Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3023/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “xxxx” MMC-nin vəkili X3, Cavabdeh və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12758/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)3287/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Qasımo v) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən 60.000 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12758/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan vurulmuş ziyana görə 61.522 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Və kil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı “xxxx” MMC vəkili Bağban Şirinov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kasasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən təmin edilməsi üçün əsasların olmasına, ziyanın cavabdeh tərəfindən tam maddi məsuliyyət daşıdığı halda vurulmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192, 195-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəmə si apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh iddiaçı təşkilata işə qəbul edilib və xx xxxxxx 2014-cü il tarixdə işəgötürənin əmri ilə iddiaçı təşkilatda satış işlərini həyata keçirmək üçün “marketinq üzrə mütəxəs sis” vəzifəsinə keçirilib. Eyni zamanda xx xxxx 2013-cü il tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə cavabdeh iddiaçı təşkilata mənsub olan maddi və natural vəsaitlərin (pul) qorunub saxlanılmasını təmin etməyi tam maddi məsuliyyətli şəxs kimi öz üzərinə götürüb. İşə əlavə edilmiş xx xxxxxx 2018-ci il və xx xxxxxxxx 2019-cu il tarixli “Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixə “xxxx” MMC-yə olan debitor borcunun düzgünlüyünün auditi barədə” Aktın surətindən görünür ki, cavabdehin xx xxxxxxxx 2018-ci il tarixə iddiaçı təşkilata 61.522,05 manat debitor borcunun olduğu müəyyən edilmişdir. Həmçinin cavabdeh yazılı iltizam verərək iddiaçı təşkilatda xx xxxx 2013-il tarixdən işlədiyini və işlədiyi vaxtdan bu günədək həmin təşkil atın 60.000 manat pulunu mənimsədiyini yazılı etiraf edib və borcu ödəyəcəyinə söz verib. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, sözügedən yazılı qəbzin cavabdeh tərəfindən imzalanması işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsi qətnamə ilə iddia tələbini qismən təmin edib, cavabdehdən 60.000 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh “xxxx” MMC qarşı 60.000 manat pul tələbinə dair iddiası rədd edilib. Birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh izahatında işəgötürənlə razılığa gəldiyini, ümumi olaraq 120.000 manat puldan 60.000 manatının ona çatacağına görə qalan 60.000 manata dair borclu olması barədə yazılı qəbz verdiyini və bu şərtlə qəbzi imzaladığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfind ən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiy atsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (Əmək Məcəlləsinin 191-ci maddəsi). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (Əmək Məcəlləsinin 192-ci maddəsi). Həmin Məcəllənin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı halların dairəsi müəyyən edilib göstərilib. Hə min Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən- saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, “b” bəndinə əsasən– işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə vurduğu ziyana görə və “c” bəndinə əsasən - inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamə tləri olduqda -işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia olunan ziyan cavabdeh tərəfindən onun tam maddi məsuliyyət daşıdığı halda vurulduğundan və onun məbləği cavabdehin orta aylıq əmək haqqından çox olduğundan və sonuncu onu könüllü olaraq ödəməkdən imtina etdiyindən, iddiaçı təşkilatın tələbinə əsasən həmin ziyanı cavabdehdən məhkəmə qaydasında tutmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmasını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı təşkilatın işçisi olduğundan və onlar arasında tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlandığından və işin bu halı mülki iş materialları ilə istisna edilmədiyindən, cavabdeh işəgötürənə vurduğu maddi ziyana gö rə tam maddi məsuliyyət daşıyır. Belə ki, cavabdeh iddiaçı təşkilatda satış işlərini həyata keçirən “marketinq üzrə mütəxəssis” vəzifəsində işləyib və əmək müqaviləsinin şərtlərinə görə, satış işlərini həyata keçirməsi bilavasitə onun əmək funksiyalarına daxil olub. Eyni zamanda iddiaçı təşkilatın iddia etdiyi məbləğ birbaşa cavabdehin əmək funksiyalarının icrası ilə bağlı olan münasibətlərdən irəli gəlib. Ona görə də cavabdehin apelyasiya şikayətinin dəlilləri tam əsassızdır. Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində “Tam maddi məsuliyyət haqqında” müqaviləni imzalamadığını, iddiaçı təşkilata mənsub olan maddi və natural vəsaitlərin (pul) qorunub saxlanılmasını təmin etməyi tam məsuliyyəti ilə öz üzərinə götürmədiyini göstərib iddia tələbinə etiraz etsə də, bu dəlillər onun özünün izahatı, yazılı iltizamı, audit rəyləri, o cümlədən qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə də istisna olunur. Cavabdehin iddiaçı təşkilatla bağladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləni məhkəmə qaydasında mübahisələndirməməsi, birinci instansiya məhkəməsində işə baxılarkən onun həmin müqavilədəki imzanın ona məxsus olub-olmamasını mübahisələndirməməsi və həmin imzanın yoxlanılması üçün ekspertiza keçirilməsinə dair hər hansı vəsatət verməməsi, hətta apelyasiya şikayətində bu halı mübahisələndirməməsi də kasasiya şikayətinin dəlillərinin açıq-aşkar əsassız olması qənaətinə gəlməyə əsas verir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsinə dair cavabdehin kassasiya şikayətinin dəlilinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh öz yazılı izahatı ilə iddiaçı təşkilata 60.000 manat ödənilməmiş debitor borcunun olduğunu etiraf etdiyinidən, həmçinin onun iddiaçı təşkilata ödənilməmiş 61.521,60 manat debitor borcunun qalması mülki iş materialları, o cümlədən “xxxx” MMC xx xxxxxxxx 2019-cu il tarixli auditor rəyi və eyni tarixli aktı ilə istisna edilmədiyindən kasasiya şikayətinin bu dəlili də razılaşmaq olmaz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qi ymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12758/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3023/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3023/2020
09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver