Məhkəmə qərarları › İş №2(102)-3021/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3021/2019

15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3021/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili ÇEnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.S.Qəhrəmanov, iş 2(003)-3124/2 017) İddiaçı Cavabdeh2 qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh2 30.000 manat məbləğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi və İddiaçı Cavabdeh1 qarşı pul tələbinə iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.S.Qəhrəmanov, iş 2(003)-2610/2018) iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli, 2(103)-11772 /2018 saylı qətnaməsi ilə (F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), hakimlər Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli və 13 iyul 2018-ci il ta rixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1000 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 450 manat pul, cəmi 1450 manat məbləğində pulun 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlərə görə 435 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 33.000 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 9900 manat pul, cəmi 42900 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlərə 9930 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər R ayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair 2(003)-3137/2017 nömrəli mülki iş İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair 2(003)-3124/2017 nömrəli mülki işlə birləşdirilərək bir icraatda 2(003)-3124/2017 nömrədə baxılmışdır. Sonradan Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı girov verdiyi 207,6 qram qızıl-zinyət əşyalarının alınaraq ona qaytarılması və qanunsuz olaraq ondan 4385 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 İddiaçı qarşı qızıl-zinyət əşyalarının qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məh kəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının cavabdehin vəkili ÇE kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 13 dekabr 2010-cu il tarixli kağız vərəqədəki əlyazıdan görünür ki, Cavabdeh2 Sə 67 qram qızıl, sep və qolbaqdan başqa (15+25 qram) köhnədən 2000 manat, 750 manat, 916 manat, cəmi 3666 manat borcu vardır. 67 qram qızılı 1 ay müddətində qaytarmasa həmin qızıl üçün 3550 manat qaytarmalıdır. İş materiallarında olan 16 may 2010-cu il tarixli kağız vərəqədəki əlyazının surətindən məlum olur ki, Cavabdeh2 Sə 13000 manat pul qaytarmalıdır və 2000 manatlıq qızıl borcu var və onu qaytaracaqdır. İşdə olan 01 iyul 2014-cü il tarixli kağız vərəqədəki əlyazıdan görünür ki, Cavabdeh2 İddiaçı 26000 manat pul qızıl ilə birlikdə 8 ildir ki, borc götürmüşdür. Ailə vəziyyəti ilə əlaqədar qaytara bilməmişdir. Nəzərdə tutur ki, yaşadıqları A.Abdullayev küçəsi 49 saylı evi satıb borclarını verəcəkdir. Bundan ba şqa nənəsinin Təzə bazarın arxasında yerləşən mülkü satıb, ya bölüb qalan borclarını verəcəkdir. İş materiallarında olan 16 fevral 2014-cü il tarixli kağız vərəqədəki əlyazıdan görünür ki, Babayeva X2 7000 manat pul almış və onu vaxtında geri qaytarmağa söz vermişdir. İş materiallarına əlavə edilmiş əlavə № 1 - ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 36 ay müddətində "xxxx" ASC-yə 7000 manat əsas borc, 2759,31 manat faiz borcu, cəmi 9759,31 manat məbləğində pul ödəməlidir. Müştəri kodu 045702 qeyd olunmuşdur. Həmin cədvəlin üzərində qələm ilə Cavabdeh2 yazılmışdır. İşdə olan əlavə № 1 - ödəniş cədvəlinin surətindən məlum olur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin müddəti 48 ayadək uzadılmış, əsas borcun qalığı 4241,31 manat, faiz borcunun qalığı 2423,02 manat, cəmi borc 6664,33 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 28 noyabr 2016-cı il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan İddiaçı tərəfindən 2-ci Polis bölməsinə ünvanlanmış 28 yanvar 2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh2 2014-cü ildə ona 92 qram qızıl verib 4000 manat pul almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin üzərində 07 yanvar 2013-cü il tarixdə yazılmış əlyazıdan görünür ki, Cavabdeh1 İddiaçı 1000 manat almış və dekabr ayında qaytaracaqdır. Birinci instansiya məhkəməsinin qətnamələrinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 373.2, 375.2, 449.1, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 52, 80-82, 106.2, 119.1, 191, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və mübahsiələndirilən hissəyə münasibətdə yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual h üquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar