Məhkəmə qərarları › İş №2(102)-3042/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3042/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3042/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili X2, Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasın da 26.02.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 10.000 manat məbləğində borc almış və borcu 26.03.2015-ci il tarixinədək qaytarmağı öhdəliyinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, öhdəliyin icra müddətinin bitməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Bundan sonra tərəflər borcun icra müddətini bir il də uzatmışlar. Lakin cavabdeh borcunu yenə də ödəməmişdir. İd diaçı dəfələrlə cavabdehdən 10.000 manat məbləğində pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 04 mart 2019-cu il tarixli, x9 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Sülhiyyə Salmanova Cavabdeh arasında 10.000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin öhdəliklərini icra etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlə r-R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) 05 noyabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin cavabdehin iştirakı olmadan, ona hər hansı rəsmi məlumat vermədən işə baxaraq iddiaçının mənafeyi naminə qanuni tələbini pozaraq Qaradağ Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətini tətbiq etməklə qətnaməni ləğv edib, iddia tələbini təmin etməmək barədə qətnamə qəbul etməli idi. Belə ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə yanlışdır, cavabdehin məhkəmədən xəbəri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasınd a iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində bor c verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Mübahisəyə mahiyyə ti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

22. Tərəflər arasında 26.02.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh həmin tarixdə İddiaçı 10.000 manat məbləğində borc almış və borcu 26.03.2015-ci il tarixinədək qaytarmağı öhdəliyinə götürmüşdür. Eyni zamanda Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, 26.02.2015-ci il tarixdə İddiaçı 10.000 manat məbləğində pulu iki ay ərzində qaytarmaq şərti ilə borc almışdır.

23. İddiaçı bildirir ki, öhdəliyin icra müddətinin bitməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Bundan sonra tərəflər borcun icra müddətini bir il də uzatmışlar. Lakin cavabdeh borcunu yenə ödəməmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia əsaslıdır. Belə ki, hazırkı işdə MM-in 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Tərəflər arasında borc müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 2 ay müddətinə 10.000 manat məbləğində borc verməsi yazılı qaydada tərtib olunmuş müqavilə və qəbzlə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (pulun qaytarılması tarixləri) çatmış, lakin cavabdeh tərəfindən borc ödənilməmişdir.

25. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 10.000 manat əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia təmin edilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini əsassız saymış, bununla bağlı “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarına istinad etmişdir. Həmin qərara əsasən, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yan aşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ə rizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmuş (bu fakt cavabdehin adından verilmiş ərizədə etiraf olunur), lakin birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir. Ona görə də, apellyasiya icraatında həmin ərizə qəbul edilə və iddia müddəti tətbiq edilə bilməz.

28. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin digər dəlilləri də əsassızdır. Belə ki, o, borcu qaytardığını bildirsə də, istinad etdiyi halların təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa, məhk əmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir.

29. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində işə baxılmasından nəinki məlumatlı olmuş, hətta sədrlik edən hakimə ünvanladığı ərizəsində iddiaçıya borcunun olmasını etiraf etmiş, eləcə də birinci instansiya məhkəməsində hazırkı iddianın qaldırılmasından xəbərinin olduğunu, lakin xəstə olduğu üçün məhkəmədə iştirak edə bilmədiyini bildirmişdir. Sonuncu hala dair mötəbər sübutlar təqdim edilmədiyi üçün apellyasiya məhkəməsinin həmin ərizəni nəzərə alaraq, iddia müddətinin tətbiqinə dair cavabdehin mövqeyini əsaslı s aymaması maddi və prosessual hüquq normalarına uyğundur.

30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar