Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3036/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASCyə qarşı “pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-262/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 11 sentyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat kredit vermişdir.
2. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin idarə heyətinin sədri Cavabdeh3 Cavabdeh2 bank qarşısında öhdəliklərinin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tar ixli 2(001)-2319/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh2, "xxxx" ASC və Cavabdeh3 müştərək qaydada 579778.78 manat əsas, 247408.32 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 828187.1 manatın iddiaçının xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən ibarət olan 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qeyd edilən qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalı olan fai z borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə xx.xx.2022-ci il tarixində sorğu verilmiş və Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu Cavabdeh2 Cavabdeh1 ASC üzrə 116.449 ədəd səhmin mövcud olduğu məlum olmuşdur. İcra sənədi nəzarətdə saxlanılmaqla icra tədbirləri davam etdirilir.
6. İddiaçı ASC tərəfindən təqdim edi lmiş 27 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixinə qədər Cavabdeh2 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 119392 manat əldən borcu vardır. Borc xx.xx.2016-cı il tarixindən hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC (bundan sonra – “iddiaçı” və ya “Bank”) iddia ərizəsi (tələbin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC- dən Bankın xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 119392 manat əldən çıxmış fayda borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia belə əsaslandırmışdır ki, tərəflə r arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlərin 27 mart 2023-cü il tarixinədək illik 5 faizlə hesablanmış 119392 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və müqavilə müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi Cavabdeh2 tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də götürülmüş kreditə görə hesablanmış faizlər cavabdehlər tərəfindən ödənilməlidir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 445.7, 449.1, 467 və 472.2-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh3 iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cu il tarixində bağlanılıb və müqavilə üzrə sonuncu ödəniş m üddəti xx.xx.2016-cı il müəyyən olunmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğuna görə iddiaçı 2019-cu il 16 may tarixinə qədər iddia tələbini irəli sürə bilərdi, lakin iddiaçı iddia müddətini ötürərək iddia tələbi irəli sürdüyündən həmin tələb rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsində cavabdeh (həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi) Cavabdeh3 və Cavabdeh2 vəkili iddiaya etiraz edərək göstərmişlər ki, iddia tələbi müddət ötürülməklə verilmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia tələbi rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi 27 mart 2023-cü il tarixinə borcun məbləğinin müəəyn etmək üçün iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir.,
13. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3793 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 faizlə hesablanan faiz borcu 119.392.35 manat təşkil edir. xx.xx.2023-cü il tarixinə Cavabdeh2 "xxxx" İKB ASC-yə olan borcu 413.548,44 manat müəyyən edilmiş, o cümlədən 59.778,78 manat əsas, 234.377,31 manat faiz borcu, 119.392,35 manat 5% ilə faiz borcu.
14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1353/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişir. (hakim Mustafa Mustafayev)
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhz müqavilə müddətindən sonrakı dövr üçün Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edərək faizlərin tutulmasının pul öhdəliyinin icrasının gecikdirilməsi üçün sanksiya kimi qeyd etmiş və gec ikdirilən dövr üçün faizlərin ödənilməsini tələb etmişdir. Belə ki, cavabdehlərin pul öhdəliyinin icrasının gecikdirilməsi üçün ilk növbədə cavabdehlərin həmin hal üçün təqsirlilik dərəcəsi müəyyən edilməlidir.
16. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi onlar arasında girov müqaviləsi də bağlanmışdır və öhdəlikləri girovla təminat altına alınmışdır. Girovla təmin edilmiş kredit müqaviləsində həm kreditor, həm də borclu verilən kreditin həcmi və təmin edilən kreditin həcmi barədə razılığa gəlirlər və hər biri bununla razılaşırlar. Hazırkı iş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra cavabdehlər tərəfindən tələbin girov predmetinə yönəldilməsinə hər hansı maneə törədilməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girova yön əldilməsindən sonrakı, tələbin girova yönəldilməsinə hər hansı maneə törətməmişlər. Yəni öhdəliyinin icrasının gecikdirilməsi cavabdehlərin təqsirləri üzündən baş verməmişdir. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girova yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehlərdən asılı olmayan haldan irəli gəlmiş hesab edilir.
17. Birinci instansiya məhkəməsi Cavabdeh3 iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbi kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün qaytarılmayan kredit məbləğinin saxlanmasına görə illik 5 faiz əldən çıxmış faydanın qaytarılması ilə bağlıdır. Bu halda əldən çıxmış faydanın hesablanması kredit müqaviləsinin bitdiyi dövrdən sonrakı dövr üçün hesabla nır. Yəni iddiaçının belə tələb hüququ müqavilə bitdiyi vaxtdan sonra ödənilməmiş məbləğə münasibətdə hesablanır. Kreditin icra müddətinin bitdiyi gün, yəni xx.xx.2016-cı il tarix üçün iddiaçının belə bir tələb hüququ mövcud olmur. Bu baxımdan, iddia müddətini tətbiqi barədə ərizə əsassızdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.2, 449.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 4.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verə rək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin hüquqi əsasını MM-in 445.7-ci maddəsi təşkil etməsinə baxmayaraq məhkəmə səhvən 449-cu maddənin tələblərindən çıxış edərək yekun nəticəyə gəlmişdir. Tələbin hüquqi əsasının 449-cu maddə olmamasını o sübut edir ki, həmin maddədə borcun tutulması qərarın çıxarıldığı günün bank uçot dərəcəsinə uyğun hesablanır ki, bu gün bank uçot dərəcəsi 9 faiz olduğu halda iddiaçı da 9 faiz tələb edə bildiyi halda 5 faizə görə pul tələb etmişdir. MM-in 445-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına əsasən öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsi hansı halda gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsinin mümkünlüyünü göstərmiş, bunun əsaslarından biri də tələbin ipoteka predmetinə yönəldilməsidir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-262/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, gecikdirilmiş vaxt üçün illik beş faiz borc olan 11939 2 manatın, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov, Ədil Məmmədov)
22. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bankla borcalan Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 (altı yüz min) manat kredit vermişdir. Həmin müqavilə ilə borcalan Cavabdeh2 borcu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Bankla “Gəncə Tekstil“ ASC-nin idarə heyətinin sədri Cavabdeh3 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Bankla borcalan Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə borcalan Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədədi Bankın xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən Bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 nömrəli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada kre dit üzrə 579778.78 manat əsas, 247408.32 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 828187.1 manat borcun Bankın xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddianın qalan hissəsədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 nömrəli qətnaməsi qismən ləğv edilmiş, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətna mə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyəti üzrə icra orqanına göndərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borclulara tələbin könüllü icrası haqqında bildiriş, habelə son xəbərdarlıq barədə bildiriş göndərilmiş, lakin tələb tam şəkildə icra olunmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış mühasibatlıq ekspertizası rəyinə əsasən 27 mart 2023-cü il tarixə Cavabdeh2 "xxxx" İKB ASC-yə olan 59.778,78 manat əsas, 234.377,31 manat müqavilə faizi borcu vardır. Bununla yanaşı icra prosesi zamanı tələb girov p redmeti olan səhmlərə yönəldilsə də, girov predmetinin hərracı baş tutmamış, beləliklə icra sənədi icra olunmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcl udur.
24. Həmçinin istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
25. Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il qərarında ifadə olunan hüquqi mövqeyə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
26. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəy ən zərərin əvəzini, yəni ən azı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.
27. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmi ş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bunun üçün isə (yəni, illik 5 faizin tələb olunması) iddiaçının əlavə sübutlar təqdim etməsinə zərurət yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir və bu hal öhdəliyin borclu tərəfindən pozulması nəticəsində kreditorun əldə edə biləcəyi minimal məbləğdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini pozmaqla, bunun qanundan (Mülki Məcəllən in 445.7-ci maddəsi) irəli gələn nəticəsi ilə də razılaşmış olur.
28. Buna görə də qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bil mədiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin məbləğ isə 119.392.35 manat təşkil edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmış, lakin cavabdehlər həmin tarixə olan borcu iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışlar. Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/3793 saylı ekspert rəyinə görə də xx.xx.2016-cı il tarixdən xx.xx.2023cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 119.392.35 manat təşkil edir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 399.4, 442, 443, 445.2.1, 445.7, 448.1, 449.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri,Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli və “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə” 29 mart 2023-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
31. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdehlərin şikayətləri eyni məzmunda olmaqla belə əsaslandırılmışdır ki, bu tip mübahisələrd ə önəmli olan məsələlərdən biri icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir. İş üzrə uzun müddətdir ki, qanuni qüvvəyə minmiş qətnamə var və icraya yönəlmişdir. Qeyd olunan iş icra mərhələsində olan zaman cavabdehlər tərəfindən icra işinin gedişatına heç bir maneə yaradılmamışdır. Belə ki, ipoteka predmeti olan "xxxx" ASC-nin ipoteka ilə yüklü olunmuş səhmləri hələ də Milli Depozit Mərkəzində ipoteka predmeti olaraq yüklüdür. Qeyd olunan borcun həmin səhmlərə yönəldilməsi prosesi elə bir prosesdir ki, istənilsə, belə həmin prosesə müdaxilə etmək mümkün deyil. İcra qurumları həmin prosesi həyata keçirmək üçün Milli Depozit Mərkəzi ilə birgə ilk növbədə həmin səhmləri qiymətləndirməlidir. Həmçinin birinci instansiya məhkəməsinə həm Gəncə İ cra Baş İdarəsi, həm də Binəqədi İcra Şöbəsi tərəfindən daxil olmuş məktublarda cavabdehlər tərəfindən icra icraatına hər hansı bir maneəçilik göstərilməsi qeyd olunmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 445.7. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyada) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dai r” 24 dekabr 2014-cü il tarixli qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə” 29 mart 2023-cü il tarixli qərarı...Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olun ması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.
39. İddia tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə əl avə pul məbləğinin alınması barədədir.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz halları da ondan ibarətdir ki, cavabdehlərdən pulun tutulması barədə Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyəti üzrə icra orqanına göndərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borclulara tələbin könüllü icrası haqqında bildiriş, habelə son xəbərdarlıq barədə bildiriş göndərilmiş, lakin tələb tam şəkildə icra olunmamışdır.
41. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
42. Göründüyü kimi, işin müəyyən edilmiş halları baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iddianın təmin edilməsi əsaslı və qanuni olmuşdur.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – cavabdehlərin qətnamənin icrasında təqsirli olmaması – əsaslı saymır. Belə ki, Mülki Məcəllənin 445.7ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
44. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərti onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mül ki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehlərin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Bu səbəbdən cavabdehlərin qətnamənin icrasında təqsirli olmaması barədə dəlil də əsaslı deyil.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-262/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi d əyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.