Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçı və vəkili X5, Cavabdeh və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv olunması və əmlak” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli (hakim S.Miriyeva) qətnaməsi ilə iddia qismən təmin edilmiş, aşağıda adları göstərilən əmlaklar ev və mətbəx əşyaları olan Piano “S moleks”, qədimi qoz ağacından güzgülü termo, ingilis servisi, alman servisi 2 ədəd, qədimi çəngəl gümüş 6 ədəd, qədimi bıçaq gümüş 6 ədəd, qədimi qaşıq gümüş 6 ədəd, bahalı qazanlar 3 ədəd, xrustal çexiya konyak pribor, gül qabı, konfet qabları 4 ədəd, xrustal Çexiya meyvə qabı 1 ədəd, çexiya külqabı, qu tükündən yorğan 1 ədəd, atasının Birinci Dünya müharibəsindən qalan medalları, qədim padnos ikili dəstə, nikelli padnos - 1 ədəd, qədim mis qablar, Hindistan bardaqı - 1 ədəd, qədim fiqurlar - 5 ədəd, kompüter, şifoner, servant, taxta çarpayı, termos Hindistan, termos Almaniya mallarının Cavabde h alınaraq qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və A.Hüseyn) iddiaçı Fərzəliyevə Svetlana Həmdulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunver iciliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin əmlakların qiymətləndirilməsinə dair hissədə ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Fərzəliyevə Svetlana Həmdulla qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2016-cı il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi və cavabdehə verdiyi 10110 manat dəyərində qızıl ziynət və ev əşyalarının və 600 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahi sə edilməyən hallarına görə xx xxxx 2016-cı il tarixli notarial qaydada təstiq edilmiş bağışlama müqaviləsi ilə İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan-Həsənov döngəsi 4 ünvanda yerləşən fərdi yaşayış evini bacısı qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə iddiaçı tənha olmaqla əmək qabiliyyətinə malik olmadığından ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başqasının köməyinə ehtiyacı olan şəxs kimi sosial-məişət xidmətinə götürülmüşdür. İddiaçının bildirir ki, Bakı şəhəri, Əmircan qəs, E.Həsənov küç, dön 1, ev 4 mərhum atası X3 məxsus olmuşdur. X1 10 saylı Notariat Kontorunda vərəsəliyini qəbul etdiyi zaman bacılarının təkidinə və xahişinə əsasən öz vərəsəlik payından Cavabdeh Seymur qızının xeyrinə imtina etmişdir. Vərəsəlik payından Cavabdeh xeyrinə imtina etməsinə səbəb cavabdehin ona rəhmətə gedəcəyi günə qədər qulluq etməsinə soz verməsidir. Evi cavabdehə bacıları X7 və X4 iştirakı ilə vermişdir. Cavabdeh söz verdi ki, xəstə olduğu üçün ona öz anası kimi qulluq edəcəkdir. Mirasdan onun xeyrinə imtina etdiyi zaman ev əşyalarını, qızıl-zinət əşyalarını və üstəlik 600 manat pulu cavabdehə vermişdir. Ona görə də ümid edirdi ki, cavabdeh müqavilə bağlandıqdan sonra da ona qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Ancaq bir müddət keçdikdən sonra cavabdehin ona münasibəti tamamilə dəyişmişdir. Cavabdeh nəinki onun qayğısına qalmır, onu təhqir edir və alçaldır, hətta ayağının yanmasına baxmayaraq ona hər hansı bir yardım göstərməmişdir. Cavabdeh bildirir ki, iddiaçının ev əşyaları həqiqətən ondadır, lakin qızıl-zinət əşyaları və 600 manat pul ona verilməmişdir. O, iddiaçıya baxmaq, ona qulluq etməkdən imtina etməmiş, lakin sonuncu onunla mübahisə etdiyindən və özünə yaxın buraxmadığından bunu edə bilmir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qət naməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi hazırki iddianın hüquq i əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir:
1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,
2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya
3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Ona görə də iddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin mövcud olubolmamasının yoxlanılması əhəmiyyət kəsb etdiyi halda həmin hallar tam araşdırılmamış və həmin hallara müvafiq hüquqi qiymət verilməmişdir. İşin mübahisə edilməyən hallarından göründüyü kimi iddiaçı tənha olmaqla əmək qabiliyyəti olmadığına görə onun köməyə və qayğıya ehtiya cı vardır. İddiaçının bildirdiklərindən görünür ki, mübahisəli mənzili bacısı qızı olan cavabdehə ona görə bağışlamışdır ki, sonuncu onun qulluğunda durmaqla daim ona xidmət göstərir, gündəlik məişət qayğılarını həll edirdi. Ona görə də ümid edirdi ki, cavabdeh müqavilə bağlandıqdan sonra da ona qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh onun ümid etdiklərinin əksinə hərəkət etməyə başlamış onun nəinki məişət qayğılarını çəkməmiş, hətta ayağının yanmasına baxmayaraq ona hər hansı bir yardım göstərməmişdir. Göründüyü kimi iddiaçı müqavilənin ləğvinə dair dəlillərini onunla əsaslandırır ki, cavabdeh müqavilə bağlanmamışdan əvvəl tənha və köməyə ehtiyacı olan xalasına qulluq etməklə ailə münasibətlərindən doğan bir öhdəliyi könüllü olaraq üzərinə göt ürmüş, lakin müqavilə bağlandıqdan sonra bu öhdəliklərdən imtina etmişdir. Həmçinin işin halları ilə müəyyən edilir ki, cavabdeh müqavilə bağlandıqdan bir müddət sonra iddiaçıya qulluq göstərmədiyini və onun qayğısına qalmadığını etiraf edir, lakin bunu iddiaçının ona qarşı törətdiyi maneəçiliklə əlaqələndirir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, bu halların aydınlaşdırılması üçün iddiaçı ilə cavabdeh arasındakı bağışlama müqaviləsindən əvvəl və sonrakı münasibətlərin xarakteri və məzmunu araşdırılmalı, bağışlamadan əvvəl cavabdehin iddiaçıya qulluq edib-etməməsi və əgər qulluq edibsə bağışlamadan sonra cavabdehin iddiaçıya qarşı münasibətinin dəyişib-dəyişməməsi, dəyişdiyi halda bunun səbəbləri araşdırılmalı, araşdırılmış hallara uyğun mübahisəyə hüquqi qiymət verilməlidir. Beləli klə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə