Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3057/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlunun məruzəsi ilə, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-94/2*21 nömrəli, 15 dekabr 2*21-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 iyu n 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonunun işğalından sonra İddiaçı müvəqqəti olaraq Biləsuvar rayonu ərazisinə köçmüş və Biləsuvar rayonu ərazisində yerləşən 2** hektar qış otlaq sahəsində maldarlıq təsərrüfatı ilə məşğul olmuşdur. İddiaçı qanunla nəzərdə tutulan qaydada icazə almadan həmin torpaq sahəsində təsərrüfatın saxlanması və ona qulluq göstərilməsi üçün tövlələr, özünün və ailəsinin yaşaması üçün fərdi yaşayış evi tikmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *3 mart 2*17-ci il tarixli 171 s saylı sərəncamına əsasən Biləsuvar rayonu ərazisində yerləşən qış otlaq sahələrindən 1.134 hektar torpaq sahəsi, o c ümlədən iddiaçının istifadəsində olan qış otlaq sahəsi əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə kateqoriyası dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir.
3. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 17 mart 2*17-ci il tarixli 73 saylı sərəncamı ilə Biləsuvar rayonu ərazisində yerləşən dövlət ehtiyat fonduna aid əkin dövriyyəsinə cəlb edilmiş 1134 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün cavabdeh “X3” MMC-yə icarəyə verilmişdir
4. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 22 may 2*18-ci il tarixli 157 saylı sərəncamı və 22.*5.2*18-ci il tarixli, 58 nömrəli torpaq icarə müqaviləsi ilə Biləsuvar rayonu ərazisində 3542.*8 hektar torpaq sahəsi, cavabdehə icarəyə verilmişdir. Bununla bağlı cavabdehə *4.*7.2*18-ci il tarixli çıxar ış verilmişdir.
5. Bundan sonra cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyətindən üçüncü şəxslərin hüquqlarından azad torpaq sahəsinin verilməsini, eləcə də sonuncunun və ya özünün məhkəməyə özbaşına tikintinin sökülməsinə dair ərizə ilə müraciət olunmasını təmin etmədən iddiaçıya məxsus tikililərin söküntüsünü həyata keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərin əvəzi qismində 3**** manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkündür, Cəbrayıl rayonu işğal edildikdən sonra 1993-cü ildə ailəsi ilə birlikdə Biləsuvar ra yonuna gəlmiş, özlərinə məxsus təsərrüfatla hazırkı mübahisəli qış otlaq sahəsinə yerləşmişlər. Məcburi köçkün olduğuna görə onunla icarə müqaviləsi bağlanmasa da, Biləsuvar Rayon İcra Hakimiyyəti onun mübahisəli torpaq sahəsində təsərrüfat yaratmasına etiraz etməmişdir. 2*19-cu ilin yay aylarına qədər həmin torpağı istifadə etmişdir. Sonradan həmin torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. O, özünə məxsus tikililəri söküb başqa əraziyə köçməsi üçün cavabdehdən vaxt istəmiş, lakin cavabdeh vaxt vermədən, məhkəmə qərarı olmadan 2*19-cu ilin 14 sentyabrında onun məlumatı və iştirakı olmadan ona məxsus tikililəri sökmüş, əmlakını dağıtmışdır.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verib bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin cavabdehə icarəyə verilməs indən sonra həmin torpaq sahəsindən özünə məxsus yatağı çıxaracağını bildirsə də həmin ərazidən çıxmamışdır. Bundan başqa cavabdehə icarəyə verilmiş torpaq sahəsində inşa edilmiş tikililərin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir sənəd olmamış, iddiaçı belə sənədləri onlara təqdim etmədiyi üçün həmin tikililər özbaşına tikili olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2*13-cü il tarixli qərarı ilə iddiaçının əvvəllər maldarlıq təsərrüfatı ilə məşğul olduğu otlaq sahəsinin təyinatı dəyişdirilmiş və əkin sahəsi hesab edilmişdir. Qeyd olunan səbəbdən iddiaçının 21 iyun 2*13-cü il tarixdən sonra həmin ərazidə maldarlıqla məşğul olması və təyinatı əkinçilik olan torpaq sahəsindən otlaq ərazi kimi istifadə etməsi qanuna müvafiq olmamışdır. Həmçini n iddiaçı torpaq sahəsindən yatağını çıxaracağını vəd etdiyi üçün MMC həmin şəxsin yatağı çıxarmasında köməklik etmişdir. İddiaçı öz iddia tələbini yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 mart 2**6-ci il tarixli 6* saylı qərarının 2-ci bəndi ilə əsaslandırmağa çalışmışdır. Lakin sözügedən qərarın 2-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə» 2**6-cı ilin 2 mart tarixli 6* saylı qərarında dəyişikliklər edilməsi haqqında 21 iyun 2*13-cü il tarixli 157 saylı qərarı ilə ləğv edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının sözügedən torpaq sahəsindən iddia etdiyi istifadə hüququna 21 iyun 2*13-cü il tarixdə xitam verilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 21 iyun 2*13-cü ildə torpaq sahəsini boşaltmalı və oby ektlərini özü aparmalı olsa da, bunu etməmişdir. İddiaçı ümumiyyətlə dövlət mülkiyyətində olan torpaq sahəsini qanuna uyğun icarəyə götürməməklə, onu zəbt etmişdir. Daha sonra isə qanuni istifadəsində olmayan torpaq sahəsində obyektlər inşa etmiş, bu zaman hər hansı razılıq, icazə və s. almamışdır.
9. Biləsuvar Rayon Məhkəməsinin (hakim R.Əliyev) *8 yanvar 2*2*-ci il tarixli, 2(*22)-72/2*2* nömrəli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, “X3” MMCdən İddiaçı xeyrinə müvafiq məhkəmə qərarı olmadan iddiaçıya məxsus tikililərin qanunsuz və əsassız olaraq sökülməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi qismində 5*** manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 6 manat, cəmi 5**6 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olsa da, həmin hüququn müdafiəsi qanunla nəzərdə tutulan hüdudlar daxilində və müəyyən olunmuş normalara əməl edilməklə həyata keçirilməlidir. Belə tələblərə əməl olunmaması özlüyündə hüquqlarının müdafiəsi üçün qanunun tələblərini pozmuş şəxsin məsuliyyətini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyət hüququnun müdafiəsi üçün əsassız güc hərəkətlərinin qanuniliyini inkar etməklə yanaşı, özbaşına tikilinin yalnız məhkəmə qərarı əsasında sökülməli olmasını təsbit etmişdir. Hazırki halda isə cavabdeh əsassız güc hərəkətləri tətbiq etməklə, müvafiq məhkəmə qərarı olmadan ona icarəyə verilmiş torpaq sahəsində yerləşən iddiaçıya məxsus tikililərin söküntüsünü aparmışdır. İddiaçı ona məxsus tikililərin sökülməsi nəticəsində vurulmuş maddi zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin işdə olan sübutlarla da həmin məbləği müəyyən etmək mümkün olmamışdır. Lakin cavabdeh tərəfindən aparılmış söküntü nəticəsində iddiaçıya vurulmuş maddi zərərin məbləğini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin söküntü nəticəsində iddiaçıya mənəvi zərər vurulması istisna edilmir.
11. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi mərhumiyyətlərə məruz qoymasın, iddiaçını isə hədsiz varlandırmasın. Ona görə də cavabdehdən iddiaçının xeyrinə tutulmalı mənəvi zərərin məbləği 5*** manat müəyyən edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 164.1, 18*.1, 18*.4, 676.*.3, 7**.1, 7**.2, 1*96.1, 1*97.1, 1*99.1-ci, Torpaq Məcəlləsinin 33, 58, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1*7, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş ziyanla bağlı tikililərin çertyoju, məhv olmuş tikinti materiallarının dəyəri maddi sübut kimi yazılı formada təqdim edilsə də, birinci instansiya məhkəməsi həmin sənədləri qəbul etməmişdir.
15. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində yalnız maddi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamədə mənəvi ziyanı təmin etməklə iddia tələbindən kənara çıxmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.*3.2*21-ci il tarixli, 1*/2338 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baxış zaman ı təqdim edilən ərazidə hər hansı tikilinin və tikinti materiallarının mövcud olmadığına və aparılmış söküntü işlərindən sonra tikinti materiallarının faktiki vəziyyəti müəyyən oluna bilmədiyinə görə qərardadın sualını cavablandırmaq mümkün olmadı. 18. "xxxx" MMC tərəfindən verilmiş *5.1*.2*21-ci il tarixli, 35*/Mİ/21 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan Biləsuvar rayon Nəsimi kənd ərazisində yerləşən qış otlaq sahələrində yaratdığı təsərrüfat obyektlərinin sökülməsindən sonra yaranan mübahisəli işlə bağlı tərəflərin iştirakı ilə əraziyə baxış keçirildi. Hal-hazırda sökülmüş təsərrüfat obyektinin qalıqları ərazidə mövcud deyil. Söküntü düzgün aparılmadığından tikililər tamamilə məhv olduğu üçün hesablamalar bütün sökülmüş tikililər üzrə aparılmışdır. Də ymiş zərərin hesablanması təqdim olunmuş video və foto görüntülərə əsasən aparılmışdır. Təsərrüfat obyektinin tikintisində istifadə edilən və sökülmə anında yenidən təyinatına uyğun istifadəsi mümkün olan tikinti materiallarının real bazar dəyərləri aşağıdakı kimidir: mişar daşı 168* manat, azbest şiferdam örtüyü 65* manat, taxta tirlər 156* manat, metal borular-dirəklər 148* manat, metal tor 42* manat, müxtəlif ölçülü taxta reykalar 63* manat, qapı və pəncərələr 65* manat olmaqla, cəmi 7*7* manat.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-94/2*21 nömrəli, 15 dekabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Həsənov (sədrlik edən və məruzəçi), Z.Zeynalov və Z.Allahyarov) İddiaçı və cavabdeh “X3” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən tə min edilmiş, Biləsuvar Rayon Məhkəməsinin *8 yanvar 2*2*-ci il tarixli, 2(*22)-72/2*2* nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, vurulmuş maddi zərərə görə 7*7* manat pulun cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 5* manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh “X3” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə mütəxəssis xərcinə görə iddiaçı X1 tərəfindən "xxxx" MMC-yə ödənilmiş 5** manatın 25* manatının cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsa slandırmışdır ki, mübahisəli qış otlaq sahəsində iddiaçıya məxsus tikililərin cavabdeh tərəfindən sökülmüş olması işin mübahisəsiz halıdır. İddiaçının həmin tikililərə hüquqmüəyyənedici sənədləri olmasa da, məcburi köçkün kimi iddiaçı mübahisəli qış otlaq sahəsində inşa etdiyi tikililərdən aidiyyəti dövlət orqanlarının etirazı olmadan uzun müddət istifadə etmişdir. İddiaçının həmin tikililərə münasibətdəki iqtisadi marağı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülkiyyətə bərabərdir. Bununla yanaşı, sözügedən tikililərin özbaşına tikili olması da cavabdehə həmin tikililəri sökməyə əsas vermir. Belə ki, qanunvericilik özbaşına tikililərin müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə biləcəyini müəyyən etmişdir.
21. İddiaçıya dəymiş zərərin müəyyən edilməsi, o cümlədən hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə iş üzrə mütəxəssis rəyi alınmış və AB Consulting” MMC tərəfindən verilmiş *5.1*.2*21-ci il tarixli rəy ilə iddiaçıya dəymiş maddi zərərin məbləği 7*7* manat müəyyən edilmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 18*.1, 18*.4, 1*96.1, 1*96.2, 1*97.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 3* noyabr 2**4-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı tam təmin etməməklə Mülki Məcəllənin 21.2, 1*97.1-ci, maddələrinin tələblərini pozmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi məhkəmə prosesi zamanı bərabərlik prinsipini pozmuş, təqdim olunmuş sübutlar əsaslı olsa da onları qiymətləndirməmiş, işin obyektiv və qərəzsiz baxışını təmin etməmiş, nəticədə MPM 8.1, 8*, 88-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki M əcəllə
26. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1*96.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaların ı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1*96.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1*97.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 4*7.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 3* noyabr 2**4-cü il tarixli qərarında göstərmişdir ki, xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin m ənası baxımından “mülkiyyət” hesab oluna bilməz. Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Kassasiya baxışının hədləri
41. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, mə hkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.