Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3023/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı İKB İddiaçı ASC və cavabdeh X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim S.Əliyev, iş № 2(008)-xx/15) İddiaçı ASC-nin cavabdehlər X4, X7, X3, X1 və X5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, X2 9.999 manat əsas borcun, 1.645 manat məbləğində faiz borcunun, 3.000 manat məbləğində cərimə borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tələbin cavabdeh H.Abiyevə məxsus olan və Bakı şəhəri, ev1 yönəldilməsi, həmin mənzilin 30.000 manat AZN məbləğində qiymətləndirilməklə mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehin kredit borcunun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlərin həmin mə nzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X7 və X4 birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Mərdanova və X.Sarıyev, iş № 2(103)-xx/18) cavabdehlər H.Abiyev və N.Abiyeva tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, İddiaçı ASC ilə cavabdeh H arasında 19.03.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən yaranmış faiz borcunun ödənilməsi məqsədilə 463 (dörd yüz altmış üç) manat 6 (altı) qəpik məbləğində pulun cavabdeh Hüsaməddin Abiyevdən tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh H arasında bağlanmış 19.03.2014-cü il tarixli “İpoteka müqaviləsinə” əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, EV1 ilkin satış qiymətinin 38.700 (otuz səkkiz min yeddi yüz) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qalan hissədə, yəni kredit borcunun qaytarılması barədə öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 3.000 (üç min) manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh H İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh H məxsus olan və Bakı şəhəri, EV2 açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına H Banka olan borcun un ödənilməsi, satıldıqdan sonra mənzilin boşaldılması və cavabdehlərin həmin mənzildən çıxarılması hissəsində Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən həm iddiaçı həm də cavabdeh kassasiya şikayətləri vermişlər. İddiaçı ASC kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh N isə kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin qismən, yəni “apellyasiya şikayətinin təmin edilməməsi” hissəsində ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər X4, X7, X3, X1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh H arasında 19.03.2014-cü il tarixdə bağlanmış 1-G-10-244-14 №-li “Kredit müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 9.999 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.645 manat, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 3.000 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan cavabdeh H Bankın xeyrinə tutul ması, tələbin cavabdeh H məxsus olan və Bakı şəhəri, EV2 yönəldilməsi, mənzilin ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına H Banka olan borcunun ödənilməsi, satıldıqdan sonra mənzilin boşaldılması, Cavabdeh1 özünün və onun ailə üzvlərinin – iş üzrə cavabdehlər N, İ, F və H mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbi q olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hər iki tərəf kassasiya şikayəti vermişdir. Məruzəçinidinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, ka ssasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli həmin kassasiya şikayətlərinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Bank ilə H arasında 19.03.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən H, kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə, 36 ay müddətinə 12.000 manat məbləğində kredit vermişdir. Həmin tarixdə bank ilə H arasında bağlanmış 19.03.2014-cü il tarixli “İpoteka müqaviləsindən” görünür ki, cavabdeh H Bank qarşında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipo teka ilə yüklü etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş mənzilin dəyəri 30.000 manat məbləğində qiymətləndirilmişdir. DƏDRX “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilən MH seriyalı, ******* nömrəli “Çıxarışdan” müəyyən olunur ki, ipoteka predmeti olan mənzil cavabdeh H.Abiyevin adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin 14.03.2014-cü il tarixli “Arayışından” və digər sənədlərdən görünür ki, cavabdehlər H, N, İ, F və H ipoteka predmeti olan mənzildə daimi qeydiyyatdadırlar. Bunu nəzərə almış Bank mənzilin ipoteka yüklü edilm əsi zamanı onların buna yazılı razılığını almışdır. Lakin, cavabdeh H iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu “Kredit müqaviləsinə” uyğun qaydada ödəməmişdir. Bank tərəfindən cavabdeh H kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. Bank tərəfindən təqdim edilmiş 13.05.2015-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdeh H Banka olan əsas borcu 9.999 manat, faiz borcu 1.645 manat, cərimə borcu isə 3.000 manat təşkil edir. “Ödəniş qəbzlərindən” görünür ki, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün 30 manat, iddia ərizəsinin verilməsi üçün isə 30 manat məbləğində dövlət rüsumu Bank tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alan apellyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdeh H üzərinə düşür. H isə apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən onun tərəfindən Banka nə qədər ödəniş edilməsini, tələb olunan borc məbləğinin düzgün hesablanıb-hesablanmamasını araşdırmamışdır. Apellyasiya intansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinin araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası, daha sonra isə iddiaçı Bankın nümayəndəsinin vəsatətini təmin edərək iş üzrə əlavə məh kəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzidən verilmiş 21.08.2018-ci il tarixli, 1853 nömrəli ekspert rəyinə görə, cavabdeh H Banka 10.147,21 manat əsas borcu, 463,06 manat cərimə borcu vardır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində əsaslıdır. Ona görə də, cavabdeh H tutulmuş faiz borcunun məbləği azaldılmalı və 463,06 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsas borc məbləğinin müəyyən edilməsi h issəsində təmin edilə bilməz. Çünki iş üzrə verilmiş və yuxarıda adı çəkilən ekspert rəyində göstərilən əsas borc məbləği əsas borca dair iddia tələbinin həcmindən də artıqdır və cavabdeh H də onun Banka olan borcunun daha az olmasını və ümumiyyətlə, olmamasını təsdiq edəcək, ekspert rəyini və ya Bankın hesablamasını şübhə altına ala biləcək sübutu, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, cavabdeh H Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilən maddi hüquq normalar ının tələblərinə əsaslanan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, 9.999 manat məbləğində əsas borc (Rayon Məhkəməsinin qətnaməsində müəyyən edildiyi kimi), 463,06 manat məbləğində isə faiz borcu (iş üzrə verilmiş ekspert rəyinə əsasən) cavabdeh H tutularaq Banka ödənilməlidir. İddiaçı Bank, onunla cavabdeh H arasından bağlanmış “Kredit müqaviləsinin” şərtlərini əsas götürərək borcalan H 3.000 manat məbləğində cərimə tətbiq etmiş və tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh H apellyasiya şikayətində bu məbləğə etiraz edərək bildirmişdir ki, Rayon Məhkəməsi belə bir hüququ olduğu halda cərimə borcunu nə silməmiş, nə də azaltmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış “Kredit müqaviləsində” kreditin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh H Banka cərimə ödəmək öhdəliyi nəzərdə tutulmuşdur. Qüvvədə olan qanunvericilikdə məhkəmənin dəbbə pulunu silmək kimi səlahiyyəti nəzərdə tutulmamış, qanunvericilik məhkəməyə yalnız dəbbə pulunu azaltmaq səlahiyyətini vermişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bir inci instansiya Məhkəməsi Bankın hesabladığı dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olmadığı qənaətinə gəlmiş və onu tam həcmdə cavabdeh H.Abiyevdən tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşaraq və hesab etmişdir ki, 3.000 manat məbləğində cərimə borcu cavabdeh H.Abiyevdən tutularaq Banka ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar ə şyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblə rindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara ve rilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Yuxarıda sadalananaları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müzakirə olan hissədə iddia əsaslıdır və birinci instansiya məhkəməsi tutmanı ipoteka predmetinə yönəltməkdə və mənzilin açıq hərracda satılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə, ipoteka predmetinin qiyməti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 19.03.2014-cü il tarixli “İpoteka müqaviləsinin” 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 30.000 manat məbləğində müəyyən edilmişdir. Rayon Məhkəməsi həmin razılaşmaya istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini 30.000 manat müəyyən etmişdir. Hazırki iş üzrə apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarə t olmuşdur ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti kimi müəyyən edilmiş 30.000 manat həmin əmlakın real bazar dəyərini əks etdirmir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tikinti ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 09.01.2018-ci il tarixli rəyinə əsasən, ipoteka predmetinin 09.11.2018-ci il tarixə hesablanmış likvid dəyəri 38.700 m anat təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti 38.700 manat müəyyən edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənzilin satıldığı və cavabdehlərin mənzili tərk etmədikləri halda cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmasını qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bütün sadalananlara əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh H tutulan faiz borcunun məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndiri lməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İKB İddiaçı ASC və cavabdeh X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-3023/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3023/2019
22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver