Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3020/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli 2(103)-7231/2018 nömrəli qərardadından Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ve rərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 28.600 ABŞ dolları məbləğində əsas borcun, 5.720 ABŞ dolları məbləğində faizin, eyni zamanda vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat məbləğində pulun, ümumilikdə 34.320 (otuz dörd min üç yüz iyirmi) ABŞ dolları və 5.000 (beş min) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 2(004)5313/2017 saylı, 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, 28.600 ABŞ dolları məbləğində əsas borc, 5.720 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 34.320 ABŞ dolları məbləğində pulun ödəniş günündə ödəniş yerin məzənnəsinə uyğun Azərbaycan Respublikasının pul vahidi manatla miqda rının Cavabdeh2 alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi hissəsində ləğv edilib, iddianın rədd ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İkram Şirinov, Tofiq Səmədov, Elşən Kazımov) 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və Cavabdeh2 faiz borcuna görə 1906 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması q ət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Mirzəliyev, T.Qoldman, G.Quliyev) 05.04.2018-ci il tarixli 2(102)-2196/18 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 01.11.2017- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İsmayıl Vəliyev, Xumar Mərdanova, Elnur Həsənov) 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh2 30.000 manat əsas borc və ona hesablanmış 5240 manat faiz borcunun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hi ssədə təmin edilməmişdir. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin(hakimlər Fuad Babayev, Xumar Mərdanova, Elnur Həsənov) 18.01.2019cu il tarixli 2(103)-7231/2018 nömrəli qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-ci il tarixli 2(103)-7231/2018 nömrəli qərardadının ləğv edilərək buraxılmış müddətin bərpa edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən işin faktiki halları düzgün araşdırılmamış və maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Tovuz r ayonu Qovlar Poçt şöbəsinin poçtalyonu X tərəfindən verilmiş 14.02.2019-cu il tarixli məlumatdan görünür ki, sözügedən qətnamə cavabdehə 15.11.2018-ci il tarixdə verilmişdir. Mülki-Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Qovlar Poçt şöbəsindən verilmiş məlumata əsasən də qətnamədən verilmiş kassasiya şikayəti müddət keçmədən apellyasiya instansiyasına təqdim edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məh kəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 18.12.2018-ci il tarixli qərardadla Cavabdeh2 kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbl əri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İşin materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, qeyd olunan qətnamə 09.10.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən qəbul edilmiş, lakin cavabdeh kassasiya şikayətini 14.01.2019-cu il tarixdə (şikayət vermə müddəti bitdikdən 1 ay 5 gün sonra) məhkəməyə təqdim etmişdir. Cavabdeh2 kassasiya şikayətində qətnaməni 12.11.2018-ci il tarixdə aldığını göstərsə də, şikayətə əlavə edilmiş üzərində «12.11.2018» tarixli ştamp vurulmuş və Cavabdeh2 ünvanlanmış zərfin Bakı Apellyasıya Məhkəməsi tərəfindən deyil, Tovuz DYP tərəfindən göndəri ldiyi müəyyən edilmişdir. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, Cavabdeh2 kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətlə apellyasiya instansiya məhkəməsinə müraciət etməmişdir, buna görə də, kassasiya instansiya məhkəməsi müddə tin bərpa edilməsi məsələsini müzakirə edə bilməz. Eyni zamanda, kassasiya şikayətinə əlavə edilmiş Tovuz rayonu Qovlar Poçt şöbəsinin poçtalyonu X tərəfindən verilmiş 14.02.2019-cu il tarixli məlumat işdə olan poçt xəbərnaməsi ilə təkzib edilir və həmin məlumat apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Buna görə də, kassasiya instansiya məhkəməsinə təqdim edilən yeni sübut apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli 2(103)-7231/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3020/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3020/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver