Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3037/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin öhdəlikləri, öhdəliyin icra edilməməsi, (pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət), maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, qətnamənin qanuniliyi və əsaslılığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2575/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə 8 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)-6055/2017 saylı qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" MTK arasında 12 avqust 2010-cu il tarixdə bağlanmış 121 saylı "xxxx" müqavilə ləğv edilmiş, "xxxx" MTK-dan 20000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla tutulara q İddiaçı (bundan sonra iddiaçı) ödənilməsi qət edilmişdir.
2. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” 30 mart 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)-6055/2017 saylı icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən, məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-c ü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir.
3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna 23 oktyabr 2023-cü il tarixli **********430800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestr məlumatlarında "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6dur (bundan sonra cavabdehlər).
4. Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş 07 iyun 2016-cı il tarixli, 17 iyun 2016-cı il tarixli və 14 iyul 2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 dekabr 2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi qismi ndə Cavabdeh8 tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər – "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə ilə), habelə hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmışdır.
7. Cavabdeh3 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçını tanımır və onu heç bir vaxt görməmişdir. Eyni zamanda, "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü deyil və iddia tələbinin ona aidiyyəti yoxdur. Ona görədə iddia tələbinin əsassız olduğunu rədd olunmasını xahiş edir.
8. Cavabdeh6 iddia tələbinə qarşı etirazı edərək qeyd etmişdir ki, iddianın hüquqi əsası kimi kooperativ haqqında əsas müddəalar, üzvləri və əmlakı ilə bağlı normalar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109 - 110- cu maddələrinə istinad etmişdir. Lakin iddiaçının istinad etdiyi Mülki Məcəllənin qeyd olunan maddələrin tələbləri irəli sürülən iddianı əhatə etmir və məhkəmə qətnaməsi əsasında MTK-ya yön əldilən qeyd olunan tələbin onun üzvlərinə (təsisçilərinə) müştərək qaydada yönəldilməsinin hüquqi əsası yoxdur. Belə ki, iddiada adı çəkilən 20000 ABŞ dollar MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranan və illik balansa müəyyən olunan zərərlər deyil, fəaliyyəti ilə bağlı üçüncü şəxsin qarşısında yaranan öhdəlikdir. İddia ərizəsində tələb olunan 20000 ABŞ dollar məbləği məhkəmə qaydasında müəyyən edilmiş və barəsində qanuni qüvvəsində olan qətnamə mövcud olduğundan, yenidən araşdırmasına yol verilməyən, mübahisə olunmayan haldır. Eyni zamanda həmin məbləğlə bağlı məhkəmə qətnaməsində müəyyən edilən digər halların da mübahisələndirilməsinə və yenidən sübutuna və ya başqa formada izahına yol verilmir. Həmin qətnamə ilə tələb MTK-nın təsisçilərinə deyil, MTK-ya yönəlmişdir. Qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, tələbin təmin olunmasına əsas olmuş mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır. Müqavilə münasibəti mənzil sahəsinin təqdim edilməsi ilə əlaqəli MTK-nın fəaliyyəti ilə bağlı olmuşdur. "xxxx" MTK Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 ünvanda yüksək mərtəbəli yaşayış evinin layihələndirilməsi və inşası məqsədləri üçün yaradılmış, adı çəkilən layihə tam icra edilmiş, bina komplekslərinin inşası 2011-ci ildə tamamlanmış və binanın sahələri onun üzvlərinin istifadəsinə verilmişdir. Bundan sonra MTK-nın gəlir və zərərləri ilə bağlı balans tərtib edilmiş kooperativin üzvləri tərəfindən ödənilməmiş üzvlük haqlarının qaldığı müəyyən edilməmişdir. 2012-ci ildən MTK-nın fəaliyyəti dayandırılmış, binada komendantlıq yaradılmış və bin a sakinlərin idarəçiliyinə keçmişdir. "xxxx" MTK-nın üzvləri yalnız onun nizamnaməsində adları keçən 5 nəfərdən deyil, onun tərəfindən inşa edilmiş binada sahəyə malik hər bir üzvüdür və hüquq - vəzifələri baxımında, nizamnamədə keçən üzvlər digər üzvlərdən yalnız kooperativin təsisi və idarə edilməsində səsvermə hüququna malik olduqlarına görə fərqlənirlər. İddia üzrə tələb pul məbləğinin tutulması ilə bağlı olduğundan, cavabdehin əmlak məsuliyyəti ilə müəyyən edilməlidir. MTK-nın üzvlərinin hər hansı birinin onun üçün müəyyən edilən əlavə əmlak payının ödənilmədiyi hal müəyyən edilmir və son olaraq fəaliyyətinin dayandırıldığı 2012-ci il üçün verilmiş balans hesabatında üzvlərin əlavə əmlak pay haqqı üzrə öhdəlik qeydə alınmamışdır. Cavabdeh MTK-nın üzvlərdən biri olaraq, üzvlüyə qəbul e diləndə müəyyən edilmiş mütləq əmlak payını, daha sonra da tikintinin layihələndirilən zaman müəyyən edilən əlavə əmlak payını vaxtında tam şəkildə ödəmişdir. Göründüyü kimi kooperativin üçüncü şəxslər qarşısında borcuna görə üzvlərdən biri olaraq ondan subsidiar qaydada hər hansı bir məbləğdə ödəniş tələb edilməsi ilə bağlı olan hazırkı iddianın heç bir hüquqi əsası yoxdur.
9. Cavabdeh4 tərəfindən iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, Cavabdeh4 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, iddia ərizəsində cavabdeh kimi göstərilməyinə baxmayaraq iddiaçı X5 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış hər hansı müqavilə öhdəliyinə görə cavabdehlik daşımir. Ona görə ki, o "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü kimi göstərilsə də, faktiki olaraq kooperat iv ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də iddia tələbinin ona aid hissənin rədd olunmasını xahiş etmişdir.
10. Cavabdeh2 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçı istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)-6055\2017 nömrəli qətnaməsində tələb "xxxx" MTK-nın təsisçilərinə deyil, onun özünə y önəlmişdir. "xxxx" MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşaası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. Cavabdeh koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx"MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. "xxxx"MTK-nın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. "xxxx" MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. "xxxx" MTK-nın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarəetmədə səsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı cavabdehin qarşıs ında hər hansı pul öhdəliyinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçının tələbi pulun tutulmasından ibarətdir ki, o da MTK-nın əmlak məsuliyyəti ilə əhatə olunur. Hazırkı iş üzrə kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Cavabdeh müəyyən edilmiş payını və əlavə olaraq tikinti layihələndirilən zaman müəyyən edilmiş əmlak payını vaxtında tam şəkildə ödəmiş və uzun illərdir ki həmin MTK ilə heç bir əlaqəsi yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyildir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004 )-4693/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia ərizəsi təmin edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıdıqlarından, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi qət edilmiş 20000 ABŞ dolları pul vəsaiti "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh6 və X2 vərəsəsi Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1103.1, 110-3.4 və 110.4-cü maddələrinə, Azə rbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh6 və Cavabdeh7 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kimi kooperativ məhkəmə qaydasında ləğv edilməmişdir. Eyni zamanda bu “kooperativin üzvü” kimi onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Əlavə haqq isə müəyyən edilməmiş və verilməmişdir. Məhkəmə mövcu d borc öhdəliyi məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, kooperativ ləğv olunmadığı, onun bu kooperativin fəaliyyətində heç bir iştirakının olmadığı, kooperativədə olan pay haqqı həcmində maddi məsuliyyət daşıması halda pul tələbi ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır.
16. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının (Azərbaycan Respublikası MPM-in 217.1 və 217.3-cü maddələri) tələblərini kobud şəkildə pozaraq qəbul etdiyi qətnamədə iddianın qanuni və əsaslı olmasını kifayət qədər əsaslandırmamış, 3-5 cümlə və MM-in 110-3 və 110.4-cü maddələrinə istinad etməklə kifayətlənmişdir. Lakin, İddiaçı hazırki iş üzrə iddia tələbi ona münasibətdə tamamilə əsassız olmaqla yanaşı formal mülahizələrdən ibarətdir və məhkəməni yanıltmaqla məqsədinə nail olmağa yönəlmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçının istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində tələb "xxxx" MTK-nın təsisçilərinə deyil, MTK-nın özünə yönəlmişdir. "xxxx" MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. O da koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx" MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. MTK-nın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. MTKnın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarə etmədə səsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı onun qarşısında hər hansı pul öhdəliyinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının tələbi pulun tutulmasından ibarətdir ki, o da MTK-nın əmlak məsul iyyəti ilə əhatə olunur. Hazırkı iş üzrə o da qeyd edilməlidir ki, kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Onun həmin MTK-da təsisçiliyim formal xarakter daşıyıb və MTK sədri onu həmin MTK da təsisçi kimi sənədləşdirsə də onun həmin MTK ilə heç bir əlaqəsi də yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyil. Məhkəmə MTK-nın təsisçilərinin nə vaxtsa ümumi yığıncağının keçirilməsini, MTK-nın hansısa hüquqi sənədlərində imzasının olmasını, MTK-nın üzvlərinin paylarının rəsmi müəyyən olunub-olunmamasını, bunun hansı qaydada həyata keçirilməsini, formal təsisçiliyə görə formal üzvlüyə görə nə ü çün onun MTK-nın ödəməli olduğu vəsaiti ödəməli olmasını, MTK-nın ümumilikdə neçə nəfər üzvü olduğunu, MTK-nın inşa etdiyi binanın (əmlak) yalnız hazırda cavabdeh qismində məhkəməyə verilmiş onların istifadəsində olmasını, onun şəxsən həmin binada hər hansı payının rəsmi olaraq olmasını araşdırmamışdır. MTK-nın sədri ondan mənzili alıb-satmaq üçün sənədini alıb ona heç bir xəbərdarlıq etmədən təsisçi kimi sənədləşdirib, indiyə kimi o heç həmin MTK-da rəsmi təsisçi olmağını da bilməmişdir. Məhkəmə MTK-nın qərarlarını, protokollarını MTK-nın sədrinin vərəsələrindən və müvafiq Vergi orqanından tələb etməyib. Mülki Məcəllənin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu v əzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə onun əlavə haqqının verilməmiş hissəsinin həddinin nə qədər olmasını müəyyən etməmişdir.
17. Cavabdeh7 apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmişdir.
18. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o həmin şirkətin təsisçi olmamış, təsis müqaviləsinə imza atmamışdır. Sadəcə onun şəxsiyyət vəsiqəsindən istifadə edib, onun əvəzinə təsis sənədlərinə imza atıblar.
19. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericilik kooperativin üzvlərini n məsuliyyətini onun öhdəlikləri üçün hədsiz deyil, əlavə haqqının verilməmiş hissəsi həcmində müəyyən etmişdir. Üzvlərin əlavə pay haqların həcm məbləğ isə illik balansla təsdiqlənir. Mülki Məcəllənin 109.4-cü maddəsinin tələbinə əsasən kooperativ üzvünün əmlak pay haqqı mütləq və əlavə ola bilər. Məcəllənin 109.5-ci, 110.2-ci maddələrinin tələbləri və nizamnaməsinə əsasən kooperativin üzvləri mütləq pay haqqı üzvlüyə qəbul edilən zaman ödənilmişdir. MTKnın yaradılması məqsədi yaşayış binasının layihələndirilməsi, inşaasının tamamlanmağı və üzvlərin istifadəsinə verməkdir. MTK tərəfindən yaşayış binası 2012-ci ildə üzvlərin istifadəsinə verilmişdir. Həmin ilin yekunu barədə son illik balans bundan 11 il əvvəl tərtib edilmişdir. Bu müddət ərzində müəyyən edilmiş əlavə əmlak payının da 11 i l müddətində ödənildiyi mübahisə olunmayan göstəricidir. Çünki qanunvericilik bunun üçün 2 aylıq müddət müəyyən etmişdir. Qeyd olunan maddi normaların tələbləri baxımından, MTK-nın öhdəliyi üzvünə yalnız onun üçün müəyyən edilmiş əlavə haqqın ödənilmədiyi hissəsinə yönəldilə bilər. Lakin məhkəmə qətnamə qəbul edərkən, tələblərin tutulmasını yönəldiyi üzvlərinin, ödəməli olduqları əlavə payının məbləğini və həmin məbləğin hansı hissəsinin ödənilmədiyini müəyyən etməmişdir. Prosessual baxımdan bu halın sübut etmə yükü iddiaçı tərəfə aiddir. Lakin cavabdeh qismində göstərilən və onlara qarşı tələb irəli sürülən Cavabdeh6 və digər üzvlərin ödəməli olduqları əlavə pay məbləğindən ödənilmədiyinə dair iş üzrə dəlil mövcud deyildir. Hazırkı tələbin təkrar məhkəmədə baxılmasına yol verildiyi təqd irdə belə bu dəlilin özü iddianın rəddi üçün əsasdır. Bundan başqa, məhkəmə 2 saylı Vergilər İdarəsinin məktubuna istinad edərək, MTK-nın cəmi 5 nəfər üzvünün olduğunu və Cavabdeh6 bunlardan biri olduğunu qeyd etmişdir. Məhkəmənin bu yanaşması da kökündən səhvdir. Belə ki, "xxxx" MTK-nın 120 mənzil, 12 qeyri-yaşayış və 11 mansard sahəsi paya malik 143 nəfər üzvü vardır. Qətnamədə adı çəkilən 5 nəfər isə MTK yaradılanda ilkin üzvləri olmaqla, nizamnamə onların iştirakı ilə reyestrdə qeydə alınmışdır. Hüquqi baxımdan kooperativin adı çəkilən ilk 5 nəfər üzvləri, sonradan qəbul edilmiş 135 nəfər üzvlərlə öhdəlikləri, hüququ və vəzifələri eynidir. Əks təqdirdə MTK-nın üzvlərinin öhdəlik, hüquq və vəzifələrində fərqlilik qətnamədə şərh olunmalıdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2575/2024 nömrəli iş üzrə 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Xəyal Sarıyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehlərə qarşı maddi ziyanın ödənilməsi tələbi rədd olunmuşdur.
21. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)6055/2017 nömrəli qətnaməsi ilə X3 "xxxx" MTK arasında 12 avgust 2010-cu il tarixdə bağlanmış 121 nömrəli "xxxx" müqaviləsi ləğv edilmiş, cavabdeh MTK-dan 20000 ABŞ dolları məbləğində pulun ödə nişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Qətnamə üzrə verilmiş icra vərəqəsi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Qərara əsasəm aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" MTK-nın fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" MTK-nın hüquqi varisinin olmaması müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən iddiaçı hazırkı iddia tələbini MTK-nın təsisçiləri və üzvləri olmu ş iş üzrə cavabdehlərə qarşı yönəltmişdir.
22. İşin müəyyən edilmiş hallarına Mülki Məcəllənin Mülki Məcəllənin 110-3.4 və 110.4-cü maddələrinə istinad etməklə iddianə təmin edən birinci instansiya məhkəməsi səhvə yol vermişdir.
23. Mülki Məcəllənin 110.4-cü maddəsinə görə kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
24. Bu müddəanın yer aldığı 110-cu maddə “Kooperativin əmlakı” adlanır və elə maddənin adından da məlum olur ki, bu maddə bütöv lükdə kooperativin daxili əmlak məsələlərinin nizamlanmasına yönəlmişdir. Bu mənada, maddənin dispozisiyasındakı “Zərər” anlayışı kooperativin hər hansı xarici öhdəliyini ehtiva etmir. Üzvlərin verməli olduqları əlavə haqların təyinatı da bu öhdəliklərin qarşılanması ola bilməz. Həmçinin, nəzərə alınsa ki, kooperativ artıq fəaliyyətini dayandırıb, artıq fəaliyyət göstərməyən kooperativdə üzvlərin hər hansı əlavə haqq ödənilməsinə cəlb edilməsi də sadəcə olaraq mümkünsüzdür. Odur ki, istinad olunan 110.4-cü maddə hazırkı iddianın maddi hüquqi əsasını təşkil edən norma kimi nəzərdən keçirilə bilməz.
25. Məcəllənin 110-3.4-cü maddəsinə əsasən isə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsi diar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
26. Hüquq ədəbiyyatında subsidiar məsuliyyət dedikdə əlavə, yardımçı məsuliyyət nəzərdə tutulur. Hansı ki, subsidiar məsuliyyət vəziyyətinin aktivləşməsi üçün ilk öncə öhdəliyin icra edilməsi üçün borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir.
27. Mülki Məcəllənin 110-3.4-cü maddəsi üzrə subsidiar məsuliyyətin yaranması üçün isə ilk növbədə elə həmin maddədə qeyd olunan “kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmaması” halının mövcudluğu öz təsdiqini tapmalıdır. Göründüyü kimi, adıçəkilən m addə üzrə subsidiar məsuliyyətin yaranması üçün, yəni hazırkı kazus üzrə iddianın maddi hüquqi əsası kimi bu normaya istinadla iddianın təmin olunması üçün başlıca şərt kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitinin olmamasıdır.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədi mövcuddur. Hazırkı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı 2 icra sənədi mövcud olacaqdır. 1-ci icra sənədi geri qaytarılsa da, icraata xitam verilməmişdir, qüvvədədir və istənilən vaxt maraqlı şəxslərin ərizəsinə əsasən yenidən icraya yönəldilə bilər.
29. Həmçinin, qeyd etmək lazımdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icr a məmuru Orxan Bağırovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” 30 mart 2023-cü il tarixli qərarı da tələbkar tərəfindən mübahisələndirilməmişdir. Həmin qərar ona əsaslanmışdır ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir. Halbuki, kooperativ ləğv olunmamışdır, fəaliyyətini dayandırmışdır, bu halda onun hüquqi varisi ola bilməz.
30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 59.1, 109.1,109.2,109.5, 109.6, 109-4.4, 109-4.4.1, 109-4.4.2, 104-4.4.3, 110.4, 109-4.4.4, 110.4, 110-3.4 və 113.1, maddələrinə MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddiasının təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kooperativ üzvləri öhdəliyin icrası üçün əlavə haqlar ödəməlidirlər. Əlavə haqqın verilməməsi arzu olunmaz nəticələrə kreditorların tələbi ilə kooperativin məhkəmə qaydasında ləğv olunmasına və s. səbəb ola bilər. Əlavə haqlar verilənə kimi kooperativin hər bir üzvü kooperativin öhdəliklərinə görə subsidiar, əlavə, yardımçı məsuliyyət daşıyır.
33. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı xeyrinə tutulmuş pul vəsaitinin ödənilməsi "xxxx" MTK-nın əmlak və gəlirləri müəyyən edilmədiyinə görə mümkün olmamışdır (MTK-nın əmlakının olmaması işin mübahisəsiz halıdır). Bu səbəbdən iddiaçı öz tələbini MTK-nın üzvlərinə - cavabdehlər Cavabdeh3 Abbasquluoğlu, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 yönəltmişdir.
34. Cavabdehlərdən Cavabdeh8 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmiş, lakin işə baxan məhkəmə qətnaməni mübahisə edilən hissədə deyil, tamamilə ləğv etməklə, iddia tələbini Cavabdeh8 yönəlmiş hissədə də rədd etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi növbəti dəfə prosessual hüquq normasının pozuntusuna yol vermişdir.
35. Şikayətçi əlavə olaraq onuda qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdehlər Cavabdeh2 və Cavabdeh7 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Məcəlləsi
37. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir;
38. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır;
39. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar is tisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir;
40. Maddə 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır;
41. Maddə 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır;
42. Maddə 109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır:
43. Maddə 104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək;
44. Maddə 110.4. Koopera tivin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
45. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir;
46. Maddə 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qə rarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayəti ndə qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçini dinləyb, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
59. Apellyasiya məhkəməsinin qənaətinə görə Mülki Məcəllənin 110-3.4 və 110.4cü maddələri hazırkı iddia tələbinin maddi hüquqi əsası ola bilməz, ona görə ki, 110-cu maddə bütövlükdə kooperativin daxili əmlak məsələlərinin nizamlanmasına yönəlmişdir, maddənin dispozisiyasındakı “zərər” anlayışı kooperativin hər hansı x arici öhdəliyini ehtiva etmir, kooperativ üzvlərinin verməli olduqları əlavə haqların təyinatı da bu kooperativin öhdəliklərinin qarşılanmasına yönəldilə bilməz. Cavabdeh "xxxx" MTKnın fəaliyyətini artıq dayandırması nəzərə alındıqda üzvlərinin hər hansı əlavə haqq ödənilməsinə cəlb edilməsi də sadəcə olaraq mümkünsüzdür.
60. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, Mülki Məcəllənin 1103.4-cü maddəsi üzrə kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması üçün ilk növbədə elə həmin maddədə qeyd olunan “kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmaması” halı başlıca şərtdir ki, bu halın mövcudluğu da öz təsdiqini tapmamışdır.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən qənaəti ilə razılaşmır, hesab edir ki, məh kəmə hüquqn normasının təfsirində səhvə yol vermişdir.
62. Belə ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə cavabdehlərin borclu "xxxx" MTK-nın təsisçiləri və üzvləri olması, "xxxx" MTK-nın İddiaçı 20000 ABŞ dolları məbləğində pul borclu olması, həmin borc tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması və qətnamənin icraya yönəldilməsi mübahisəsizdir.
63. Həmçinin borclu MTK-dan 20000 ABŞ dollarının iddiaçının xeyrinə tutulması barədə qətnamənin icrası mümkün olmamışdır, buna əsas isə kooperativin vəsaitinin olmaması, onun fəaliyyətinin dayandırılmasıdır.
64. Məhkəmə kollegiyası hesçab edir ki, apellyasiya məhkəməsi iddiaçıya veriləsi 20000 ABŞ dolları məbləğində pulun ödənilməsi üçün kooperativin vəsaitinin olmaması halının mövcudluğunun öz təsdiqini tapmaması barədə qənaətə gələrkən iş materallarında olan və tərəflərin təqdim etdikləri sübutları, o cümlədən İcra məmurunun İcra sənədinin qaytarılmasına dair qərarı nəzərə almamışdır. Həmin sənədlərə görə icra məmuru tərəfindən yerinə yetirilmiş icra hərəkətləri nəticəsində MTK vəsaitinin olması müəyyən edilməmiş, kooperativ fəaliyyətinin dayandırmış, bu əsasla icra vərəqəsi geri qaytarılmışdır.
65. Mülki Məcəllənin 110-3.4-cü maddəsində kooperativin üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımaları müəyyən edilmiş, bu hal kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərin olmaması ilə şərtləndirmiş, kooperativ üzvlərinin kooperativin öhdəlikldərinə görə subsidiar məsuliyyət daşımasının qaydası isə həmin Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilməsi təsbit edilmşidir. Başqa sözlə 110.4-cü maddə təkcə əmələ gəlmiş zərərin kooperativi üzvləri tərəfindən qarşılanması qaydasını deyil, həm də kooperativin öhdəliklərinə görə kooperativ üzvlərinin məsuliyyət daşımaları qaydasını da tənzimləyir.
66. Kooperativin idarəetmə orqanları tərəfindən kooperativin öhdəliklərinin silinməsi üçün tədbirlərin görülməməsi, yəni Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi kooperativ üzvlərini (təsisçiləri) həmin öhdəliklərin yerinə yetirilməsindən azad etmir, kooperativ üzvləri (təsisçiləri) həmin öhdəliklər icrasına görə məsuliyyət daşıyırlar. 67. 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədinin artıq mövcud olması, hazır kı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı 2 icra sənədi mövcud olacağı, bunun da yolverilməzliyi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddia tələbinin rədd olunması üçün əsas ola bilməz, hazırkı iş üzrə iddia tələbinin təmin olunması, qətnamənin icrası ilə bağlı icra vərəqəsinin verilməsi əvvəlki iş üzrə yenidən icra vərəqəsinin verilməsini istisna edir, habelə əvvəlki iş üzrə icra sənədinin məhkəməyə qaytarılması baradə icra məmurunun qərarı da tələbkar(hazrkı iş üzrə iddiaçı) tərəfindən mübahisələndirilməmişdir və o, həmin qərarla razalışmışdır.
68. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmamış, m əhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıı qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2575/2024 nömrəli iş üzrə 4 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.