Məhkəmə qərarları › İş №2(102)-3024/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3024/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan, apellyasiya baxışının hədləri, qüsurlu icra, podrat müqaviləsi üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 3)-6236/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 25 iyun 2007-ci il tarixli müqavilələrə əsasən, İddiaçı2 və İddiaçı3 “xxxx” MənzilTikinti Kooperativi (bundan sonra – cavabdeh MTK) tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən yaşayışbinasında 2 otaqlı, 106,5 kv.metr və 4 otaqlı, 185 kv.metr sahəli mənzillər almışlar. 06 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən, İddiaçı1 həmin binadan 3 otaqlı,119 kv.metr sahəli mənzil almışdır. Binada “xxxx” (mərkəzləşdirilmiş isitmə və soyutma) sisteminin qurulması üçün cavabdeh MTK-ya 23 mart 2009-cu il tarixədək İddiaçı1 5950 ABŞ dolları, 07 avqust 2008 tarixədək İddiaçı2 5325 ABŞ dolları, 06 iyun 2008-ci il tarixədək İddiaçı3 9250 ABŞ dolları ümumilikdə 20525 ABŞ dolları məbləğində pul ödəmişlər. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, mənzil 81 İddiaçı1, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, mənzil 82 İddiaçı2, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, mənzil 83 İddiaçı3 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) cavabdeh MTK-ya qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış binasında “xxxx” sisteminin quraşdırılması üçün ödənilmiş 20525 ABŞ dollarının, sonradan evlərinə quraşdırdıqları kondisioner-kombi sistemlərinə görə 20270 manat, 18000 manat kommunal xərclərə görə maddi zərər, süründürməçilik, əsəb və sarsıntıya görə 30000 manat mənəvi zərərin, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31 manatın cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh MTK ilə rəsmi müqavilə bağlayaraq mənzillərin dəyərini tam ödəməklə almışlar. Bundan sonra cavabdeh MTK-nın rəhbərliyi binada mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılması üçün mənzillərin hər kvadrat metrinə görə 50 ABŞ dolları olmaqla, pul tələb etmiş və onlar 2008-ci ildə üç mənzilə görə cəmi 20525 ABŞ dolları pul ödəmişlər. Lakin binanın təhvil verilməsindən və ödənişin edilməsinin üstündən illər keçməsinə baxmayaraq, sistem hələ də işlək vəziyyətə gətirilməmişdir. Bu barədə bina rəhbərliyinə müraciət etdikdə isə, rəhbərlik müxtəlif bəhanələrlə problemin həllindən boyun qaçırmışdır. Sistemin işə salınması üçün binanın rəhbərliyinə köməklik məqsədi ilə qeyri-rəsmi olaraq da ödənişlər edilmişdir. Lakin, problem həllini tapmadığından, onlar öz təmir olunmuş evlərində yenidən söküntü-tikinti işləri apararaq kombi isitmə sistemi və kondisionerlər quraşdırmaq məcburiyyətində qalmışlar. Onlar İddiaçı1 məxsus 81 saylı mənzildə 1 ədəd kombi (900 manat) və 1 ədəd kondisioner (1700 man at), İddiaçı2 məxsus 82 saylı mənzildə 1 ədəd kombi (1230 manat) və 3 ədəd kondisioner (cəmi 8810 manat), İddiaçı3 məxsus 83 saylı mənzildə 1 ədəd kombi (1230 manat) və 3 ədəd kondisioner (cəmi 6400 manat) quraşdırmaqla, ümumilikdə 20270 manat pul xərcləmişlər. Bundan başqa, binada quraşdırılmış isitmə-soyutma sisteminin işləməməsi nəticəsində 3 mənzilə birlikdə aylıq 500 manat kommunal ödəniş etdikləri üçün son üç il nəzərə almaqla, ümumilikdə 18000 manat ödəniş etmiş, eləcə də məlum problemlə bağlı stress, əsəb keçirdikləri üçün mənəvi zərərə məruz qalmışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 fevral 2017-ci il tarixli, 1004 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvand a yerləşən çoxmənzilli yaşayış binasına baxış zamanı həmin binanın bütün mərtəbələrinin blok hissəsinin meydançasında kollektor sistemi quraşdırılmış, hər bir mənzilə kollektordan ayrı-ayrı boru vasitəsilə giriş-çıxış verilmişdir. 81, 82 və 83 saylı mənzillərə baxış zamanı həmin mənzillərin otaqlarında Fankoyl avadanlıqları quraşdırıldığı müəyyən edilmişdir. Bununla yanaşı, təqdim olunan binanın həyətyanı sahəsində həmin binada yerləşən mənzillərin soyudulması üçün “xxxx” avadanlığı (mərkəzləşdirilmiş soyutma sistemi) quraşdırılmışdır. Lakin, həmin sistemin işlək vəziyyətə gətirilməsi üçün sistemə verilən qaz xətti bağlı olduğundan, eləcə də qış mövsümü olduğundan həmin sistemin işlək vəziyyətdə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Binaya mərkəzləşdirilmiş “xxxx Fankoyl” sistemi nin çəkildiyi müəyyən edilmiş, lakin yuxarıda qeyd olunanlara əsasən, həmin sistemin texniki cəhətdən işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 18 dekabr 2017-ci il tarixli 16857 saylı rəyi ilə müəyyən edilmişdir ki, binada texniki cəhətdən qazanxana və “xxxx” sistemi işlək deyil və işlək vəziyyətə gətirmək üçün bir neçə gün iş və yenidənqurma işləri görülməlidir. Qazanxanada ortada olan iki qazandan biri tam sökülmüş formada, digəri isə təmirə yararsız vəziyyətdədir. Qazanların uzun müddət belə qalması istismara yararlı olmasını mümkünsüz edir. Quraşdırılmış avadanlıqların pompalarının “xxxx” və qazanın çoxmərtəbəli binanın tam hesabat tələblərinə uyğun olmaması, qış və yay mövsümlərində istifadəçilər in tələblərini tam təmin edə bilməməsi boruların ölçülərindən bilinir. Qazanxanada nəmişliyin və rütubətin normadan çox olması, havalandırma sisteminin olmaması, avadanlığın istismar müddətindən tez sıradan çıxmasını və tez-tez servis xidmətinə ehtiyac olmasını bildirir. Təhlükəsizlik normaları və qaydalarına əməl olunmamışdır. Bu qazanxananın zirzəmidə yerləşməsi, havalandırma sisteminin olmaması, dəm qazı sensorların quraşdırılmaması insan təhlükəsizliyinə və partlayışa səbəb ola bilər. Tüstü bacalarının düz quraşdırılmaması yanmış qazların ixrac olunmasına maneə törədir. 81, 82 və 83 saylı mənzillərə çəkilmiş xətlər texniki cəhətdən işlək vəziyyətdə deyil. İsti və soyuq havanın bütün mərtəbələrdə bərabər paylanması üçün xətlərin diametri normalara uyğun hesablanmamışdır. Bu səbəbdən tex niki işlək sayılmır. Mənzillərdə sakinlər tərəfindən qoyulan Fankoillər işlək olsa da dövriyyəsi çox zəif və yox dərəcəsində olması texniki cəhətdən işlək vəziyyətdə olmamasını göstərir. İsti və soyuq havanın bütün mərtəbələrdə bərabər paylanması üçün xətlərin diametri normalara uyğun hesablanmamışdır. Mərtəbələrdə yerləşən paylaşım kollektorlarında balans yaradan vannaların quraşdırılmaması və boruların ölçü sisteminin normadan aşağı olduğundan, qısa və uzaq dövriyyənin tənzimlənməsi mümkün olmadığından yuxarı mərtəbələrdə dövriyyə pozuntusunun yaranması qaçılmazdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1394/2018 nömrəli iş üzrə 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Qasımov) iddia qismən təmin olunmuş, cavabdehdən “xxxx ” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəyə uyğun), mənəvi zərərə görə 1000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin cavabdehdən, 50 manat hissəsinin iddiaçılardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi ekspert rəylərinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MTK tərəfindən mübahisəli ünvanda “xxxx” sistemi quraşdırılmış, lakin sistemin hazırda işlək vəziyyətdə olmaması aşkarlanmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, quraşdırılmış avadanlıqlar yay və qış mövsümlərində binanı isti və soyuq hava və su ilə təmin etmək qabiliyyətində deyil və yararsızdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, “xxxx” sisteminin binaya qurulması həmin sistemdən yararlanmanı da özündə nəzərdə tutduğundan, sözügedən sistem quraşdırılsa da, fəaliyyət göstərmədiyindən, iddiaçıların həmin sistemin qurulması üçün ödədikləri pulu geri tələb etməyə haqları vardır. Odur ki, iddia həmin hissədə təmin olunmalıdır. Bununla belə, məhkəmə qeyd etmişdir ki, iddiaçılar sonradan evlərinə quraşdırdıqları kondisioner-kombi sistemlərinə görə 20720 manat, eləcə də kommunal xərclərə görə 18000 manat ödəmələrinə dair məhkəməyə heç bir sübut təqdim etmədik lərinə görə, iddia həmin hissələrdə təmin oluna bilməz. Məhkəmə, həmçinin iddiaçıların əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirmələrini qeyd edərək hesab etmişdir ki, mənəvi ziyan tələbi qismən təmin olunmalı və mənəvi ziyana görə 1000 manat tutulması ədalətli və ağlabatan hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar və cavabdeh apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(10 3)-6574/2018 nömrəli iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilmiş, iddiaçıların apellyasiya şikayəti təmin olunmamış, 100 manat ekspertiza xərcinin iddiaçılara aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar binanın digər sakinləri kimi, “xxxx” sisteminin avadanlıqlarının alınmasına və quraşdırılmasına könüllü razılıq verərək ödəniş etmişlər. Verdikləri pul artıq həmin işlərə sərf olunmuşdur. Hazırda iddiaçılar artıq cavabdeh MTK tərəfindən çoxmənzilli binanın bütün mənzillərinə quraşdırılmış sistemə görə ver dikləri pulu, yəni cavabdehdən həmin sistemin işlək vəziyyətə gətirilmədiyinə görə, artıq sərf olunmuş vəsaiti geri tələb edirlər. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların sistemin quraşdırılmasına görə ödədikləri pul vəsaitini deyil, həmin sistemin cavabdehin təqsiri nəticəsində işləməməsi ilə əlaqədar onlara dəymiş real zərərin ödənilməsini tələb etmək ixtiyarı var. Lakin onların hazırkı tələbi qeyd olunan sistemin işləməməsi nəticəsində onlara real zərər dəyməsi ilə bağlı olmamışdır. İddiaçılar cavabdehin artıq sistemə görə xərclədikləri vəsaitin əvəzində onlara qaytarılmalı olduğu pulun qanuni əsasını göstərməmişlər, həmin iddianın əsasının göstərilməsi də mümkünsüzdür. Məhkəmə, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin qismən təmin edilməsi hissəsində də dü zgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçılar mənəvi zərərlə bağlı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Ona görə də iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Məhkəmə iddiaçıların apellyasiya şikayətini əsassız hesab edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 227.1, 227.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 35.1, 109.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respub likası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7859/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və G.Quliyev) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, iş materiallarında olan mütəxəssis və ekspert rəylərini nəzərə almamış, işin faktiki hallarına uyğun qərar qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyindən də aşkar surətdə görünür ki, cavabde h tərəfindən sistem düzgün quraşdırılmamışdır. Yəni həmin sistem quraşdırılarkən norma və tələblərə düzgün şəkildə riayət olunmadan quraşdırılmış, bunun nəticəsində də texniki olaraq tələblərə cavab vermədiyindən həmin sistemdən istifadə qeyri-mümkün olmuşdur. Beləliklə, iddiaçıların izahatından əlavə, mütəxəssis və ekspert rəyi ilə də cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi təsdiq olunsa da, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə qeyd etmişdir ki, quraşdırılmış sistemin işlək vəziyyətdə olmaması səbəbindən, həmçinin cavabdehin təqsiri ucbatından (qazanxananın normativ tələblərə zidd istismarı nəticəsində qaz təchizatının dayandırılması) iddiaçılar mənzillərinin mövsümə uyğun olaraq isidilməsi və soyudulması ü çün əlavə xərclər çəkmişlər ki, bu da, öz növbəsində, cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin lazımi icra olunmaması ilə birbaşa əlaqəlidir. Sonradan məcburiyyət qarşısında qalaraq bütün fərdi isitmə və soyutma sistemlərinin çəkilməsi evlərin təmiri tam başa çatdıqdan sonra, evdə yaşayış olduğu halda, yenidən söküntü və tikinti işləri aparılmaqla həyata keçirilməsi dəymiş maddi zərərlə yanaşı psixoloji narahatçılığın, əsəb-gərginliyin mövcudluğunu da istisna etmir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 442, 443.1, 443.2-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4127/2019 nömrəli iş üzrə 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzə çi), V.Həsənov və F.Talışinski) apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsinin mövqeyindən çıxış edərək, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, 443.1ci maddələrinə istinadən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı “xxxx” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dolları hissəsində təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Eyni zamanda, məhkəmə mənəvi ziyan hissəsində də düzgün nəticəyə gəlmişdir. Çünki, iddiaçıların uzun müddət ərzində qeyd olunmuş sistemdən yararlanmaq sahəsində gözləntilərinin boşa çıxması onlara, sözsüz ki, mənə vi sarsıntı və iztirab yaşatmışdır. İddia tələbinin digər hissələrdə təmin olunmaması ilə bağlı birinci istansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, iddiaçılar müstəqil qaydada mənzillərinin isidilməsi və soyudulması üçün müvafiq tədbirlər görmək hüququna malikdirlər. Bunu əhalinin əksər hissəsi müstəqil qaydada öz vəsaiti hesabına həyata keçirir və bu istiqamətdə kommunal xərcləri ödəyir. Məhkəmə öz mövqeyini həmçinin Mənzil Məcəlləsinin 135.1, 137.7-ci, MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-1953/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məru zəçi), İ.Xəlilov və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi nəticəsinə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə qeyd etmişdir ki, “xxxx” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dollarının geri qaytarılması tələbi o halda əsaslı ola b ilər ki, iddiaçıların dəyərini ödədikləri sistem, ümumiyyətlə, quraşdırılmasın. Lakin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, həmin sistem quraşdırılıb, bir müddət işləyib, sonradan texniki problemlərə görə işləməyib. Buna görə də pulun geri qaytarılması tələbinin əsasını təşkil edən halı müəyyən etmədiyi halda apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı hesab oluna bilməz. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, “xxxx” sisteminin quraşdırılması ilə bağlı tələb podrat münasibətlərindən doğur. Buna görə də apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbinə Mülki Məcəllənin podrat münasibətlərini nizama salan normaları baxımından qiymət verilib-verilməməsinin mümkünlüyünə diqqət yetirməli və bütün binaya ( hər bir mənzilə, o cümlədən iddiaçıların mənzilinə) quraşdırılmış, fərdi qaydada iddiaçıların mənzilindən çıxarılması mümkün olmayan sistemə görə ödənilmiş pulun geri qaytarılması tələbinin nə qədər əsaslı olub-olmamasını da həmin normalara uyğun həll etməli idi. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 763.1, 764.1-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6236/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətna mə qəbul edilərək, cavabdehdən iddiaçıların xeyrinə 20270 manat məbləğində pul tutulması qət edilmiş, iddia tələbi mənəvi zərərin ödənilməsinə dair hissədə təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsinin mövqeyindən çıxış edərək, Mülki Məcəllənin 752.1, 762.1, 762.2, 763.1, 764.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus mənzillərdə mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılması ilə bağlı işlərin görülməsi zamanı tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur, ona görə də hazırkı mübahisə mülki qanunvericiliyin podrat münasibətlərini nizama salan normaları əsasında həll edilməlidir. İşin mü əyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh MTK tərəfindən iddiaçıların sifarişi əsasında onlara məxsus mənzillərdə mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırıldığından və bu sistem bir müddət fəaliyyət göstərdiyindən iddiaçıların həmin sistemin quraşdırılması üçün cavabdehə ödəmiş olduqları pulu geri tələb etmələrinə dair iddialarının hüquqi əsası mövcud olmamışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mövcud olmuş podrat münasibətləri üzrə sifarişçi müəyyən edilmiş muzdun məbləğini əvvəlcədən tam ödəmək şərti ilə podratçıya vermiş, həmçinin podratçı müqavilə üzrə quraşdırılmalı olan isitmə-soyutma sistemini binada quraşdıraraq sifarişçilərin istifadəsinə vermişdir. Bununla yanaşı, quraşdırılmış isitmə-soyutma sisteminin bu cür sistemlər üçün nəzərdə tutulmuş texniki standartlara cavab verməməsi və nəticədə təyinatına uyğun olaraq kefiyyətli istismarının mümkünsüz olması, hazırda işlək vəziyyətdə olmaması müəyyən edildiyindən, mülki qanunvericiliyin normalarının tələbləri baxımından iddiaçıların həmin sistemdə yaranmış qüsurların aradan qaldırılmasını cavabdehdən tələb etmək hüquqları mövcud olmuşdur. Lakin iddiaçıların bu hüquqlarından istifadə edərək mənzillərində quraşdırılmış isitməsoyutma sistemindəki nasazlıqların aradan qaldırılması ilə bağlı cavabdehə müraciətləri cavabsız qalmış, iddiaçıların isə bu qüsurları özlərinin sərbəst şəkildə aradan qaldırmaq imkanları olmamışdır. İddiaçıların öz mənzillərində mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılm ası ilə bağlı cavabdehlə bağladığı müqavilənin məqsədi onların mənzilində fasiləsiz olaraq isti/soyuq su və havanın verilməsinin təmin edilməsi olmuşdur. Lakin cavabdehin podrat müqaviləsi üzrə öz üzərinə düşən vəzifəni – qeyd edilən sistemin lazımi keyfiyyətdə quraşdırılmasını yerinə yetirməməsi nəticəsində həmin sistemdən istifadə edilməsi mümkün olmamış, nəticədə iddiaçıların hər biri öz mənzilində fasiləsiz isti soyuq hava və su təchizatını təmin etmək üçün kombi və kondisioner quraşdırmalı olmuşlar. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, bu işləri görməklə iddiaçılar faktiki olaraq podrat müqaviləsi üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş iş üzrə yaranmış qüsuru aradan qaldırmış hesab edilməli, həmin işlərin görülməsi ilə bağlı çəkmiş olduqları xərcləri cavabd ehdən geri tələb etmələri isə Mülki Məcəllənin 764.1-ci maddəsi baxımından qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə mənəvi zərərin tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin tutulması ilə bağlı məsələni həll edərkən heç bir sübut və dəlilə əsaslanmamış, iddiaçıların keçirdiyi mənəvi sarsıntının, cavabdehin hərəkətinin iddiaçıların şüurunda mənfi psixi reaksiya yaratmasının nədə ifadə olunduğuna, hansı şəkildə təzahür etməsinə dair heç bir halı müəyyən etmədən iddianı həmin hissədə qismən təmin etmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair ərizənin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, işin mübahisəsiz hallarından müəyyən edil ir ki, cavabdeh tərəfindən quraşdırılmış mərkəzi isitmə-soyutma sisteminin yararsız olmasından iddiaçılar yalnız 2015-ci ildə xəbərdar olmuşlar və hazırkı iddia ilə məhkəməyə 2016-cı ildə müraciət etmişlər. Belə olan halda, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir və cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə öz mövqeyini həmçinin MPM-in 14.2, 77.1-ci, Mülki Məcəllənin 373, 375.2, 377.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçılar və cavabdeh kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçıların kassasiya şikayətinin dəlilləri İddiaçılar (vəkil X1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, prosessual pozuntuya yol verərək, yalnız cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət vermiş, iddiaçıların apellyasiya şikayətinə münasibət bildirməmiş, təqdim olunmuş sübutlara qeyri-obyektiv, qərəzli baxmış, işi tam araşdırmamış, sübutlara qiymət verməmişdir. Məhkəmə heç bir sübuta əsaslanmadan, araşdırma aparmadan, yalnız cavabdehin əsassız mülahizələrini rəhbər tutaraq, sistemin 2009-cu ildə quraşdırıldığını və bir müddət işlədiyini iddia etmişdir. Digər tərəfdən, 2015-ci ildə baş vermiş qəza hadisəsi, qarşısıalınmaz qüvvə tərəfindən deyil, bilavasitə cavabdehin təqsiri üzündən, sistemin düzgün q uraşdırılmamasından qaynaqlanmışdır. Ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən sistem düzgün quraşdırılmamış və işlək vəziyyətdə deyildir. Bu o deməkdir ki, 2015-ci ildə baş vermiş qəza hadisəsindən öncə də sistem standartlara uyğun quraşdırılmadığından lazımi qaydada çalışmamış və sakinlərin ehtiyaclarını ödəməmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə Mülki Məcəllənin 764.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Hazırkı işdə iddiaçılar podrat predmeti olan məmulatın, yəni “xxxx” sisteminin quraşdırılması ilə bağlı qüsuru aradan qaldırmamışlar. Podratçının - cavabdehin təqsiri üzündən yaranan qüsurun aradan qaldırılması 20720 manata deyil, heç 200000 manata da mümkün deyildir. Çünki problem iddiaçıların mənzilləri ilə bağlı deyil, binanın ümumi, mərkəzləşdirilmiş isitmə-soyutm a sistemi ilə əlaqədardır ki, o da tənasübsüz xərclər tələb edir. Şifarişçi əslində məmulatın qüsuru nəticəsində məmulatdan imtina etmiş və müstəqil surətdə tamamilə başqa bir məmulat əldə etmişdir. Bu zaman həm də əlavə zərərə uğramışdır. İddiaçıların həmin işlərə artıq marağı yoxdur və təqdim edilən nəticəni (nəticəsizliyi) qəbul etmirlər. Belə olan halda, əvvəlcədən ödənilmiş muzd onlara qaytarılmalıdır. Beləliklə, iddia tələbinin tam hüquqi əsası mövcuddur (Mülki Məcəllənin 759.2, 760.1, 765-ci maddələri). Məhkəmə, həmçinin kommunal xərclərə görə ödənilmiş 18000 manat tələbə heç bir münasibət bildirməmişdir. Halbuki, həmin tələb podrat müqaviləsinin qüsurlu icrası nəticəsində iddiaçılara dəymiş maddi ziyanın ayrılmaz tərkib hissəsidir. Bununla yanaşı, məhkəmə mənəvi zərər hissəsində də düzgün nəticəyə gəlməmiş və nəzərə almamışdır ki, hazırkı işdə iddiaçıların cavabdehin təqsiri üzündən (qüsurlu icra nəticəsində) maddi zərərə məruz qalmaları işin halları ilə tam sübuta yetirilmişdir. Kifayət qədər böyük məbləğdə maddi zərərə məruz qalan, cavabdehə dəfələrlə edilmiş müraciətləri nəticəsiz qalan, məhkəmələrə uzun zaman sərf edən şəxsin stress, narahatlıq, əsəb keçirməsi təbiidir. Məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03.09.2018-ci il tarixli qərarını yanlış təfsir edərək, onlardan mənəvi zərərlə bağlı sübut təqdim olunmasını tələb etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh MTK (Vəkil xxxxxx oğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin iddia tələbi təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə tam qanunsuz və əsassızdır. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməmiş, çəkişmə prinsipi pozulmaqla qətnamə qəbul olunmuşdur. Məhkəmə mübahisəyə podrat hüquq münasibətlərini tətbiq etmiş, eyni zamanda, iddiaçıların özlərinin müstəqil şəkildə kombi və kondisioner quraşdırımasına 20720 manat vəsait xərcləməri barədə tələblərinin nə dərəcədə əsaslı olmasına düzgün hüquqi qiymət verməmişdir. Mərkəzləşdirilmiş isitmə-soyutma sistemi 2011-2015-ci illərdə işlək vəziyyətdə olmuşdur. Sistem 2011-ci ildə quraşdırılmaqla yararlı vəziyyətdə sakinlərin istifadəsinə verilmişdir. Podratın nəticəsi təhvil veril ərkən adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad hesab olunur. Bundan başqa, sifarişçinin özünün çəkdiyi xərclərin podratçıdan tələb etməsi məhkəmənin də istinad etdiyi Mülki Məcəllənin 764.1-ci maddəsi ilə tənzimlənir. Lakin həmin maddədə qüsurlu maldan bəhs edilir. İddiaçıların tələb etdikləri 20720 manat vəsait isə sifarişçinin məmulatdakı nasazlığın aradan qaldırılması üçün deyil, onların özlərinin müstəqil şəkildə quraşdırdıqları kombi və kondisionerlərə görə çəkdikləri xərcdir. Göründüyü kimi, iddia tələbi ilə sözügedən maddənin dispozisiya şərtləri arasında heç bir əlaqə yoxdur və ona görə də hazırkı mübahisəyə tətbiq oluna bilməz. Bundan başqa, məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişlərini düzgün anlamamış, nəzərə almamışdır. Kassasiya məhkəməsinin Mülki M əcəllənin 764.1ci maddəsinin tətbiqi ilə bağlı məcburi göstərişi olmamışdır. Məhkəmə göstərişlərə səthi yanaşaraq, əlavə olaraq kondisioner və kombi quraşdırılması ilə bağlı iddiaçıların zərərə düşüb-düşməməsinə hüquqi qiymət vermədən birbaşa iddianı təmin etmişdir. Bu zaman iddiaçıların sonradan, apellyasiya icraatı zamanı təqdim etdikləri yeni qəbzlərə və orderlərə istinad etmişdir. Halbuki, həmin sənədlər kserosurət olmaqla iddia tələbində qeyd olunmuş kombi və kondisionerlərin markaları ilə uyğun deyildir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də düzgün hüquqi qiymət verməmiş və tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Sistem 2011-ci ildə istifadəyə verilmişdir. İddia işin qəbul edildiyi müddətdən 1 il ərzində irəli sürülməli idi. Məhkəmə podrat münasibət ləri üçün nəzərdə tutulmuş xüsusi iddia müddətini nəzərə almamış və bu səbəbdən iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etməmişdir. Kassasiya şikayətinin əsası kimi, həmçinin Mülki Məcəllənin 373.4, 762.2, 776.1-ci, MPM-in 77.1, 89.3, 217.4, 364.1, 380.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən, onun izahatı dinlənilmədi. Cavabdeh MTK-nın vəkili cavabdeh tərəfin kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar və onların vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə nəzərə alınmalıdır ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamalı idi. İddianın təmin olunmayan hissəsi isə apellyasiya baxışının predmetindən kənar olmuşdur. Belə ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat üzrə apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat üzrə 08 iyun 2020-ci il tarixli qərarla kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi apelyasiya baxışının predmetindən kənara çıxaraq iddianın təmin olunmayan hissəsində də birinci instansiya məhkəməsini n qətnaməsini yoxlamış və həmin hissədə yeni qətnamə çıxarmışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat üzrə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus mənzillərdə mərkəzləşdirilmiş isitməsoyutma sisteminin quraşdırılması ilə bağlı işlərin görülməsi zamanı tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur, ona görə də hazırkı mübahisə mülki qanunvericiliyin podrat münasibətlərini nizama salan normaları əsasında həll edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında mövcud olmuş podrat münasibətləri üzrə sifarişçi müəyyən edilmiş muzdun məbləğini əvvəlcədən tam ödəmək şərti ilə podratçıya vermiş, həmçinin podratçı müqavilə üzrə quraşdırılmalı olan isitmə-soyutma sistemini binada quraşdıraraq sifarişçilərin istifadəsinə v ermişdir. Bununla yanaşı, quraşdırılmış isitmə-soyutma sistemi bu cür sistemlər üçün nəzərdə tutulmuş texniki standartlara cavab verməmiş, nəticədə təyinatına uyğun olaraq kefiyyətli istismarı mümkünsüz olmuşdur. Məhkəmə Mülki Məcəllənin podrat hüquq münasibətlərini tənzimləyən 752.1, 762.1, 762.2, 763.1, 764.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh MTK tərəfindən iddiaçıların sifarişi əsasında onlara məxsus mənzillərdə mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırıldığından və bu sistem bir müddət fəaliyyət göstərdiyindən iddiaçıların həmin sistemin quraşdırılması üçün cavabdehə ödəmiş olduqları pulu geri tələb etmələrinə dair iddialarının hüquqi əsası mövcud olmamışdır. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə əsasən iddiaçı ların cavabdehdən qüsurun aradan qaldırılmasını (əlavə icra) tələb etmək və ya qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı iş üzrə iddiaçıların podrat müqaviləsi üzrə ödənilmiş 20525 ABŞ dolları pulun qaytarılması tələbinin qanuni əsasını Mülki Məcəllənin 765-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 765-ci maddəsini tətbiq etməməklə madd i hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad edərək həmin maddədə müəyyən edilmiş iddia müddətinin ötürülmədiyi barədə qənaətə gəlmişdir. Halbuki Mülki Məcəllənin 373.4cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Qanunla müəyyən edilmiş xüsusi iddia müddətlərindən biri də podrat hüquq münasibətləri üçün Mülki Məcəllənin 776-cı maddəsində müəyyən edilmiş podrat müqaviləsi üzrə iddia müddətidir. Həmin maddəyə müvafiq olaraq sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (776.1). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (776.2). Beləliklə hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin 377.1-ci madəsinə əsasən iddiaçıların öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmaqla həmin Məcəllənin 776-cı madəsində müəyyən edilmiş xüsusi iddia müddətinin keçib-keçmədiyi müəyyən edilməli idi. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. İşə y enidən baxılarkən yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməli, həmçinin maddi zərər tələbinə dair məhkəmənənin yekun mövqeyinə uyğun olaraq mənəvi zərər tələbinə də hüquqi qiymət veriməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6236/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində yenid ən baxılması üçün yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar