Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-303/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (hazırkı adı - "xxxx" Açıq Səhmdar Cəmiyyəti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair QƏRARİ (Açar sözlər: kredit borcu tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh Cavabdeh1 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3914/2020 nömrəli iş üzrə 10.06.2020-ci il tarixli qətnaməsindən Ca vabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 22.12.2014-cü il tarixli 22-M-1-0-1685-14 №-li bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC- dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları kredit götürmüşdür. Cavabdeh2 müqavilə üzrə öhdəliklərin icrasına zamin qismində çıxış edir. Cavabdeh1 22.12.2014-cü il tarixli kassa məxaric orderinə əsasən 19000 ABŞ Dolları məbləğində kredit verilmişdir. 20.08.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 5 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 27.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16353,12 ABŞ Dolları əsas, 6996,27 ABŞ Dolları faiz, 2196,79 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 22.11.2017-ci il tarixdən 27.09.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 689,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26235,23 ABŞ Dolları borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASCnin xeyrinə 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16353,12 ABŞ Dolları əsas borc, 7595,85 ABŞ Dollar ı faiz borcu və 2196,79 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 26145,76 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı İKB ASC iddia ərizəsinə əlavə edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16353,12 ABŞ Dolları əsas, 6996,27 ABŞ Dolları faiz, 2196,79 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 22.11.2017-ci il tarixdən 27.09.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 689,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26235,23 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkə mə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, həqiqətən də bankdan kredit götürmüş və hərbir zaman ödənişlərini vaxtında etmişdir. Lakin dolların məzənnəsi qalxdığı üçüngecikmələri olmuş və ödənişlərini edə bilməmişdir. O qeyd etdi ki, əsas borc məbləği ilə razıdır, lakin faiz və cərimə borcu yüksək hesablanmışdır. Buna görə də ekspert rəyi ilə qismən, yəni əsas borc hissəsində razı olduğunu bildirərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli 34032 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 Yalçın oğlu tərəfindən İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakıkimi müəyyən edilir: 22.11.2017-ci il tarixə əsas kredit borcu 15.565,43 ABŞ dolları, faiz borcu 7.372,69 ABŞ dolları. Hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın məbləği 27.09.2018-ci il tarixədək 659,37 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2019-cu il tarixli, 29895 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 Yalçın oğlu ilə İddiaçı İKB ASC arasında bağlanmış 22.12.2014-cü il tarixli, 22-M-1-0-16585-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə ödənilməli olan kredit bor cu aşağıdakı kimi müəyyən olunur: 22.11.2017-ci il tarixə əsas kredit borcu 15.565,43 ABŞ dolları, faiz borcu 7.372,69 ABŞ dolları, 27.09.2018-ci il tarixə əsas kredit borcu 15.565,43 ABŞ dolları, faiz borcu (müqavilə müddətindən sonra illik 5%- lə) 8.032,06 ABŞ dolları. Suraxanı rayon məhkəməsinin 2(010)-45/2020 saylı, 29.01.2020-ci il (hakim Mahmudova Təranə) tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.565,43 ABŞ dolları əsas, 6996,27 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 22.11.2017-ci il tarixdən 27.09.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 659,37 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23.321,0 7 (iyirmi üç min üç yüz iyirmi bir dollar yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində pul tutularaq İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin) hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.565,43 ABŞ dolları əsas, 6996,27 ABŞ dolları faiz borcunun və kredit müqaviləsi üzrə 22.11.2017-ci il tarixdən 27.09.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 659,37 ABŞ dolları əldən çıxmış faydanın tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 2196,79 dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən AR Mülki Məcəlləsinin 739, 743, 445, 467-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2020 saylı 29 yanvar 2020-ciil tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC (Nikoil-İKB ASC) tərəfindən və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki halları məhkəmə tərəfindən düzgün araşdırılmamış, maddi və prosessual hüquq normala düzgün tətbiq edilməmiş və ona görə də məhkəmə doğru qərar qəbul etməmiş və məhkəmə proseslərində vaxtında xəbərdar edilməməyi üçün iştirakı təmin edilməmişdir. Ödəməli olduğu borc məbləği 16353 ABŞ dolları qeyd edilməsinə baxmayaraq şəraitin dəyişməsi nəzərə alınmayaraq şişirdilərək 26235,23 ABŞ dolları qeyd edilmişdir. Faizdən faiz ödənilməsi yol verilməzdir. Göründüyü kimi "xxxx" X1 ASC müqavilənin bağlanması ü çün əsas olmuş şəraitin müqavilə bağlandıqdan sonra açıq- aşkar dəyişməsini nəzərə almamışdır. Həmin dəyişikliklər nəzərdə tutulsaydı, müqaviləni bağlanmazdı və ya başqa məzmunlu müqavilə bağlanardı. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X3- sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 10.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" (İddiaçı İKB) ASC-nin və Cavabdeh1 oğlunun apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2020 saylı 29 yanvar 2020-ciil tarixli qətnaməsi iddiaçıya və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə mü bahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyində əsas borcun məbləği iddiaçının tələb etdiyi məbləğdən az olması ilə fərqlənmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini mötəbər sübut kimi qəbul edərək əsas borcun məbləğini həmin həcmdə müəyyən etmişdir. Həmin ekspert rəyində faiz borcunun məbləği isə iddiaçının tələb etdiyi məbləğdən çox olması ilə fərqlənmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan normanın əsas götürən birinci instansiya məh kəməsi tələbdən kənara çıxmamaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1 və 467-ci maddələrini tətbiq etməklə cərimə borcunun məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin məhkəmə iclası barədə məlumatlı olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edilmişdir ki, Cavabdeh1 28.11.2018-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir; aydın olur ki, cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmış və hətta iş barədə məlumatlı olmuş, iddia ərizəsinin məzmunu ilə tanış olmuşdur. Bunların nəticəsidir ki, qeyd olunan məhkəmə iclasında vəsatət təqdim edərək ekspertiza keçirilməsini xahiş etmişdir. Qalan hissələrdə şikayətlərin dəlilləri iş materia lları və qanunvericiliyin normaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən AR MM-nin 385.1, 442, 443.1, 448.1,462, 467, 472, 739-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3914/2020 nömrəli iş üzrə 10.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnamədən sonra ödəniən 1400 ABŞ dolları nəzərə alınmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyala ra mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının ş ərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: -kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə onun kassasiya şikayətinin dəlilləri əsasında ona qarşı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kredit borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan əsas borc və faiz məbləğləri müqavilə müddəti çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə möt əbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş sualla ra cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilə nlərin təkrarlanmasına zərurət yoxdur. Kassator borcun düzgün hesablanmaması və daha artıq məbləğdə vəsait ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qətnamədən sonra ödənilmiş hər hansı məbləğ isə qətnamənin ləğvinə əsas vermir, qətnamənin icra mərhələsində bununla bağlı sübutlar təqdim edilərsə, nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi kassatora qarşı iddianın təmi n edilmiş hissəsində dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3914/2020 nömrəli iş üzrə 10.06.2020-ci il tarixli qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.