Məhkəmə qərarları › İş №2(102)-3053/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3053/2020

20.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3053/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X4 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi X1, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası X7 Komitəsinin üçüncü şəxs kimi cəlb edildiyi, Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsinə daxil olmağa yaradılan maneənin aradan qaldırılması və həmin sahənin boşaldılaraq təhvil verilməsi tələblərinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası X 7 Komitəsinə qarşı hərracın, hərracın nəticələri haqqında protokolun, alqısatqı müqaviləsinin, qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3588/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)2626/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Ə.Əliyev) İddiaçı Cavabdeh1 qarşı Azərbaycan Respublikası X7 Komitəsinin üçüncü şəxs kimi cəlb edildiyi qeyri-yaşayış sahəsinə daxil olmağa yaradılan maneənin aradan qaldırılması və həmin sahənin boşaldılaraq təhvil verilməsi tələblər inə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 34,5 kv.m. qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən keçirilmiş hərracın, həmin hərracın nəticəsinə dair tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, 11/01 nömrəli protokolun, habelə Azərbaycan Respublikası X7 Komitəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 3911 saylı alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx xxxx 2018-ci il tarixdə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və bu barədə İddiaçı verilmiş çıxarışın ləğv edilməsi, xx xxxx 2018-ci il tarixli, 3911 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 5.500 (beş min beş yüz) manat məbləği ndə pulun Azərbaycan Respublikası X7 Komitəsindən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) ilkin iddia üzrə İddiaçı və 3-cü şəxs X7 Komitəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5807/2019 saylı qərarı ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və Ə.G.Nurməmmədov) üçüncü şəxs Azərbaycan Respublikası X7 Komit əsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3588/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) ilkin iddia üzrə İddiaçı səlahiyyətli nümayəndəsi və onun vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin verilmə müddətinin ötürülməmiş hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası hakiminin xx xxxxxx 2019-cu il tarixli, 2(10 2)-8810/2019 saylı qərardadı ilə (hakim A.Ə.İsgəndərov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməməsi və mülki işin kassasiya şikayətinin qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3588/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin ha lları: İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daxil olmağına Cavabdeh1 tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi və həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası X7 Komitəsinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair X7 Komitəsi tərəfindən keçirilmiş hərracın, həmin hərracın nəticəsinə dair tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, 11/01 nömrəli protokolun, habelə X7 Komitəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 3911 saylı alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlə t reyestrində İddiaçı adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, həmin qeydiyyata dair İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilərək mübahisəli qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin müvafiq qaydada baxılması üçün lazımi tədbirlər görülməsi ilə əlaqədar yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə İddiaçı kassasiya şik ayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi X2 və ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi X6 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, Cavabdeh1, üçüncü şəxs Azərbaycan Respublikası X7 Komitəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhk əməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən apelyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinə kassasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi olan Abdullayev İlham Həsən oğlu da iştirak etmişdir. İşə artıq kassasiya qaydasında baxıldıqdan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 2019-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Göründüyü ki mi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə üçüncü şəxs və qarşılıqlı iddia üzrə cavabdeh olan Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında həmin şikayətə baxılmış və xx xxxxxx 2019-cu il tarixli qərarla şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən kassasiya qaydasında işə baxılarkən barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsi MKnın xx xxxxx 2019-cu il tarixli qətnaməsinin qəbulu zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılmış və xx xxxxxx 2019-cu il tarixli yekun qərarl a buna hüquqi qiymət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini kassasiya qaydasında işə baxarkən işdə iştirak edən şəxslərin, o cümlədən İddiaçı nümayəndəsinin iştirakı ilə artıq tam həcmdə yoxlamış və xx xxxxxx 2019-cu il tarixdə yekun qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalnız həmin qərar qəbul edildikdən sonra İddiaçı apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun nəticəyə gəlinmişdir. Bundan əlavə Ali Məhkəmənin Mülki Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx xxxxxxx 2020-ci il tarixli,04/2020 №-li qərardadına əsasən aşağıdakılar qərara alınmışdır:

1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.

4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3588/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar