Məhkəmə qərarları › İş №2(102)-3023/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3023/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3023/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-954/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK (bundan sonra – MTK) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2016-cı il tarixdə Razılaşma imzalanmış və həmin Razılaşmaya əsasən, Cavabdeh Kooperativin tikintisi və təmiri yarımçıq vəziyyətdə olan mövcud binasında hörgü, betontökmə, üzlük çəkmə və digər inşaat işlərinin aparmaq, rəhbərlik etdiyi inşaatçı briqadasının görəcəyi işləri dəqiqləşdirməklə, icrasını dayandırmalara yol vermədən keyfiyyətli vəziyyətdə yerinə yetirmək, inşaat işlərinin yüksək mərtəbəli binada aparıldığını nəzərə almaqla, normal iş şəraiti yaratmaq, texniki təhlükəsizlik tədbirlərini təşkil etmək barədə üzərinə vəzifə götürmüşdür. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)1856/2016 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan Cavabdeh x eyrinə 132000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-369/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Yasamal RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin kooperativin binasında təmir-tikinti işlərinin aparılması həvalə edilmiş Cavabdeh təmir-tikinti işləri ilə əlaqədar məhkəmə qərarına əsasən əldə etdiyi 45000 manat pulu mənimsəməsi və alacağı 87000 manat pulu da mənimsəmək fikrində olması barədə etdiyi müraciəti üzrə aparılmış araşdırma zamanı toplanmı ş materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 4. "xxxx" MTK-nın sədri İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən, Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132000 manat məbləği isə "xxxx" QSC BOKT təşkilatı "xxxx" MTKnin hesabına pulu olduğu halda ödəməkdən imtina etmişdir.

5. İddiaçı notarial təsdiq edilmiş ərizəsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1856/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi "xxxx" MTK-nın nümayəndəsi X5 xx.xx.2016-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş, xx.xx.2016-cı il tarixdə qətnamə Ş.Hüseynov tərəfindən "xxxx" MTK-nın sədri kimi İddiaçı təqdim edilmiş və tərəfindən iş qovluğuna əlavə edilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X3 təyin edilmiş, xx.xx.2016-cı il tarixdə həmin qətnamə qovluqla birlikdə yeni sədr X1 təhvil verilmişdir. 6. "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə x2tərəfindən imzalanan akta əsasən, “Azin” qroup-un işçilərinə və gözətçilərə hörgü və suvağa 5000 manat, aqlaya əməkhaqqı üçün 5000 manat, 3 nəfər gözətçinin 12 aylıq məvacibi 10800 manat, işıq 12 aylıq 3800 manat, su və qrunt suyu 4400 manat, 3 nəfər ofis işçilərinə 13000 manat, kranın 2 aylıq icarə haqqı 5000 manat, krançının 3 aylıq əmək haqqı 2100 manat, texniki nəzarətçi 3 ay üçün 2400 manat, sahə rəisi 12 ay üzrə 400 manat, avtomobilə, binaya dəyən zərər 150+250=400 manat, ümumi 52300 manat "xxxx" MTKnın sədri İddiaçı xərcləmişdir. 7. "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə x2tərəfindən imzalanan xx.xx.2016-cı il tarixli akta əsasən Zərgərpalan və Tolstoy küçələrinin birləşməsində tikilən obyektin görülmüş işlərin həcmi (materiallar kərpic) cəmi 11113 manat təyin edilir. 8. xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin direktoru X2 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məh kəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində "xxxx" əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və sədri olduğu MTK ilə 16 fevral 2016-cı ildə koopera tivin tikintisi və təmir işlərinin yarımçıq vəziyyətdə olan binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin yerinə yetirilməsi məqsədi ilə fiziki şəxs olan inşaatçı briqadasının rəhbəri cavabdehlə aralarında "xxxx" tərtib edilmişdir. Cavabdehin rəhbərlik etdiyi inşaat briqadası yalnız işçi qüvvəsi funksiyalarını yerinə yetirirmiş, inşaat işlərinin aparılması üçün zəruri olan hər növ tikinti materiallarının alınması və çatdırılmasını isə MTK təmin etmişdir. Təxminən 5-6 ay ərzində inşaat briqadası nəzərdə tutulan işləri əsasən yerinə yetirmiş və həmin müddətdə cavabdeh iddiaçıdan 61750) manat pulu əmək haqqı adı ilə nağd olaraq imzalı qeydiyyatla hissə-hissə qəbul etmiş, briqadanın əlavə xərclərinə sərf olunan 6000 manat pul isə maddi çətinliklərə görə ödənilməmiş qaldmışd ır. Briqadanın icra etdiyi tikinti işlərində istifadə və sərf olunan müxtəlif sahibkarlardan və satıcılardan götürdüyü armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət materialların bir hissəsinin pulunu nağd hesablaşmalarla, müəyyən hissəsinin pulunu isə şəxsi nüfuzundan istifadə edərək sonra ödəmə şərti ilə alıb onları vaxtında inşaat briqadasına çatdırmışdır. İşlər başa çatdırıldıqdan sonra təmir-tikinti işlərinə istifadə edilmiş tikinti materiallarının alınmasına sərf olunan cəmi 132000 min manat pul MTK tərəfindən ödənilməli idi. Lakin, həmin vaxt kooperativdə sədrlik səlahiyyəti iddiaçıdan alınıb protokolla başqa şəxsə həvalə edildiyindən tikintiyə çəkilən həmin məbləği kooperativ hesablarında pul olmadığını bəhanə gətirərək ödəməkdən boyun qaçırmışdır. Cavabdeh və briqadanın üzvlə rindən heç kim kooperativin üzvü olmadığından onunla razılaşmışlar ki, pulun bankdan götürülməsi məhkəmə yolu ilə həll edilsin. Ona tam etibar etdiyindən iddia tələbini də cavabdehin adına hazırlamışlar. Cavabdeh bildirmişdir ki, icra etdikləri inşaat işlərinə görə əmək haqları əsasən ödənilmiş, kooperativdən alınacaq əlavə 6000 min manatdan başqa heç bir təmənnası ola bilməz. Ona görə də hər ikisinin razılığı ilə 132 min manat pulun kooperativdən alınması məqsədi ilə cavabdeh tərəfindən Bakı şəhəri 1 saylı inzibati məhkəməsinə iddia verilmiş və məhkəmənin 22(103)-369/2017 №-li, 13 iyun 2017-ci il tarixli qərarı onun adına çıxarılmışdır. Məhkəməyə həmçinin, tikintinin aparılması üçün iddiaçı tərəfindən alınan armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların məbləği bar ədə sənədlər, cavabdehlə birgə tərtib etdikləri Aktlar da təqdim edilmişdir. O, cavabdehin vədinə inanaraq əmin olmuşdur ki, cavabdeh razılaşmaya əməl edib tikinti materiallarına görə xərclədiyi və bir hissəsini də borclu qaldığı 132000 min manat pulu ona ödəyəcək. 3 il ərzində onunla tez-tez görüşmüş və bildirirmişdir ki, hələ bankdan pulu ala bilmir. Bu arada borclu qaldığı mal sahibləri də haqlı olaraq onu narahat etməyə başlamış, onlara vəziyyəti bildirmiş və borclarını ödəmək üçün tanışlarından borc pullar almağa məcbur olsa da, indiyə qədər tam ödəyə bilməmişdir. 2019-cu ilin sonlarında öyrənmişdir ki, cavabdeh həmin ilin fevral-dekabr ayları ərzində pulu kooperativin rəhbərliyinin razılığı ilə "xxxx" SKT Bakı filialından hissəhissə götürmüş və bunu ondan gizlətmişdir. Cavabdehdən də fələrlə pulu tələb etsə də, bunun heç bir nəticəsi olmamış, bundan sonra, cavabdehin hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müstəntiqin 01 mart 2021-ci il tarixli qərarı ilə şikayətin mülki xarakterli olduğu bildirilərək aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur.

11. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi iddiaya etiraz edərək onun rədd edilməsini xahiş etmiş, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin keçməsi əsası ilə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçını dostu vasitəsilə 2005-2006-cı illərdə tanımış, sonradan onunla iş birliyi olub, cavabd ehi isə tanımır. 2016-cı ildə iddiaçı ona müraciət edərək, Zərgərpalan küçəsində tikintisini həyata keçirdiyi obyekt üçün beton lazım olduğunu bildirmiş, o isə öz beton zavodundan ona beton vermişdir. İddiaçı verilmiş betonun gətirilməsi xərclərini vermiş, betonun dəyərini isə sonradan ona qaytarmışdır. Betonun dəyəri təqribən 11-12 min manat məbləğində olmuş, iddiaçı isə ona daşıma xərcləri ilə birgə 2000 və 3000 olmaqla, hissə-hissə 5000 manat pul vermişdir.

13. Digər şahid X7 ifadəsində göstərmişdir ki, iddiaçını 2016-cı ildən kərpic zavodundan tanıyır, cavabdehi bir neçə dəfə görüb, sonradan tanımışdır ki, iddiaçının yanında tikinti işi ilə məşğuldur. İddiaçıya 23000 manatlıq kərpic vermiş, sonradan verdiyi kərpicin pulunu tam ala bilməmiş, 22000 manat borcu qalmışdır. Malın sifarişini, gətirilməsini və digər məsələləri iddiaçı ilə danışmış, bu barədə cavabdehlə heç bir danışığı olmamışdır.

14. Şahid bildirmişdir ki, iddiaçı atasıdır, cavabdehi 2016-cı ildən tanıyır. Onun atası ilə tikintidə iş görüb, lakin atası materialları şəxsən özü alıb. Cavabdeh tikintidə 2016-cı ilin qış aylarından 2016-cı ilin may ayına qədər işləyib. Tikinti MTK-nın olub, cavabdeh qoşulub işləmişdir. Kreditlə bağlı tikinti dayanmış, sonra davam etməmişdir. Tikinti üçün “Dərnəgül” bazarından armatur, taxta almışlar və materiallar bazara məxsus maşınlarda gəlib. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iş getmişdir. 14300 manat taxtaya, 31000 manat armatura pul xərclənmişdir.

15. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4081/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (ha kim: Ə.Abbasova) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci və 1092.1-ci maddələrinə istinadən mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində "xxxx" əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən MTK-nın tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 və 377.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçı sonuncu dəfə tikintiyə xərclənmiş pul vəsaitlərinin geri ödənilməsi ilə bağlı cavabdehə 2019-cu ilin noyabr-dekabr aylarında müraciət etmiş və sonuncu pulu aldığını bildirərək, iddiaçıya çəkdiyi xərclərinin əvəzini ödəməkdən imtina etmişdir. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Beləliklə də, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciəti nəzərə alınmamalıdır.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi həmçinin Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

20. Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-nın sədri olaraq xx.xx.2016-cı il tarixli podrat müqaviləsini onunla imzalamışdır. MTK-nın tikintisi və təmiri yarımçıq vəziyyətdə olan binada icra edilən işlərin haqqı iddiaçının şəxsi vəsaiti hesabına deyil, kooperativin vəsaiti hesabına “Aqro Kredit” Səhmdar Cəmiyyəti vasitəsi ilə ödənilmişdir. Podrat müqaviləsi üzrə tərəf kimi MTK çıxış etmişdir. Ona görə də hazırkı iş üzrə iddiaçının ümumiyyətlə ona qarşı pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Əgər mübahisə olsaydı, belə bir iddia ilə MTK çıxış etməli idi. Birinci instansiya məhkəməsi mülki işin bu mühüm əhəmiyyət kəsb edən halına diqqət yetirməmiş, subyektiv hüququ olmayan şəxsin iddiasını icraata qəbul edərək qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmiş və bununla da onun “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan “ədalətli məhkəmə araşdırması” hüququnu pozmuşdur. Hazırkı mübahisədə müqavilə münasibəti olduğu halda, məhkəmə yanlış olaraq mübahisəni əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə etmişdir. Məhkəmə iclaslarında onun şahidləri dindirilməmiş, məhkəmə əsassız olaraq 3 illik iddia müddətini tətbiq etməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər-X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) 26 yanvar 2022-ci il tarixli, 2(103)954/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(011)- 4081/2021 sayl ı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

23. Belə ki, əsassız varlanma ilə bağlı irəli sürülmüş iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “məhrum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur.

24. Məhkəmə həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə qiymət verərək qeyd etmişdir ki, MTK tərəfindən aparılan tikintidə istifad ə olunan inşaat materiallarının alınması ilə bağlı halların şahid ifadələrinə əsasən təsdiq edilməsi qəbul edilə bilməz. Çünki hüquqi şəxs olan və hər il vergi hesabatları verən MTK tərəfindən yazılı sənədlər (qaimə faktura, elektron qaimə, vergi hesab-fakturası və s.) olmadan tikinti materiallarının əldə etməsi mövcud qanunvericiliyə (Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanuna, Vergi Məcəlləsinə və s.) və işgüzar adətlərə uyğun deyil. Ona görə də, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.

25. Həmçinin iş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzdə qeyd olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X2 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. Həmin qəbzdə hansı materialın alınması, materialın həcmi və s. kimi heç bir mə lumat qeyd edilməmişdir. Bundan başqa, həmin qəbzdə qeyd olunan tikinti materiallarının məhz "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Razılaşma (podrat müqaviləsi) üzrə görülmüş işlərdə istifadə olunması da hər hansı sübutla təsdiq olunmur. Ona görə də, həmin qəbz də mötəbər sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, iddiaçı artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş cavabdehin podrat müqaviləsi üzrə gördüyü işə görə "xxxx" MTK tərəfindən cavabdehə ödənilməli olan 132000 manat məbləğində pulun, materialın əvəzi olaraq ona ödənilməli olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iddiaçı 2016-cı ildə özünün "xxxx" MTK-nın sədri kimi yazdığı məktublarda bütün işlərin cavabdeh tərəfindən görülməsini və 132000 manat "xxxx" MTK-nın cavabdehə borcunun olmasını etiraf etmişdir. İddianı əsassız olduğu qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 377-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88i və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli araşdırmamı ş, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-954/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsaslandırılmamış, şikayətdə iddiaçı işin faktiki hallarını öz mövqeyinə uyğun şəkildə təhrif edərək göstərmiş, kassasiya şikayətində işin faktiki hallarını sadalamaqla kifayətlən mişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

32. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir.

34. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlə rin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası mə ruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. X9 iddia tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və sədri olduğu "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2016-cı il tarixli "xxxx"ya (podrat müqaviləsi) əsasən MTK-da aparılmış tikinti işlərinin bir hissəsi cavabdehlə onnu arasında olan şifahi razılaşmaya görə özünün şəxsi vəsaiti icra edilmiş, cavabdeh həmin vəsaiti MTK-dan aldıqdan sonra ona qaytaracağını vəd etmiş, lakin Cavabdeh MTK-dan 61750 manat pulu nağd və 132000 manatı isə Bank vasitəsilə alması na baxmayaraq öhdəliyinə əməl etməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halların sübuta yetirə bilməməsi əsası ilə iddianı ərizəsini rədd etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, yol verilmiş həmin prosessual rozuntular düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

50. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə x2tərəfindən imzalanan və ümumilikdə 52300 manat pulun kooperativin sədri İddiaçı tərəfindən xərclənməsinə dair akta (i.v.51) və "xxxx" MMC-nin direktoru X2 "xxxx" MTK-nın sədri İddiaç ı MTK-ya alınan materialın pul vəsaitini alması barədə xx.xx.2016-cı il tarixli qəbzdə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin sənədlər Cavabdeh İddiaçı tərəfindən materialın verilməsinin sübutu kimi qəbul edilə bilməz. Çünki həmin aktda bununla bağlı heçnə qeyd edilməmişdir, həmiçinin qəbzdə hansı materialın alınması, materialın həcmi və s. kimi heç bir məlumat qeyd edilməmiş, tikinti materiallarının məhz "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Razılaşma (podrat müqaviləsi) üzrə görülmüş işlərdə istifadə olunması da göstərilməmişdir.

51. Göstərilən sənədlərin Cavabdeh MTK-da tikinti üzrə fəliyyəti ilə bağlı olmaması qənaətinə gələn apellyasiya məhkəməsi həmin sənədin niyə görə Cavabdeh tərəfindən imzalanmasının səbəblərini müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərdən qaçırmışdır.

52. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-954/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar