Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3033/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X9 və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(0061)-1596/2018, hakim N.T.Tağıyeva) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, ünvan 1 ü nvanında yerləşən mənzilə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən 60.000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14211/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxx 2017-ci il tarixdə İddi açı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,29 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə dair cavabdehlə aralarında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ödədiyi 60000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qi ymət verilməmiş, iddiaçı tərəfindən bir illik kəsici müddət ötürüldüyü halda, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasınn iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,29 kv.metrdən ibarət olan 2 otaqlı mənzili 60000 manata iddiaçıya satmış, həmin mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh mənzili təhvil verməmiş və müəyyən olunmuşdur ki, mənzildə cavabdehdən başqa digər şəxslər də yaşayır və onlar mənzili tərk etməkdən imtina edirlər. Bundan son ra, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, alqı-satqı müqaviləsindən irəli gələn vəzifələrinin icrası – Bakı şəhəri, Zığ yolu küçəsi, 36 saylı evin 7 saylı mənzilinin boşaltmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması, 2500 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdehin həmin mənzilə özündən başqa digər şəxslərin hər hansı bir hüquqlarının olması barədə ona məlumat verməməklə onu aldatdığına istinad edərək hazırki iddianı qaldırmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətin in Mənzil-Kommunal Təsərrüfat Birliyinin 27 saylı MKİSdən müvafiq arayışı (Forma 2) onun tərəfindən notariat kontoruna təqdim edilmiş və həmin arayışda daimi qeydiyyatda olan şəxslərin adları qeyd edilmişdir. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, X1, X5, X3, X10, X6 həmin mənzildə Fizuli rayonundan məcburi köçkün kimi qeydə alınmış və yaşayırlar. Həmin mənzildə digər şəxslərin yaşaması barədə iddiaçıya alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl də məlumat vermişdir. Ona görə də, iddiaçının aldadılması barədə dəlillər əsassızdır. Bundan başqa, iddiaçı tərəfindən 1 illik iddia müddəti də ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis ni yyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əh əmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddənin məzmunundan görünür ki, aldatma yolu ilə bağlanmış əqdlərdə maraqlı tərəf özünün arzuladığı və öz iradəsinə uyğun olan, lakin digər tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Eyni zamanda aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə də qeyd olunan normanın bütün dispozitiv şərtlərinin mövcudluğu tam təsdiq olunur. Digər bir mülki iş üzrə 3-cü şəxs kimi işə cəlb edilmiş Cavabdeh məhkəməyə yazılı ərizə verərək, Faiq Şahbazovun məhkəmə qətnaməsi əsasında 2 uşağa aliment ödəməli olduğu halda, alimenti ödəməkdən uzun müddət yayındığını, buna görə çoxsaylı şikayətlər etdiyini, Faiq Şahbazovun ona alimentin kompensasiya ilə əvəz edilməsini, yəni evi sataraq alimentlə əvəzləşdirməyi təklif etdiyini, bundan sonra İddiaçı müştəri qismində həmin evə apardığını, İddiaçı 60.000 manata həmin evi aldığını, İddiaçı evdə başqa şəxslərin yaşamasından xəbərsiz olduğunu, eləcə də, MİS-dən 2 saylı arayışında yalnız onun və oğlunun qeydiyyatda olmasının göstərildiyini bildirmişdir. Göründüyü kimi, həmin mülki işdə cavabdeh mübahisəli mənzili iddiaçıya satarkən mənzildə digər şəxslərin yaşadığını ondan gizlətdiyini, bu barədə iddiaçıya yalan məlumat verdiyini və iddiaçının da bundan xəbərsiz olduğunu etiraf etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçının aldadılması ilə bağlanılmışdır. Çünki həmin şəxslər mənzildən çıxmaqdan imtina etdiklərinə və bunun nəticəsində iddiaçı əldə etdiyi əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmək hüququndan mərhum olduğuna görə şübhəsiz qəbul olunur ki, iddiaçı həmin halları bilsəydi alqı-satqı müqaviləsini bağlamaqdan imtina edərdi. Bu halda, mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 60000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasənəqd etibarsız hesab edildikdə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərildiyi kimi Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Görü ndüyü kimi Mülki Məcəllənin 337-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmaqla alıcının ödədiyi məbləği ona qaytarmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında müəyyən olunan hüquqi mövqeyə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdehin iddiaçının iddia müddətini ötürməsi ilə bağlı hazırda irəli sürdüyü və apellyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və proses sual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3033/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3033/2020
29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver