Məhkəmə qərarları › İş №2(102)-3019/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3019/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3019/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdeh Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3019/21 (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi ) Bakı şəhəri, 11 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı2 vəkili Əmirəliyev Ənvər Mehdi oğlunun, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin vəkili XXX iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətin ə və Cavabdeh3 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5859/2020 nömrəli, 02 sentyabr 2020 il tarixli qətnaməsindən Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Cavabdeh4» ASC və Cavabdeh3 235.184 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh4 ASC və cəmiyyətin direktoru Cavabdeh3 2012-ci ildə iddiaçıya müraciət edərək, maliyyə çətinliyi ilə əlaqədar cəmiyyətin balansında olan X XX ünvanında yerləşən 16,2196 ha torpaq sahəsini satmaq istədiklərini, lakin torpağı özəlləşdirmək üçün 200.000 manatdan artıq məbləğdə pul ödəməli olduqlarını, bu məbləğdə pulun isə olmadığını bildirmişlər.

3. Cavabdehlərlə əldə olunmuş ümumi razılığa əsasən torpaq sahəsinin özəlləşdirilməsi üçün zəruri olan pul vəsaiti iddiaçı tərəfindən ödənilməli və torpaq sahəsi cəmiyyətin adına özəlləşdirildikdən sonra satılaraq iddiaçı tərəfindən ödənilmiş vəsait geri qaytarılmalı idi.

4. Razılığıa əsasən iddiaçı 24 dekabr 2012-ci il tarixdə torpaq sahəsinin özəlləşdirilməsi üçün Cavabdeh4 ASC-nin əvəzinə Dövlət Əmlak Komitəsinin hesabına 235.184 manat məbləğində pul vəsaiti ödəmişdir. Bu hal hazırki iddia ərizəsinə əlavə etdiyi 25 fevral 2016-cı il tarixli “X4”ndan da aşkar şəkildə görünür. İddiaçı ödənişi həyata keçirdikdən sonra XXX ünvanında yerləşən 16,2196 ha torpaq sahəsi Cavabdeh4 ASCnin adına özəlləşdirilərək həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir.

5. Torpaq sahəsi satılmadığı üçün və cavabdehlər iddiaçının pulunu qaytara bilmədikləri üçün Cavabdeh4 ASC 2013-cü ilin iyun ayında mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən XXX ünvanındakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5.866,7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri-yaşayış binalarını və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsini 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı müqavilə ilə ddiaçıya 401.000 m anata satmışdır.

6. Ümumilikdə iddiaçı həmin torpaq sahəsinə görə 636.184 manat pul ödəmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh4 ASC ilə iddiaçı arasında bağlanmış 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli saziş etibarsız hesab edilmişdir.

7. Qeyd edilən qətnamə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə iddiaçı tərəfindən ödənilmiş 401.000 manatın geri qaytarılması qət edilsə də, alğı-satqıdan qabaq ödənilmiş 235.184 manatın aqibəti həll edilməmiş və bu məbləğ ümumiyyətlə araşdırma predmeti olmamışdır.

8. Birinci instansiya məhkəməsi «xxxx» İKB ASC və X2 mübahisə pre dmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kim işə cəlb etmişdir.

9. Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili iddia tələbinə etiraz etmişdir. Etirazını dəlilləri: - İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 hər hansı bir pul məbləği verilməmişdir. Cavabdehlər qeyd olunan məbləğdə iddiaçıdan borc pul almamışlar; - Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 235184 manat pul məbləği Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına iddiaçı tərəfindən deyil, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmişdir və bu barədə ödəniş qəbzi də vardır; - iddiaçı isə iddia tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının bildirdikləri əsas sızdır və heç bir sübutla təsdiq olunmur.

10. Nəsimi Rayon Məhkəməsinin 2(006)-506/2018 saylı 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Pərviz Hüseynov)

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü üzərinə düşən İddiaçı2 Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin əvəzinə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən 16,2196 ha torpaq sahəsini özəlləşdirmək üçün Əmlak Məsələləri Döclət ıcomitəsinin hesabına 235.184 manat məbləğində pulu ödəməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinə əlavə etdiyi “xxxx” Xidməti MMC-nin 25 fevral 2016-cı il tarixli X4na münasibətdə qeyd edib ki, həmin hesabat torpaq sahəsinin özəlləşdirilməsinə görə pul vəsaitinin Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin əvəzınə İddiaçı2 tərəfindən ödənilməsini təsdiq etmədiyi üçün göstərilən halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.

13. Birinci instansiya məhkəməsi cavabehin tədim etdiyi ödəniş qəbzinə əsasən Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 65 anında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 235.184 manat məbləğində pulun Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Cavabdeh4 ASC tərəfindən ödənilməsini müəyyən etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 76.1,76.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri: məhkəmə öz qət naməsində tərəflər arasında mövcud olmuş əvvəlki mübahisələrin həllinə dair qəbul edilmiş məhkəmə qərarına istinad etsə də, həmin qərarla müəyyən edilmiş və hazırkı iş üzrə sübut kimi qəbul edilməli olan faktı nəzərə almamışdır; - Mingəçevir şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(051)-36/2016 saylı qətnaməsi üzrə işə sonradan apellyasiya və kassasiya qaydasında baxan məhkəmələr tərəfindən də iddiaçının 235184 manatı Cavabdeh4 ASC-nin əvəzinə ödəməsi faktı birmənalı olaraq müəyyən edilmişdir. Həmin iş üzrə Ali Məhkəmənin 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarının 8-ci səhifəsində məhkəmə müəyyən etmişdir ki, “...Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 ASC-nin baş direktoru arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır”; - göründüyü kimi, 234184 manatın ödənilməsinə dair qəbzin Cavabdeh4 ASC-nin adına verilməsi qeyd edilsə də, həmin məbləğin Cavabdeh4 ASC-nin əvəzinə hazırkı iş üzrə İddiaçı2 tərəfindən ödənilməsi Ali Məhkəmənin qanuni qüvvədə olan qərarında da müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. prosessual qanunveric iliyin Məhkəmə imperativ tələblərinə əməl etməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5859/2020 nömrəli 02 sentyabr 2020 il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(006)- 5859/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh4 ASC-dən İddiaçı2 xeyrinə 235184 (iki yüz otuz beş min yüz səksən dörd) manat məbləğində pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Xəyal Sarıyev(sədrlik edən və məruzəçi) Emin Mehdiyev, Şərafət Məmmədova)

22. Apellyasiya instansiyası qeyd etmişdir ki, Cavabdeh4 ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Mingəçevir şəhəri, Heydər Əli yev prospekti, 65 ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 235184 manat məbləğində pulu iddiaçının ödəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarında müəyyən edilib. Həmin qərarın 8-ci səhifəsində məhkəmə müəyyən etmişdir ki: “...AzərbaycanRespublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 ASC-nin baş direktoru arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır”.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəm əsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarınından görünür ki, hazırkı iş üzrə İddiaçı2 və Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti həmin işdə tərəf olduqlarından, onlara münasibətdə qeyd olunan qərar preyudisial əhəmiyyət kəsb edir.

24. Apellyasiya instansiyası məhkəməsinin qənətinə görə İddiaçı2 tərəfindən Cavabdeh4 ASC-yə 16,2196 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün 235184 manat məbləğində pulun verilməsi qüvvədə olan yuxarı instansiya məhkəməsinin qərarı ilə müəyyən olunduğundan, həmin qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən, yenidən sübut edilməyə ehtiyac qalmadığından, iddia qismən təmin edilməli, tələb olanan 235184 manat məbləğində pul Cavabdeh4 ASC-dən İddiaçı2 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

25. Apellyasiya məhkəməsi öz mövqeyni Mülki Məcəlləsinin 385.1, 386.1, 406.1, 427.2, 442, 739.1, 739.2, 740-cı Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh4 ASC (vəkil X1) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarına preyudisial əhəmiyyətli qərar kimi qiymət verilməsi düz deyil. Çünki yalnız məhkəmə tərə findən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarı ilə araşdırlan məsələrlərin daxilində Əmlak Məsələləri Dövlət Kom itəsinin hesabına Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 65 ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 235.184 manat məbləğində pulun kim tərəfindən ödənilməsi məsələsi yoxdur. Həm həmin qərarın özündə, həm də qeyd olunan iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsində, eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsində qeyd olunan məsələ araşdırma predmeti olmamışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarı, eyni zamanda qeyd olunan iş üzrə aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(102)-2822/2016 saylı qərarına istinad etmişdir ki, qeyd olunan qərar həmin i craat üzrə yekun məhkəmə qərarı deyildir. Belə ki, həmin qərarla apellyasiya instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Həmin icraat üzrə hələ də yekun məhkəmə qərarı qəbul edilməmişdir. Hətta Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016- cı il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində də Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(102)-2822/2016 saylı qərarının yekun məhkəmə aktı olmaması səbəbi ilə preyudisial əhəmiyyət kəsb edə bilməyəcəyi qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin vəkili XXX kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 vəkili XXX kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, digər cavabdeh və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin ra zılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın l əğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırki kassasiya şikayətində cavabdeh qətnamənin ləğvini xahiş etdiyi üçün məhkəmə kollegiyası apellyasiya məhkəməsini qətnam əsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

35. İşdən görünür ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən iddiaçı tərəfindən Cavabdeh4 ASC-yə 16,2196 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün 235184 manat məbləğində pul verilməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarı ilə müəyyən edilməsinə və həmin qərarın da hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə istinad etmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarını hazırki iş üzrə preyudisial əhəmiyyətli q ərar kimi qəbul edərkən həmin qərarın da Ali Məhkəmənin 15 iyul 2016-cı il tarixli qərarına istinad edilməsinə diqqət yetirməmişdir.

37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 19 iyul 2017ci il tarixli, 2(102)-5226/17 saylı qərarında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 ASC-nin baş direktoru arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır” ifadəsini Ali Məhkəmənin 15 iyul 2016-cı il tarixli qərarına istinadən yazmışdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli, 2(102)-2822/16 saylı qərarında isə apellyasiya məhkəməsinin istinad etdiyi hər hansı hal müəyyən edilməyib, ümumiyyətlə həmin hal araşdrıma predmeti olmayıb. Qərarda yalnız (6-cı vərəq, sonuncu abzas) Azərbaycan Respublikası Əmlak Komitəsi ilə “”Cavabdeh4” ASC arasındakı 24 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə istinadən qeyd edilib ki, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır. 39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə g əlinmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir.

40. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün summar qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2-ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiy anı istisna edir.

41. Göründüyü kimi, məhkəmə qətnaməsinin preyudisiyası ilə bağlı əsas yanaşma ondan ibarətdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz.

42. Qanuni qüvvəyə minmiş məhkəmə qərarında hər hansı sübuta istinad edilməsi, həmin sübutun aid olduğu faktın müəyyən edilməsi anlamına gəlmir.

43. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarına preyudisiya kimi istinad etsə də, Ali Məhkəmənin qeyd edilən qərarının Konstitusiya Məhkəməsinin qərarı baxımdan preyudisiya əhəmiyyətli olub-olmamasını qərarında əsaslandırmamışdır.

44. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarına hazırki işə münasibətdə preyudisial əhəmiyyətli qərar kimi istinad etməsi əsaslı sayıla bilməz.

45. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı və bunun nəticəsi olaraq işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5859/2020 nömrəli 02.09. 2020 il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar