olmasını bildirmişdir. Məhkəmə işə baxarkən işin bu hallarını nəzərə almamışd ır. Tərəflərin izahatları: İddiaçı X1 və cavabdeh “Cavabdehı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, X2 ilə “Cavabdehı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, 39-09.01.2015-SM28 nömrəli təminatlı kredit müqaviləsinə əsasən, X5 illik 22% dərəcəsi ilə 36 ay müddətinə 8000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasən İddiaçı birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Nərgiz Aydınova 05 yanvar 2016-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa gör ə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Mülki Məcəllənin normaları həmçinin müəyyən edir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olma qla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsa s öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Həmin qərarda ifadə olunmuş hüquqi mövqelərə əsasən, “zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə t utulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur.” Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab etmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmadığı üçün ilkin iddia əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, Bank iddiaçıdan 05.01.2016-cı il tarixdə ölmüş borclunun tərəf olduğu kredit müqaviləsi üzrə 18.02.2016-cı il tarixədək hesablanmış 5688,74 manat əsas, 298,98 manat faiz borcunu tələb edir. Bankın özünün təqdim etdiyi maliyyə arayışından görünür ki, borclu ölən günədək kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə bütün ödənişləri vaxtında yerinə yetirmişdir (həmin ödənişlər borclunun hesabından akseptsiz qaydada silinmişdir). O cümlədən kredit müqaviləsi üzrə hesaba 09.01.2016-cı il tarixdə 305,40 manat, 09.02.2016-cı il tarixdə 305,40 manat mədaxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütü n fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (maddə 25.1, 25.2). Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin ölümü ilə onun mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətinə xitam verilir. Bu mənada şəxsin ölümündən sonra onun tərəfi olduğu kredit müqaviləsi üzrə faizlərin və dəbbə pulunun hesablanması davam etdirilə bilməz. Belə ki, müqavilə öhdəliyinin şəxsin ölümü ilə bağlı yerinə yetirilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi, habelə borclunun icranı gecikdirməsi hesab edilə bilməz. Qanunvericilik zaminin məsuliyyətini məhz borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi və bunun nəticəsində kreditora dəyən zər ərlə məhdudlaşdırdığından zamin borclunun ölümündən sonra kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə puluna görə öhdəlik daşımır. Baxılan iş üzrə borclu 05.01.2016-cı il tarixdə ölmüşdür. Ödəniş cədvəli üzrə növbəti ödəniş tarixi 09.01.2016-cı il tarixdə çatıb və həmin gün qrafik üzrə növbəti aylıq ödəmə kredit hesabına daxil olub. Həmin günə kreditin qalıq məbləği 5888,25 manat olub. Eyni zamanda 09.02.2016-cı il tarixdə də kredit müqaviləsi üzrə hesaba əlavə 305,4 manat mədaxil olub. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia qismən təmin edilərək 09.01.2016-cı il tarixə kredit müqaviləsi üzrə qalıq 5888,25 manat əsas məbləğdən 09.02.2016-cı il tarixdə mədaxil edilmiş 305,4 manat ödəniş çıxılmaqla yekun borcun məbləği 5582,85 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qətnamə iş üzrə Ali Məhkəmənin əvvəlki iki qərarına və Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun çıxarılmışdır. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd olunan hallar qanuni və əsaslı məhkəmə q ətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı X1nun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11552/2018 nömrəli iş üzrə 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3019/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3019/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver