Məhkəmə qərarları › İş №2(102)-3042/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3042/2019

25.04.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3042/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, cavabdehin XXXi XXX iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsindən Bakı şəhəri İddiaçıin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-2942/2018, hakim K.F.Əmirxanova) Bakı şəhəri İ ddiaçıin Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC cəlb edilməklə kompensasiya verilməsi şərti ilə mülkiyyət hüququna xitam verilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12473/2018 E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) Bakı şəhəri İddiaçıin apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 07 may 2018-ci il tarixdə Bakı şəhəri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 29/89 saylı yaşayış evinin sökülməsi ilə əlaqədar Cavabdeh 194.400 manat pul kompensasiyası və ya həmin ərazidə yerləşən H.Əliyev prospekti 64 ünvanında yeni inşa edilmiş 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 98,3 kv.m olan qeyri-yaşayış sahəsi verilməklə Ağa Nemətulla küçəsi, 29/89 saylı yaşayış evinin 1-ci mərtəbəsində mövcud olmuş 20-ci mənzil üzərində onun mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, icra sənədinin mümkünsüzlüyü və “Ekspert” LTD müəssisəsinin qiymətləndirmə aktı nəzərə alınmamış, cavabdehə daha ədalətli kompensasiya məbləğinin verilməsi istiqamətində təkrar ekspertizanın təyin edilməsi üçün hər hansı bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin XXXi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Ağa Neymətulla küçəsi, ev 29/89, ümumi sahəsi 81,0 kv.metr olan 20 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətndədir. Bakı şəhəri İddiaçı Başçısının 14 noyabr 2012-ci il tarixli 426 nömrəli sərəncamına əsasən, Heydər Əliyev prospekti 89/29; 87; 85; 83 və 64 nömrəli binaların sökülərək yerində Memarlıq və Şəhərsalma Baş İdarəs i tərəfindən razılaşdırılmış layihəyə uyğun yeni müasir yaşayış binalarının tikintisinə icazə verilməsi müəyyən edilmişdir. «Sifarişçi və zəmanətverən» adlanacaq Bakı şəhəri İddiaçı, «Podratçı» adlanacaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti, digər tərəfdən «Zəmanətalan» adlandırılacaq fiziki (hüquqi) şəxs Cavabdeh arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli nömrəli zəmanət müqaviləsinə əsasən, Cavabdeh Ağa Neymətulla küçəsi 29/89 nömrəli binada ona məxsus, ümumi sahəsi 81,0 kv.metr olan 20 nömrəli, 3 otaqlı mənzilinin (faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur) əvəzinə, həmin ünvanda inşa olunan yeni yaşayış binasının 1-ci mərtəbəsində (Ağa Neymətulla küçəsinə baxan tərəfdə) ümumi sahəsi 100,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə təmin olunması ilə bağlı tərəflər razılı ğa gəlmişlər. Bakı şəhəri İddiaçı başçısının birinci müavini Cavabdeh müraciətində qeyd edilən ünvanda inşa olunan yeni yaşayış binasının 1-ci mərtəbəsində (Ağa Neymətulla küçəsinə baxan tərəfdə) ümumi sahəsi 100,0 kv.metr olan qeyri-yaşayış sahəsinin onun verilməli olduğunu bildirmiş, lakin Bakı şəhəri İddiaçıin iradəsindən asılı olmayan və qabaqcadan nəzərə alına bilməyən səbəblərdən, yeni inşa olunacaq binanın layihəsində edilmiş dəyişiklik öhdəliyin icra edilməsinə əhəmiyyətli təsir etdiyindən və yeni yaşayış binasının Ağa Neymətulla küçəsinə baxan hissəsində 67,0 və 70,0 kv.metrlik yaşayış sahələri zəmanət müqaviləsində nəzərdə tutulan 100,0 kv.metrlik sahədən az olduğunu qeyd edərək, öhdəliyin yerinə yetirilməsi üçün alternativ olaraq həmin yaşayış evinin 1-ci mərtəbəsində H.Əliyev p rospekti ilə M.Əhmədzadə küçəsinin kəsişdiyi hissədə sahəsi 108,0 kv.metr olan qeyri-yaşayış sahəsi və 108,0 kv.metr zirzəmi hissəsi olan digər qeyri-yaşayış sahəsi ona təklif edilmişdir. Bundan narazı qalan Cavabdeh Bakı şəhəri İddiaçıə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 26 oktyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 29/89 nömrəli binanın yerində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində (Ağa Neymətulla küçəsinə baxan tərəfdə) ümumi sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsinin Bakı şəhəri İddia çı tərəfindən Cavabdeh verilməsindən imtinası qanunsuz hesab edilərək, göstərilən qeyri-yaşayış sahəsinin sənədlərinin Cavabdeh adına rəsmiləşdirməklə yerində iddiaçıya təhvil verilməsi vəzifəsinin Bakı şəhəri İddiaçıə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq zəmanət müqaviləsi üzrə zəmanət verən şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, zəmanət alan şəxs bundan narazı qalaraq qeyd edilən mübahisə ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və öhdəliyin yerinə yetirilməsinin zəmanət verən şəxsin üzərinə qoyulması ilə bağlı qanuni qüvvəyə minmiş qərar çıxarılmışdır. Hazırda zəmanət verən şəxs tərəfindən zəmanət alan şəxsə digər təkliflər irəli sürülsə də, sonuncu həmin təklifləri qəbul etmir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 29/89 nömrəli binanın yerində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri İddiaçı tərəfindən Cavabdeh verilməsindən imtinası qanunsuz hesab edilərək, göstərilən qeyri-yaşayış sahəsinin sənədlərinin Cavabdeh adına rəsmiləşdirməklə yerində iddiaçıya təhvil verilməsi vəzifəsinin Bakı şəhəri İddiaçıə həvalə edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 oktyabr 2016-ı il tarixli qərarı olduğundan hazırki iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərə findən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar