Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3051/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı Cavabdeh6 vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(103)-9251/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə İddiaçı cavabdehlərə qarşı ilk iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 13 saylı DNK-da onun adından Cavabdeh1 verilmiş 7E-/15026 reyestr nömrəli, 29.11.2012-ci il tarixli “Etibarnamənin” etibarsız hesab edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 28 nömrəli, 14 və 17 mərtəbəli binaların V bloku, 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən, 161.3 kv.m ümumi, 84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 21 nömrəli mənzilə (bundan sonra – 21 nömrəli mənzil) dair həmin etibarnamə əsasında İddiaçı adından çıxış edərək Cavabdeh1 ilə X arasında 54 saylı DNK-da bağlanılmış AN-İ seriyalı, ******* saylı, 06.11.2013-cü il tarixli, 4G/28 reyestr nömrəli “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi; 21 nömrəli mənzilə dair X ilə Cavabdeh7 arasında 54 say lı DNK-da bağlanılmış AN-İ seriyalı, ******* saylı, 08.04.2015-ci il tarixli, 4Ə/103 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 36 “b” nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 109,8 kv.m ümumi, 62,4 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 3 nömrəli mənzilə (bundan sonra – 3 nömrəli mənzil) dair yuxarıda qeyd olunan etibarnamə əsasında İddiaçı adından çıxış edərək Cavabdeh1 ilə X arasında 21 saylı DNK-da bağlanılmış AN-İ seriyalı, ******* saylı, 06.02.2013-cü il tarixli, 4lƏ-22 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; 3 nömrəli mənzilə dair X ilə Cavabdeh6 arasında 54 saylı DNK-da bağlanılmış AN-İ seriyalı, ******* saylı, 26.12.2014-cü il tarixli, 4Ə/ 330 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin (DƏDRX Əİ) yuxarıda qeyd olunan müqavilələr əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi “Çıxarışların” etibarsız hesab edilməsi; həmin mənzillərə dair “Daşınmaz əmlakın dövlət reyestrində” DƏDRX Əİ tərəfindən aparılmış rəsmi qeydiyyatların ləğv olunması; İddiaçı mübahisəli mənzillərə mülkiyyət hüquqları bərpa edilərək ona müvafıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin DƏDRX Əİ-nin üzərinə qoyulması kimi tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh7 İddiaçı qarşı qarşılıqlı iddia əriz əsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 21 nömrəli mənzilin İddiaçı qanunsuz sahibliyindən alınaraq, boşaldılaraq onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh6 də eyni zamanda, cavabdeh Xya qarşı iddia ərizəsi və MPM-nin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə həmin Rayon Məhkəməsinə müraciət edərək X ilə onun arasında bağlanmış 54 saylı DNK-da 26.12.2014-cü ildə təsdiq edilmiş AN-1 seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmin müqavilə üzrə cavabdeh Xnın 3 nömrəli mənzili ona satarkən 26.12.2014cü il tarixdə bank vasitəsi ilə ödədiyi 70.480 manatın, bu mənzilin dəyəri kimi həmin günü ondan əlavə və qeyri-rəsmi a ldığı 20.000 ABŞ dollarının ekvivalenti olan o vaxtkı məzənnə ilə 15.600 manatın, 86.060 manat pul vəsaitini əsassız əldə edib ondan faydalanmasına və qaytarmaqdan imtina etməsinə görə ona vurulmuş zərər olan 35.364,53 manatın, mənzilin alğı-satqısının notariat qaydasında təsdiq edilməsi və qeydiyyat aparılmasına çəkdiyi xərc olan 230 manatın, mənzilin müqavilədə göstərilən satış dəyərinin banka depozit qoyulmasına görə xidmət haqqı kimi 26.12.2014-cü ildə “xxxx” ASC-nin 54 saylı xidmət şöbəsinə ödədiyi 140,96 manatın; iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manatın və iddia ərizəsinin hazırlanması ilə əlaqədar çəkdiyi digər xərclər olan 72,5 manatın, beləliklə də cəmi 121.917,46 manat pulun cavabdeh Xdan alınıb ona verilməsi kimi tələblərin təmin edilməs i barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 10.02.2016-cı il tarixli 2(006)-113/2016 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X və başqalarına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” ilk iddiasına, Cavabdeh7 İddiaçı qarşı “əmlakın özgəsinin qeyriqanuni sahibliyindən geri tələb edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair 2(006)-113/2016 saylı mülki işə Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh6 cavabdeh Xya qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair 2(006)-1342/2016 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Nəsimi Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) iş üzrə qəbul etdiyi 18.05.2017-ci il tarixli qətnamə ilə (İş № 2(006)-188/20 17) İddiaçı ilk iddiasının tam, Cavabdeh6 iddiasının qismən təmin edilməsini; 13 saylı DNK-da İddiaçı adından Cavabdeh1 verilmiş 7E-15026 reyestr nömrəli, 29.11.2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsini; 21 nömrəli mənzilə dair İddiaçı adından etibarnamə əsasında Cavabdeh1 ilə X arasında 54 saylı DNK-da bağlanmış AN-İ seriyalı, ******* saylı, 06.11.2013-cü il tarixli, 4Ə/28 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” və həmin mənzilə dair X ilə Cavabdeh7 arasında 54 saylı DNK-da bağlanmış AN-İ seriyalı, ******* saylı, 08.04.2015-ci il tarixli, 4Ə/103 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” və həmin “Alğı-satqı müqavilələri” əsasında verilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların” etibarsız hesab edilməsini; 3 nömrəli mənzilə dair İddiaçı adından etibarnamə əsasında Cavabdeh1 ilə X arasında 21 saylı DNK-da bağlanmış AN-İ seriyalı, ******* saylı, 06.02.2013-cü il tarixli, 4Ə-22 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” və həmin mənzilə dair X ilə Cavabdeh6 arasında 54 saylı DNKda bağlanmış AN-İ seriyalı, ******* saylı, 26.12.2014-cü il tarixli, 4Ə/330 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” və həmin “Alğı-satqı müqavilələri” əsasında verilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların” etibarsız hesab edilməsini; 21 və 3 nömrəli mənzillərə İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsini; Qətnamənin bu hissəsinin həmin mənzillərə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi üçün əsas olmasını; iddiaçı Cavabdeh6 cavabdeh Xya qarşı 121.917,46 manat məbləğində pulun tutulmasına dair hissədə iddiasının təmi n edilməməsini; Cavabdeh7 qarşılıqlı iddiasının əsassız olduğu üçün təmin edilməməsini qət etmişdir. Cavabdeh6 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin onun iddiasının təmin edilməməsi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh7 da öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini, ilk iddianın “21 nömrəli mənzilə dair “Alğı-satqı müqaviləsinin” və “Çıxarışın” etibarsız hesab edilməsi” hissəsində rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iş üzrə cavabdeh X tərəfindən də rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilərək, qətnamənin İddiaçı və Cavabdeh6 iddialarının ona qarşı olan hissələrdə ləğv edilməsini və bu iddiaların tam rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər İsmayıl Xəlilov, Xəyalə Cəmilova, İkram Şirinov) iş üzrə qəbul etdiyi 03.11.2017-ci il tarixli qətnamə (İş № 2(103)9186/2017) ilə hər üç apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Cavabdeh6, X və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) iş üzrə qəbul etdiyi 06.06.2018-ci il tarixli qərarı (İş № 2(102)-3718/2018) ilə Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayətlərinin qismən təmin edilməsi, Xnın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 03.11.2017-ci il tarixli qətnaməsinin Cavabdeh6 Xya qarşı 126.917,46 manat məbləğində pulun tutulması tələbinin rədd olunmasına, Cavabdeh6 və Cavabdeh7 mənzillərə görə ödədikləri pul məbləğlərinin Cavabdeh1 tutulması barədə məhkəmədə iddia qaldırmaq hüquqlarının izah olunmasına dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün həmin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov, Xəyal Sarıyev və Xumar Mərdanova) 01.11.2018-ci il tarixli 2(103)-9251/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər X4, Cavabdeh7 və Cavabdeh6 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(103)-9251/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh6 oğlu və vəkili Vəkil kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi Cavabdeh1 X2 X6 arasında bağlanmış alqı- satqı müqaviləsi üzrə tərəf olmamış və onlar arasında müqavilədən törəyən heç bir öhdəlik yaranmamışdır. X2 X6 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, mənzilin dəyəri alıcı Cavabdeh6 tərəfindən satıcı kimi Xya ödənilmiş və sonuncu müqaviləni imzalamaqla bunu təsdiq etmişdir. Belə vəziyyətdə əvvəlki kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh6 iddia tələbinin həmin hissədə rədd olunmasının qanuni olması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunun tələbinə uyğun deyildir. Cavabdeh1 birinci instansiya məhkəməsində olduğu kimi bundan əvvəlki apellyasiya baxışı zamanı məhkəmədə yalan izahat verərək bildirmişdir ki, sözügedən alqı- satqı müqaviləsi üzrə pulu Cavabdeh6 Xya deyil, ona vermişdir. Cavabdeh6 isə iddia ərizəsində və məhkəməyə izahat ında mötəbər sübutlara istinadən bildirmişdir ki, alqı-satqı 26 dekabr 2014-cü il tarixdə Cavabdeh4 rəsmiləşdirilərkən Xya verdiyi 90.000 ABŞ dolları o vaxtkı məzənnə ilə 1 ABŞ dolları=78.3 manat ekvivalentində 70480 manat olmaqla notarius X2 həmin notariat kontorunun inzibati binasının daxilində yerləşən "Bank Texhnique"nin 54 saylı xidmət şöbəsində olan depozit hesabına Xnın adına yerləşdirilmiş, pulu Xnm özü həmin hesabdan məxaric orderi ilə götürmüşdür. Daha 20.000 ABŞ dollarını (manat ekvivalenti ilə 15.600 manat) isə elə həmin gün 54 saylı Notariat Kontorunun inzibati binasının daxilində Xya əvvəlcədən aralarında olmuş şifahi razılaşma əsasında əlbəəl vermişdir. Mötəbərlilik baxımından Cavabdeh6 bu izahatı başqa çoxsaylı sübutlarla da təsdiqlənməsinə baxmayaraq Məhkəmə Kollegiyası ye nə də məlum olmayan səbəblərdən vicdanlı alıcı və vicdanlı vətəndaş olan Cavabdeh6 izahatını kənara qoyub, cinayətkar qadın Cavabdeh1 yalan izahatını sübut kimi qəbul edərək qətnamədə də məhz onun yalan izahatına istinad etmişdir. Beləliklə də yeni apellyasiya baxışı əslində tam formal xarakterli məhkəmə baxışı olmuşdur. Cavabdeh1 eyni məzmunlu yalan ifadəni cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən də vermiş və bu məhkəmə onun bildirdiyi bütün xüsusatlara, o cümlədən də Cavabdeh6 pulundan dərhal 5.000 dollarını onun özünə sələm faizi kimi verməsi, 53.000 dollarını Vəli Əhmədov adlı şəxsə verməsi, Cavabdeh6 4 ay ərzində 13.000 dollar da qaytarması, Cavabdeh6 ev almaması, evin ondan aylıq 5% hesabı ilə sələmə götürdüyü 90.000 ABŞ dollarının əvəzində Xnın evi kimi "girov" qo yulmaqla alqı-satqı müqaviləsi ilə təminat sənədləşməsi aparılması və s. hüquqi qiymət verilərək yalan ifadə hesab edilmişdir. Bütün bunlar məhkəməyə təqdim edilmiş 16.08.2016-cı il tarixli 1(101)-363/2016 saylı hökmdə göstərilmiş olsa da, yeni Apellyasiya Məhkəməsi də əvvəlki apellyasiya və birinci instansiya məhkəməsi kimi qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə hökmünü heç bir əsas olmadan nəzərə almamış, dəfələrlə dələduzluq cinayətinə görə məhkum edilmiş Cavabdeh1 yalanlarına istinad edərək qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə maddi sübut olan 2 sənəd-70480 manat pulun Banka depozit qoyulmasma dair 26.12.2014-cü il tarixli bank qəbzi və həmin xidmətə görə 140 manat 96 qəpik xidmət pulunun ban ka ödənilməsinə dair 26.12.2014-çü il tarixli kassa mədaxil orderi əlavə edilmişdir. Bu sənədlər təsdiq edir ki, Cavabdeh6 həqiqətən də 26.12.2014-cü ildə 70480 manat (valyuta ekvivalenti ilə 90000 ABŞ dolları) pulu Xya verilməsi üçün banka qoymuşdur, həmin pulu bankdan X3nın götürməsi qeyri-mümkündür. Həmin məbləğ pulu bankdan məhz X özü, həm də kassa məxaric orderinə imza etməklə götürmüşdür. Lakin birinci instansiya məhkəməsi kimi Apellyasiya məhkəməsi bu dəfə də məlum olmayan səbəblərdən bu faktı araşdırmaqda, hətta bu barədə Xya sual verməkdə də maraqlı olmamışdır. Xnın adına banka depozit qoyulmuş pulu məhz onun özü kassa məxaric orderinə imza edib almışdır, bu pulu sonradan Xnın kimə verməsi, o cümlədən də Cavabdeh1 verməsi əhəmiyyətli deyildir. Lakin birinci instansiya məhkəməsi kimi yeni baxış zamanı Apellyasiya məhkəməsi də bu mötəbər sübutları heç bir əsas olmadan nəzərə almamış, qətnamədə isə onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Mülki işin hələ birinci instansiya məhkəməsində baxışı zamanı 10.02.2016-cı il tarixdə həmin tarixli Vəsatətlə Cavabdeh6 məhkəməyə müraciət edərək Cavabdeh4 sözügedən alqı-satqı müqaviləsini təsdiqləmiş notariusunun və həmin müqavilə üzrə mənzilin dəyərini depozit qoymaqla ödədiyi "Bank Techniqe"nin 54 saylı xidmət şöbəsi əməkdaşının ifadələrinin alınması üçün şahid qismində məhkəməyə çağırılmalarını, həmin Notariat Kontorunda və bank xidmət şöbəsində 26 dekabr 2014-cü il tarixdə müşahidə kameralarının görüntülərinin tələb edilib alınmasını, yaxud bu görüntülərə yerində baxış keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Lak in məhkəmə heç bir üzrlü səbəb olmadan bu vəsatətə baxmamış, hər dəfədə hakim tərəfindən "növbəti iclasların birində müzakirə edərik" fikri bildirməklə aldatma mövqeyi tutulmuş, sonda isə hakim Şahin Abdullayev bu cür mürəkkəb mülki işə 18.05.2017-ci il tarixdə 1 saatdan da az müddət ərzində baxaraq, qəflətən işin baxışını başa çatdırmışdır. Təəssüf ki, işə yeni baxış zamanı Apellyasiya Məhkəməsi yenə də eyni mövqe tutaraq, bu barədə verilmiş təkrar vəsatətlərə baxmamış işin məhkəmə baxışını yarımçıq başa çatdırmışdır. Cavabdeh4 nümayəndəsi olun bir xanımın sözügedən vəsatətlə əlaqədar kamera görüntülərinin diskini də gətirməklə ən azı 2 dəfə birinci instansiya məhkəməyə gəldiyi, lakin hakim Şahin Abdullayev subyektiv-şəxsi maraqları səbəbindən hər dəfə prosesi təxirə saldığından bu xanımı n prosesdə iştirakının rəsmiləşdirilmədiyi, 18.05.2017ci ildə keçirilən ilk və sonuncu olan prosesə isə ümumiyyətlə çağırılmadığı apellyasiya şikayətində açıq-aşkar və aydın göstərlilmişdir. Göstərilənlər son dərəcə ciddi qanunsuzluq olmaqla bərabər həm də məhkəməyə inamın itirilməsi kimi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmalı olduğu halda, işə yeni baxış zamanı Apellyasiya məhkəməsi yenə də bu faktı araşdırmaqda və nəticəsinə öz qətnaməsində hüquqi qiymət verməkdə maraqlı olmamışdır. Cavabdeh6 Cavabdeh1 qarşı mülki iddia qaldırmaqla pulu ondan tələb etməli olması barədə işə yenidən baxan Apellyasiya məhkəməsinin gəldiyi nəticə qeyri-qanuni və tamamilə əsassızdır. Çünki, Cavabdeh1 cinayətkar hərəkətləri Cavabdeh6 pulunu ələ keçirməyə yönəlməmişdir. O, İddiaçı mənzilini saxta sənə dlər əsasında Xya 62.688 manata satıb pulunu ələ keçirərək, bununla da Xya külli miqdarda maddi ziyan vurmuşdur. Odur ki, cinayət işində də zərərçəkmiş kimi X tanınmışdır, Cavabdeh6 isə bu işdə axıradək yalnız şahid qismində dindirilmişdir. Bu səbəbdən Cavabdeh6 Cavabdeh1 qarşı mülki iddia qaldırması tam qanunsuz və əsassız olardı. Cavabdeh6 həmin mənzili cavabdeh Xdan Azərbaycan Respublikasının qanunvericilik aktları ilə təsbit edilmiş qaydada rəsmi alqı-satqı müqaviləsi ilə, həm də bu zaman pulunu nağd ödəməklə almışdır. Odur ki, mənzilin Cavabdeh1 tərəfindən cavabdeh Xya saxla sənədlər tərtib edilməklə və dələduzluq yolu ilə onun pulunu ələ keçirmək məqsədi ilə satıldığını Cavabdeh6 bilməmişdir, bunu bilə də bilməzdi və vicdanlı alıcı kimibilməyə borclu da deyildi. Bunları bilməli olan şəxs Xdır. Çox təəssüf ki, birinci instansiya və əvvəlki baxış apellyasiya məhkəməsi kimi işə yenidən baxan Apellyasiya məhkəməsi də bu sadə və danılmaz faktı məlum olmayan səbəbdən qəbul etmək istəməmişdir. Sözügedən AN-1 № ******* saylı Alqı-Satqı Müqaviləsinin müddəaları baxımından da X2 X3rşı’ iddia tələbi qanuni və əsaslı olmuşdur. Belə ki, müqavilənin 8-ci bəndində göstərilib ki, satıcı (yəni X) Alıcıya (yəni Cavabdeh6) üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Müqavilənin 9-cu bəndində göstərilib ki, satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmamasına təminat verir. Müqavilənin 15-ci bəndində göstərilib ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi və mənzilin müvafiq qeydiyyata alınması xərclərini "Alıcı" çəkir. Lakin bir inci instansiya məhkəməsi kimi Apellyasiya məhkəməsi də məlum olmayan səbəbdən bunlara da əhəmiyyət və hüquqi qiymət vermədən qanunsuz və əsassız qətnamə çıxarmışdır. Beləliklə də işə yenidən baxan apellyasiya məhkəməsi sübutları qiymətləndirərkən tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, sübutları qiymətləndirərkən subyektiv maraqlardan irəli gələn şəxsi mülahizələrə əsaslanmış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Bundan başqa Məhkəmə Kollegiyası sübutların təmin edilməsi haqda verilmiş vəsatətə (ərizəyə) ümumiyyətlə baxmamaqla, MPM-nin 86-cı maddəsinin tələblərini pozmuş dur. Birinci instansiya Məhkəməsi öz qətnaməsi ilə AN-1 № ******* saylı Alqı-Satqı Müqaviləsini etibarsız hesab etsə də, bu etibarsız əqddən irəli gələn digər məsələni-Cavabdeh6 pulunun Dilbər Müslimovdan tutularaq ona qaytarılmasını təmin etməməkdə qanunsuzluq etmiş, bu zaman çoxsaylı maddi hüquq pozuntularına yol vermişdir, yəni tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Təəssüf ki, işə yenidən baxan Apellyasiya məhkəməsi bunların heç birinə əhəmiyyət verməyərək, faktiki olaraq birinci instansiya məhkəməsinin və əvvəlki apellyasiya məhkəməsinin qanunsuz və əsassız qətnamələrinə qanuni don geyindirməyə çalışmış, bu zaman özü də sözügedən maddi hüquq normalarını, yəni tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(103)-9251/2018 nömrəli qətnaməsinin Cavabdeh6 iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsinə və onun iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh6 vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏL ƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası kassasiya baxışının hədlərini müəyyən edərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi 06.06.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh6 Xya qarşı 126.917,46 manat məbləğində pulun tutulması tələbinin rədd olunması, Cavabdeh6 və Cavabdeh7 mənzillərə görə ödədikləri pul məbləğlərinin Cavabdeh1 tutulması barədə məhkəmədə iddia qaldırmaq hüquqlarının izah olunmasına dair hissələrdə ləğv edilərək yen i baxışa göndərilmiş, qətnamənin digər hissələri qanuni qüvvəyə minmişdir. Eyni zamanda, hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh6 kassasiya şikayəti vermişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız kassasiya şikayəti vermiş iddiaçıya münasibətdə onun Xya qarşı 126.917,46 manat məbləğində pulun tutulması tələbinin rədd olunması hissəsində yoxlanılır. Digər proses iştirakçıları kassasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, qətnamənin bütünlüklə yoxlanılması və digər şəxslərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmetini təşkil etməyən və artıq qanuni qüvvəyə minmiş hissəsi ilə müəyyən edilmişdir ki, mübahisəli 21 və 3 nömrəli mənzillər xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. 21 nömrəli mənzil 06.11.2013-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında, 3 nömrəli mənzil isə 06.02.2013-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilmişdir. 21 saylı DNK-da təsdiq edilmiş 06.02.2013-cü il tarixli AN-1 seriyalı ******* saylı “Alğı-satqı müqaviləsinə” əsasən İddiaçı adından e tibarnamə əsasında Cavabdeh1 3 nömrəli mənzili Xya 62.688 manata, 54 saylı DNK-da təsdiq edilmiş 06.11.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı “Alğı-satqı müqaviləsinə” əsasən İddiaçı adından etibarnamə əsasında Cavabdeh1 21 nömrəli mənzili Xya 156.660 manata satmışdır. Hər iki “Alğı-satqı müqaviləsi” üzrə mülkiyyətçi İddiaçı adından etibarnamə əsasında Cavabdeh1 çıxış etmişdir. Mübahisəli mənzillərə dair “Alğısatqı müqavilələri” İddiaçı xəbəri və razılığı olmadan, həmçinin hüquqi qüvvəsi olmayan və saxta etibarnamə əsasında Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş və iradəsinə zidd olaraq mülkiyyətindən çıxarılmışdır. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Buna görə də, İddiaçı iddiası təmin edilərək, 13 saylı DNK-da təsdiq edilmiş 29.11.2012ci il t arixli “Etibarnamə”, həmçinin mübahisəli mənzillərə dair bağlanılmış 06.11.2013-cü il tarixli və 06.02.2013-cü il tarixli “Alğı-satqı müqavilələri”, habelə həmin müqavilələr əsasında 08.04.2015-ci il tarixdə X ilə Cavabdeh7 arasında bağlanılmış və 26.12.2014-cü il tarixli X ilə Cavabdeh6 arasında bağlanılmış “Alğı-satqı müqavilələri” etibarsız hesab edilmiş, daşınmaz əmlakın dövlət reyestrində həmin müqavilələr əsasında X, Cavabdeh7 və Cavabdeh6 adlarına aparılmış qeydiyyat da ləğv edilməklə, İddiaçı mübahisəli mənzillər üzrə mülkiyyət hüquqları bərpa edilmişdir. İddiaçı Cavabdeh6 cavabdeh X ilə onun arasında bağlanmış Cavabdeh4 26.12.2014-cü ildə təsdiq edilmiş AN-1 seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyindən həmin müqavilə üzrə cavabdeh X nın 3 saylı mənzili ona satarkən 26.12.2014-cü il tarixdə bank vasitəsi ilə ödədiyi 70.480 manatın, bu mənzilin dəyəri kimi həmin günü ondan əlavə və qeyri-rəsmi aldığı 20.000 ABŞ dollarının ekvivalenti olan o vaxtkı məzənnə ilə 15.600 manatın, 86.060 manat pul vəsaitini əsassız əldə edib ondan faydalanmasına və qaytarmaqdan imtina etməsinə görə ona vurulmuş zərər olan 35.364,53 manatın, mənzilin alğı-satqısının notariat qaydasında təsdiq edilməsi və qeydiyyat aparılmasına çəkdiyi əlavə olan 230 manatın, mənzilin müqavilədə göstərilən satış dəyərinin banka depozit qoyulmasına görə xidmət haqqı kimi 26.12.2014-cü il tarixdə “xxxx”nin 54 saylı xidmət şöbəsinə ödədiyı 140,96 manatın; iddia ərizəsinin irəli sürülməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat və iddia ərizəsinin hazır lanması ilə əlaqədar çəkilmiş digər xərclər olan 72,5 manat da daxil olmaqla, cəmi 121.917,46 manat pul cavabdeh Xdan tutulmasını tələb edir. Hazırki tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin materiallarından görünür ki, Cavabdeh6 izahatında göstərmişdir ki, mənzili almaq istəyəndə Cavabdeh1 özünü mənzilin mülkiyyətçisi kimi təqdim etmiş, mənzili ona göstər miş və qiymət barədə razılıq əldə olunmuşdur. Xnı ilk dəfə olaraq alğı-satqı müqaviləsi günü notariat kontorunda görmüşdür və şərtləşdirilmiş pul məbləği alğı-satqı müqaviləsi ilə ödənildikdən sonra pulu Cavabdeh1 götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 dələduzluq və saxtakarlıq edərək bir çox adamları aldatmış və onun aldığı mənzildə saxta sənədlər əsasında ona satıldığından alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və iddia tələblərində göstərdiyi pul məbləğlərinin ona məhz Xdan tutulmasını xahiş edir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsində izahatı alınmış Cavabdeh1 qeyd etmişdir ki, bağlanmış alğı-satqı müqaviləsi üzrə pul məbləğini Cavabdeh6 ona vermişdir. Göründüyü kimi, Cavabdeh6lə bağlanmış alğı-satqı zamanı mənzilin pulu Xya deyil, Cavabdeh1 verildiyindən həmin əqd üzrə alınanların Xdan tələb edilməsi əsassızdır. Digər tərəfdən, iş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayət Məhkəməsinin 16.08.2016-cı il tarixli, 1(101)-363/2016 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, digər epizodlarla yanaşı Cavabdeh1 təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 36 “b” nömrəli evin 3 nömrəli mənzilini saxta sənədlər əsasınd a 62.688 manata, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 28 nömrəli evin 21 saylı mənzilini isə 156.600 manata Xya sataraq, Xya külli miqdarda ziyan vurmuşdur. Hökmdən görünür ki, X ona dəymiş 280.000 ABŞ dolları maddi ziyanın və 20.000 manat mənəvi ziyanın Cavabdeh1 tutulması barədə mülki iddia vermiş. Lakin onun mülki iddiası təmin edilməmiş və məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, X Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 36 “b” nömrəli evin3 nömrəli mənzili 26.12.2014-cü il tarixdə Cavabdeh6, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 28 nömrəli evin 21 saylı mənzilini isə X1. Buna görə də, hazırki vəziyyətdə Xya hər hansı maddi və mənəvi ziyan vurulması ilə bağlı iddiası əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 82.4-ci maddəsinə görə, məhkəmən in qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının CPM-nin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Qeyd edilən hökm hazırki iş üzrə preyudisial xarakter daşıdığından və etibarsız hesab edilmiş 06.02.2013-cü il tarixli əqd üzrə X tərəfindən Cavabdeh1 verilmiş pul məbləğinin Cavabdeh1 Xnın xeyrinə tutulması mümkün olmadığından, 26.12.2014-cü il tarixli əqdin etibarsız hesab edilməsi nəticəsində həmin əqddə göstərilən məbləğ də Xdan deyil, vurulmuş ziyan kimi birbaşa Cavabdeh1 tələb edilməlidir. Buna görə də, hazırki mülki işdə sübutlardan biri olan qanuni qüvvəyə minmiş məhkəmə hökmünə istinadən Cavabdeh1 hərəkətləri vurulmuş zərər kimi qiymətləndirilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəf indən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalan işin halları və maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, əqd yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla etibarsız hesab edildiyi halda 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiyanın baş verə bilər. Hazırki mübahisənin predmetini təşkil edən əqdləri isə sənədləri qəsdən saxtalaşdırmaqla, etibardan sui-istifadə nəticəsində bağlandığı üçün etibarsız hesab edildiyindən həmin əqdlərin bağlanması nəticəsində vurulmuş ziyan təqsirkar şəxs tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən e dildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin qərarın əsaslandırma hissəsində qeyd edilənlərə əsasən əsassız sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tər əfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh6 münasibətdə yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(103)-9251/2018 nömrəli qətnaməsi Cavabdeh6 münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3051/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3051/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver