Məhkəmə qərarları › İş №2(102)-302/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-302/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, delikt nəticəsində vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4978/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11.08.2016-cı il tarixli alqı-satqı müqavilələri əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X12 (cavabdehin əri) tərəfindən iddiaçı Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna (bundan sonra - iddiaçı) satılmışdır.

2. Cavabdeh X9 və iddiaçıya qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” tələbinə dair iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Verilmiş apelyasiya və kassasiya şikayətləri əsasında məhkəmə çəkişmələri xx.xx.2018-ci ilədək davam etmiş və Xəzər Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi qanuni qüvvəsini almışdır. Sözügedən mülki işin icraatı zaman ı Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli iddianın təmin tədbirinin tətbiq edilməsi barədə qərardadla alqı-satqı predmeti olan əmlakların üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir.

3. Cavabdeh X9 və iddiaçıya qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair yeni iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilmiş, eyni tarixli qərardadla digər hissələrdə (iddiaçıya, X9 və Bakı şəhəri 7 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) iş üzrə icraata xitam verilmiş, verilmiş apelyasiya və kassasiya şikayətləri əsasında uzunmüddətli məhkəmə çə kişmələri olmuş, çoxsaylı məhkəmə aktları qəbul edilmiş, nəticədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçıya, X9 və Bakı şəhəri 7 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası da rədd edilmişdir. Məhkəmə çəkişmələri xx.xx.2022-ci il tarixədək davam etmiş, Ali Məhkəmə tərəfindən həmin tarixdə qəbul edilmiş qərarla hər iki qətnamə qanuni qüvvəsini almışdır. Həmin işə baxılarkən Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli qərardad qəbul edilərək müqavilənin predmeti olan hər iki əmlakın üzərinə iddianın təmin tədbiri qaydasında həbs qoyulmuşdur. İddiaçının ərizəsi əsasında qəbul edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianı təmin tədbiri ləğv edilm iş, cavabdehin həmin qərardan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.

4. Sonuncu mülki iş üzrə icraat zamanı İddiaçı ilə X10 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli "İlkin müqavilələrə” əsasən 23 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov fərdi yaşayış evinə görə iddiaçıya ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 35.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 23 fevral 2019-cu il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.30 noyabr 2018-ci il tarix li ilkin müqaviləyə əsasən Ramin Məmmədov qeyri-yaşayış sahəsinə görə ona ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 30.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 28 fevral 2019-cu il tarixdə ona ödəməyi öhdəsinə götürmüşdür.. Hər iki müqavilənin şərtlərinə əsasən əgər gələcəkdə müqavilənin şərtlərindən iddiaçı imtina edərsə Ramin Məmmədova pulun ikiqat mislini ödəməlidir. Hər iki müqavilənin şərtlərinə görə, sənədləri tam hazır etdikdən sonra iddiaçı alqı satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür.

5. İddiaçı ilə X10 arasında alqı-satqının rəsmiləşdirilməsi mümkün olmamış, nəticədə X10 iddiaçıya qarşı pul tələbinə dair iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçıdan yuxarıda sadalanan ilkin müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən 100000 manat məbləğində pul vəsaitinin Ramin Məmmədovun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh sözügedən qətnamədən maraqlarına toxunan şəxs kimi apelyasiya şikayəti vermiş, apelyasiya qeyrimümkün hesab edilmişdir. 6. 17.04.2021-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə əsasında iddiaçı adını “Çingiz”-dən “Bilal”-a dəyişdirmişdir.

7. Cavabdeh yenidən X9 və iddiaçıya qarşı bağışlama müqavilələrinin etibarsız və alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə yenidən müvəqqəti təminat qismində sözügedən əmlakların özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçı sözügedən qərardaddan şikayət vermiş, Xəzər Rayon Mə hkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq 100.000 (bir yüz min) manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, müqavilələrin şərtlərinin iddiaçı tərəfindən pozulması və bunun nəticəsində X5 behin iki misli məbləğində 100.000 manat pul ödəməli olmağının yeganə səbəbkarı Cavabdeh süründürməçiliyə yol verǝrǝk məhkəmədə əsassız, for mal iddialar qaldırması, işə baxılan zaman 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələrin predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması olmuşdur. Əgər Cavabdeh ərizəsi əsasında məhkəmənin qərardadı ilə yuxarıda sözügedən əmlakların üzərinə həbs qoyulmasa idi, iddiaçı 23 fevral 2019-cu il vǝ 28 fevral 2019-cu il tarixə kimi 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələrin 1.1-ci bəndlərinə müvafiq olaraq sənədləri tam hazır edib X5 təhvil verərək əmlaklara dair alqı-satqı müqavilələri bağlayıb sonuncudan yerdə qalan pulunu alardı və nəticədə Ramin Məmmədov ona qarşı məhkəmədə p ul tələbinə dair iddia qaldırmazdı.

10. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 Qaraxan oğlu bildirmişdir ki, X1 arvadı, hazırkı iş üzrə Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi Cavabdeh konstitusion və müki-prosessual hüququdur. Yəni heç kim Cavabdeh onun konstitusion və mülkiprosessual hüquqlarından məhrum edə bilməz. Cavabdeh həm iddia ərizəsi, həm yeni hüquqi əsaslarla iddia ərizəsi, həm də iddianın təmini tədbiri (müvəqqəti təminat tədbiri) barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı ilə X10 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 5 ünvanında yerləşən ümümi sahəs i 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli “İlkin müqavilələr” bağlanması riski İddiaçı üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının məhkəmə sistemi üç pilləlidir və məhkəmə mübahisələri yalnız kassasiya qaydasında baxılıb yekun qərar qəbul edildikdən sonra tamamlanır. Sözügedən iş üzrə yekun məhkəmə qərarı iddiaçının özünün də qeyd etdiyi kimi 20 aprel 2022-ci il tarixdə başa çatmışdır. Bundan başqa iddiaçı özü bilirdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 nömrəli, 19 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə, ümumiyyətlə, baxılmamış, həmin şikayət üzrə qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yalnız 07 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. Yəni İddiaçı məhkəmə mübahisələri yekunlaşmadan, həmin mübahisələrin getdiyi dövrdə (23 noyabr 2018-ci il və 30 noyabr 2018-ci il) mübahisə predmeti olan daşınmaz əmlak barədə “İlkin müqavilələr” bağlanması özünün riskidir və nəticələrinə də qatlaşmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh həm iddia ərizəsi, həm yeni hüquqi əsaslarla iddia ərizəsi, həm də iddianın təmini tədbiri (müvəqqəti təminat tədbiri) barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Lakin məhkəmələr və hakimlər tərəfindən həmin ərizələr üzrə qəbul edilmiş qərarlara görə Cavabdeh hər hansı məsuliyyət daşımır. Çünki Cavabdeh müraciət etmə hüququ var, lakin həmin məsələ üzrə qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət yalnız məhkəmələrə (hakimlərə) məxsusdur. Həmçinin məhkəmələrin və hakimlərin məhkəmə icraatını n həyata keçirilməsi ilə əlaqədar hərəkətlərinin və hərəkətsizliyinin qanuniliyi məhkəmədə mübahisələndirilə bilməz. Yəni məhkəməyə müraciət ərizəsi ilə müraciət etdiyinə görə Cavabdeh, həmin müraciət ərizələri əsasında məhkəmələr və hakimlər tərəfindən qəbul edilmiş əsaslara görə məhkəmələr və hakimlərin hərəkətləri məhkəmə qaydasında mübahisələndirilə bilməz.

11. Xəzər Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri, iş N 2(003)-176/2023) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı beh müqaviləsinin şərtlərinin pozulmasının cavabdehin hərəkətlərini nəticəsində olduğunu iddia etsə də, cavabdehin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi Cavabdeh konstitusion və müki-prosessual hüququdu r. Cavabdeh maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir.İddiaçı ilə X10 arasında mübahisəli əmlakların alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli “İlkin müqavilələr” bağlanmasına” yarana biləcək risklər İddiaçı üzərinə düşür. Belə ki, iş materiallarında olan qətnamələrin sürətindən görünür ki, Cavabdeh müqavilələrin əsassız olmasına dair iddiası üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2016-cı il tarixdə qətnamə qəbul edilmiş və mülki işə yuxarı instansiya məhkəmələrində baxılmışdır.İddiaçı ilə X10 arasında isə 2018-ci il tarixli “İlkin müqavilələr bağlanmışdır. Belə olan halda İddiaçı yekunlaşmamış mübahisənin predmeti olan daşınmaz əmlaklar barədə “İlkin müqavilələr” bağlayarkən yarana biləcək riskləri nəzə rə almalı və nəticələrinə də özünün cavabdeh olacağını bilməli idi və bunula da beh müqaviləsinin şərtlərinin pozulmasının tam məsuliyyətinin İddiaçı aid olmağı müəyyən edilmişdir.

13. Beləliklə məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, cavabdehdən tərəfindən iddiaçıya maddı zərər vurulmamışdır (cavabdeh qanunla ona verilmiş hüquqlarından istifadə etmişdir) belə ki, qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının 100.000 manat pul ödəməsi və həmin pulun ödənilməsində məhz cavabdehin təqsirli olmasını, yəni cavabdeh t ərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir

15. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 60, Mülki Məcəllənin 21.2, 491, 492.2, 1096-cı maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən iddia tələbində qeyd edilən xüsusatları n əzərə almamış, iş üzrə heç bir araşdırma aparmamış, mövqeyini yalnız cavabdehin nümayəndəsi və vəkilinin izahatındakı hallarla əsaslandırmışdır. Açıqaşkar görünür ki, məhkəmə işə səthi yanaşmış, iş üzrə heç bir araşdırma aparmamışdır. Halbuki bu müddət ərzində müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində ona külli miqdarda maddi ziyan dəymiş, məhz bu səbəbdən də maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək 100.000 (yüz min) manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh əsassız və təkrar iddialar qaldırmaqda yeganə məqsədi mülkiyyətində olan əmlaklara dair hüquqlarını azad şəkildə həyata keçir məyini maksimum şəkildə gecikdirməkdir. Belə ki, artıq 2016-cı ildən davam edən məhkəmə mübahisələrinin nəticəsində artıq 7 ilə yaxındır ki, ona aid olan əmlaklardan bugünkü tarixədək heç bir şəkildə istifadə edə və ya faydalana biməmiş, üstəlik, Cavabdeh əsassız, süründürməçilik məqsədi daşıyan iddiaları nəticəsində ona 100.000 manat maddi ziyan dəymişdir. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi üçün kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq, həmin sübutların heç birinə hüquqi qiymət verməmiş, iş üzrə heçbir araşdırma aparmamış, iş materiallarını sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində cavabdehin nümayəndəsi və vəkilinin izahatındakı xüsusatları təkrarlamaqla kifayətlənmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir.

18. Apelyasiya instansiya məhkəməsində iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova-sədrlik edən və məruzəçi, Sabit Bəhrəmzadə, Elnur Həsənov iş N 2(103)-4978/2023) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin hallarından görünür ki, iddiaçı X13 həmin əmlaklara dair 2016-cı ildən başlamış və hətta 2018-ci ildə də davam edən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə həmin əmlakların üzərinə həbs qoyulması barədə məlumatlı olduğu halda, həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə müvafiq qərar əldə etmədən İddiaçı İlkin müqavilələr bağlamış, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin alğı-satqısına dair “İlkin müqavilələr” bağlanmasına”, bu işin riski İddiaçı üzərinə düşməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgündür. Belə ki, Azərbaycan Respublikasının məhkəmə sistemi üç pilləlidir və məhkəmə mübahisələri yalnız kassasiya qaydasında baxılıb yekun qərar qəbul edildikdən sonra tamamlanır. Sözügedən iş üzrə yekun məhkəmə qərarı iddiaçının özünün də bildirdiyi kimi 20 aprel 2022-ci il tarixdə başa çatmışdır.

22. Başqa sözlə İddiaçı məhkəmə mübahisələri yekunlaşmadan, hə min mübahisələrin getdiyi dövrdə (23 noyabr 2018-ci il və 30 noyabr 2018-ci il) mübahisə predmeti olan daşınmaz əmlak barədə “İlkin müqavilələr” bağlanması özünün riski olmasını nəzərə almalı idi və nəticələrinə də özünün cavabdeh olacağını bilməli idi.

23. Göründyüu kimi, beh müqaviləsinin şərtlərinin pozulmasının tam məsuliyyətinin İddiaçı aid olmuşdur ki, buna da məhkəmə qərarları ilə müvafiq qiymət verilmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, iddiaçının beh müqaviləsinin şərtlərinin pozulmasının cavabdehin hərəkətlərini nəticəsində olmasına dair tələblərinin əsassız olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

25. Belə ki, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə idd ia ərizəsi ilə müraciət etməsi onun konstitusion və müki prosessual hüququdur. O öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir. Onun ərizələri əsasında əmlak üzərinə həbs qoyulması məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilmişdir. Başqa sözlə, onun ərizələrinin əsaslı olub-olmamasına məhkəmələr hüquqi qiymət verməklə qərarlar qəbul etmişlər.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında təqsirli hərəkətlərinin olması və iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən, eləcə də iddiaçıya zərər vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddia tələblərinin əsaslı sayıla bilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21.2, 491.1, 491.2, 491.3, 492.2, 1096.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin2(103)-4978/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətini apelyasiya şikayəti ilə ey ni məzmunda tərtib edərək onunla əsaslandırmışdır ki, cavabdehin əsassız iddiaları nəticəsində əmlakların üzərinə qoyulmuş uzunmüddətli həbsin götürülməsinə dair ərizələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli 2(003)-5499/2016 saylı qərardad və xx.xx.2022-ci il tarixli 2(003)-15/2021 saylı qərardadlarla ərizələri təmin edilmişdir.

30. İddiaçının artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə etibarlılığı təsbit edilmiş alqı-satqı və bağışlama müqavilələrini yenidən mübahisələndirməsi yalnız və yalnız süründürməçilik məqsədi daşıyır, eyni zamanda, bu iddialar məhkəmələrdə onsuz da çox olan iş yükünün daha da çoxalmasına səbəb olur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilmiş xüsusatları nəzər ə almamış, iş üzrə heç bir araşdırma aparmamış, mövqeyini yalnız cavabdehin nümayəndəsi və vəkilinin izahatındakı hallarla əsaslandırmış, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnaməyə köçürməklə kifayətlənmişdir. Halbuki bu müddət ərzində müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir.

31. Eyni zamanda, o, Cavabdeh, X3, X2, X7, X8 və X4 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, real və əldən çıxmış fayda ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(003)-12/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, qətnamədə n cavabdehin verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

32. Cavabdehin əsassız və təkrar iddialar qaldırmaqda yeganə məqsədi mülkiyyətində olan əmlaklara dair hüquqlarını azad şəkildə həyata keçirməyini maksimum şəkildə gecikdirməkdir. Cavabdehin hüquq və azadlıqlarının müdafiəsinə istinad olunsa da, nəzərə alınmalıdır ki, mövcud mübahisə bundan öncə dəfələrlə mahiyyət etibarilə oxşar olan iddialarla məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə müvəqqəti təminat tədbiri barədə qərardad çıxararkən onun hüquqlarının və qarşı tərəfin hüquqlarının balansının qorunmasına əməl etməmiş, beləliklə də onun qanunla qorunan mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır.

34. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işin xüsusatlarına hüquqi qiymət verməmiş, heç bir araş dırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

35. Cavabdeh haqqında bəhs olunan əmlaklar üzərinə həbs qoyulmasına dair ərizələrinin təmini, ona məxsus olan əmlaklar üzərinə qoyulmuş həbslərin nəticəsində ona külli miqdarda maddi ziyan dəymiş, məhz bu səbəbdən də maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək 100.000 (bir yüz min) manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun ona ödənilməsini məhkəmədən xahiş etmişdir.

36. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzim lənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 fevral 2023-cü il tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Etiraz apelyasiya instansiya məhkəməsinin qətnaməsinin məzmunu ilə eyni tərtib edilmiş və qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayəti təmin etməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) b irbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllə:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvə də olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə ra zılaşır. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi məhkəmə çəkişmələri dövründə cavabdehin qanuni, yəni, konstitusion və mükiprosessual hüquqlarının məhkəmə müdafiəsi yolu ilə etdiyi müraciətləri araşdırılmışdır. Cavabdehin hərəkətlərində MM-in 1096-cı maddəsinin dispozisiyasında nəzərdə tutulan şərtlə (təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik)) müəyyən edilməmiş dir. Əksinə, müəyyən olunmuşdur ki, iddiaçı əmlakların üzərində həbs olduğunu və həbsin götürülmədiyini bildiyi halda ilkin müqavilə imzalamış və öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmələr işdə olan sübutlara əsaslanaraq iddianı rədd etmiş, iddianı rədd edərkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmişlər.

45. Kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamə nin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(103)-4978/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar