Məhkəmə qərarları › İş №2(102)-3036/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3036/2019

06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3036/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3036/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 və vəkili ***nun, Cavabdeh1iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(103)-6970/2018 nömrəli qətnaməsindən iddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC-nin kassasiya şikayəti üzr ə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı kredit müqaviləsinə xitam verilməsi, kreditin, kredit faizlərinin və dəbbə pullarının ipoteka predmetinə yönəldilməklə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Ə.Mehdiyev) 16 mart 2018-ci il tarixli, 2(006)-100/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası qismən təmin olunaraq iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında imzalanmış 11 aprel 2014-cü il tarixli, AZBA-009687 saylı kredit müqaviləsinə (11.04.2014-cü il tarixli razılaşma və kreditin ödənilməsi müddətinin uzadılmasına dair 12.03.2015-ci il tarixli saziş də daxil olmaqla) xitam verilməsi, Cavabdeh1 v ə Cavabdeh2 iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə 38.421 ABŞ dolları 61 sent əsas, 16830 ABŞ dolları 32 sent faiz, 1000 ABŞ dolları cərimə, cəmi 56.251 ABŞ dolları 93 sent borcun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 58,2 kv.metr ümumi, 38,3 kv.metr yaşayış və 19,9 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 36.7 kv.metr umumi, 22 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, A k.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 58,2 kv.metr ümumi, 38,3 kv.metr yaşayış və 19.9 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 80000 manat, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 36.7 kv.metr umumi, 22 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 48000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli evin 12 nömrəli mənzilini açıq hərracda satıldıqdan ən gec 1 ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə tə min edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, H.Ü.Həmidov və E.E.NAğıyeva) 12.12.2018-ci il tarixli, 2(103)-6970/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə 38421,61 ABŞ dolları əsas, 7276,2 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 46697,81 ABŞ dolları məbləğində pul tutulmuş, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 58,2 kv.metr ümumi, 38,3 kv.metr yaşayış və 19.9 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 94000 manat, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 36.7 kv.metr umumi, 22 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 59000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 “X4” MMCnin xeyrinə 300 manat qiymətləndirmə xərci tutulmuşdur. İddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC və onun vəkili *** iş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əgər məhkəmə hesab edirdisə ki, faiz borcu düz hesablanmayıb, bu zaman qanunun ona verdiyi hüquqdan istifadə edərək 23.11.2016-cı il tarixdən (məhkəməyə müraciət tarixi) 07.02.2018-ci il tarixinədək (iddia tələbinin həcminin artırıldığı tarix) qalıq əsas borca nə qədər faiz hesablandığını müəyyən etmək üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edə bilərdi. Məhkəmə qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini əsaslandıra bilməmişdir, belə ki, məhkəmə 1-ci inst ansiya məhkəməsi tərəfindən "xxxx” MMC-dən alınmış qiymətləndirmə hesabatlarının əsassız olmasına dair heç bir sübut gətirməmiş və özünün təyin etdiyi “X6” MMC-dən alınmış hesabatı “..əmlakların yerləşdiyi ərazi nəzərə alınarsa onların real bazar qiymətinə daha uyğun olduğundan (!!) qətnamə eyni zamanda ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməlidir” kimi “arqument”in heç bir əsası yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.12.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəs imi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsinə qismən dəyişiklik edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli, AZBA-009687 saylı kredit müqaviləsinə əsasən, «xxxx» BOKT MMC ilə Cavabdeh1 120 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 150.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə razılıq əldə etmişlər. «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli, AZBA009687-001 saylı razılaşmasına əsasən, «xxxx» BOKT MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 60000 (altmış min) ABŞ doll arı məbləğində kredit vəsaiti verilmişdir. Tərəflər arasında bağlanmış 12 mart 2015-ci il tarixli sazişə əsasən, 11 aprel 2014-di il tarixli kredit müqaviləsi əsasında illik 17 faizlə 36 ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində verilmiş kreditin 45206.13 ABŞ dolları təşkil edən ödənilməmiş əsas borc qalığı yenidən 17 faizlə hesablanaraq kreditinin qaytarılması müddəti 12.03.2018-ci il tarixədək uzadılmışdır. Həmin saziş əsasında yeni ödəniş cədvəli tərtib edilmiş, həmin ödəniş cədvəlinə əsasən borcalan 12.08.2018-ci il tarixədək 60.000 ABŞ dolları borcu və 20837,65 ABŞ dolları faizi tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit öhdəliyinin təminatı olaraq 11.04.2011-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 ap rel 2014-cü il tarixli, AZBA009687 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqusıınov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 58.2 kv.metr ümumi, 38.3 kv.metr yaşayış və 19.9 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzili iddiaçı "xxxx” BOKT MMC qarşısında ipoteka ilə yüklü etmişdir. “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2014-cii il tarixli, AZBA009687/1 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 36.7 kv.metr umumi, 22 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzili iddiaçı “xxxx” BOKT MMC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələri və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlə r dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2017ci il tarixli, 28755 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 23.11.2016-cı il tarixə “xxxx” BOKT MMC-yə 40758,45 ABŞ dolları əsas və 7113,88 ABŞ dolları faiz borcunun olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin faiz borcunun məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29.12.2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, kredit öhdəliyi üzrə cəmi 13561,45 ABŞ dolları vəsait ödənilmişdir. Tərəflər arasında bağlanmış 12 mart 2015-ci il tarixli saziş üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən cavabdehlərin 12.03.2018-ci il t arixədək banka cəmi 20837,65 ABŞ dolları faiz ödəməli olduğu nəzərə alınarsa, iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi tarixə (07.02.2018-ci il) olan qalıq faiz borcunun 7276,2 ABŞ dolları (20837,65- 13561,45=7276,2) olduğu müəyyən olunur. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla borclunun borcun qaytarılması və faizlərin ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyi hər ayın konkret günündə icra edilməli olduğunu və öhdəliyin icra müddəti bitənədək ümumilikdə hansı məbləğdə faiz ödəməli olduğunu müəyyən edir.(kredit müqaviləsinin 3.2.4-cü bəndinə əsasən). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclu tərəfindən ödəniş cədvəli üzrə ödəmə müddəti çatmış və ödənilməmiş hər bir məbləğ qanunsuz saxl anılan və qanunsuz istifadə edilən pul məbləği hesab olunur. Ödənişlərin qrafik üzrə həyata keçirilməməsi banka kredit müqaviləsinin 7.1.3-cü bəndinə əsasən müqaviləni vaxtından əvvəl ləğv etmək, 9.3 və 9.4-cü bəndlərə əsasən cərimə (dəbbə pulu) hesablamaq hüququ verir. Öhdəliyin icrasının gecikdirilməsinə görə borcludan tələb edilən məbləğin müqavilədə hansı sözlə (faiz, cərimə faizi, artırılmış faiz, ikiqat faiz və s) ifadə edilməsindən asılı olmayaraq pul vəsaitinin qanunsuz saxlanılması və müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamasına görə tələb edilən məbləğ “istifadə haqqı” deyil, cərimə faizidir. Tərəflər arasında tərtib edilmiş ödəniş qrafiki üzrə öhdəliyin icra müddəti bitənədək cavabdehin banka ödəməli olduğu qalıq faiz borcu cəmi 7276,2 ABŞ dolları olduğundan iddi açı borcalandan daha artıq məbləğdə faiz tələb edə bilməz, yalnız öhdəliyin icra müddəti ərzində ödəmələrin razılaşdırılmış tarixlərdə həyata keçirilməməsinə görə cərimə hesablaya bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qətnamə faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə 7276,2 ABŞ dolları faiz borcu tutulmalıdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda gəldiyi qənaətə gələrkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi faizləri müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindəki göstəricilərə uyğun hesablamaqla cavabdehin kredit müddəti ərzində müqavilə üzrə aparmalı olduqları ödənişlə r üzrə yol verdiyi gecikdirmələri nəzərə almamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə borcalan kreditora illik 30 % dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən kredit üzrə edilməli olan ödənişlər vaxtında edilmədiyi halda, aparılmamış ödəniş məbləğləri cavabdehin istifadəsində qalmaqda davam etdiyindən müqavilə müddəti çərçivəsində həmin məbləğlərdən istifadəyə görə faizlərin hesablanması davam etməlidir. Odur ki, kollegiya iddiaçının faiz məbləğinin tutulması tələbinin təmin edilməmiş hissəsinin qanunsuzluğu ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, həmin hissədə qətnamə ləğv edilməlidir. İşə apellyasiya qaydasında baxıla rkən cavabdehin vəsatəti əsasında ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətlərinin düzgün müəyyən edilib-edilməməsinin aydınlaşdırılması üçün iş üzrə yenidən qiymətləndirmə təyin edilmiş, “X4” MMC-nin 20.11.2018-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatlarına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 58,2 kv.metr ümumi, 38,3 kv.metr yaşayış və 19.9 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 94000 manat, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 36.7 kv.metr umumi, 22 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 59000 manat məbləğində müəyyən ed ilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hesabatları birinci instansiya məhkəməsində alınmış iş materiallarındakı “xxxx” MMC-nin hesabatları ilə (müvafiq olaraq 80.000 manat və 48.000 manat) müqayisə edərək hesab etmişdir ki, “X4” MMC-nin hesabatlarındakı qiymətlər ipoteka predmeti olan əmlakların yerləşdiyi ərazi nəzərə alınarsa onların real bazar qiymətlərinə daha uyğun olduğundan qətnamə eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli və əmlakların qiymətləri “X4” MMC-nin hesabatlarındakı qiymətlər əsasında müəyyənləşdirilməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə 7276,2 ABŞ dolları faiz borcu tutulmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 58,2 kv.metr ümumi, 38,3 kv.metr yaşayış və 19.9 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 94.000 manat, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binada 36.7 kv.metr umurni, 22 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 59.000 manat məbləğində müəyyən edilməlidir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini özünün təyin etdiyi qiymətləndirilmə rəyinə uyğun olaraq müəyyən etsə də, bu qənaətə prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə riayət etmədən gəlmişdir. Halb uki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə k ollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Kassasiya kollegiyası işin faktiki hallarına müdaxilə etmədən qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrində təyin edilmiş qiymətləndirmə rəylərindəki kəskin fərqin olmasına rəğmən, apellyasiya instansiyası məhkəməsi nəinki həmin fərqin olmasının səbəblərinin aydınlaşdırılması üçün prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməmiş, hətta gəldiyi qənaəti, yəni nədən məhz özünün təyin etdiyi rəyə əsasən ilkin satış qiymətini müəyyən etməsini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 392.1.6-cı maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticəsi göstərilməlidir; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyin i və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcu tələbinin təmin edilməmiş hissəsində və ilkin satış qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(103)6970/2018 nömrəli qətnaməsi faiz borcu tələbinin təmin edilməmiş hissəsində və ilkin satış qiyməti hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar