Məhkəmə qərarları › İş №2(102)-3055/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3055/2020

09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3055/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçı Cavabdeh1 Tarverdi oğlu, İddiaçı, onların vəkili X2, cavabdeh X5 nümayəndəsi X3, Cavabdeh2 və onların vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xxx saylı qətnaməsindən iddiaçılar Cavabdeh1 Tarverdi oğlu, İddiaçı və cavabdehlər Cavabdeh2, X5 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İşdən görünür ki, iddia çılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və xx 40.000 manat və 17.000 ABŞ dolları, evin yanmasına görə sığorta şirkəti tərəfindən ödənilmiş 5.700 manat sığorta pulunun, Cavabdeh1 Cavabdeh3 borc vermiş olduğu 8.000 manat pulun, müqavilə predmeti olan evin kirayəsinə görə 8.750 manat dəymiş maddi ziyanın, Cavabdeh1 sağlamlığına vurulmuş maddi zərərin, yəni 3.500 manat pulun, 3.000 manat məhkəmə və vəkil xidmətləri xərclərinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. İddiaçılar İddiaçı və Cavabdeh1 qətnamədən apelyasiya şikayəti veriblər. Ca vabdeh2 və xxx isə Cavabdeh1 və İddiaçı qarşı “pul tələbinə dair” iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 9.500 ABŞ dolları, İddiaçı mülkiyyətinə qayıtmış evin torpaq sahəsinə çəkilmiş hasar və qoyulmuş darvazaya görə 2.000 manat, evdə və torpaq sahəsində aparılmış yenidən qurma işlərinə xərclədikləri 39.500 manat pulun Cavabdeh1 və Təhirə xxxdan tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər və Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 9.500 ABŞ dollarının tutulub Cavabdeh3, İddiaçı 2.000 manat pulun tutulub Cavabdeh2 verilməsi, həmçinin İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh2 və Cavabdeh3 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh2 və xxx qətnamədə n apelyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş 2(103)-1574/2019 nömrə altında bir icraatda birləşdirilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eyni zamanda Cavabdeh1 və İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh2 və Cavabdeh3 verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub, qətnamənin qalan hissədə yəni, Cavabdeh1 9.500 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə tutulub Cavabdeh3 verilməsi, İddiaçı 2.000 manat pulun tutulub Cavabdeh2 verilməsi hissəsində dəyişdirilmədən, Cavabdeh2 və xxxnin apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. İddiaçılar Cavabdeh1, İddiaçı və cavabdehlər Cavabdeh2, xxx qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı və Cavabdeh1 iddia ərizəsini onunla əsaslandırıblar ki, İddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 4-cü dalanda yerləşən 1-saylı evi satmaq qərarına gəlib, Cavabdeh2 isə həmin evi almaq istədiyini, lakin pulunun çatmadığını bildirib. Buna görə də evin pulunu imkanı olan qədər verməsini, qalanını isə sonra ödəməsinə dair razılığa gəliblər. Aralarınd a bağlanmış 08 may 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh2 və Yan Raznobarsikiyə satır, sonuncular ilkin olaraq mənzilin dəyərindən 15.000 manat ödəyir, qalan 15.000 manatı isə 10 may 2014-cü il tarixədək ödəməyi, əks halda ödəmiş olduqları 15.000 manatı qaytarmaqla mənzili geri qaytaracaqları barədə razılığa gəliblər. Evin alqı-satqı işlərini Cavabdeh2 atası xxx və əri Cavabdeh1 aparırdı. Alqı-satqıdan sonra xxx bir ay ərzində ümumilikdə 8.000 manat borc pul alıb. Alqı-satqı müqaviləsində göstərilmiş müddət başa çatsa da dəfələrlə Cavabdeh3 evi qaytarmağı bildiriblər, xxx bildirmişdir ki, onlara olan borcunu notariusda müqavilə bağlasınlar. Bundan sonra, xxx onun əri Cavabdeh1 işi ilə bağlı ona təcili 40.000 manat pul lazım olduğunu, ev almaq üçün özündə olan pulu ona borc verməsini və qısa müddət ərzində həmin 40.000 manatı, həm də evin pulundan borclu qaldığı 15.000 manatı qaytarcağını bildiriblər. Onlar da xxx ilə razılaşıblar və aralarında 29 avqust 2014-cü il tarixdə borc müqaviləsi bağlayaraq, həmin müqavilə ilə o, 40.670 manat pulu Cavabdeh2 mülkiyyətinə keçirib, sonuncu isə həmin pulu 03 noyabr 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürüb. Lakin Cavabdeh2 və xxx həmin məbləği qaytarmayıb. Eyni zamanda mənzilin alqı-satqısından qalan borcu da ödəməyib. xxx törətmiş olduğu cinayət nəticəsində əri Cavabdeh1 müalicəsinə və xəstəxana xərclərinə görə onlara 3.500 manat məbləğində maddi ziyan dəyib. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 30 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, ünvan 1 ev üzərind ə onun mülkiyyət hüququ bərpa olunub. Bundan başqa, fərdi yaşayış evinin bir hissəsi (1, 4, 5, 7, 8 saylı sahələri) sökülərək yerində əlavə tikili inşa edilib. Həmçinin, torpaq sahəsi 3 yerə bölünüb və B, Q, İ saylı həyət tikililəri söküldüyündən Reyestr Xidməti tərəfindən onun ərizəsinin icrası mümkün olmayıb. Eyni zamanda onlara məlum olmuşdur ki, 30 avqust 2014-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, xxx evdə yanğın hadisəsi baş verib və yanğın zamanı evə 40.000 manat maddi ziyan dəyib. Yanğın baş verən zaman həmin ev Cavabdeh2 mülkiyyətində olub və yanğından sonra sığorta şirkəti tərəfindən sonuncuya 5.700 manat sığorta pulu ödənilib. 13 noyabr 2014-cü il tarixdə Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, xxxsaylı evin həyətyanı torpaq sahəsindən 200 kv.metr hissəsini xxxə satmaq məqsədil ə ondan 17.000 ABŞ dolları alıb. Eyni zamanda, xxx həmin torpaq sahəsinin ətrafına öz hesabına daş hasar çəkərək, ora dəmir darvaza qoyub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə” dair ilk iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında 08 may 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, xxxevə dair nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı 15.000 manat pulun tutulub Cavabdeh2 verilməsi, həmin evə dair sonuncunun adına verilmiş Çıxarışın etibarsız he sab edilməsi və həmin ev üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh2 həmin evdən çıxarılması və İddiaçı həmin evə köçürülməsi, eyni zamanda qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında 29 avqust 2014-cü il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab olunması qət edilib. İki ildən artıq müddətdə uzanan məhkəmə çəkişmələrinə ümumilikdə 3.000 manat xərc çəkiblər. Alqı-satqı predmeti olan ev yararsız haldadır, torpaq sahəsi isə 200 kv.metr əksikdir. Alqı-satqı müqaviləsi ləğv edilən zaman tərəflər arasında alqı-satqı müqaviləsindən əvvəlki vəziyyət bərpa olunmalıdır. Cavabdeh2 və xxx onlara vurulmuş maddi zərəri ödəməlidir. Evi alqı-satqıdan öncə aylıq 250 manat olmaqla kirayə verirdi. Nisyə alqı-satqı müqaviləsinin bağlandığı 08 may 2014cü i ldən bu günədək ötən 35 ay müddət ərzində ümumilikdə onlara 8.750 manat dəyərində ziyan dəyib. Hazırda həmin evin yararsız vəziyyətə düşməsi onları maddi gəlirdən məhrum edib. Mülkiyyətlərində olan evin Cavabdeh2 və xxx tərəfindən yararsız hala düşməsinə görə onlara 40.000 manat və həmin evin həyətyanı torpaq sahəsindən 200 kv.metr hissəsinin özgəninkiləşdirilməsinə görə 17.000 ABŞ dolları maddi zərər dəyib. Cavabdeh2 və xxx isə iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 və İddiaçı ərarvaddır, Cavabdeh2 isə onun qızıdır. Cavabdeh1la xxx arasında olan razılaşmaya əsasən, Bakı şəhəri, Suraxanı rayonu, xxxevi Cavabdeh3 satmalı idi. xxxnin banka borcu olduğu üçün, gələcəkdə borcun onun mülkiyyətində olacaq əmlaka yönəldilməsi ehtimalını nəzərə alaraq, 08 may 2014-cü il tarixdə həmin əmlak barədə İddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müqaviləsi bağlanıb. 13 noyabr 2014-cü il tarixdə xxx həmin evin həyətyanı torpaq sahəsindən 200 k.metr hissəsini satmaq məqsədi ilə notariat konturunda təsdiq olunmuş razılaşma əsasında xxxdən 17.000 ABŞ dolları alıb. Yazılı razılaşma formal olaraq Cavabdeh2 ilə bağlansa da, pulu xxx alıb və həmin pulun 9.500 dollarını İddiaçı əri Cavabdeh1 verib ki, sonuncu İddiaçı ilə yanaşı digər vərəsələrə versin ki, bu torpağa qarşı onların hər hansı tələbi qalmasın. 2015-ci ildə İddiaçı evin alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlan mış 08 may 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi etibarsız hesab edilib. xxx 2017ci ildə aralarında bağlanan 200 kv.metr torpaq sahəsinin alınmasına dair müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edib və həmin məhkəmənin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 xxxin xeyrinə 13.430 manat pulun, habelə sonuncu tərəfindən torpaq sahəsinə çəkilmiş hasarın və qoyulmuş darvazanın əvəzi kimi 2.000 manat, cəmi 15.400 manat pulun tutulması qət edilib. X11 Babayevdən aldığı pulun 9.500 ABŞ dollarını Cavabdeh1 verib. Cavabdeh1 Bakı şəhər prokurorluğunda 18 noyabr 2015-ci il tarixdə tərtib edilmiş dindirmə protokolunda həmin pulun ona verilməsini etiraf edir. Aralarında bağlanan yaşayış evinin alqı-satqı müqa viləsinin etibarsız hesab edilməsinə baxmayaraq onlara ödədikləri 9.500 ABŞ dollarını geri qaytarmır. Bununla yanaşı, sözügedən evin alqı-satqı müqaviləsi etibarsız hesab edilib və onlar oradan çıxarılıblar. xxx tərəfindən həmin evin torpaq sahəsinə çəkilmiş hasar və darvaza Cavabdeh1 və İddiaçı istifadəsində qalıb. Buna baxmayaraq, yuxarıda qeyd edilən qətnamə əsasında hasar və darvazaya görə xərclənmiş 2.000 manat vəsaitin Cavabdeh2 tutulması qət edilib. Bununla yanaşı, həmin ev onların mülkiyyətində olduğu dövrdə, onun su-kanalizasiya sistemini qurublar, orada baseyn tikdiriblər, torpaq sahəsini hamarlaşdıraraq yol səviyyəsindən yuxarı qaldıraraq qonşu ilə aralarında hasar tikiblər. Bütün bunlara görə onlar 39.500 manat xərc çəkiblər. Halbuki, müqavilə etibarsız hesab olunan zaman, onla ra dəyən ziyan geri ödənilməli idi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçılar Cavabdeh1, İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçılar Cavabdeh1 və İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olu nub. Cavabdehlər Cavabdeh2 və xxx kasasiya şikayətini onunla əsaslandırıblar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdehlər Cavabdeh2 və xxxnin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar Cavabdeh1, İddiaçı və onların vəkili xxxöz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh xxxnin nümayəndəsi Sofiya Xaliman, Cavabdeh2 və onların vəkili Sadiq Ba ğırov öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən, həmin məhkəmənin 23 may 2019-cu il tarixli qətnaməsini qismən- İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh2 və Cavabdeh3 verilməsi hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edib, qalan hissədə sözügedən qətnaməni dəyişdirilmədən saxlayarkən, İddiaçı və Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin əsassız olmasına, iddia tələbini İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh2 və Cavabdeh3 verilməsi hissəsində təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, iddia tələbini Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 9.500 ABŞ dollarının tutulub Cavabdeh3 verilməsi, İddiaçı 2.000 manat pulun tutulub Cav abdeh2 verilməsi hissəsində təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi ilk növbədə İddiaçı v ə Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbini araşdırıb, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Elnur Bağırovun ifadəsini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən edib ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlib və işdə, Cavabdeh1 və İddiaçı apelyasiya şikayətinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 4-cü dalanda yerləşən 1 saylı evə dair texniki pasport 2014-cü ildə Cavabdeh2 adına tərtib edilib. Azərbaycan Respublikası F övqəladə Hallar Nazirliyinin Əməliyyat İstntaq İdarəsinin 20 oktyabr 2014-cü il tarixli “Cinayət işinin başlanmasnın rədd edilməsi haqqında” Qərarına əsasən, 30 avqust 2014-cü il tarixdə Bakı şəhəri, ünvan 1 evdə Cavabdeh2 məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilib. Eyni zamanda, işdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, xxxevin alqı-satqısına dair bağlanmış 08 may 2014-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilib, həmin evə dair Cavabdeh2 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, İddiaçı həmin ev üzərində mülkiyyət hüququnun bərpa edilməklə, onun həmin evə mülkiyyət hüququ tanınması, eyni zamanda Cavabdeh2 həmin evdən çıxarılması, İddiaçı həmin evə köçürülməsi, Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı olan 40.670 manat pul vəsaitinin ev İddiaçı qaytarıldığına görə Cavabdeh2 ödənilməli olan 15.000 manat hissə ilə əvəzləşdirilməklə, Cavabdeh2 cəmi 25.670 manat pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilib. Reyestr Xidmətinin 14 oktyabr 2016-cı il tarixli bildirişinə görə, fərdi yaşayış evinin bir hissəsi (1, 4, 5, 7, 8 saylı sahələri) sökülərək yerində əlavə tikili inşa edilib. Həmçinin bildirilib ki, torpaq sahəsi üç hissəyə bölündüyündən və B.Q.İ saylı həyət tikililəri söküldüyündən ərizənin icrası mümkün olmayıb. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə” dair ilkin iddiası qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh2 arasında 08 may 2014-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, xxxsaylı evə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı 15.000 manat pulun tutulub Cavabdeh2 verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, xxxevə dair Cavabdeh2 adına Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, həmin ev üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunması, Cavabdeh2 həmin evdən çıxarılması, İddiaçı həmin evə köçürülməsi, eyni zamanda ilk iddia tələbinin qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməməsi, İddiaçı ilə Cavabdeh2 arasında 29 avqust 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsinin etibarsız hesab edilməsi, iddia və qarşılıqlı iddia ərizələrinin qalan hissədə rədd olunması qət edilib. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə X9 Əzimovaya “müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh2 ödəniş vaxtı milli manata məzənnədə 17.000 ABŞ dollarının, yəni 13.430 manat və 2.000 manat, cəmi 15.430 manat pulun tutulub xxxə ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Daha sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2018- ci il tarixli qərarı ilə inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü ilə xxx Azərbaycan Respublikası CM-nin 228.1 və 29.120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib və sonradan həmin hökm qanuni qüvvəyə minib. Göründüyü kimi, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilərək, İddiaçı 15.000 manat pulun tutulub Cavabdeh2 verilməsi və mübahisəli ev üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, Cavabdeh1 və İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı və Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasını rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, Bakı şəh əri, Suraxanı rayonu, xxxevə dair bağlanmış alqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə ləğv edilərək, həmin evə dair İddiaçı mülkiyyət hüququ bərpa edildiyindən, eyni zamanda İddiaçı həmin evə köçürüldüyündən, Cavabdeh2 və xxxdən 40.000 manat pulun əlavə olaraq tutulması yolverilməzdir, Belə ki, İddiaçı və Cavabdeh1 həmin pulu Cavabdeh2 və xxxdən onlara vurulmuş maddi ziyanla əlaqələndirərək tələb etmişlər. Lakin, həmin məbləğin nəyə görə məhz 40.000 manat təşkil etməsi və həmin məbləğin Cavabdeh2 və xxxnin hansı təqsirli hərəkətləri nəticəsində vurulmasına dair nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MP M-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Digər tərəfdən Cavabdeh1 və İddiaçı öz iddia tələblərində Cavabdeh2 və xxxdən 17.000 ABŞ dolları pul tələb etmişlər. Həmin məbləği on a görə tələb etmişlər ki, onlara məxsus torpaq sahəsindən vaxtilə Cavabdeh2 2 sotunu 17.000 ABŞ dollarına satıb. Ona görə də hesab edirlər ki, həmin pul vəsaiti də Cavabdeh2 və xxxdən tutulub onlara verilməlidir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X9 Əzimovaya qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh2 ödəniş vaxtı milli manata məzənnədə 17.000 ABŞ dollarının, yəni 13.430 manat və 2.000 manat, cəmi 15.430 manat pulun tutulub xxxə verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sözügedən torpaq sahəsinin satışına görə Cavabdeh2 17000 ABŞ dolları məbləğidə pulun tutulub xxxə ödənilməsi qət edilib və nəticə etibarı ilə həmin pul xxxə qaytarılıb. Ona görə də xxx mübahisəli torpaq sahəsini onun qanuni sahibinə qaytarmağa borcludur. Bu baxımdan Cavabdeh2 və xxxdən təkrar 17.000 ABŞ dollarının tələb edilməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin o lub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apelyasiya instansiyası məhkəməsi həmçinin İddiaçı və Cavabdeh1 iddia tələblərini evin yanmasına görə sığorta şirkəti tərəfindən ödənilmiş 5.700 manat sığorta pulunun, Cavabdeh1 Cavabdeh3 borc vermiş olduğu 8.000 manat pulun, müqavilə predmeti olan evin kirayəsinə görə 8.750 manat dəymiş maddi ziyanın, həmçinin Cavabdeh1 sağlamlığına vurulmuş maddi zərərin, yəni 3.500 manat pulun, 3.000 manat məhkəmə və vəkil xidmətləri xərclərinin məhkəmə qaydasında tutularaq onlara ödənilməsi hissəsində rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla da düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı və Cavabdeh1 qeyd olunan tələblərinin əsaslı olmasına dair məhkəməyə heç bir sübut və ya rəsmi sənəd təqdi m etməmişlər. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda Cavabdeh2 və X8 xxx və İddiaçı qarşı “pul tələbinə dair” iddia tələblərini araşdıraraq müəyyən etmişdir ki, ********* saylı cinayət işi üzrə zərərkəkmiş şəxsin dindirilməsinə dair 18 noyabr 2015-ci il tarixli protokoldan və 29 fevral 2016-cı il tarixli ittiham aktından görünür ki, Cavabdeh1 ibtidai istintaq orqanında verdiyi ifadəsində xxxnin 2 sot torpaq sahəsini 17.000 ABŞ dollarına satdığını, həmin puldan 9.500 ABŞ dollarını ona verdiyini, onun tərəfindən isə həmin pulun vərəsələr arasında bölüşdürüldüyünü bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəflərin kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsə bəsi, Elxan Həsənov küçəsi 4-cü dalanda yerləşən, 1 saylı evə İddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müqaviləsi bağlanıb. 13 noyabr 2014-cü il tarixdə xxx həmin evin həyətyanı torpaq sahəsindən 200 k.metr hissəni satmaq üçün notarial qaydada təsdiq edilmiş razılaşma əsasında xxxdən 1.7000 ABŞ dolları alıb. Yazılı razılaşma formal olaraq Cavabdeh2 ilə bağlansa da, pulu xxx alıb və həmin pulun 9.500 dollarını Cavabdeh1 verib. 2015-ci ildə İddiaçı “evin alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 20 15-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” ilkin iddiası qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh2 arasında sözügedən evin alqı-satqısına dair 08 may 2014-cü il tarixli nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi və İddiaçı 15.000 manat pulun tutulub Cavabdeh2 verilməsi, həmin evə dair Cavabdeh2 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi və həmin ev üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh2 edən çıxarılması, İddiaçı həmin evə köçürülməsi, həmçinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2014-cü il tarixli borc müqaviləsinin etibarsız hesab olunması qət edilib. Bundan başqa, xxx 2017-ci ildə bağlanan 200 kv.metr torpaq sahəsinin alınmasına dair m üqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Cavabdeh2 xxxin xeyrinə 13.430 manat, habelə sonuncu tərəfindən torpaq sahəsinə çəkilmiş hasarın və qoyulmuş darvazanın əvəzi kimi 2.000 manat, cəmi 15.400 manat pulun tutulması qət edilib. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 və İddiaçı apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb düzgün olaraq qeyd etmişdir ki, X11 Babayevdən aldığı pulun 9.500 ABŞ dollarını Cavabdeh1 verib. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, məhkəmənin qətnaməsi ilə tərəflər arasında bağlanmış yaşayış evinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsinə baxmayaraq x Cavabdeh1 tərəfindən göst ərilən pul məbləği Cavabdeh3 qaytarılmayıb. Göstərilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 9.500 ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh3 ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdakı maddələrin tələblərinə tam uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-cü maddəsinə əsasən, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan is tifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bununla yanaşı, məhkəmənin qətnaməsi ilə sözügedən evin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsinə, həmçinin Cavabdeh2 ilə Yan Raznobarsikinin evdən çıxarılmalarına baxmayaraq, xxx tərəfindən həmin evin torpaq sahəsinə çəkilmiş hasar və darvaza evin mülkiyyətçisi olan İddiaçı istifadəsində qaldığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi əsasında hasar və darvazaya görə xərclənmiş 2.000 manat vəsaitin Cavabdeh2 tutulması qət edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddısinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2019-cu il tarixli rəyinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən tikililər üzrə aparılmış tikinti və yenidən qurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 6.141 manat olduğu müəyyən olunur. Bunula bağlı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki iş materialları, həmçinin Cavabd eh2 izahatından görünür ki, 20 oktyabr 2014-cü il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən 5.745 manat pul sığorta ödənişi olaraq Cavabdeh2 verilib. Göründüyü kimi sözügedən tikililər üzrə aparılmış tikinti və yenidən qurma işlərinin ümumi dəyəri 6.141 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən evə xərclənmiş pul vəsaiti Cavabdeh2 “xxxx” ASC-dən almış olduğu 5.745 manat pul vəsaiti hesabına aparılmışdır. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2019cu il tarixli qətnaməsi İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh2 və Cavabdeh3 ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan hissədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiy a şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar Cavabdeh1 Tarverdi oğlu, İddiaçı və cavabdehlər Cavabdeh2, X5 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxsaylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar