Məhkəmə qərarları › İş №2(102)-3021/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3021/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3021/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətə (Maraqlı şəxs X3) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3021/22 (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Bakı şəhəri 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9880/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X4” MMC-nin direktoru X1 ilə alıcı İddiaçı arasında bağlanmış 07 may 2013-cü il tarixli müqaviləsinə əsasən satıcı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini (mağazanı) alıcıya verməyi, alıcı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 1500 manat olmaqla, cəmi 189.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tik inti-quraşdırma işlərini 24 ay ərzində tamamlayır və alıcıya təhvil verir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “X4” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “07 may 2013-cü il tarixli 144 nömrəli müqavilə əsasında iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsi adlanan mağazanın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh “X4” MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı 07 may 2013-cü il tarixdə “X4” MMC ilə 144 nömrəli müqavilə ba ğlamışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini nəğd ödəməklə iddiaçının mülkiyyətinə verilməsinə dair öhdəlik müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 189.000 manat müəyyənləşdirilmişdir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən iddiaçı həmin qeyriyaşayış sahəsinin tam dəyərini, yəni 189.000 manat pul məbləğini tam ödəmişdir. Ona görə də, 07 may 2013-cü il tarixdə həmin sahəyə görə şirkətə borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Həmin vaxt binada tikinti işləri getdiyi üçün cavabdeh bildirmişdir ki, tikinti işləri 24 ay ərzində bitdikdən son ra Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verəcək, lakin İddiaçı dəfələrlə bu barədə “X4” MMC-yə müraciət etsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yetirməkdən yayınaraq müxtəlif bəhanələr gətirmişdir.

4. Cavabdeh iddia tələbini etiraf etməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Talıbli küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəm əsi) 2(004)-3483/2017 nömrəli iş üzrə 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim Elşad Şamayev) iddia tələbi təmin edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddianı etiraf etdiyi və həmin etiraf digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün məhkəmə tərəfindən təsdiq olunmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mövcud olan qanunvericiliyə əsasən də əsaslıdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 752.1, 385.1, 442, 445.2.1, 448.1, 452.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qəbul edlən vaxt artıq cavabdeh “X4” MMC-nin Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsi Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı ilə Maraqlı şəxs ASC-yə təhvil verilməsi qərara alınmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-9880/2021 nömrəli iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məm məd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 442, 445.2.1, 448.1, 452.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Maraqlı şəxs ASC (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

16. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak h ələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər i

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsinə dair Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb, Maraqlı şəxs ASC-nin apellyasiya şikayətini rədd edərkən iş üzrə cavabdeh “X5” MMC-nin iddianı etiraf etməsini, barışıq sazişinin təsdiqi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilən mağazaların binanın müvafiq mərtəbələrinin hansı hissələrində yerləşməsinin dəqiq göstərilməməsini, barışıq sazişinin təsdiqi barədə qərardadın tam icra edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin Maraqlı şəxs ASC-yə verilməli olan sahələrlə üst-üstə düşməsinin müəyyən olunmamasını, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən dəyəri ödənilməklə alınmasını göstərmişdir.

29. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razıla şmır və hesab edir ki, qətnamə iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan, sübutlara tam və hərtərəfli qiymət verilmədən və beləliklə də qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarıldığından ləğv edilməlidir.

30. İş materiallarından görünür ki, Maraqlı şəxs ASC-nin apellyasiya şikayətinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmə kollegiyası tərəfindən 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məktub göndərilmiş və həmin məktubda icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri barədə sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur.

31. Həmin məktuba icra şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli cavaba görə 3 avqust 2010-cu il tarixli icra sənədi icra şöbəsinə 21 aprel 2011- ci il tarixdə daxil olmuş və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 qaraj Maraqlı şəxs ASCyə təhvil verilmiş, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmamışdır.

32. Göstərilən mübahisəli vəziyyətdə həqiqətə nail olmaq üçün Bankın, “X5” MMC-nin nümayəndələrinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakının təmin edilməklə işə baxılması mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxmış və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənə dində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması yoxlanılmamış və bu məqsədlə heç bir araşdırma aparılmamışdır.

33. İddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlmək üçün əsas verməmişdir.

34. MMC ilə İddiaçı arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilməmişdir.

35. Yasamal rayon İcra şöbəsinin 21 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, icra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri binanın həm birinci, həm də 2-ci mərtəbələrində yerləşir.

36. İddiaçı isə iddia etməsinə görə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi binanın 1-ci mərtəbəsində yerləşir.

37. Belə olan halda, MMC-yə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən olunmalı və bununla əlaqədar binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq olunmalı, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən olunmalı, yerli baxış keçirilməklə mübahisəli qeyri-yaşayış sahəsinin yeri müəyyən olunmalı, həmin sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməli idi.

38. Apellyasiya instansiyası məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf olunmasını iddianın təmin edilməsi üçün əsas kimi qəbul edərkən Azə rbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin hazırkı vəziyyətdə iddianın təmin edilməsi üçün əsas verməməsini nəzərə almamışdır.

39. Qanunun həmin normasına görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

40. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə Bankın maraqlarına toxunduğundan apellyasiya instansiyası məhkəməsinin MPM-nin 52 və 191-ci maddələrinə istinad etməsi əsassız olmuşdur.

41. İşdən göründüyü kimi, İddiaçı tərəfindən irəli sürülən tələb qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlıdır.

42. Əgər tərəflər arasın da qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı heç bir mübahisə yox idisə, onda iddiaçının hansı səbəbdən belə bir iddia ilə məhkəməyə müraciət etməsi aydın deyildir.

43. Halbuki, MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 2(103)-9880/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar