Məhkəmə qərarları › İş №2(102)-304/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-304/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-304/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)-xxxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış kredit müqav iləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Xanalıyev Elsevər Xanalı oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh ilə iddiaçının yaxın, ailəvi münasibətləri olmuş, birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onlar ortaya şərikli pul qoymuşlar. Bir müddət onlar arasında münasibətlər bu formada davam etmiş, sonradan iddiaçı cavabdehin israrı ilə xx.xx.2015-ci ildə notariusa gedərək orada yalan əqd bağlamışlar ki, guya iddiaçı cavabdehdən 60000 manat məbləğində borc pul almışdır. Halbuki həmin vaxt cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə pul verilməmişdir. Müqavilənin şərtlərindən də g öründüyü kimi, müqavilə yalan olmuş, onlar arasında heç bir borc münasibəti olmamışdır. Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, iddiaçı 60000 manat borcu 3 ay müddətində cavabdehə qaytaracaqdır. Həmin bənd müqavilənin yalan olduğunu və iddiaçıya pul verilmədiyini təsdiq edir. Belə ki, əgər iddiaçıya borc pul lazım olsa idi o, pulu uzun müddətə götürərdi. Bundan əlavə, müqavilənin yenə həmin bəndində iddiaçı adından “göstərilən məbləği aldım” cümləsi yazılsa da, yenidən müqavilənin sonunda iddiaçının öz xətti ilə “60000 manatı aldım” qeyd edilmişdir. Eyni ifadənin dəfələrlə yazılması ilə notarius və qarşı tərəf sübut etməyə çalışmışlar ki, guya 60000 manat iddiaçıya verilmişdir. İddiaçıya notariat kontorunda heç bir məbləğdə pul verilməmişdir. Apellyasiya Məhkəməsi tərəfindən isə bu fakt araşdırılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Xanalıyev Elsevər Xanalı oğlu və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən müqavilənin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirməmişdir. Belə ki, tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən Qanunun tələblərinə riayət etmiş, borc məbləğinin həcmi, qaytarılma müddəti və şərtləri barədə razılığa gəlmişlər. Tərəflər müqaviləni bağlayarkən öz iradə ifadələrini bildirmiş və bununla da müqavilə ilə nəzərdə tutulan öhdəlikləri icra etmələrini öz üzərlərinə götürmüşlər. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanm ış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin iddiaçı onun tərəfindən imzalanmış müqavilənin hansı başqa əqdi pərdələmək məqsədi ilə bağlanıldığını əs aslandırmamış və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, İddiaçı mübahisələndirdiyi kredit müqaviləsinin etibarlı olması və onun həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarları ilə müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, hazırki iş üzrə Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, cavabdeh İddiaçı 60000 manat kredit borcunun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi tərəfindən yoxlanılmış və dəyişdirilmədən saxlanı lmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyasının həmin dəlillərlə bağlı mövqeyi doğru olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İş materiallarından da görünür ki, iddiaçı tələbinin əsasını təşkil edən hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. H əmçinin İddiaçı mübahisələndirdiyi kredit müqaviləsinin etibarlı olması və onun həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarları ilə müəyyən edilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar