Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3022/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu - (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13860/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-412/2016 nömrəli iş üzrə xx xxxxx xx 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Əhmədov) “Bank VTB (Azərbaycan)” X2 (bundan sonra – iddiaçı və ya Bank) iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə Baş kredit razılaşması əsasında bağlanmış kommersiya krediti müqaviləsi üzrə xx xxx 2016-cı il tarixə əsas borc qismində 142947 manat 80 qəpik, faiz borcu qismində 25755 manat 02 qəpik, cərimə qismində 1357 manat 50 qəpik, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 24 manat, cəmi 170114 manat 32 qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predm etinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına Banka olan borcun ödənilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ipoteka predmeti olan fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə, ev satıldıqdan sonra bir ay müddətində onların həmin evə istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən əvvəlcə iş üzrə zamin və ipoteka qoyan Cavabdeh3 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-3885/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Əliyev (sədrlik edən və məruz əçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 300000 manat müəyyən olunmasına dair hissədə, Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə zamin olan Cavabdeh4 apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti mümkün hesab edilib icraata qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız həmin cavabdehə aid hissədə yoxlanılmış və apelyasiya instansiyası məhkəməsinin 2(103)-5879/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.İmanov) Cavabdeh4 apellyasi ya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilmiş, iddia ona aid hissədə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-5879/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Bank və Cavabdeh3 ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-339/19 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər - İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev) kassasiya şikayətləri qismən təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ap elyasiya instansiyası məhkəməsinin 2(103)-4110/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və X.Sarıyev) Cavabdeh4 apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, hazırkı iş üzrə Bankın iddiası Cavabdeh4 münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsinin 2(102)-6273/19 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) Bankın kassasiya şikayəti qismən təmin e dilərək, apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-13860/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Xəlilov və X.Cəmilova) Cavabdeh4 apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh4 aid hissədə rədd edilmişdir. Sonuncu qətnamədən Bank (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tə ləbinin cavabdeh SəmədovSayibxan İltifat oğluna qarşı hissəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən, həmçinin Cavabdeh3 da (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx xxx 2020-ci il tarixli qərardadla hər iki kassasiya şikayəti icraata qəbul edilmişdir. Lakin Cavabdeh3 kassasiya şikayəti icraata qəbul edilərkən nəzərə alınmamışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəyə m inmiş və icraya yönəldilmişdir. Hazırkı kassasiya icraatının yoxlama predmetini təşkil edən apelyasiya icraatı Cavabdeh4 apelyasiya şikayəti əsasında başlanmış və apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız zamin olan həmin cavabdehə aid hissədə yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Beləliklə hazırkı kassasiya ic raatı üzrə Cavabdeh3 kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci madddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayətin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazrıkı iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin və həmin şikayətin icraata qəbulundan imtina edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13860/2019 nömrəli iş üzrə xx xxxxxx 2019- cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3022/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3022/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver