Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3034/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1552/2023 nömrəli iş üzrə 10 mart 2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2023-ci il tarixdə Ali Məhkəmənin İnzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 08 noyabr 2017-ci il tarixli, 2-1(102)-1799/2017 №-li qərarına əsasən İddiaçı (bundan sonra iddiaçı) təminat xərcliyinə sonradan artımlar, habelə prokurorluq işçilərinə hər məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinatı və hər il verilən əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım məbləğləri, habelə müharibə veteranı kimi aylıq müavinat məbləği nəzərə alınmaqla pensiya ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərarına əsasən iddia təmin olunmuş və yuxarı instansiya məhkəmələrinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır
2. Abşeron rayon Prokurorluğunun 02 iyun 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fondunun Abşeron rayon şöbəsinin pensiya şöbəsinin müdiri işləmiş Cavabdeh2 və qohumu Cavabdeh1 (bundan sonra cavabdehlər) aldatma yolu ilə onun pulunu ələ keçirmələri barədə İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. Abşeron Rayon Polis İdarəsinin 27 iyun 2022-ci il tarixli cinayət işinin başlanmas ının rədd edilməsi haqqında qərar ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 4. "xxxx"ın ödəniş kartı üzrə çıxarışına əsasən İddiaçı hesabına xx.xx.2015-ci il tarixdə 17500 manat yüklənmiş, xx.xx.2015-ci il tarixdə bu məbləğdən 15500 manat məxaric edilmiş, xx.xx.2015-ci il tarixdə 17500 manat yüklənmiş, xx.xx.2015-ci il tarixdə 17500 manat məxaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya 22000 manat məbləğdə pulun, ona vurduqları maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğdə pulun, 187 manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 32187 manat məbləğdə pulun alınıb ona verilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı uzun illər ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 11 mart 2013-cü il tarixdə təqaüdə çıxdıqdan sonra hesabında yığılmış 100.000 manat pulu ala bilmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etməyinə baxmayaraq həmin məbləği ala bilməmişdir. 2015-ci ilin yay aylarında həmkəndlisi Cavabdeh1 həmin məbləğin 50% müqabilində ona köməklik edə biləcəyini bildirmiş, o, isə sonuncu ilə 35%-ə razılaşmışdır. Hicran onu Abşeron DSMF-nin pensiya şöbəsinin müdiri İkramla tanış etmişdir. 08 iyul 2015-ci ildə təqaüd kartına 17500 manat pul köçürülmüş, həmin puldan ona 6500 manat verilmiş, 11000 manatı İkram və Hicran tərəfindən götürülmüşdür. O, buna etiraz etsə də, həmin vaxtlar mü əyyən şəxslərə borcunun olduğundan razılaşmışdır. xx.xx.2015-ci ildə onun hesabına yenidən 17500 manat köçürülmüş, yenə də həmin məbləğin 11000 manatı İkram və Hicran tərəfindən götürülmüş, sonuncular ona avqust ayına qədər gözləməyini məsləhət görmüşlər. 2015-ci ilin avqust ayında onun hesabına 1000 manat pul köçürmüşlər. Həmin vaxt onun borclu olduğu şəxslər Hicranın onu aldatdıqlarını bildrmişlər. O, Hicranla birlikdə İkramın iş yerinə getmiş, sonuncu artıq həmin vaxt Nizami rayon DSMF-də işləmişdir. İkram ona pulunun ona növbəti ay vurulacağını bildirmişdir. Sentyabr-oktyabr ayında ona təqaüddən əlavə pul vurulmamışdır. O, Hicranla birlikdə İkramın yanına getmiş, borclu olduğu şəxslərin məsləhəti ilə həmin görüşü telefona çəkmişdir. Çünki həmin şəxslərdə onun tərəfindən aldanıldıqlar ını, pullarının alınıb onlara verilmədiklərini düşünmüşlər. Həmçinin bank işçiləri də digər tərəfdən borcun ödənilməsini tələb etmişdir. O, dəfələrlə Hicran və İkramla görüşmüş, aralarında olan razılığa əsasən ona çatan təqaüdün məbləğinin yarısından çoxunun özünə verilməli olduğunu, pulu götürdüklərini, onu isə banklarla üz-üzə qoyduqlarını bildirmişdir. Lakin həmin vaxtdan hazırkı vaxta kimi İkram onun pulunu verməmişdir. Sonuncu Abşeron DSMF-nin pensiya şöbəsinin rəisi vəzifəsində işləmiş, onu əvvəllər tanımamış, onu həmkəndlisi Cavabdeh1 vasitəçiliyi ilə tanımışdır. Dövlət tərəfindən ona ödəniləcək təqaüd məbləği ödənilmiş, lakin həmin məbləğin 22000 manatı İkram və həmkəndlisi Cavabdeh1 tərəfindən sui-istifadə edilməklə ələ keçirilmişdir. O, ilkin aldığı təqaüdü həmkəndlisi Cavabdeh1 Abşeron rayonu, Masazır qəsəbəsində vermiş, buna dair Cavabdeh1 imzalı kağız almış, həmin pulları Hicran İkrama vercəyini bildirmişdir. İddiaçı müalicəyə ehtiyacının olduğunu bildirməklə tələbinin pulunun Hicran və İkramdan alınıb ona verilməsindən ibarət olduğunu göstərmişdir. Cavabdehlər onu aldatmış, əmək pensiyasının alınmasında köməklik göstərilməsini deyib. onun 22 min manat pulunu almış, lakin heç nə etməmişlər. Pulu almaları barədə Hicran tərəfindən yazılı olaraq sənədə imza edilmişdir. Həmin məbləğin 17.700 manatı cavabdeh tərəfindən ödənilmiş, qalan məbləğin verilməsindən isə imtina edilmişdir. Dəfələrlə cavabdehdən pulun ödənilməsini tələb etsələr də, ödənişdən boyun qaçırmışdır.
7. Cavabdeh1 işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ə rizə vermişdir.
8. Cavabdeh1 iddiaya tələbinı qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı 100000 manat pulu almış və hər hansı bir problem yaranmamışdır. Onun belə bir səlahiyyəti olmamışdır ki, iddiaçının pensiya məsələsini həll etsin. Bəbir ödədiyi 5500 manat pulun həmin pula aidiyyəti olmamışdır. Bəbir onun qardaşının qaynıdır. Bəbir tərəfindən ona 22 min manat pul verilməmişdir.
9. Cavabdeh2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışıdır ki, 1995-ci ildən sosial müdafiə sahəsində işləmişdir. 2015-ci ilin may-iyun aylarında 2 nəfər gəlmiş, bunlardan biri -Hicran müəlim formada olmuş, sonradan onun Ədliyyə orqanlarında işlədiyini bilmişdir. Hicran müəllim ona Bəbirin onun yaxın qohumu olduğunu, pensiyasını ala bilmədiyini, evinin girovda, borclarının çox olduğ unu demiş və imkan daxilində ona köməklik göstərməsini xahiş etmişdir. O, istiqamət verdikdən sonra həmin şəxslər sənədləri gətirib təqdim etmişlər. Ödəniş vaxtı 2015-ci ilin iyun ayında onun iş yerini Nizami rayonuna dəyişmişlər. Əvvəllər vəsait o qədər qıt olmamış, alınmamış məbləği ödəmək mümkün olmuşdur. İddiaçının qeyd etdiyi 17500 manat məsələsi düzdür. Sonradan pensiyaların ödənilməsində problemlər yaratdığına görə dövlət sosial müdafiə fondunun kollegiyasının qərarına əsasən, əgər vətəndaşın aylığı nə qədərdirsə, keçmiş dövrdən o qədər məbləğ verirdilər. Əgər səhv etmirsə iddiaçının pensiyası 2000 manat olmuş, deyəsən 2000 manat da əlavə vermişdirlər, sonra pensiyada yubanma olmuş, iddiaçı əlində siyahı ilə gəlib onun borcu olduğunu və borcu verməli olduğunu, ona hörmət edəcəyini, çörək yeməyə getmələrini demiş, o da ehtiyac olmadığını demişdir. İddiaçının pensiyası aybaay bölünmüş, arada pensiya gecikəndə iddiaçı ona gecikdiyi üçün zəng etmişdir. O da hamının pensiyasının gecikdiyini demişdir.
10. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)- 2792/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 15500 manat və dövlət rüsumuna görə ödənilmiş 187 manat vəsaitin əvəzinin tutulması qət edilmişdir.
11. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, tərəflər arasında pul münasibəti 2015-ci il tarixdə yaranmış, həmin vaxtdan sonra cavabdehlər tərəfindən ona pensiyasının ödəniləcəyi barədə vədlər ve rilmiş, iddiaçı onların vədlərinə inanaraq pensiya məbləğinin ona köçürüləcəyini gözləmiş, həmçinin bununla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon Şöbəsinə qarşı təminat xərcliyinə sonrakı artımlar, habelə prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və s. ödənişlər nəzərə alınmaqla pensiya ödənilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də xx.xx.2017-ci il tarixli qərar ilə qüvvədə qalmışdır. Ali Məhkəmənin qərarından sonra 2019-cu ildə iddiaçıya ödənilməli olan pensiya məbləği onun hesabına köçürülmüşdür. İddiaçı cavabdehlərə müraciət edərək, pulunu tələb etmiş, eyni zamanda 2021-ci il və 2022-ci il tarixlərdə qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon Prokurorluğuna müraciət etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda həmin iş üzrə materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz və ərizədən, xx.xx.2021-ci il tarixli qəbzdən, xx.xx.2021-ci il tarixli ərizə və qəbzdən, xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi Hicran və İkram İddiaçı müəyyən qədər pulun geri qaytarıldığı qeyd edilmişdir. Bu fakt isə özlüyündə cavabdehlərin 6500 manat məbləğdə pul və saitinin iddiaçıya qaytarılmasına dair etirafedici hərəkətləri kimi qəbul edilməlidir.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda məhkəmə və digər aidiyyəti orqanlara müraciət edildiyindən, yekun məhkəmə qərarı əsasında pul məbləği 2019-cu ildə onun hesabına ödənildiyindən, cavabdehlər tərəfindən müəyyən məbləğlər 2021-ci və 2022-ci illərdə ona geri qaytarıldığından iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Cavabdeh1 22000 manat, İddiaçı 13000 manat pul qəbul etmələri barədə olan yazılı əlyazmanın Cavabdeh1 tərəfindən imzalanması və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş CD diskində görüntülənən şəxslərin və səslərin cavabdehlərə məxsus olması işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 əlyazmadakı imzanın ona məxsus olmasın ı inkar etməmiş, həmçinin hər iki cavabdeh diskdəki həmin görüntülərin və səslərin onlara məxsus olmasına etiraz etməmişlər. Həmçinin, iddiaçı tərəfindən də məhkəmə iclasında Cavabdeh1 ona 6500 manat ödədiyini bildirmişdir. Cavabdeh1 qaytarılmış 6500 manat məbləğin bu məsələyə aidiyyəti olmadığını, hər iki cavabdehin iddiaçıdan heç bir məbləğ almadıqlarını bildirsələr də, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə pensiyasının təmin olunması və qarşılığında onun 35%-nin, yəni, 35000 manatın alınması barədə razılığa gəlmələri, həmin vəsitlərdən müəyyən qisminin iddiaçıya qaytarmaları müəyyən olunmuşdur. İddia tələbi 3000 manatdan yuxarı olsa da, müqavilə yazılı formada bağlanmamış, tərəflər arasında şifahi formada razılaşma olmuşdur. Buda MM-nin 740.2 və 337.5-ci maddələrinin tələblərini pozmuşdur. Hazırda mülki işə əlavə olunmuş materiallar və tərəflərin izahatları əsasında məhkəmə araşdırılması ilə cavabdehlərin iddiaçıdan 22000 manat pul alması və onun 6500 manat vəsaitinin qaytarılması öz təsdiqini tapdığından cavabdehlərdən iddiaçının xeyrinə 15500 manat vəsait tutulması qənaətinə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini AR Mülki Məcəllənin 21.1, 337, 373, 377.1, 380, 553, 740, 882.1, 882.5 1 və Mülki Prosessual Məcəllənin 14.2,77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsinə da ir yeni qətnamə çıxarılmasını xahiş etmişlər..
15. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin qanuni əsasını müəyyən edərkən yanlışlığa yol verərək tərəflər arasındakı münasibətin borc münasibətlərinin olması kimi qiymət vermişdir. Lakin, nə iddiaçının iddia tələbindən ona borc verməsi, nə də o izahatında aralarında hər hansı borc münasibətlərinin olması barədə heç bir fikir irəli sürməmişlər. Belə ki, iddiaçı iddia tələbində yığılmış pensiya məbləği olan 100000 manatın alınmasında cavabdehlərin kömək edəcəyi təqdirdə onlara 35 faiz miqdarında pul verəcəyini vəd etmiş və bu vəddən 22000 manatını verdiyini iddia etmiş, o və digər cavabdeh isə ümumiyyətlə ondan bu məsələ ilə bağlı heç bir pul məbləğini almadıqlarını bildirmişlər. Belə olan halda, məhkəmənin iddia tələbini təmin etmək üçün hazırkı maddi hüquq normasına istinad etməsi maddi hüquq normasının pozulmasına gətirib çıxarmışdır. Aralarında heç bir borc münasibətləri olmadığından məhkəmənin borcun etirafına dair mücərrəd müqaviləyə istinad etməsi maddi hüququ normasının tətbiqində kobud səhv etməsinə gətirib çıxarmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş tarix və rəqəmlər göstərilən kağız parçası heç bir məbləğin nə etiraf edilməsi. nə də verilməsini sübut edən borcun etirafına dair mücərrəd müqavilə hesab edilə bilməz.
16. Şikayətçilər MM-in 882.1-ci maddəsinə istinad edərək qeyd etmişdilər ki, borcun etirafı üçün də, qanunverici borc müqaviləsi ilə eyni formanı, yazılı formanı müəyyən etmiş və bu formaya riayət edilməməklə bağlanan hər hansı əqdini n hüquqi qüvvəsinin olmadığını müəyyən etmişdir. Lakin məhkəmə bu xüsusatlara fikir vermədən, nəyin bahasına olur-olsun iddia tələbini təmin etmək arzusundan çəkinməmiş və maddi hüquq normasını pozmuşdur.
17. Əlavə olaraq onuda qeyd etmişlər ki, "xxxx" ASC-nin 25 iyun 2020-ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”ının surətinə əsasən iddiaçıya 08 iyul 2015-ci il tarixdə 17500 manat məbləğdə ödəniş edilmiş, 10 iyul 2015-ci il tarixdə onun tərəfindən kartdan 15500 manat məbləğdə pul çıxarılmışdır. Daha sonra, 13 iyul 2015-ci il tarixdə iddiaçının kartına 17500 manat pul məbləği mədaxil edilmiş və 15 iyul 2015-ci il tarixdə onun tərəfindən məxaric edilmişdir. İddiaçının təqdim etdiyi və guya cavabdehlərə verdiyi pulu təsdiq edən qəbzə əsasən birinci dəfə 08 iyul 2015-ci il tarixdə ona 11000 m anat, ikinci dəfə isə 10 iyul 2015-ci il tarixdə 11000 manat pul vermişdir. Belə olan halda iddiaçı onda olmayan pulu necə çıxarıb, belə bir qəbzlə onlara verdiyini məhkəmə araşdırmamış və qəbzdə olan məlumatların başqa sübutlarla təsdiqini tələb etməmişdir. Məhkəmənin istinad etdiyi cinayət işi başlanmasının rədd edilməsi işin hallarında qeyd edildiyi kimi iddiaçının etdiyi müraciətində və izahatında onların 22000 manat pulunu ələ keçirdiyini bildirsə də, bu hal onun öz izahatından başqa digər istintaq sənədləri ilə sübuta yetirməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1552/23 nömrəli iş üzrə 10 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qasımov Fərrux (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fuad Abdı yev ) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məxsus 22.000 manat məbləğdə pulun cavabdehlər tərəfindən heç bir əsası olmadan ələ keçirildiyini irəli sürür. İddianın təsviri hissəsindən o da aydın olur ki, tərəflər arasında ümumiyyətlə hər hansı borc münasibəti olmamış, nə də iddiaçı belə bir borc münasibətinin yarandığını irəli sürmüşdür. Belə olan halda birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin yarandığına istinad edib, iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlməmişdir.
20. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında nə hər hansı müqavilə münasibəti yaranmış, nə d ə bu münasibətlər hansısa qanuni əsasa söykənmişdir. Bu halların istisna olmağı həm işin ümumi halları, həm də tərəflərin izahatları ilə dəqiq təsbit olunur.
21. Məhkəmə qeyd etmişdir ki. iddianın mahiyyəti üzrə hüquqi dəyərləndirmə apararkən mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları baxılan iş üzrə hüquqi əsası təşkil edir. Əsassız varlanma halının iddiaçıya 2015-ci ildə məlum olduğu işin mübahisəsiz halıdır. MM-in 1095-ci maddəsinə əsasən isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
22. Məhkəmə kollegiyası iddiaçı və cavabdehlərin izahatlarına və işdə olan materiallara istinad edərək qeyd etmişdir ki, “10 iyul 2015-ci ildə mənim hesabıma yenidən 17500 manat k öçürülmüş, yenə də həmin məbləğin 11000 manatı İkram və Hicran tərəfindən götürülmüş, sonuncular mənə avqust ayına qədər gözləməyimi məsləhət görmüşlər. 2015ci ilin avqust ayında mənim hesabıma 1000 manat pul köçürmüşlər. Həmin vaxt mənim borclu olduğum şəxslər Hicranın məni aldatdıqlarını bildirmişlər.” Yəni, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür və cavabdeh tərəfindən müddətin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində ərizə verilmişdir.
23. Kollegiya mövqeyini belə əsaslandırmışdır ki, əsassız varlanma faktı mövcud olsa da, qanunvericiliklə müəyyən edilən müddətin keçməsi nəticəsində iddiaçı bu hüququnu itirmişdir.
24. Məhkəmə öz mövqeyini AR Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 1091.1, 1091.2, 1092.1, 1095, Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci-ci MPM-in 9.1, 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin vasitəçiliyi ilə iddiaçının pensiya kartına köçürülmüş 35 min manatdan 22000 manatının Cavabdeh1 tərəfindən götürülməsinə dair məhkəməyə təqdim edilmiş əlyazma tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə iclasında cavabdeh əlyazmadakı imzanın ona məxsus olmasını inkar etməmiş, həmçinin iddiaçıya he sablanmış 100 min manat pensiya məbləğinin onun pensiya kartına köçürüləcəyinı vəd etmiş cavabdehlərlə iddiaçı arasındakı söhbətin video görüntüsünə dair məhkəməyə təqdim olunmuş “CD” görüntüsünə dair məhkəməyə təqdim olunmuş “CD” diskində görüntülənən şəxslərin və səslərin cavabdehlərə məxsus olmasını sonuncular özləri məhkəmədə etiraf etmişlər. İddia tələbinə baxılarkən apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 740.2, 882.1, 882.5 və 337.5-ci maddələri tətbiq olunmalı idi. İddia tələbi 3000 manatdan yuxarı olsa da, tərəflər arasında müqavilə yazılı formada bağlanmamış, lakin tərəflər arasında şifahi formada razılaşma olmuşdur, yəni tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin qeyd olunan tələbinə riayət etməmişlər. MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Hazırki vəziyyətdə iddia tələbi üzrə iddia müddəti də ötürülməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz və ərizədən, xx.xx.2021-ci il tarixli qəbzdən, xx.xx.2021-ci il tarixli ərizə və qəbzdən, xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi cavabdehlər iddiaçıya 6500 manat pul geri qaytarmışlar. Bu fakt özlüyündə cavabdeh lərin 6500 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasına dair etirafedici hərəkətləri kimi qəbul edilməlidir.
27. Kasator tərəfindən müxtəlif vaxtlarda məhkəmə və digər aidiyyəti orqanlara müraciət edildiyindən, yekun məhkəmə qərarı əsasında pul məbləği 2019-cu ildən onun hesabına ödənildiyindən, cavabdehlər tərəfindən müəyyən məbləğlər 2021 və 2022-ci illərdə ona tərəfindən müəyyən məbləğlər 2021 və 2022-ci illərdə ona geri qaytarıldığından iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
30. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəx sin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
35. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışını n hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
49. Apellyasiya instansiya məhkəməsi araşdırılmış işin halları baxımından haqlı olaraq belə qətnaətə gəlmişdir ki, əsassız varlanma faktı mövcud olsa da, qanunvericiliklə müəyyən edilən müddətin keçməsi nəticəsində iddiaçı bu hüququnu itirmişdir.
50. Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2023-cü il tarixli 2(103)1552/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min