Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3051/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh3-yə, Cavabdeh1, X3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ləğv prosesində olan bankın borcunun ipoteka predmetinə yönəldilməsi, kredit borcunun tutulması tələbi irəli sürülmədən borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçd ən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12440/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu və vəkili X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh3-yə, Cavabdeh1 və X3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmanətl ərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxx 2011-ci il tarixli, KB0111375 nömrəli kredit müqaviləsinə əsasən ******* manat əsas, 1186166,51 manat faiz borcu, xx xxxxx 2011-ci il tarixli, KB011-1376 nömrəli kredit müqaviləsinə əsasən ******* manat əsas, 1882558,39 manat faiz borcu olmaqla, ümumilikdə 10200000 manat əsas, 3068724,90 faiz borcunun, cəmi 13268724,90 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetləri olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1keçiddə istifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7316,60 kv.metr ümumi, 5720,80 kv.metr əsas, 1595,80 kv.m köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyriyaşayış binasına, X3 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ist ifadədə olan 0,0626 ha torpaq sahəsində 48,24 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 111 nömrəli mənzil və həmin ünvanda yerləşən 51,58 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 110 nömrəli mənzilə, Cavabdeh3-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3saylı binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1011,10 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)173/2018 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilmiş, eyni zamanda ipoteka predmetləri olanünvan 1keçiddə istifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7316,6 kv.metr ümumi, 5720,8 kv.metr əsas, 1595,8 kv.metr köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat, ünvan 3nömrəli binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1011,1 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 istifadədə olan 0,0626 ha torpaq sahəsində 48,24 kv.metr yaşayış sahəsindən ibarət 9 mərtəbəli bin ada 3 otaqlı 111 nömrəli mənzilin və həmin ünvanda yerləşən 51,58 kv.metr yaşayış sahəsindən ibarət 9 mərtəbəli binada 3 otaqlı 110 nömrəli mənzillərin birlikdə ilkin satış qiymətinin 86000 manat müəyyən olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(103)-6121/2019 nömrəli qərardadı ilə (hakimlər V.T.Həsənov - sədrlik edən və məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) cavabdehlər Cavabdeh3-nin və Cavabdeh1 apellyasiya şikayətləri qismən, üçüncü şəxs Əmantlərin Sığortalanması Fondununun apellyasiya şikayəti isə tam təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)173/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(10 2)5271/2019 nömrəli qərarı ilə (hakim A.Ə.İsgəndərov – sədrilik edən və məruzəçi, Ə.A.Əhmədov və İ.K.Dəmirov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(103)-6121/2019 nömrəli qərardadı ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12440/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov - sədrilik edən və məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) cavabdehlər Cavabdeh3 və Cavabdeh1, habelə üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-173/2018 nömrəli qətnaməsi onların apellyasiya şik ayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-12440/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12440/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Cavabde h1kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi ətraflı araşdırmamış, vəsatətlərini təmin etməmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, işə obyektiv hüquqi qiymət verməmişdir. Üçüncü şəxs “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3 və 72-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, İddiaçı kreditor olmaqla, xx xxxxx 2011-ci il tarixli və xx xxxxx 2011-ci il tarixli kredit müqavilələrindən irəli gələn tələbləri ləğve diciyə təqdim etmiş, ləğvedici tərəfindən həmin kreditor tələbləri qəbul edilmiş tələblərin siyahısına daxil edilməklə qeydə alınmışdır. İddia tələbi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gələn kreditor tələbidir və həmin tələblərə “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən yalnız iflas proseduru çərçivəsində baxıla bilər. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı hər iki kassasiya şikayətinə yazılı etiraz verərək, həmin şikayətlərin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12440/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.6-cı maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Üçüncü şəxsin kassasiya şikayətində göstərilən dəlilə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında mövqe bildirilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankın vəkili X8 hər iki kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasına gəlməmiş, Cavabdeh3 və üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu səlahiyyətli nümayəndələrinin və vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “xxxx” ASC arasında bağlanmış KB011-1375 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi ilə kreditor borcluya 720 gün müddətinə illik 5,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə ******* manat məbləğində, KB011-1376 nö mrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi ilə isə eyni şərtlərlə ******* manat məbləğində banklararası kredit vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh3 və “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, İB011-1375 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxx” ASC arasında bağlanmış KB011-1375 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən “X13” ASC-də ipoteka ilə yüklü edilmiş Cavabdeh3-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3saylı binanın cənub-şərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1011,10 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında ******* manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən ******* manat kreditin xx xxxxx 2013-cü il tarixədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Cavabdeh3-yə məxsus ünvan 3olan qeyri-yaşayış binası KB011-1375 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklülük Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı, C avabdeh1 və “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, İB011-1376/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxx” ASC arasında bağlanmış KB011-1375 nömrəli xx xxxxx 2011-ci il tarixli və KB011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqavilələrinə əlavə olaraq, “X13” ASC ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olanünvan 1keçiddə istifadədə olan 0,79687 ha torpaq sahəsində yerləşən 7316,60 kv.metr ümumi, 5720,80 kv.metr əsas, 1595,80 kv.m köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binası qeyd edilən kredit müqavilələri üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında ******* manat məbləğində qiymətləndirilmişdir. B u müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən ******* manat kreditin xx xxxxx 2013-cü il tarixədək və xx xxxxx 2011-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən ******* manat kreditin xx xxxxx 2013-cü il tarixədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Cavabdeh1 məxsusünvan 1keçid, qeyri-yaşayış binası KB011-1375 nömrəli xx xxxxx 2011-ci il tarixli və KB011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqavilələrinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklülük Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh3 və “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli İB011-1376/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxx” ASC arasında bağlanmış KB011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, xx xxxxx 2011-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh3-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 saylı binanın cənubşərq hissəsində 0,34422 ha torpaq sahəsində yerləşən 1011,10 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında ******* manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipote ka qoyulan əmlak xx xxxxx 2011 -ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən ******* manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Cavabdeh3-yə məxsus ünvan 3olan qeyriyaşayış binası KB011-1376 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklülük Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı, X6 və “xxxx” ASC arasında bağlanmış xx xxx 2011-ci il tarixli İB0111376/6 nömrəli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı və “xx xx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış KB011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, X3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 istifadədə olan 0,0626 ha torpaq sahəsində 48,24 kv.metr yaşayış sahədən ibarət 9 mərtəbəli binada 3 otaqlı 111 nömrəli mənzil qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 100000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən ******* manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 11/13, 111 nömrəli mənzil KB011-1376 nömrəli xx xxxxx 2011 -ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklülük Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı, X6 və “xxxx” ASC arasında bağlanmış xx xxx 2011-ci il tarixli İB0111376/7 nömrəli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxx” ASC arasında bağlanmış КВ011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əlavə olaraq, X3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 istifadədə olan 0,0626 ha torpaq sahəsində 51,58 kv.metr yaşayış sahədən ibarət 9 m ərtəbəli binada 3 otaqlı 110 nömrəli mənzil qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 110000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx xxxxx 2011-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən ******* manat kreditin xx xxxxx 2013-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. X3 məxsus ünvan 4 nömrəli mənzil KB011-1376 nömrəli xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə yüklülük Daşınmaz əmlakı n Dövlət reyestrində qeydə alınmışdır. Nəhayət iş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2-1(103)-940/2016 nömrəli qərarı ilə Azərbaycan Respublikası Maliyyə X1 ərizəsi təmin edilmiş, “xxxx” ASC müflis elan edilmişdir. Bundan sonra iddiaçı tərəfindən “xxxx” ASC-nin ona olan kredit borclarının ipoteka predmetlərinə yönəldilməsi proseduruna başlanmış, ipotekaqoyanlara bununla bağlı bildirişlər ünvanlanmış və həmin bildirişlər Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “xxxx” ASC-nin xx xxxxx 2011-ci il tarixli, KB011-1375 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ******* manat əsas, 1186166,51 manat faiz, xx xxxxx 2011-ci il tarixli, KB0111376 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 1882508,39 manat faiz olmaqla, ümumilikdə 13268724,90 manat kredit borcu vardır. Kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri “xxxx” ASC-nin ləğvedicisi tərəfindən bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tə ləbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın z əruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.4-cü maddəsinin birinci cümləsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiyası məhkəməsi, habelə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətini təmin etməyən apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan maddi hüquq normalarına tam riayət etmiş, iş üzrə prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, iddia tələbindən də göründüyü kimi “xxxx” ASC-nin kredit müqavilələri üzrə iddiaçıya olan faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən xx xxxxxx 2016-cı il tarixədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Belə ki, həmin Qanunun 72.1.6-cı maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən nə apellyasiya şikayətində, nə də ki, aşağıdakı instansiya məhkəmələrindəki icraatlar zamanı faiz məbləği mübahisələndirilməmiş və kassasiya şikayətində istinad olunan vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, hazırki tələbə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmasına dair mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul olunmuş xx x xxxxx 2019-cu il tarixli qərarında öz əksini tapmışdır. Belə ki, üçüncü şəxsin kassasiya şikayətində irəli sürülmüş dəlillərə uyğun iş üzrə icraata xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarını ləğv edərkən kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, Mərkəzi Bank kreditor kimi hazırkı işdə “xxxx” ASC-yə, yaxud onun ləğvedicisinə qarşı borcun ödənilməsi tələbini irəli sürməmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.4-cü maddəsi də təminatlı kreditorların tələblərinin növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilməsini nəzərdə tutmuşdur. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin icraatına xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsuludur ki, bu zaman işin məhkəmə baxışı gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. Hazırkı işdə isə nə subyekt tərkibi baxımından, nə də irəli sürülən tələblər baxımından icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə tərəfl ər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər iki kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12440/2019 nömrəli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3051/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3051/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver