Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3055/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3055/2022 (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(104)-1257/2021 nömrəli qərardadından İddiaçı kassasiya şikayətinə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, evinə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən 12000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(044)-341/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyana görə 4944 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Zaur Hünmətov)
3. Cavabdeh apellyasiya şikayəti verərək, bi rinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(104)1257/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir.
5. İddiaçı 22 noyabr 2021-ci ildə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2(104)-1257/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
7. Apellyasiya mə hkəməsi iddiaçının kassasiya şikayətini qaytararkən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin 5000 manatdan az olduğuna istinad etmiş və gəldiyi nəticəni Mülki-Prosessual Məcəllənin 402.1, 403.1, 408.1.1 və 408.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən əlavə və dəyişikliklər 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı isə iddianı qanun qüvvəyə mindikdən əvvəl vermişdir. Hazırki iş üzrə məhkəmə qətnamələri də həmin tarixdən əvvəl çıxarılmışdır. Həmçinin apellyasiya məhkəməsinin qətnaməsinin surətini rəsmi olaraq 27 sentyabr 2021-ci il tarixdə, yəni qanun qüvvəyə mindiyi gündən 3 gün əvvəl almış və bu müddət ərzində kassasiya şikayəti verə bilməmişdir.
10. Mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığını, onların qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyini bildirən kassator, qanunun geriyə şamil olunacağı halda, cavabdeh üçün pozitiv, iddiaçı üçün neqativ nəticələr yaranacığını, bununla da özünə münasibətdə bərabərlik prinsipinin pozulduğunu şikayətində göstərmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazı dəlilləri ondan ibarətdir ki, qətnamənin mübahisələndirilən hissəsi 5 mi n mandan aşağı olduğu üçün apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbl əri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
13. Kass asiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
16. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytarmaqla qanuni nəticəyə gəlmişdir.
17. Apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən qətnamənin mübahisələndirilən hissədə iddianın qiymətinin 5 min manatdan az olmasına istinad etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin istinad etdiyi əsasla kassasiya şikayətinin geri qaytarılması ilə razılaşır. Belə ki, MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələ rindən kassasiya şikayəti verilə bilər.
19. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in yuxarıda qeyd edilən maddələrinin tələblərinə uyğun olub.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən əlavə və dəyişikliklərin 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minməsi, iddiaçının isə iddianı Qanun qüvvəyə mindikdən əvvəl verməsi, bu səbəbdən Qanunun tələbinin ona aid edilməməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə, o cümlədən həmin Məcəllənin 402.1-ci maddəsinə dəyişiklik edilmiş, mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatda n az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir.
21. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.
22. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
23. İddiaçı kassasiya şikayətini 01 oktyabr 2021-ci il tarixdən sonra verdiyi üçün Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə edilm iş dəyişiklik ona da şamil edilir.
24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(104)-1257/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.