Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3025/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh vəX ofisinə qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh X1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında 08.08.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh, 170.000 manat məbləğində pulu İddiaçı borc vermişdir. Tərəflər borcun qaytarılma tarixini 08.02.2020-ci il olaraq razılaşdırmışlar.
2. İddiaçı borcun tam qaytarılması səbəbilə müqavilənin ləğv olunmasına, Cavabdeh isə öhdəliyin pozulması səbəbilə borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 05.02.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat ofisini cavabdeh qismində tanıyıb, Cavabdeh ilə onun arasında Bakı şəhəri 21 nömrəli notariat ofisində 08 avqust 201 9-cu il tarixdə bağlanmış və 3M-781 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 08 avqust 2019cu il tarixdə Cavabdeh ilə Bakı şəhəri 21 nömrəli notariat ofisində 3M-781 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 170.000 (bir yüz yetmiş min) manat olaraq göstərilməsinə baxmayaraq, əslində alınmış borcun məbləği 140.000 (bir yüz qırx min) manat olmuşdur. Artıq 30.000 (otuz min) manat məbləğində olan pul vəsaiti isə guya 140.000 (bir yüz qırx min) manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh ondan xahiş etmişdir. O da araların da olan tanışlığa görə etiraz etməmiş və 140.000 (bir yüz qırx min) manat məbləğində pul aldığı borc müqaviləsində məbləğin 170.000 (bir yüz yetmiş min) manat göstərilməsinə razılıq vermişdir. Həmçinin, müqavilədə göstərilən 08 fevral 2020-ci il tarixindən əvvəl real olaraq aldığı 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Cavabdeh tam ödəmişdir. Lakin Cavabdeh olan borcunu ödəməməyi ilə bağlı müqavilənin bağlandığı Bakı şəhəri 21 nömrəli notariat ofisi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə icra qeydi göndərilmişdir. Əslində isə o borclu olduğu pul məbləğini tamamilə Cavabdeh ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin tərəflə rin arasında bağlanmış 3M-781 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh 07 yanvar 2020-ci il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Lakin müraciətindən 30 (otuz) gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir rəsmi cavab göndərilməmişdir. Buna görə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də hesab edir ki, onun Cavabdeh ilə Bakı şəhəri 21 nömrəli notariat ofisində bağladığı 08 avqust 2019-cu il tarixli, 3M-781 nömrəli kredit müqaviləsi ləğv edilməlidir.
5. Cavabdeh 18.02.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddi a tələbinin təmin edilərək, İddiaçı 170.000 (bir yüz yetmiş min) manat məbləğində borc vəsaitinin Cavabdeh xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, İddiaçı məxsus X nömrəli mənzilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirmə hesabatı üzrə müəyyən edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
6. Cavabdeh tələbini belə əsaslandırılmışdır ki, İddiaçı ondan 170.000 (bir yüz yetmiş min) manat məbləğində borc götürərək, aralarında 08 avqust 2019-cu il tarixdə Bakı şəhəri 21 nömrəli notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi İddiaçı özünə məxsus X M 15, 2 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. Bu barədə ipoteka müqaviləsi də bağlanmışdır. Hazırda kredit müqaviləsi üzrə müəyyən olunmuş müddət bitmişdir. Müqaviləyə uyğun olaraq o notariusa icra qeydi verməli idi, lakin İddiaçı artıq kredit müqaviləsini mübahisələndirmişdir. O səbəbdən də hesab edir ki, notariusa icra qeydi barədə müraciəti mənasız olacaqdır. Çünki artıq bəllidir ki, İddiaçı onsuz da mübahisələndirəcəkdir, ona görə də, o, boş yerə daha 3 (üç) aya yaxın vaxt itirmiş olacaqdır. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə qanunun tələblərinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 44, M15, 2 nömrə li mənzili açıq hərracdan satılması və satışdan əldə olunan puldan onun borcunun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) 08 sentyabr 2020-ci il tarixli, 2(005)-1274/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 21 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun ilkin iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri 21 nömrəli notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-781 nömrəli reyestrlə təsdiq edilmiş 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 170.000 (bir yüz yetmiş min) manat məbləğində p ul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması, cavabdeh İddiaçı tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi cavabdeh İddiaçı məxsus X ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh İddiaçı Qaryağdı oğluna verilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 44, M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilin ilkin satış qiymətinin 230.000 (iki yüz otuz min) manat müəyyən olunması qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə ye tirməmişdir. Araşdırma zamanı İddiaçı Cavabdeh ilə bağladığı 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə İddiaçı 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, həmin müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamış və həmin müqavilənin ləğv edilməsi üçün hər hansı əsas olmadığından ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək həmçinin mövqeyini belə əsaslandırmıdşır ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilə kredit müqaviləsi bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməli, qeyd edilən müqavilə üzrə İddiaçı öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə aldığı pul vəsaiti, yəni məhkəmə araşdırması zamanı müəyyən olunmuş 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitini Cavabdeh ödəməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və E.Nağıyeva) 20 noyabr 2020-ci il tarixli, X nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddiada irəli sürülmüş “kredit müqaviləsi üzrə tutmanı n ipoteka predmetinə yönəldilməsi barədə” tələbin təmin edilməsinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin həmin tələbə aid hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Qərardad belə əsaslandırmışdır ki, borc verən (ipoteka saxlayan) “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə əməl etməmiş, yəni borc alana (ipoteka qoyana) ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərməmiş və bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və E.Nağıyeva) 20 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti baxılan hissədə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tar ixli qətnaməsi ilk iddiada irəli sürülmüş “kredit müqaviləsinin ləğv edilməsi barədə” tələbin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş “kredit müqaviləsi üzrə borcun tutulması barədə” tələbin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 421, 422, 528, 739.1-ci maddələrinə istinad etməklə, apellyasiya şikayətinə baxılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcə llədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
18. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
19. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən (baxılan hissədə) apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəm iyyəti yoxdur.
27. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, Cavabdeh bağladığı kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği İddiaçı borc vermiş və tərəflər borcun qaytarılma tarixini razılaşdırmışlar (§ 1).
28. Buna baxmayaraq, İddiaçı borcunu vaxtında qaytarmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və Cavabdeh tələb hüququ meydana gəlmişdir.
29. Belə olan halda, qarşılıqlı iddianın müqavilə üzrə borcun İddiaçı tutulması hissəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 18, 20).
30. İlkin İddiaçı müqavilənin ləğvinə dair irəli sürdüyü tələblər isə işə mahiyyəti üzrə baxılarkən öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı kredit müqaviləsi üzrə borcunu qayta rmaqla öhdəliyini tam yerinə yetirdiyini bildirsə də, bu halı, habelə müqavilənin ləğv edilməsi üçün qanunda nəzərdə tutulan şərtləri təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Bu halda ilkin iddianın təmin edilməməsi MM-in 421 və 528-ci maddələrinin tələbləri baxımından əsaslıdır (§ 17, 19).
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil