Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: XXX Cavabdehlər: XXX(XXX) XXX XXX qızı, “xxxxxxxxxxxxxxx” X4, “xxxxxxxxxxxx” X4, Cavabdeh2 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” X8 ləğvedicisi X1 İddia tələbi: kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: apelyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), NurXXXov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili Ağamoğlanov Əlövsət Hüseyn oğlunun, iddiaçının nümayəndəsi X5 və vəkili X7, üçüncü şəxsin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4317/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh XXX(XXX) XXX XXX qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası XXXi Bankı cavabdehlər XXX (XXX) XXX XXX qızına, “xxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxxxxxxx” MMC-yə və Cavabdeh2 (ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində o lan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxx 2013-cü il tarixli, KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.040.916,64 manat faiz olmaqla, ümumilikdə 22.040.916,64 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X6 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, XXX XXX küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) yönəldilməsi, xx xxxx 2013-cü il tarixli, KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas, 1.020.458,3 manat faiz olmaqla, ümumilikdə 11.020.458,3 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X6 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, XXX XXX küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mə rtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) və "xxxxxxxxxxxxxxx" MMC-nə mülkiyyət hüququ ilə məxsus, Quba şəhəri, XXX magistral yolunun 4-cü km-də 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15721,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, xx xxxx 2013cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.083.548,2 manat faiz olmaqla, ümumilikdə 22.083.548,2 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X6 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, XXX XXX küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya), "xxxxxxxxxxxx" MMC-nə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, XXXrayonu, 302-ci məhəllə, XXX XXX küçəsi, 88b ünvanında yerləşən ümumi sahəsi 3 001 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 462.3 kv.m olan 4 mərtəbəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 320.36 kv.m olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; həmin daşınmaz əmlakların "xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi X1 tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxxxxxxxxxxxxxxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə XXXi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-3996 /2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia təmin edilmişdir. Qətnamədən ayrı-ayrılıqda “xxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxx” MMC və Cavabdeh2 oxşar məzmunlu apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-4317/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Vəliyev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apelyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilərək, dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh XXX (XXX) XXX XXX qızına göndərildiyi və ya rəsmi qaydada verildiyini təsdiq edən hər han sı sübut yoxdur. Qətnamədən cavabdeh “xxxxxxxxxxxx” MMC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2096/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxxxxxxxxxxx” MMC-yə məxsus ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi hissəsində yoxlanılmış, həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdeh “xxxxxxxxxxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, qətnamə yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Bundan sonra, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş, i craya yönəldilmişdir. xx xxxxx 2019-cu il tarixdə XXX (XXX) XXX XXX qızı birinci instansiya məhkəməsinə ərizə verərək, həmin məhkəmənin qətnaməsindən məlumatsız olduğunu bildirmiş və qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. xx xxxx 2019-cu il tarixdə XXX (XXX) XXX XXX qızı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş, mülki iş şikayətə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılaraq, dəyişdirilmədən saxlanıldığından hazırkı işə XX X (XXX) XXX XXX qızının apelyasiya şikayətinə əsasən yenidən apelyasiya qaydasında baxıla bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 (vəkil Ağamoğlanov Əlövsət Hüseyn oğlu) apelyasiya instansiyası məhkəməsinin 2(103)-4317/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin kredit borcunun ona məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv olunması, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən hissədə maddi və prosessual hüquq normalaının tələblərinin pozulması ilə qəbul edilmişdir. Sözügedən kredit və ipoteka müqavilələrindən, məhkəmə proseslərindən, məhkəmə qətnamələrindən Cavabdeh1 məlumatı olmamış, onun məhkəmə iclaslarında iştirakı təmin olunmamışdır. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etirazda kassasiya şikayətinin əsassız olduğu bildirilməklə şikayətin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassatorun vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – kredit borcunun Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv olunması, həmin h issədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə üçüncü şəxsin vəkili də kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər “xxxxxxxxxxxxxxx” MMC-nin, “xxxxxxxxxxxx” MMC-nin nümayəndələri və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiy ası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən və şikayətdə qətnamənin kredit borcunun ona məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv olunması xahiş edildiyindən həmin məhkəmə aktı ona aid hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq MPM Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun xx xxx 2011-ci il tarixli qərarı Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı. Maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını isə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə cavabehlər “xxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxx” MMC və Cavabdeh2 ayrı-ayrılıqda oxşar məzmunlu apellyasiya şikayətləri vermişlər. Cavabdeh1 apelyasiya şikayəti v erməmişdir. Həmçinin sonuncu iddiaçı ilə borcalan arasında yaranmış kredit hüquq münasibətləri üzrə ipoteka qoyan olduğundan borcun tutulmasının, həmçinin ona məxsus ipoteka predmetinə yönəldilməsi tələbi bölünən tələb olmuşdur. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə (Cavabdeh1 məxsus ipoteka predmetinə aid hissədə) də yoxlamaqla apelyasiya baxışının hədlərindən kənara çıxmış, MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Bu hal isə son nəticədə qanunsuz olaraq Cavabdeh1 məhkəmə aktından şikayət vermək hüququndan məhrum olması ilə nəticələnmişdir. Belə ki, sonuncunun birinci instansiyası məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti məhz bu əsasla qeyri-mümkün hesab edilmidir. MPM-in 418.1-c i maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci isntansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissəsinin yoxlanılması hissəsində ləğv edilməlidir. Eyni zamanda qeyd olunan hissə həmin apelyasiya baxışnın predmeti olmadığından işin yenidən baxılması üçün apelyasiya baxışına göndərilməsi üçün də prosessual əsaslar yoxdur. Bununla bağlı Məhkəmə kollegiyası Cavabdeh1 izah edir ki, hazırkı qərarla apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ona aid hissədə ləğv edildiyindən qanunla müəyyən olunmuş qaydada birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən apelyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX(XXX) XXX XXX qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4317/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh XXX(XXX) XXX XXX qızına aid hissədə (həmin şəxsə məxsus ipoteka predmetinə tutma yönldilməsi hissəsində) ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3050/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3050/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver