Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3048/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə,X4 (üçüncü şəxs: X2) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14402/19 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən e tdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(009)1418/2019 saylı qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdehndən və X3 3.500 (üç min beş yüz) manatın tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14402/19 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və X.Ə.Sarıyev), Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(009)-1418/2019 nömrəli qətnaməsi Cavabdeh MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə b irinci instansiya məhkəməsinə müraciət edərək, maddi və mənəvi zərərə görə 6.229 (altı min iki yüz iyirmi doqquz) manat pulun Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 fevral 2019-cu il tarixdə ona məxsus olan **-BD-*** dövlət nömrə nişanlı “Tayota-Prado” markalı avtomobili iş yerinin yaxınlığında Nizami küçəsində saxlamışdır. Nahar fasiləsi zamanı avtomobilə yaxınlaşıb görmüşdür ki, həmin küçədə inşa edilən tikintidən kranın qoşqusu düzgün qoşulmadığından (Cavabdeh MMC-nin operatoru X1 ifadəsinə görə) dəmir şnek halqadan çıxaraq aşmış, hasarı sındıraraq avtomobilin üstünə düşərək onu əzmişdir. O, bununla əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, Bakı şəhəri 9-cu p olis bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Heydərov məsələni araşdıraraq məsləhət görmüşdür ki, maddi zərərin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etsin. O, maddi zərərin ödənilməsi ilə bağlı məsələnin danışıqlar, qarşılıqlı razılaşma yolu ilə həll edilməsinə cəhd etmiş, Cavabdeh MMC-nin direktoru Çingiz Səlimova və MMC-nin hüquqşunasına müraciət edərək avtomobilinə dəymiş maddi zərərin ödənilməsini xahiş etmişdir, lakin onlar maddi zərərin ödənilməsindən imtina etdiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Toyota Bakı Mərkəzinin qiymətləndirilməsinə görə avtomobilə 4.229 manat 50 qəpik maddi zərər dəymişdir. Bu müddət ərzində ona avtomobilin dayanması ilə bağlı 1.000 manat zərər dəymişdir (iki övladının məktəbə aparıb gətirmə xərci ayda 500 manatdır). Mən əvi zərəri isə iddiaçı 1.000 manat məbləğində qiymətləndirmişdir. Ümumilikdə 6.229 manat pul məbləğini MMC ona ödəməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək,Cavabdeh MMC-dən avtomobilə dəymiş 4.229 manat 50 qəpik məbləğində ziyanın, bu müddət ərzində övladlarının məktəbə aparıb-gətirilməsi üçün xərclədiyi 1.000 manat maddi ziyanın və 1.000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnam əsinin ləğv edilib araşdırılması üçün işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh MMC və vəkili X6 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Pr ossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh MMC-nin nümayəndəsi,X7 və üçüncü şəxs X2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh MMC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 11 mart 2019-ci il tarixli Toyota Bakı Mər kəzinin qiymətləndirmə aktından görünür ki, Toyota Bakı Mərkəzinin qiymətləndirilməsi aktına görə **-BD-*** dövlət nömrə nişanlı “Tayota-Prado” markalı avtomobilə 4.229 manat 50 qəpik maddi zərər dəymişdir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin təhqiqatçısı E.Heydərovun 14 fevral 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 04 fevral 2019-cu il tarixdə Nizami küçəsində inşa edilən tikintidə olan kranın qoşqusu ehtiyatsızlıq nəticəsində tikilinin yaxınlığında dayanan Toyota markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə düşmüş, nəticədə avtomaşın əzilmiş və sahibinə maddi ziyan dəymişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı AR DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında top lanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “xxxx” Cavabdeh MMC-nin direktoru X8 ilə “işçi” X2 arasında bağlanmış 04 fevral 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, işçi operator vəzifəsinə işə qəbul edimişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə X2 arasında bağlanmış 04 fevral 2019-cu il tarixli əmək müqaviləsinə 04 saylı, 11 aprel 2019-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü ilə) ilə xitam verilmişdir. İşdə olan sığortaçı “xxxx” ASC ilə sığortalı X8 arasında bağlanmış İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalıya məxsus Solimec R312 200 markalı, 18K155 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi 18 avqust 2018-ci il tarixdən 18 avqust 2019-cu il tarixədək sığortalanmışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 iyul 2019-cu il tarixli, 15701 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Toyota Bakı Mərkəzi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prado” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3500,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 2245,00 manat, təmir-bərpa işlərinin qiyməti 1255,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Toyota B akı Mərkəzi» tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prado” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2812,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -1099.1-ci maddəsinə əsasən hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəs ində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş üzrə materiallardan görünür ki, 04 fevral 2019-cu il tarixdə İddiaçı özünə məxsus Toyota markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınını Nizami küçəsində saxlayıb nahara gedərkən, həmin küçədə inşa edilən tikintidə istifadə edilən Cavabdeh MMC-nin direktoru X5 məxsus kranda n ayrılmış detal avtomaşının üzərinə düşərək onu əzmişdir. Nəticədə avtomaşının əzilməsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Cavabdehin ziyanın iddiaçının ehtiyatsız hərəkət etməsi nəticəsində baş verməsi dəlilinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsində müəyyən olunur ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti, həmçinin tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərçəkənin ehtiyatsızılıq törətməsi nəticəsində mülki hüquq pozuntusu baş verərsə, bu onu törətmiş fiziki və hüquqi şəxsləri zərərin əvəzini ödəməkdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Digər tərəfdən apelyator qeyd etmişdir ki, iddiaçı ziyanın ödənilməsi ilə ba ğlı cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir, birinci instansiya məhkəməsinin iclasında MMC-nin nümayəndəsi maddi zərərin ödənilməsini iddiaçıya təklif etmişdir, lakin məhkəmə isə bütün bu halları nəzərə almadan iddianı qismən təmin etmişdir. Yuxarıda göstərilənlərə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zərərçəkənin məhkəmə qaydasında ona dəymiş zərəri tələb etməsi onun hüququdur və qanunvericiliklə buna dair hər hansı bir məhdudiyyət yoxdur. Həmçinin Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) v ə ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya ş ikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14402/19 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3048/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3048/2020
25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver