Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3042/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-211/2022 nömrəli mü lki iş üzrə 6 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə ”AccessBank” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 37L000002493 saylı Kredit xətti müqaviləsinə əsasən, 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.
2. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 37R000002929 saylı Kredit razılaşmasına əsasən, xx.xx.2014-cü il tarixli 37L000002493 saylı Kredit xətti müqaviləsi üzrə boraclana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 037R********** saylı Kredit razılaşmasına əsasən, xx.xx.2014-cü il tarixli 37L000002493 saylı Kredit xətti müqaviləsi üzrə borc alana 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 3. xx.xx.2014-cü il tarixli saylı zaminlik müqavilələrinə əsasən, Məmmədov Seyidəmir Sabir oğlu həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 Sabir oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. 4. xx.xx.2014-cü il tarixli 37M000000132 saylı ipote ka müqaviləsinə əsasən, Sabirabad şəhəri, İslam Gözəlov küçəsində Cavabdeh1 oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152.7 m2 yaşayış, 160.7 m 2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX ******* nömrəli çıxarışına əsasən, Sabirabad şəhəri, İslam Gözəlov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152.7 m 2 yaşayış, 160.7 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
6. Cavabdeh borcu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmişdir. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə - 37R000002929 saylı kredit razılaşması üzrə 16573.45 ABŞ dolları məbləğində kredit borcu, 4328.33 ABŞ dolları məbləğində faiz borcu və 6697.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27599.35 ABŞ dollar ı borcun, - 037R********** saylı kredit razılaşması üzrə 3626.31 ABŞ dolları məbləğində kredit borcu, 767.87 ABŞ dolları məbləğində faiz borcu və 1293.59 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5687.77 ABŞ dolları borcun, ümumilikdə cəmi 33287 (otuz üç min iki yüz səksən yeddi) ABŞ dolları 12 (on iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Sabirabad şəhəri, İslam Gözəlov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152.7 m2 yaşayış, 160.7 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 33287 (otuz üç min iki yüz səksən yeddi) ABŞ dolları 12 (on iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması; Sabirabad şəhəri, İslam Gözəlov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152.7 m2 yaşayış, 160.7 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
9. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qismən qəb ul edərək bildirmişdir ki, o, iddianı əsas və faiz borcu hissəsində qəbul edir, lakin hesab edir ki, cərimə əsassız olaraq şişirdilmiş və artıq hesablanmışdır. Odur bu halları nəzərə alaraq iddianın əsas və faiz borcu hissəsində təmin olunması, cərimənin silinməsi və ya azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Sabirabad Rayon Məhkəməsinin 2(056)-916/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.N.Pənahov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 37R000002929 saylı kredit razılaşması üzrə 16573,45 ABŞ dolları kredit borcu, 4328,33 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 20.911,78 ABŞ dolları borc və 037R********** saylı kr edit razılaşması üzrə 3626,31 ABŞ dolları kredit borcu, 767,87 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə olmaqla, cəmi 4399,18 ABŞ dolları borc tutularaq iddiaçıya ödənilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsi, tutma Sabirabad şəhəri, İslam Gözəlov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152.7 m2 yaşayış, 160.7 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ca vabdehlərin banka olan borcu ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra torpaq sahəsi və mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildə qeydiyyatda olan cavabdehin mənzildən çıxarılmaqla boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun bank qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 447.7, 462.1, 462.3, 467, 470.1, 472.1 və 472.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü və “İpoteka haqqında” Qanunun 4, 33, 34.1, 39.1, 39.3-cü maddəl ərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli 9/5964 saylı ekspertiza rəyinə əsasən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli 037R********** saylı kredit müqaviləsi üzrə onun xx.xx.2016-cı il tarixə banka olan borcu ümumilikdə 4108,93 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas borc 3611,72 ABŞ dolları, faiz borcu 497,21 ABŞ dolları müəyyən edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 31 iyul 2014-cü il tarixli 37R000002929 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka olan borc u ümumilikdə 21245,36 ABŞ dolları müəyyən edilmişdir. Əsas borc 16549,13 ABŞ dolları, faiz borcu 4696,23 ABŞ dolları. 15. "xxxx" MMC tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 003-18/06-İN/21 saylı, rəyə əsasən, cavabdehin mülkiyyətində olan Sabirabad şəhəri, İslam Gözəlov küçəsində 0,04 ha torpaq sahəsi üzərində ümumi sahəsi 313,4 kv.m. olan 4 nömrəli fərdi yaşayış evinin ilkin (likvid dəyəri) satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-211/2022 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 37R000002929 saylı kredit razılaşması üzrə əsas borc 16549 (on altı min beş yüz qırx doqquz) ABŞ dolları, 13 (on üç) sent məbləğində pul faiz borcu 4328,33 ABŞ dolları və 037R********** saylı kredit razılaşması üzrə əsas borc 3611 (üç min altı yüz on bir) ABŞ dolları, 72 (yetmiş iki) sent və faiz borcu 497 (dörd yüz doxsan yeddi) ABŞ dolları, 21 (iyirmi bir) sent məbləğində pul, cəmi 24.991,39 ABŞ dollarının ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzr ə öhdəliyi icra etməməsinə görə bank qarşısında yaranmış öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. Cavabdeh iddia tələbinə etirazında iddiaçı tərəfindən kredit müqaviləsi üzrə əsas, faiz borcunun və cərimənin hesablanmasını mübahisələndirərək, həmin məbləğlərin şişirdilməsini göstərdiyindən iddia tələbinə hüquqi qiymət verərkən cavabdehin etirazı da nəzərə alınmaqla hüquqi qiymət verilməli olduğu halda, birinci instansiya məhkəməsi yalnız iddiaçının dəlilləri əsasında tələb üzrə dəyərləndirmə apararaq nəticəyə gəlmişdir.
18. Məhkəmə ekspertiza rəyi ilə müəyyən etmişdir ki, 37R000002929 saylı kredit razılaşması üzrə əsas borc məbləği iddiaçı tərəfindən artıq hesablandığı, əsas borca hesablanmış faiz məbləğinin isə az hesabl andığı, 037R********** saylı kredit razılaşması üzrə isə əsas borc və ona hesablanmış faiz məbləğinin iddiaçı tərəfindən artıq hesablanmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin kredit razılaşmaları üzrə kredit borcunun, faiz borcunun, cərimənin tutulması hissəsi üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi razılaşmaları üzrə cavabdeh tərəfin öhdəliyin icra edilməməsi qənaətinə gəlməklə tələb həddində əsas məbləğin cavabdehdən tutulmasında haqlı olsa da, 37R000002929 saylı kredit razılaşması üzrə 16549,13 ABŞ dolları məbləğində pul və 037R********** saylı kredit razılaşması üzrə 3611,72 ABŞ dolları və 497,21 ABŞ dolları məbləğində pul ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən müşt ərək qaydada alınaraq iddiaçıya verilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi barədə hissədə qeyd etmişdir ki, iddiaçı əsas öhdəliyin cavabdeh tərəfindən icra edilməməsinə görə əsas öhdəliyin təminatı olan ipoteka predmetinə yönəldilməsi tərəflərin iradə ifadəsi ilə müəyyən edilmiş müqavilədə göstərildiyindən iddia tələbinin qeyd edilən hissəsi üzrə gəlinən nəticə də qanuni və əsaslı hesab olsa da, tutma yönəldilən daşınmaz əmlakın hərracda satılarkən ilkin satış qiyməti müəyyən edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən tutma yönəldilən ipoteka predmeti hərracda satılması təmin edilməli olsa da, imperativ formada qanunvericiliklə müəyyən edilməsinə baxmayaraq, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmasi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirak çılarının izahatları
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasın ı tələb edə bilər.
33. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
36. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
37. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəb ul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün mə cburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
48. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqd im etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-211/2022 nömrəli mülki iş üzrə 6 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.