Məhkəmə qərarları › İş №2(102)-302/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-302/2018

16.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2018 16.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 16 yanvar 2018-ci il № 2(102)-302/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılov Sərdar Əbülfət oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-4387/14) iddia qismə n təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 11379 (on bir min üç yüz yetimiş doqquz) ABŞ dolları əsas borc, 1954 (min doqquz yüz əlli dörd) ABŞ dolları faiz borcu, 158 (yüz əlli səkkiz) ABŞ dolları cərimə pıılu, cəmi 13491 (on üç min dörd yüz doxsan bir) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Məıkəzi Bankmın rəsmi məzənnəsinə uyğun olaraq) tutulmuş və tutmanın Cavabdeh məxsus ”Kia Sorento” minik markalı (buraxılış ili 2006, qeydiyyat nişanları **EB-***, Ban KNA1C**********09, rəngi qara) nəqliyyat vasitəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, A.Abdullayeva və A.Hüseynov, iş № 2(103)-5589/17) cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəlilova və A.Hüseynov, iş № 2(103)-5589/17) cavabdehin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ci il tarixli qərardadının ləğv olunmasını və kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcun ödənilməsi, tələbin ipoteka predmctinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İşdə iştira k edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılma lıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə görə (yeni redaksiyada) kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə gö rə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericilliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsində münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh öz vəsaiti hesabına vəkil tutmağa maddi imkanının olmadığını təsdiq edən hər hansı bir sübut təqdim etmədiyindən, eləcə də vəsatətini əsaslandırmağa maraq göstərmədiyindən onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olu nanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar cavabdehə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunması üçün əsas vermir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ci il tarixli, 2(103)-5589/17 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar