Məhkəmə qərarları › İş №2(102)-3031/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3031/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3031/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Teymur qızına qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-625/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasındakı mübahisə pul tələbi ilə bağlıdır.

2. Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, anası Cavabdeh1 Fərhad qızı və oğlu X6 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı onun dayısıdır və qonşuluqda C.Əliyev küçəsində öz ailəsi ilə birlikdə yaşayır. Onun anası ilə yaşadığı ev İddiaçı adınadır. Həmin evdən İddiaçı onu, anasını və oğlunu 2017-ci ildə qeydiyyatdan çıxarmışdır. Həmin evi dayısı bir ildir ki, öz adına keçirmişdir. İddiaçı həmin evi öz adına keçirməyinin səbəbi 2013-cü ildə onun İddiaçı 30.000 manat pulu hissə-hissə götürüb faizlə verməsidir. Həmin pullardan 10.000 manat faizlə qaytarı lmışdır. Hazırda, 20.000 manat pul qalmışdır. Bu səbəbdən də, yaşadığı baba evi 2017-ci ildə İddiaçı adına keçirilmişdir. Nə vaxt ona pulu qaytarsa həmin evi yenə onun adına qaytaracaqdır. Hazırda, onu pul vermədiyi üçün dayısı evdən qovmuşdur. O və anası həmin evdən qeydiyyatdan çıxıb digər yerə qeydiyyata düşmüşlər. Həmin vaxt dayısı ona məxsus olan Ramana qəsəbəsində olan evə onu, oğlunu və anasını qeydiyyata salmışdır, lakin sonra demişdir ki, həmin ev təcili satılır və onlar məcbur olub qardaşı Elnurun Xırdalan qəsəbəsində yerləşən evinə qeydiyyata düşmüşlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00-da o, yaşadığı evdə olan zaman dayısı evə girmiş və demişdir ki, onlar həmin evdən çıxıb getməli və evi tərk etməli idilər. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və yaşadıqları evin içində baş vermişdir. Mübahisə dayısı ilə onun arasında olmuşdur. Mübahisənin əvvəlində anası işdə olmuşdur. Anası mübahisənin sonunda evə gəlmişdir. Mübahisə zamanı İddiaçı ona demişdir ki, o, evdən çıxıb getməli və ustalar gətirib evi təmir etdirəcəkdir. O, evi tərk etməyəcəyini bildirmişdir. Həmin vaxt evdə qonaq otağında dayısı ona hirslənib saçından tutmuş, evdən itələyib çıxartmağa başlamışdır. Sonra İddiaçı həyətdə olan taxta parçasını iki dəfə onun baş nahiyəsinə, sol ayağından və əlindən vurmuşdur. Bundan sonra o, DİN-nin “102” zəng mərkəzinə müraciət etmişdir. Mübahisənin sonunda İddiaçı onu taxta parçası ilə evdə döyən zaman anası artıq işdən gəlmiş və həmin hadisənin şahidi olmuşdur.

3. Cavabdeh3 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində v erilmiş izahatdan görünür ki, anası Cavabdeh1 və bacısı Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən evdə 32 ildir ki, yaşayır. X1 özü onları evə qeydiyyata saldırmışdır. Dayısının həmin evdə gözü olduğu üçün bacısını aldadaraq 30.000 manat pulu sələmə vermişdir. Nəticədə, ailəyə hədə-qorxu gəlmiş və evdən qeydiyyatdan çıxarmağa və girov qoymağa məcbur etmişdir. O, oğurluq hadisəsi olduğunu və guya onun evinə daxil olaraq qapını sındırdığını qeyd etmişdir. Halbuki, 18 mm armatur, paslanmayan su qızdırıcısı və şiferler ona məxsusdur və bacısı oğlu həmin materialların ona məxsus olduğunu bildiyi halda onları yoldan keçən dənizçilərə satmışdır. Qapıya qaldıqda isə həmin ev ona məxsus olduğundan evinin qapısını sındırıb evinə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 55.300 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 55.300 manat borcu vardır. Cavabdehlər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 8 saylı evin 129 saylı mənzilini almaq üçün iddiaçıdan hissə-hissə pul vəsaiti almışlar. Cavabdehlər həmin borcu iddiaçıya qarşı verdikləri iddia ərizəsində, polis bölməsində yazdıqları izahatlarında, habelə, məhkəmə qətnaməsində etiraf etmişlər. Lakin cavabdehlər borclarını verməməyə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı ray onu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilinə daxil olaraq çıxmırlar, polisə şikayət edərək cinayət işi başlatmışlar. Beləliklə, hal-hazırda, cavabdehlərin 55.300 manat borcu vardır. 300 manat pulu iddiaçı Cavabdeh3 mənzilə çıxarış alan zaman vermişdir. Cavabdehlər müxtəlif bəhanələrlə borclarını qaytarmadıqlarına görə iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı onun doğma dayısıdır və rayonda hamı iddiaçını “sələmçi” kimi tanıyır. İddiaçının sələmçi olduğunu şahidlər də təsdiq edə bilər. Dayısı öz bacısını aldatmışdır. O, öz həyətini satmışdır. İddiaçının çıxa rışı 2019-cu ilə aiddir, o isə 2017-ci ildə gürcüstanlıya torpaq sahəsi satmışdır. Belə ki, o, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və 30 il yaşadığı torpaq sahəsinin ona aid pay torpaq sahəsini satmışdır. Pula ehtiyacı olduğundan həmin pulu xərcləmişdir. İcra tikintiyə icazə vermədiyindən onun gürcüstanlı ilə alqı-satqısı alınmamışdır. İddiaçı gürcüstanlını tapmış, ona pul təklif etmiş və torpaq sahəsini almaq istəmişdir. O, polisdə qeyd etmişdir ki, onun əvəzinə iddiaçının dediyinə görə 25.000 manat pul vəsaiti vermişdir. İddiaçı ona torpaq sahəsini ucuza satdığını, özünün isə baha satacağını bildirmişdir. Doğma dayısı olduğundan iddiaçıya inanmış, elə bilmişlər ki, qeydiyyata düşəndən sonra ev sahibi olacaqlar. Nəticədə, xx.xx.2022-ci il tarixdə iddiaçı oğlu ilə evə hücum etmiş, cina yət işi açılmış və proses hazırda, davam edir. İddiaçı bacısını aldadaraq çıxarış almışdır. O, məcbur qalıb istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, iddia təmin olunmuş, qətnamə yuxarı instansiya məhkəməsində ləğv olunmuşdur. Səbəb isə iddiaçının çıxarışının olmasıdır. Hazırda, o, inzibati qaydada çıxarışı mübahisələndirəcəkdir. O, iddiaçıdan pul vəsaiti almamışdır. Notariusda heç bir sənədli borc müqaviləsi yoxdur. İddiaçı gürcüstanlıya onun əvəzindən pul vermiş, nəticədə, bütün evə sahib olmuşdur. Halbuki, o, gürcüstanlı ilə danışıb pulu hissə-hissə verəcəkdi. Onun ümumiyyətlə, iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Onun polis idarəsində verdiyi izahatın mahiyyətini iddiaçının onların əvəzinə pul verilməsi təşkil edir. Halbuki, onun iddiaçıdan belə bir xahişi olmamışdır. İddiaçı gürcüstanlıya 25.000 manat pul vermiş, çıxarışı almaq üçün 5000 manat pul ödəmiş, 30000 manat pulu isə onlardan tələb edir. Evlə birlikdə torpaq sahəsinin ölçüsü 4 sotdur, dayısı 2 sotun əvəzinə 4 sotun hamısına yiyələnmiş, evə dair çıxarış almışdır. Torpaq sahəsi “neftin torpağı” olduğundan çıxarış ala bilməmişdir. Bacısının “faiz” işi ilə məşğul olduğunu bilməmişdir. Belə ki, bacısı ondan qorxduğu üçün hər şeyi ondan gizlətmiş, anası isə hər şeyi bilmişdir. Onun anası 25 ildir ki, həmin ünvan üzrə qeydiyyatda olmuş, ev isə əvvəldən onun babasının adına olmuşdur.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Cavabdeh3 izahatını təsdiq e tmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 30000 manat pul vəsaitinin olması ilə bağlı o da polis idarəsində izahat yazmışdır. 25.000 manat pul torpaq sahəsinə görə, 5000 manat pul vəsaiti isə çıxarışa görə verilmişdir. İzahat verilən zaman o, təzyiq görmüşdür. O, iddiaçıdan pul almamış, iddiaçıya adamlar vasitəsilə faizlə pul qazanılmasını təmin etmiş, başqa sözlə, “calamışdır”, əlbəəl ona pul verilməmişdir. İddiaçı pulu verərək onların Xırdalanda ev aldığını və həmin pulu faizə verdiyini bildirmişdir. Onun 140 000 manatlıq evini mənimsəyən adam notarius olmadan 30000 manat pulu verməz. Əgər iddiaçı ona pul vermişdirsə, o, faizə pul deyil, ipoteka ilə aldığı mənzilin pulunu ödəyərdi. İddiaçı quldurluğa görə həbsdə olmuş, bəraət almışdır. İddiaçı ona pulunun olduğunu, tanışları old uğu halda faizə pul verdiyini bildirmişdir. 10.000 manat pul vəsaitini isə onun adamları vermişlər. Qeyd olunan məsələlərdə onun anası iştirak etməmiş, lakin məlumatı olmuşdur.

8. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında göstərmişdir ki, o, iş adamıdır, iddiaçı isə faizlə pul verəndir. Bir il üzərindən keçmişdir ki, iddiaçı pul tələb edir. İddiaçı onun qardaşıdır, lakin buna baxmayaraq, onu aldatmışdır.

9. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, iddiaçının özünün də istinad etdiyi fakta əsasən, 30.000 manat borcu iddiaçı cavabdehlərə 2013-cü ildə vermişdir. İddiaçı bununla bağlı 2022-ci ilin sonunda iddia qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. İddia təl əbinin iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.

10. Abşeron Rayon Məhkəməsinin e-2(012)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Habil Əhmədov) ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir.

12. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün gü zəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Tərəflər arasında borc hüquq münasibətləri 2013-cü ildə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən borcun qaytarılması ilə bağlı mübahisə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2022-ci il tarixdən başlanmışdır. Ona görə də iddiaçı tərəfindən iddia ərizəsi müddət ötürülmədən verildiyindən iddia ərizəsinə müddətin ötürülməsi səbəbindən təmin edilməməsinə lüzum qalmır.

13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq iddia təmin edilməmişdir. Cavabdehlərin yazılı şəkildə polis bölməsində verdikləri izahatları nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin polis şöbəsində verilmiş izahatları qorxu, həyəcan və təsir altında yazılmışdır. Halbuki, Suraxanı Rayon Məhkəməsində hal-hazırda cavabdehlərin şikayəti əsasında barəsində olan cinayət işində onlar özlərinin ilkin izahatlar ını müdafiə edirlər.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X5 (sədrlik edən və məruzəçi) X7 və X2) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiası rədd edilmişdir.

17. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin polis idarəsində verdikləri izahatları ilə İddiaçı tərəfindən 30.000 manat məbləğində pulun cavabdeh Naibə Məmmədovaya 2013-cü ildə verilməsi öz təsdiqini tapsa da, iddiaçı həmin məbləği cavabdehdən ona qaytarılması ilə bağlı hazırkı iddia tələ bi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin 25.000 və 300 manat pulun tutulması hissəsində tələb olunan 25.000 manat məhz Cavabdeh3 yaşadıqları torpağın 2 sotunun başqa şəxslərə satdığı pulun onun əvəzinə iddiaçı tərəfindən 2017-ci ildə qaytarılan pul vəsaitidir. Belə olan halda həmin məbləğin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməklə iddiaçı haqlı olmasa da, Mülki Məcəllənin 1090.2-ci maddəsinin tələbi baxımından həmin vəsaitiy Cavabdeh3 tutulması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bu zaman Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan tələb etmə müddətini ötürmüşdür.

18. Kollegiya qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan iddiaçının Cavabdeh2 qarşı 30.000, Cavabdeh3 qarşı 25.000 manat pulun tutulması hissəsində iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. İddia tələbinin 300 manat məbləğində pulun tutulması hissədə iddiaçı həmin məbləğin Cavabdeh3 verilməsini sübuta yetirə bilmədiyindən təmin edilə bilməz.

19. Məhkəmə kollegiyası Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh1 cavabdeh kimi qoyulsa da lakin hazırki iddia tələbinə cavab verməli olan şəxs olmadığından, iddia tələbi ona münasibətdə rədd edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 375.2, 739, 1091.1,1090.2, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı (Vəkil) apellyasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4141/2023 nömrəli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayəti qismən təmin edilə rək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh3 üçüncü şəxsə qaytarmalı olduğu 25.000 manatı ödəmişdir. Bu hal adıçəkilən cavabdehin iddiaçının hesabına əmlak əldə etməsini göstərsə də, digər şərtin mövcudluğu - əldəetmənin qanuni və müqavilə əsasının olmadığı məhkəmə tərəfindən əsaslandırılmamışdır.

25. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, borclunun əvəzinə kreditoru təmin edən üçüncü şəxsin borcluya qarşı tələbinin hansı qanuni əsasa uyğun olduğunu müəyyənləşdirmək işə mahiyyəti üzrə baxan məhkəmənin vəzif əsidir. Belə ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

26. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, baxılan işdə iddiaçının 25.300 manat pul tələbi üzrə maddi hüquq normaları yoxlanılma dan əsassız varlanma qənaətinə gəlinmiş, hətta bu əsas üzrə də Cavabdeh3 əmlak əldə etməsinin hansı səbəbdən qanuni və müqavilə əsasının olmadığı göstərilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, 25.300 manat pul tələbi üzrə tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakteri lazımi şəkildə araşdırılmamış, bu tələbin mümkün qanuni əsas(ları), yəni cavabdeh(lər)in iddiaçı qarşısında hansı növ öhdəlik daşıması dəqiq şəkildə müəyyən edilməmişdir. Halbuki, həmin hallar düzgün şəkildə müəyyən olunmadan tələbə hansı iddia müddətinin tətbiq ediləcəyini müəyyənləşdirmək mümkün deyil.

27. Apellyasiya məhkəməsi 30.000 manat və 25.300 manat pul tələbləri üzrə iddiaçının öz hüquqlarının pozulduğunu hansı tarixdən bildiyini və ya bilməli olduğunu dəqiqliklə qeyd etməmişdir.

28. Kassasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, baxılan işdə isə apellyasiya məhkəməsi müəyyən etdiyi borc müqaviləsi üzrə 30.000 manat, habelə digər hüquq münasibəti üzrə 25.300 manat pul tələblərinə hansı iddia müddətlərinin tətbiq olunduğunu, öhdəliklərin icra vaxtının, yəni iddia müddətlərinin axımının hansı andan və hansı əsasla başladığını, nə vaxt bitdiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, iddia müddəti hazırkı işə qanuni və əsaslı şəkildə tətbiq edilmiş sayıla bilməz.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 373.2, 373.4, 375.2, 377.1, 377.3, 427.1, 427.2, 427.4, 431.1, 431.3, 777.1, 739.1, 1090.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Sumqayıt Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(105)-625/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və Lalə Rəhimli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(012)-988/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd edərək onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ cavabdehlərin başqa mülki iş üzrə, yəni iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddia qaldırmaları ilə əlaqədar yaranmışdır və həmin iddia tələbi yuxarıda qeyd olunan yekun məhkəmə aktı ilə rədd edildiyindən iddiaçının hazırkı iddianın qaldırılmasında subyektiv hüququ aradan qalxmışdır. Belə ki, cavabdehlər iddiaçı ilə olan qarşılıqlı razılaşma ilə yaranmış borcun əvəzində yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxmışlar və həmin razılaşmanı hazırkı iş üzrə iddiaçı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

33. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, İdd iaçı qeyd olunan mülki işlə bağlı apellyasiya şikayəti verərkən cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da yerləşən mənzildən qeydiyyatdan çıxmaqlarının 55.000 manatla əvəzləşdirilməsini özü apellyasiya şikayətində etiraf etmişdir.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 431.1, 431.3, 777.1, 739.1, 1090.1, 1091, 1092.1, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdehlərin iddiaçıya borclu olması sənədlərlə sübut olunur. Həmin borcdan imtina etmək iddiaçının hüququdur. Onların iddiaçıya qarşı əsassız iddiaları bu gün də davam edir. Bakı İnzibati Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesləri vardır. Onların qanunsuz əməllərinə görə iddiaçı bu gün də azadlığın məhdudlaşdırılması cəzasını çəkir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-625/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində hakim göstərir ki, “Göründüyü kimi İddiaçı yuxarıda qeyd olunan mülki işlə bağlı apellyasiya şikayəti verərkən cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da ye rləşən mənzildən qeydiyyatdan çıxmaqlarının 55.000 manatla əvəzləşdirilməsini özü apellyasiya şikayətində etiraf etmişdir.” Bu tamamilə yanlış bir fikirdir. Belə çıxır ki, guya iddiaçı cavabdehlərə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da yerləşən mənzildən qeydiyyatdan çıxmalarına görə 55.000 manat pul vermişdir. Nə iddiaçının, nə də cavabdehlərin izahatlarında bu barədə bir kəlmə olmadığı halda, məhkəmənin hansı əsasla belə bir nəticəyə gəlməsi müəyyən olunmur. İddiaçı Ramanadakı mənzilini 07 may 2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış AN-1№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abbasov Agakhan adlı şəxsə 25.500 manata satmışdır. Necə olur ki, 25.500 manat dəyərində olan mənzilə görə qeydiyyatdan çıxmaq üçün 55.000 manat pul vermişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticənin məntiqi əsası yoxdur. Cavabdehlərin istər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzildən, istərsə də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da (Yeni Raman qəsəbəsi, X12) yerləşən mənzildən istifadə hüquqları olsa idi, xitamı üçün qanuni şəkildə daha az miqdarda kompensasiya verib məhkəmə qaydasında xitam verdirə bilərdi. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2(102)4141/2023 saylı qərarında qeyd edilən göstərişləri nəzərə almamış və onların araşdırılmasını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

38. Maddə 431.1.Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

39. Maddə 431.3.Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

40. Maddə 777.1.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

41. Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür.

42. Maddə 1090.1.Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğu n gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

43. Maddə 1091.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

45. Maddə 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında digər iş üzrə mübahisələndirilən qətnamədən verilən apellyasiya şikayətində cavabdeh Elnurun ona 25.000 manat, cavabdeh Naidənin isə borc olaraq götürdüyü pulun qaytarılmaması səbəbindən həmin iş üzrə mübahisəsi gedən evlə əvəzləşdirildiyini bildirmiş və cavabdehlərin həmin mənzilə üzərində hər hansı hüquqlarının qalmadığını göstərmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi yaranmış vəziyyətdə baxılan iş üzrə tələb olunan məbləğlə mənzilin əvəzləşdirilməsi üzrə nəzərdə tutulan məbləğləri n eyni olması qənaətinə gələrək baxılan iş üzrə cavabdehlərin iddiaçı qarşısında icra edilməli olan öhdəliklərinin olmaması qənaətinə gəlmişdir.

60. Belə olan halda məhkəmənin gəldiyi nəticəsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsin in araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüq uqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-625/2024 nömrəli mülki iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar