Məhkəmə qərarları › İş №2(102)-3058/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3058/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3058/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2024 nömrəli mülki iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə 8 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı QSC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 31 yanvar 2020-ci il tarixində bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən iddiaçı Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsini və ümumi sahəsi 116,90 kv metr olan fərdi yaşayış evini (bundan sonra – mübahisəli əmlak) 20000 manat qiymətinə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə ilkin olaraq 3000 manat ödəməyi, qalan 17000 manatı isə 36 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək hər altı aydan bir 2800 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdehin mübahisəli əmlaka olan istifadə hüququnun itirilməsi, həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi olan iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki halına istinadla belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə yalnız 3000 manat ilkin ödəniş edilmişdir. Qalan məbləğlər ödənilməmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməsi barədə bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq o, öhdəliyini icra etməməkdə davam edir. Müqavilənin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdehə xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilsə də, cavabdeh təklifə cavab verməmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli əmlak cavabdehin mülkiyyətində olmuş və həmin əmlak kredit borcuna görə ipoteka ilə yüklü etmiş və kredit borcu vaxtında ödənilmədiyindən əmlak iddiaçının mü lkiyyətinə keçsə də, cavabdeh və ailəsi həmin əmlakda yaşamağa davam etmişlər. Bundan sonra hazırkı müqavilə imzalanmışdır. Belə ki, cavabdeh xəstə olduğundan müqavilənin şərtlərini yerinə yetirə bilməmiş, ilkin ödənişdən sonra ödəniş edə bilməmişdir. Cavabdeh hissə-hissə borcu ödəmək istəsə də, iddiaçı buna razı olmamış və məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etsə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

5. Balakən Rayon Məhkəməsinin e-2(019)-665/2023 nömrəli iş üzrə qəbul etdiyi 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə xitam verilmiş, iddiaçıya izah olunmuşdur ki, həmin müqavilənin müddəti başa çatdığından və iddiaçı cavabdehə müqavilənin ləğvi ilə bağlı öz iradə ifadəsini bildirdiyindən həmin müqavilə ləğv olunmu şdur.

6. Balakən Rayon Məhkəməsinin e-2(019)-665/2023 nömrəli iş üzrə 2 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilərək cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli əmlakdan istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin əmlakdan çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

7. Məhkəmə müvafiq normaların tələblərindən çıxış edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən cavabdehin mübahisəli əmlaka dair bütün hüquqları itmiş hesab edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 (İ və İİ bəndlər), 29 (İ, İİ, İV bəndlər), Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1 və 157.2-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının mü dafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci və “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayət 4-cü bənddə qeyd edilmiş izahata uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərin üzərinə götürdükləri öhdəliklər sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla yalnız 17000 manatın 5 dəfəyə ödənilməsindən ibarətdir. Belə ki, cavabdeh bağlanılmış müqavilədə ödənişi vaxtında icra etmədiyinə görə onun mübahisəli əmlaka dair bütün hüquqları itmiş hes ab edilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə deyil, 17000 manatın cavabdehdən tutulması tələbi ilə məhkəmədə iddia qaldırmalı idi. Həmçinin cavabdeh hazırda ayda 500 manat olmaqla iddiaçıya olan borcu qaytarmağa hazırdır. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və Mülki Məcəllənin 1.2, 385, 421, 442, 443, 447, 567, 600 və 601-ci və Mülki Prosessual Məcəllənin 14.1,77.1 və 88-ci maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: G.Cavadova - sədrlik edən və məruzəçi, Ə.Kərimov və E.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin cavabdehin xəstə olduğu üçün ödənişləri vaxtında edə bilməməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, MPM-in 77.1-ci maddəsinə əsasən cavabdeh bu dəlili təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, həm də bağlanan müqavilədə bu halı nəzərdə tutan hər hansı bir müddəa olmadığından bu dəlil əsaslı hesab edilə bilməz.

13. Cavabdehin digər dəlili bu olmuşdur ki, iddiaçı hazırkı iddia tələbini deyil, 17000 manatın ödənilməsi ilə bağlı iddia tələbini irəli sürməli idi. Bu dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin hüquqi təbiətindən irəli gələn müddəa budur ki, müqavilə üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə bunun əvəzində həmin əşyanın razılaşdırılmış qiymətini pul şəklində satıcıya ödəyir. Alıcının əşyanın dəyərini ödəməməsi isə satıcıya hüquq verir ki, həmin əşyanın qaytarılmasını və ya ödənilməmiş məbləğin ödənilməsini tələb etsin. Hazırkı işdə də cavabdeh hissə-hissə pulun qaytarılması ilə bağlı öhdəliyini icra etmədiyindən iddiaçı da qanunun ona verdiyi hüquqdan istifadə edərək müqavilə predmeti olan əmlakın qaytarılmasını cavabdehdən tələb etmişdir.

14. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 442, 567 və 600.1-ci və MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandır mışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır.

19. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

20. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və apellyasiya şikayətidə irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

32. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılm aması barədədir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instans iyası məhkəməsi yeni sübut qəbul etmir.

33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabd eh X1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar