Məhkəmə qərarları › İş №2(102)-3021/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3021/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3021/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5174/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) xx xxxxxx 2018-ci il tarixli 2(006)-5921/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh «C avabdeh1» MMC-dən əsas borca görə 4136,50 ABŞ dolları, faiz borcuna görə 1912,48 ABŞ dolları, cəmi 6048,98 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, cavabdeh «Cavabdeh1» MMC-dən tutulmalı olan məbləğin Cavabdeh2 məxsus olan banka girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl məmulatları açıq hərracda satılaraq cavabdeh «Cavabdeh1» MMC-nin banka olan borcunun ödənilməsi və satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə çatışmayan məbləğin cavabdeh “Cavabdeh1” MMC-nin digər əmlaklarının satışından ə ldə edilən pul vəsaitinin hesabına ödənilməsi və satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləapelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər «Cavabdeh1» MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov qoyulmuş qızıl-zinət əşyalar ına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, cəmi 6048,98 ABŞ dolları məbləğində kredit borcunun - bundan 4136,50 ABŞ dolları əsas borcun 1912,48 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “Cavabdeh1” MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi girov qoyulmuş Cavabdeh2 məxsus qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq bazarda və ya hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin “Cavabdeh1” MMC-nin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunmuş məbləğ ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin ödənilməsinə kifayət e tməzsə, çatışmayan məbləğin “Cavabdeh1” MMC-nin digər əmlaklarından ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə cavabdeh “Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 716 nömrəli kredit müqaviləsinə əsasən fəaliyyətin genişləndirilməsi məqsədilə cəmiyyətə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 13500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 716 nömrəli Saxlanc ipoteka müqaviləsinə əsasən 23500 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyaları bank a girov qoyulmuşdur. Kredit müqaviləsinin 2.3-cü, 5.4-cü, 6.2-ci, 7.1.-ci və 7.2-ci bəndlərinə əsasən borc alan krediti qəbul edib həmin müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmaq barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə 9363,50 ABŞ dolları, faiz borcu üzrə isə 2017,50 ABŞ dolları məbləğində ödəniş etməklə kifayətlənmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və xx xxxxx 2018-ci il tarixli **********515 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan “C avabdeh1” MMC-nin xx xxxx 2015-ci il tarixli, 716 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə “İddiaçı'’ Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 4136,50 ABŞ dolları əsas borcu, 1912,48 ABŞ dolları faiz borcu, cəmi 6048,98 ABŞ dolları məbləğində kredit borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiyası məhk əməsi tərəfindən kredit üzrə əsas və faiz borclarının həqiqəti əks etdirən real məbləğləri lazımi qaydada aşkar olunmamış və məhkəmə iş üzrə zəruri olan məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Halbuki, borc məbləğinin süni şəkildə şişirdilməsi açıq-aşkardır. Bütün bunlardan başqa birinci instansiyası məhkəməsi tərəfindən borcun ondan manatla deyil, məhz ABŞ dolları ekvivalentində tutulması barədə nəticəsi də qanunsuz və əsassızdır. Qətnamədən göründüyü kimi tərəflər arasındakı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixədək müəyyən edilsə də, məhkəmə kredit üzrə faizləri yalnız iddiaçı tərəfin istək və arzusuna uyğun olaraq xx xxxx 2018-ci il tarixədək hesablamışdır. Başqa sözlə məhkəmə faktiki olaraq faz məbləğini 1 (bir) il artıq hesablamışdır. Bu hallar isə məhkəmə çəkişməsinin bir daha qərəzli və birtərəfli aparılmasını sübut edir. Bundan başqa girov predmetlərinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hallara diqqət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə «Cavab deh1» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 716 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən «Cavabdeh1» MMC-yə fəaliyyətin genişləndirilməsi məqsədilə 24 ay müddətinə illik 24 faiz olmaqla, 13.500 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ona məxsus olan qızıl-zinət əşyalarını banka ipoteka kimi təqdim etmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 4136,50 ABŞ dolları əsas borc, 1912,48 ABŞ dolları faiz borcu, cəmi 6048,98 ABŞ dolları borcu qalmışdır. xx xxxxxxx 2019-cu il tarixli 15010 nömrəli ekspert rəyindən görünür ki, ekpert iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxx 2015-ci il tarixli 716 sayl ı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq “Cavabdeh1” MMC-nin xx xxxx 2015-ci il tarixli 716 saylı kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 6110,69 ABŞ dolları məbləğində müəyyən edib. O cümlədən, xx xxxx 2018-ci il tarixə olan əsas borc üzrə 4208,47 ABŞ dolları və faiz borcu üzrə 1902,23 ABŞ dolları təşkil edir. İddia tələbini təmin edən apelyasiya instansiyası məhkəməsi Mülik Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 739, 295, 279 və 296.1-ci maddələrinə istinad edərək və ekspert rəyini əsas götürərək gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdı r. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisələnirilməyən hallarından göründüyü kimi tərəflər arasındakı kredit müqaviləsi xx xxxx 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmaqla, xx xxxx 2017-ci il tarixdə həmin müqavilənin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. İstinad olunm uş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qərardan göründüyü kimi, iddiaçı bank kredit müqaviləsindən irəli g ələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işdə iddiaçı bank kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq müqavilə müddətindən sonrakı dövr üçün də müqavilə ilə müəyyən edilmiş faiz məbləği ilə borc hesablamış, işə baxan məhkəmələr də bu hala diqqət verməmiş, iddiaçının tələbini təmin etmişlər. Bu hal isə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının tələblərinə zidd olmuşdur. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və tələb edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün yalnız vurulmuş zərər qismində illik 5% məbləğində pulun ödənilməsini tələb edə bilər ki, bu da hazırki iddianın predmetini təşkil etmir. Çünki iddia tələbindən iddiaçının bu əsaslar tələb irəli sürməsi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən də göründüyü kimi, tədqiqat aparılarkən cavabdehin banka olan borcu xx.xx.2018-ci il tarixə kimi, yəni müqavilə müdəti bitəndən sonrakı müddətə hesablanmışdır. Cavabdeh bu barədə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərinə hüquqi qiymət verməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikay əti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə x xxxxxx 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Bundan başqa birinci instansiya məhkəməsi girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiymətini müəyyən etməmiş, apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə görə, gi rov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə görə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Birinci instansiya məhkəməsi tutmanın kreditin təminatı kimi girov qoyulmuş Cavabdeh2 məxsus qızıl-zinət əşyalarının qiymətini müəyyən etməmiş, bunun üçün mütəxəssis cəlb etməmiş, apelyasiya instansiyası m əhkəməsi bu halı diqqətdən qaçırmışdır. Birinci instansiya məhkəməsi həmçinin qətnaməsində girov qoyulmuş qızıl-zinət açıq hərracdan satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə çatışmayan məbləğin cavabdeh “Cavabdeh1” MMC-nin digər əmlaklarının satışından əldə edilən pul vəsaitinin hesabına ödənilməsi qeyd edərək qeyri-müəyyən nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 5-ci və 6.8-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəz ifələrini dəqiq müəyyən etməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ş ərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5174/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar