Məhkəmə qərarları › İş №2(102)-3057/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3057/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3057/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (kateqoriya: vərəsələrin kreditorlar qarşısında məsuliyyəti ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X7 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi tələbin ə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-427/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 tərəfindən verilmiş hər iki kassasiya şikayətinə 8 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı QSC ilə cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 08L000010439 №-li «Krеdit xətti müqaviləsinə» əsasən, İddiaçı QSC tərəfindən borcalan Əkbərov Rauf Musaqət oğlu 120 ay müddətində 300000 ABŞ dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. Daha sonra isə tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 08R00001 9676 №-li «Krеdit razılaşması əsasında Əkbərov Rauf Musaqət oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı QSC ilə cavabdeh X5 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh X5 xx.xx.2014-cü il tarixli «krеdit xətti müqaviləsi» üzrə Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşlar.

3. İpoteka və sonrakı ipoteka müqavilələrinə əsasən, ipoteka qoyan cavabdeh Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə id diaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışa əsasən, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ əsasında Əkbərov Rauf Musaqət oğlunun adına dövlət qeydiyyatına alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışa əsasən, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 0,06 ha torpaq sahəsi ilə birlikdə 11 saylı f ərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, İddiaçı ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit razılaşması»na əsasən əsas kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13771,63 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüs umunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat, xidmət haqqının əvəzi 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0,06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0,06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ekspertiza xərci təşkil edən cəmi 50 manat məbləğində pulun cavabdehlərə aid edilməklə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2618/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızından müştərək qaydada tutularaq AccessBank QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət olunmuşdur.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarına əsasən, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadına əsasən, İddiaçı QSC-nin cavab dehlər Əkbərov Rauf Musaqət oğlu və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsinə əsasən, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi İddiaçı ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit razılaşması»na əsasən əsas kredit borcu üzrə 29283,87 ABŞ dolları, faiz borcu üzrə 13771,63 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən e dilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat, xidmət haqqının əvəzi 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0,06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0,06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi kredit borc üzrə 29283,87 ABŞ dolları, faiz borcu üzrə 13771,63 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi h aqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat və ekspertiza xərci olaraq 50 manat məbləğində pulun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)3389/2022 saylı qərarına əsasən, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır.

12. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12-22/19 nömrəli arayışa əsasən, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə dair təsərrüfat kitabında həmin evdə qeydiyyatda olan mərhumun aşağıdakı ailə üzvləri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 vardır.

13. Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 280 №-li məlumatına əsasən, Əkbərov Rauf Musaqət oğluna aid notariat ofisində vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. 14. “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli məlumatına əsasən, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi ünvanında abonent kimi qeydiyyatı olan Raisə Əkbərova “Azəriqaz” İB üzrə qaz istehlakçısı kimi qeydiyyatdadır və təbii qazdan istifadə üçün 113,7 manat borcu var. 15. 15 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası DİN- in BPQMİ-nin MAPS şöbəsinin arayışlara əsasən, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 ünvan 2 ünvanında, Cavabdeh1, Cavabdeh2, Əkbərzadə X10 rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ev 11 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 ABŞ dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0,06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı QSC məhkəməyə iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbində cavabdehlərdən Cavabdeh3 ata adının yanlışlığa yol verilərək “Fuad” əvəzinə “Rauf” qeyd edildiyini bildirərək, tələbin digər cavabdehlərlə yanaşı Cavabdeh3 yönəldilməsinin nəzərə alınmasını xahiş etmişdir.

18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüziyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 f aiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh X5 xx.xx.2014-cü il tarixli 08S000020057 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında bоrclu Əkbərov Rauf Musaqət oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеdit in qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Həmçinin, kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Liman şəhəri, Rə sul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0,06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh Əkbərov Rauf Musaqət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “AccessBank QSC” tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehlər Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə cəmi 51633 ABŞ dolları məbləğində bоrcun tutulması, tələbin Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0,06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633 ABŞ dolları məbləğində bоrcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 292 83,87 ABŞ dolları, faiz borcu üzrə 13771,63 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq İddiaçı QSCyə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0,06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızından müştərək qaydada tutularaq AccessBank QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qərardaddan iddiaçı AccessBank QSC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şika yəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)- 2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı ilə Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir. X6 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kredit borcunun Əkbərov Rauf Musaqət oğlunun vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3389/2022 saylı qərarı ilə İddiaçı QSC-nin ka ssasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Keçən müddət ərzində onun vərəsələri mirasın qəbulu barədə şəhadətnamə almamış, həmçinin mirasın qəbu lundan imtina barədə notariat kontoruna ərizə verməmişlər. İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü dig ər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. Mərhum cavabdehin ailə üzvlərinin əmlaka sahiblik etmələri və əmlakı faktiki olaraq idarə etmələri, bununla da həmin şəxslərin mirası faktiki olaraq qəbul etmələri müəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verərkən iddia ərizəsinin cavabdeh R.Əkbərovun öldüyü xx.xx.2017-ci il tarixdən sonra, yəni xx.xx.2017- ci il tarixdə məhkəməyə daxil olduğunu və xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edildiyini, başqa sözlə iddianın qaldırıldığı və icraata qəbul edildiyi tarixdə həmin cavabdeh sağ olmadığı üçün hüquq münasiblərinin subyekti olmadığını, iddiaçı bank tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün ona qarşı tələbin yönəldilməsi və bu tələbə baxılmasının mümkün olmadığını qeyd etmişdir. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən borc məbləği yekunda yalnız zamin Xoşbəxt Tağıyevdən tutulmuş, iddia tələbinin digər hissələri məhz əsas borclu Rauf Əkbərovun vəfatından sonra məhkəmə müraciət edilməsi səbəbindən təmin edilməmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızının mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olmuş Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evini (0,06 ha torpaq sahəsi ilə b irlikdə) miras əmlak kimi faktiki olaraq qəbul etmələri faktı artıq müəyyən olunmuşdur. Ona görə də hazırda iddiaçı bank tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması, borcun ipoteka predmetinin dəyərindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

19. Cavabdeh2 özü və iş üzrə digər cavabdehlərin mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində yaşadıqlarını bildirərək, sözügedən evin qiymətləndirilməsi ilə razılaşmayaraq müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. 20. "xxxx" MMC-nin hazırkı iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli hesabatına əsasən, Li man şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayiş evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 60000 manat, likvid dəyəri 50000 qiymətləndirilmişdir.

21. Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsi ilə (Nicat Ağabəyov) iddia təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 ABŞ dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olmuş, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 faktiki sahibliyi ndə olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0,06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) açıq hərracdan satılması və əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları iddiaçının nümayəndəs inin və cavabdehin izahatları və iş materiallarında olan sənədlərlə tam təsdiq olunmuşdur.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göst ərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.

24. Məhkəmə qeyd etmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

25. Məhkəmə “FAME PRO» MMC-nin sözügedən hesabatların əsaslılığını şübhə altına alan hər hansı xüsusatın təqdim edilməməsini nəzərə alaraq ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsində həmin hesabatlara istinad edilməsini məqsədəmüvafiq saymışdır.

26. Məhkəmə göstərmişdir ki, ipoteka haqqında qanuna əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şər tlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasınd a məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 317, 385, 386.1,1243.1-1243.2 və 1306.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 34.1.2, 59.3 və 59.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ayrı-ayrılıqda iki apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi vəkil X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də etiraf edir ki, Əkbərov Rauf Musaqət oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açıldığı və həmin kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka iiə yüklü edildiyi təqdirdə, vətəndaş Əkbərov Rauf Musaqət oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dollar məbləğində kredit yalnız İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli (yəni, ipoteka müqaviləsi bağlanılandan 7 gün sonra) 08R000019676 saylı kredit razılaşması əsasında verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli Ö8R000019676S saylı və xx.xx.2016-cı il tarixli (yəni, i poteka müqaviləsi bağlanılandan 19 ay 7 gün sonra) 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X5 xx.xx.2014-cü il tarixli (yəni, xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşmadan 19 ay əvvəl bağlanılmış) 08S000020057 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı özünün iddia ərizəsində birinci instansiya məhkəməsinə yanlış (yalan) məlumatlar verərək bildirmişdir ki, guya hazırkı iş üzrə ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşay ış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmış və həmin sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal x ərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. Mərhum cavabdehin ailə üzvlərinin əmlaka sahiblik etmələri və əmlakı faktiki olaraq idarə etmələri, bununla da həmin şəxslərin mirası faktiki olaraq qəbul etmələri müəyyən olunmuşdur. Halbuki, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996- cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində heç vaxt qeydiyyatda olmamışlar. Həmin evdə yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Əkbərov Rauf Musaqət oğlu vəfat edəndən s onra həmin evin yeni mülkiyyətçisinin ünvanına yeni İpoteka Bildirişinin qeydiyyata alınması barədə məlumat və bunu təsdiq edə biləcək sənəd hazırkı işdə mövcud deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, İddiaçı QSC tərəfindən hazırkı tərəflər arasında mübahisə üzrə iddia xx.xx.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə verilmiş, həmin iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olduğundan məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-974/2023 saylı mübahisəli qətnaməsinin 8-ci vərəqi n 4-7-ci abzaslarında iddiaçının iddia tələbinin əsaslandırması barədə aşağıdakılar göstərilmişdir: “Lənkəran ŞİHB-nin Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1222/19 nömrəli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evə dair təsərrüfat kitabında həmin evdə qeydiyyatda olan mərhumun aşağıdakı ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6dur. Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 280 №-li məlumatından görünür ki, Əkbərov Rauf Musaqət oğluna aid notariat ofisində vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin qeyd edilən xx.x x.2023-cü il tarixli e-2(049)-974/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, iş üzrə sübutları qiymətləndirməklə düzgün nəticəyə gəlinmədiyindən, tədqiq edilmiş sübutlar səhv təsvir edilərək, tərəflərin qarşılıqlı hüquqi münasibətlərinə, həmçinin, məhkəmənin müəyyən etdiyi faktiki hallara düzgün hüquqi qiymət verilməyərək, səhv nəticələrə gəlindiyindən, iş üzrə cavabdeh olan ipoteka qoyan şəxs Əkbərov Rauf Musaqət oğlu hələ məhkəmə işi icraata qəbul edilmədən xx.xx.2017-ci tarixində ölüm faktı səbəbindən hazırkı iddia ərizəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında köhnə ipoteka bildiriş etibarsız edib məhkəmə icraatına xitam verməli olduğundan və yeni bildirişin qeydə alınmasına dair sənəd məhkəməyə təqdim edilmədiyi səbəbindən məhkəmə icraatına xitam verməli olduğu halda bunu etmədiyindən, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmənin vaxtı və yeri barədə ümumiyyətlə məlumatlandırmadan, onların məhkəmə baxışında iştirakını təmin etmədən məhkəmə işə baxıb qanunsuz və əsassız qətnamə çıxardığından, həmçinin apellyasiya şikayətində aşağıda göstərilən səbəblərə və əsaslara görə qanunsuz və əsasız olduğundan həmin qətnamənin ləğv ediməli və İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi" barədə iddia tələbinin rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmalıdır.

30. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti də cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi vəkil X2 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

31. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-427/2024 nömrəli mülki iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qə t edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətlərinin dəlillərinə əsasən Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Əkbərov Rauf Musaqət oğlu vəfat edəndən sonra həmin evin yeni mülkiyyətçisinin ünvanına yeni ipoteka bildirişinin qeydiyyata alınması barədə məlumat və bunu təsdiq edə biləcək sənəd hazırkı işdə mövcud olmamışdır.

33. Məhkəmə qeyd etmişdir ki, adıçəkilən ipoteka müqaviləsi məhz xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzrə təminat olaraq (120 ay müddətinə) bağlanmış və həmin xətt müqaviləsində nəzərdə tutulan şərtlərdən fərqli qaydalar müəyyən edilməmiş, habelə məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. Nəzərə alınmalıdır ki, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.

34. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmişdir, işin müəyyən edilmiş faktiki halları na, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385, 386.1-ci maddələrinə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 34.1.2 və 39.3.3-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (Vəkil2) birlikdə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin (onunla birlikdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(106)427/2024 saylı qərardadının) ləğv edilməs ini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

38. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1 və 405.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2018-ci ilədək qüvvədə olan) 307.4-cü maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8, 4, 10.3, 10.4, 10.5, 10.6, 11.1, 11.2, 11.3 və 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.2, 217.3, 254.1.4, 256.0.3 və 257-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.

39. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (vəkil Nümayəndə3) birlikdə kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin (onunla birlikdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(106)-427/2024 saylı qərardadının) ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

41. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2018-ci ilədək qüvvədə olan) 307.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1,307.4 və 405.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8, 4, 10.3, 10.4, 10.5, 10.6, 11.1, 11.2, 11.3 və 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 254.1.4 və 257-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. İddiaçı QSC kassasiya şikayətlərinə qarşı etiraz ünvanlayaraq, kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, formal xarakter daşıdığını və həmin dəlillərin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı olmadığını bildirmiş, verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əməl ə gəlir.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “ İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

46. Maddə 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

47. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icr asının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

48. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu

49. Maddə 1.0.9. Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqavilə yə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. Cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri iddiaya etirazda və apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

60. Kassasiya şikayətlərinin dəlilləri əsasən işin faktik i hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədədir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-427/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar