Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3027/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3027/21 (Açar sözlər: kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi, borc məbləğinin ekspert rəyi ilə müəyyən edilməsi) Bakı şəhəri, 02 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5701/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 09L000005246 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ dolları kredit xətti açılmışdır. 2. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli 004R********** saylı kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq 1,8333 fazilə 30000 ABŞ dolları məbləğində kre dit verilmişdir. 3. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2015-ci il tarixli 004R**********S saylı, 03 may 2016-cı il tarixli 004R**********SA saylı, 06 oktyabr 2016-cı il tarixli 004R**********SB saylı, 19 aprel 2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 4. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 004KK**********01 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 12 ay müddətinə, aylıq 2 faizlə 3700 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh1 ilə 11 aprel 2014-cü il tarixli ipoteka müaviləsinə əsasən sonunucuya mülkiyyət hüquq ilə məxsus olan Şəki şəhəri, Ruhulla Axundov küçəsində 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yer ləşən 36 nömrəli fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmiş, həmçinin 11 aprel 2014-cü il tarixdə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri 32944 manat razılaşdırılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada QSC-nin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 22970,67 ABŞ dolları məbləğində kredit borcu, 9384,02 ABŞ dolları məbləğində faiz borcu və 16518,14 ABŞ dolları məbləğində cərimə borcu, 004KK**********01 saylı kredit razılaşması üzrə 3587,72 ABŞ dolları məbləğində kredit borcu, 779.58 ABŞ dolları məbləğində fai z borcu və 2924,6.8 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 56164,81 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması və ipoteka predmeti nə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 may 2017-ci il tarixdən banka qaytarmamışdır.
8. Hər iki razılaşma üzrə borc məbləği 10 sentyabr 2018-ci ilə hesablanmışdır.
9. İddiaçı sonradan hər iki razılaşma üzrə müddətin sonuna, müvafiq olaraq 20 avqust 2018-ci il və 06 iyu n 2016-cı il tarixə borcun məbləği barədə maliyyə arayışı təqdim etmişdir. Həmin arayışlara əsasən 004R********** saylı kredit razılaşması üzrə cavabdehin 20 avqust 2018-ci il tarixinə 22970,67 ABŞ dolları əsas, 8970 ABŞ dolları faiz, 10445 ABŞ dolları cərimə borcu olmaqla cəmi borcu 42385,69 ABŞ dolları, 004KK**********01 saylı razılaşma üzrə 06 iyun 2016-cı il tarixinə 3587,72 ABŞ dolları əsas, 358,77 ABŞ dolları faiz, 35,87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 3982,36 ABŞ dolları təşkil edir.
10. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 501, 442, 445.2, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci, “İpoteka haqqında” Qanunun 4, 39.1 və 39.3-cü maddələrinə istinad etmişdir.
11. Xəzər Rayon Məhkəməsinin 2(003)-466/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qətnam əsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 004R********** saylı kredit razılaşması üzrə 22.970,67 ABŞ dolları əsas borc, 8.970,02 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə, cəmi 32940,69 ABŞ dolları məbləğində borcun, Cavabdeh1 "xxxx" QSC ilə arasında bağlanmış 004KK**********01 saylı kredit razılaşması üzrə 3587,72 ABŞ dolları əsas borc, 358,77 ABŞ dolları faiz borcu, 35,87 ABŞ dolları məbləğində cərimə, cəmi 3982,36 ABŞ dolları məbləğində borcun, ümumilikdə 36923,05 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə olan manat məzənnəsi ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 manat, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat dövlət rüs umunun Accessbank QSC-nin xeyrinə ödənilməsi, tələbin Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaitin hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC-yə olan borcunun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edlmişdir. (hakim Tərlan Əkbərov)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 10 aprel 2014-cü il tarixli 09L000005246 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 noyabr 2014-cü il tarixli 004R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq 1.8333 faizlə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14 iyul 2015-ci il tarixli 004R**********S saylı, 03 may 2016-cı il tarixli 004R**********SA saylı, 06 oktyabr 2016-cı il tarixli 004R**********SB saylı, 19 aprel 2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
13. Kredit xətti müqaviləsi üzrə 11 aprel 2014-cü il tarixli 04M000001401 saylı ipoteka müqaviləsinə əsasən Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsi nin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. Birinci instansiya məhkəməsi hər iki razılaşma üzrə sonuncu maliyyə arayışlarına əsasən əsas və faiz borcunu, həmçinin 004KK**********01 saylı razılaşma 35,87 ABŞ dolları cərimə borcunun tutulması nəticəsinə gəlmişdir.
15. Məhkəmə iddianın 004R********** saylı kredit razılaşması üzrə 10445 ABŞ dolları məbləğində cərimə məbləği hissəsinə qiymət verərək və cavabdehin borc məbləğindən müəyyən ödənişlər etdiyini nəzərə alaraq hesab edib ki, kredit müqaviləsindən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan, Cavabdeh1 hesablanmış 004R********** saylı kredit razılaşması üzrə 10445 ABŞ dolları məbləğində cərimə 1000 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır.
16. Həmçinin biri nci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddianın da iş materiallarına və qanunverciliyə əsasən təmin edilməli olması qənaətinə gəlmişdir.
17. Bununla yanaşı, məhkəmə hesab edib ki, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir.
18. Birinci instansiyası məhkəməsi iddianın qeyd edilən hissədə təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırıb ki, qanunda ipoteka predmeti olan əmlakla bağlı münasi bətlər yeni mülkiyyətçiyə aid edildiyindən, ipoteka saxlayan bankın ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsi və əmlakın təhvil verilməsi barədə iddia qaldırmaq səlahiyyəti yoxdur, yəni iddiaçı bu tələblərin irəli sürməsi üçün müvafiq subyektiv hüquqa malik olan şəxs kimi qəbul edilə bilməz və bu hissədə iddia tələbləri rədd olunmalıdır və “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılması göstərilmədiyindən iddia tələblərinin ipoteka predmetinin boşaldılması hissəsi də təmin edilə bilməz.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 465.2, 467, 472.1, 739.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.3.3, 59.1-59.3-cü və MPM-nin 223.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsindəki birinci icraat icraat
20. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv olunması və pozulmuş hüquq normalarına riayət olunmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmə iclası barədə xəbəri olmayıb; - borcun məbləği və ipotekanın qiyməti iddiaçının fərziyyələri ilə müəyyən edilib.
22. İddiaçı "xxxx" QSC də apellyasiya şikayəti verib, qətnamənin ipoteka predmetinin boşaldılması və cərimə tələbinin təmin edilməyən hissələrinə ləğv edilməsi, iddianın həmin hissələrinin də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçının apellyasiya şikayətini dəlilləri: - cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi zamanı ipoteka predmetini qeydşərtsiz tərk edəcəyi barədə ipoteka müqaviləsində öhdəlik g ötürüb. Həmçinin digər Cavabdeh3 da evin ipotekaya qoyulması zamanı belə bir öhdəlik götürüb. Məhkəmə bunu nəzərə almayıb; - ipotekanının qiyməti müəyyən edilməyib, halbuki qanunvericilik bunu tələb edir; - cərimə borcunun azaldılması kreditorun mənafeyinə ziddir.
24. İşə apellyasiya qaydasında baxılarkən 16 may 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında ipoteka predmetinin real bazar qiymətinin nə qədər olması barədə sual qoyulmuşdur. 25. "xxxx" MMC-nin 29 avqust 2019-cu il tarixli MB 12/774 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin 29 avqust 2019-cu il tarixinə bazar dəyəri 100000 manatdır.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6242/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin satışı hissəsində dəyişdirilməsi, evin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2019cu il tarixli qətnaməsinin iddianın təmin olunmamış, yəni Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə və torpaq sahəs inə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin olunması, xxx Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evi hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 və Cavabdeh3 evdən çıxarılmaları qət edilmişdir. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov)
27. Apellyasiya instansiyası məhkəməsi borcun məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, ipoteka predmetinin qiymətinin müəyyən edilməməsi ilə bağlı hissədə birinci instansiya məhkəm əsi ilə razılaşmamış və ipoteka predmetinin qiymətini qiymətləndiricinin rəyinə əsasən müəyyən etmişdir.
28. Həmçinin apellyasiya məhkəməsi ipoteka predmetinin satıldıqdan sonra boşaldılması tələbini rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 evin ipotekaya qoyulması zamanı tələbin evə yönəldiləcəyi təqdirdə evi tərk edəcəkləri barədə öhdəlik götürüblər. Birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı rədd edərkən ipoteka hüququnun əşya hüququ olmasını, mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqlarının müdafiə edilməli olmasını nəzərə almayıb.
29. Apellyasiya instansiyası məhkəməsi iddianının təmin edilən hissəsində gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.5, 319.1, “İpoteka haqqında” Qan unun 34.1.1, 39.3.3, 59.3.1 və 59.4-cü maddələri ilə əsaslandrımışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Cavabdeh1 kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsini ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri: - ipoteka predmeti aşağı qiymətləndirilib; - mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsə də, bununla bağlı tədbir görülməyib.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1375/2020 saylı, 13 mart 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qətnaməsi borcun tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxı şına qaytarılmışdır.
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qismən, yəni borc məbləğinin tutulması hissəsində qanuni və əsaslı hesab etməmiş və qeyd etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində həm ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsini, həm də borclu ilə kreditor arasında əsas və faiz borclarının düzgün müəyyən olunmamasını mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsinə dair apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında yalnız ödənilməmiş borc məbləğləri qeyd olunmuş, cavabdeh tərəfindən hansı məbləğlərdə borcun ödənilməsi həmin maliyyə arayışlarında göstə rilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. İşə təkrarən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş, müqavilə müddətinin bitdiyi tarixə cavabdehin borcunun nə qədər olması barədə suallar qoyulmuşdur.
35. Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2020-ci il tarixli 9/3694 nömrəli ekspert rəyinə əsasən 12.11.2014-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 20.08.2018-ci il tarixinə 22.970,67 ABŞ dolları əsas, 12.110,19 ABŞ dolları faiz borcu; 05.06.2015-ci il tarixli, 00KK**********01 saylı kredit razılaşması üzrə 05.06.2016-ci il tarixinə 3.587,72 ABŞ dolları əsas, 35,88 ABŞ dolları faiz borcu vardır.
36. Bakı A pelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5701/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-466/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən – 05.06.2015-ci il tarixli 00KK**********01 saylı kredit razılaşması üzrə tutulmalı olan faiz borcuna aid hissəsində dəyişdirilmiş və həmin kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 35,88 ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov)
37. Apellyasiya məhkəməsi ilk olara q onu qeyd edib ki, apellyasiya baxışının predmetini qətnamənin yalnız borc məbləğinin tutulması hissəsində yoxlanılması təşkil edir. Həmçinin cərimə borcunun azaldılması ilə bağlı iddiaçının apellyasiya şikayəti əvvəlki apelyasiya məhkəməsi tərəfindən təmin olunmamış, həmin qətnamədən isə iddiaçı kassasiya şikayəti verməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi yalnız borcun tutulması hissəsində cavabdehin kassasiya şikayəti əsasında ləğv edilmişdir.
38. Apellyasiya məhkəməsi Cavabdeh1 əsas və faiz borcunun dəqiqləşdirilməsi üçün eksperiza təyin etmiş, rəy almış, və əsas borc məbləğinə aid hissədə hər iki kredit razılaşması üzrə ekspert rəyi ilə də əsas borcun düzgün hesablandığını müəyyən etmişdir.
39. Faiz borcuna aid hissədə apellyasiya məhkəməsi qeyd edib ki, 12.11.2014-cü il tarixli 004R********** saylı kredit razılaşması üzrə birinci instansiya məhkəməsində iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışında 20.08.2018-ci il tarixə faiz borcunun 8970,02 ABŞ dolları məbləğində olduğu göstərilmiş, məhkəmə qətnaməsi ilə də həmin məbləğdə faiz borcu tutulmuşdur. İddiaçı tərəfin apellyasiya şikayətində isə faiz borcu mübahisələndirilməmişdir. 05.06.2015-ci il tarixli 00KK**********01 saylı kredit razılaşması üzrə isə ekspert rəyi ilə faiz borcunun 35,88 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmçinin ekspertiza təyin edilən zaman bank tərəfindən təqdim edilmiş maliyyə arayışında da faiz borcu elə həmin məbləğdə göstərilmişdir.
40. Apellyasiya məhkəməsi 05.06.2015-ci il tarixli kredit razılaşması üzrə faiz borcuna dair hissədə mühasibatlıq ekspertizasının rəyini əsas tutaraq hesab edib ki, həmin hissədə cavabdehdən ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 35,88 ABŞ dolları tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh Cavabdeh1 (vəkil Vəkil oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayətində MPM-in 88-ci maddəsinə istinadən sübutların düzgün qiymətləndirilməməsi qeyd edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
44. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə onların tərəflərin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nə ticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlə dən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
46. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, apellyasiya baxışının predmeti cavabdehdən tutulan borc məbləği olmuş, apellyasiyanın hazırda mübahisələdirilən qətnaməsi də məhz borcun məbləği ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni Cavabdeh1 kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
49. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri üzrə üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, Ali Məhkəmə nin hazırki iş üzrə Qərarında şərh edilən göstərişlərə əməl edərək, cavabdehin vəsatətinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, hər bir kredit razılaşması üzrə borcun məbləğini, o cümlədən 05.06.2015-ci il tarixli kredit razılaşması üzrə faiz borcunun məbləğini də həmin ekspert rəyinə əsasən müəyyən etmişdir.
51. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun qiymətləndirmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5701/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.