Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-306/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımımının başlanığıcı) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-898/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2014-cü ilin sentyabr ayından şifahi borc müqaviləsi əsasında hissə-hissə olmaqla Cavabdeh ümumilikdə 40.000 manat və 10.000 ABŞ dolları pul vermişdir. İddiaçı həmin borcun qaytarılmadığını, cavabdeh isə borcu tam ödədiyini bildirmiş və tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 manat və 2000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia belə əsaslandırılmışdır ki, verdiyi borcu Cavabdeh geri tələb etsə də, pulunu ala bilməmişdir. 2015-ci ilin payız aylarında borcunu istəmək üçün cavabdehin evinə getmiş, orada cavabdeh və ailə üzvləri ilə mübahisə düşmüşdür. Onun şikayəti əsasında 2016-cı ildə polis orqanında araşdırma aparılsa da cavabdeh borcu qaytarmamışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
5. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Z.Hünmətov) xx xxxxxxxx 2019-cu il tarixli, 2(044)-2142/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 2015-ci ilin payız aylarından öz hüquqlarının pozulmasını bilmişdir. Buna baxmayaraq o, qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə müraciət etməmiş, iddia müddətini ötürmüşdür. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) xx xxxx 2020-ci il tarixli, 2(107)-898/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya 40000 manat və 2000 ABŞ dolları məbləğdə pul borcunun olması işin mübahisəsiz halla rıdır. Hazırda iddiaçı, cavabdehin üzərinə düşən öhdəliyi pozmasını və onu aldatmaqla qeyd edilən məbləğdə pulu ələ keçirdiyini, bunu 2016-cı ilin sentyabr ayında başa düşdüyünü, həmin vaxtdan istintaq orqanına, sonra isə məhkəməyə müraciət etdiyini bildirərək, 40000 manat və 2000 ABŞ dolların cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə, iddiaçıdan həmin məbləğdə pulu aldığını etiraf etsə də, pulu qaytardığını bildirir, eyni zamanda iddia müddətinin tətbiqi haqqında ərizə verərək tələbin rədd olunmasını xahiş edir. Hazırkı mübahisə ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh, pul məbləğini aldığını etiraf etdiyi üçün iddiaçı həmin vəsaiti ona verdiyini sübut etmək yükündən azaddır. Belə olan halda, borcu qaytarmayan cavabdeh, etirazın ın əsası kimi istinad etdiyi halları, yəni aldığı pulu qaytardığını sübuta yetirmək vəzifəsi daşıyır. Hazırkı işdə iddia müddətinin axımın başlanığıcı 2016-cı ilin sentyabr ayından hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin 377.1 -ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin hallarına əsasən iddiaçı pulunu tələb etdikcə, cavabdeh hər dəfə bir bəhanə gətirmiş, lakin, hər dəfə ümidverici ifadələrdən istifadə edərək qaytaracağına inandırmış, iddiaçını arxayın salmışdır. Məhkəmə iddiaçının hüququnun pozulduğu günü 2015-ci ilin payız ayları hesab etmiş, halbuki, cavabdehin özü 2016-cı ilin dekabr ayında Gəncə şəhər Baş Pİ-nə verdiyi izahatında bildirmişdir ki, 2015-ci ilin iyun ayında təcili pul lazım olduğundan E lçindən 10000ABŞ dolları istəmiş, Elçin də həmin pulu gətirib evlərində onun arvadı Sevdaya vermişdir. 2016cı ilin avqust ayında Elçin onların yaşadığı evə gəlib yenə narazılıq etmiş, bu vaxt onun arvadı Sevda ilə Elçinin arasında mübahisə yaranmışdır. xx xxxxxxxx 2016-cı il tarixdə o, xidməti avtomobili ilə gedərkən Elçin onun avtomobilinə yaxınlaşıb onunla konkret söhbət etmək istədiyini bildirmişdir. Demək ki, həmin tarixə qədər iddiaçı cavabdehin pulu verməyəcəyini bilməmişdir. Hazırkı işin yuxarıda qeyd edilən hallarından aydın şəkildə görünür ki, cavabdeh, pulu iddiaçıdan aldıqdan sonra keçən bir neçə il ərzində pulu qaytaracağı ilə bağlı heç bir problemin olmaması barədə iddiaçıya davamlı vədlər vermişdir. İddiaçı da cavabdehin əvvəllər ona arasıra az məbləğdə pul qaytarmasına v Gən cə şəhər Bağbanlar qəsəbəsində yerləşən evin açarını ona verməsinə görə cavabdehin pulu qaytaracağına inanmışdır. Belə olan halda (pul qaytarılmadığı üçün iddiaçı tələb irəli sürdükdə) cavabdehin iddia müddətinə istinad etməsi, özünün əvvəlki rəftarına zidd hərəkət kimi hüquqdan sui-istifadə sayılır. Bu səbəbdən cavabdehin iddia müddətindən istifadə etməsi yolverilməzdir və ərizə rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3- cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Maddə 373.2. Müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir.
16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
18. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
19. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müs təsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında müqavilənin müddətinin qurtarması Gəncə və Gəncə ətrafı rayonlarda audit yoxlmasmın qurtaracağı günlə məhdudlaşdırılmış, iddiaçı Gəncə və Gəncə ətrafı rayonlarda audit yoxlmas mın qurtaracağı son günün hansı gün olmasına dair konkret razılığın əldə edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı özü ərizəsində göstərmişdir ki, o sonuncu dəfə cavabdehə 2014-cü ilin noyabrın 11-də 4000 manat pul vermiş, o həmin pulu cavabdehə verəndə borcun ümumilikdə 40.000 manat olmasını xatırlatmışdır. 2015-ci ilin payız aylarında dəqiq tarixini xatırlamadığı günlərin birində iddiaçı pulunu istəmək üçün cavabdehin yaşadığı evə gedən zaman sonuncu onu evə dəvət etmiş, bu zaman cavabdehin arvadı onun üzərinə gələrək qışqırmağa başlamışdır. O, cavabdehdən pulunu istədikdə sonuncunun oğlu Daşqın əlində bıçaq onun üzərinə gələrək öldürməklə, cavabdeh isə tutdurmaqla hədələmişdir. İddiaçının ərizəsində də göstərdiyi kimi cavabdehin onu tutdurmaqla bağlı iddiaçıya qarşı həyata keçirdiyi davranışlar, onunla olan pul münasibətlərindən irəli gəlmiş və həmin davranışlardan tərəflər arasında yaranmış pul münasibəti ilə bağlı hüquqların mülki hüquq müstəvisində həllinə həmin vaxtdan yol açmışdır.
27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin həmin günü iddiaçıya qarşı etmiş olduğu hərəkətləri ilə iddiaçı artıq öz hüquqlarının pozulmasını bilmişdir. Buna baxmayaraq o qanunla nəzərdə tutulmuş qaydada və müddətlərdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməmişdir. Kollegiyanın qənaətinə görə iddiaçı hüququnun məhz 2015-ci il deyil, başqa vaxtda pozulduğunu sübuta yetirə bilməmişdir.
28. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının cavabdehə verdiyi borc üzrə öhdəli yin icrası vaxtı müəyyənləşdirilmədiyinə görə, həmin vaxt tələbetmə məqamı ilə müəyyən olunur. Başqa sözlə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə (tələbin irəli sürdüyü gündən yeddi gün ərzində) icra etməyə borcludur (§ 18-19). Cavabdehin pul məbləğini qaytarmaq öhdəliyi (öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmədiyindən), iddiaçının borcunu geri tələb etdiyi vaxtdan bir həftə keçdikdən sonra yaranmışdır.
29. İddiaçının özü bildirmişdir ki, 2015-ci ilin payız aylarında pulunu geri tələb etmək üçün cavabdehin evinə getmiş və bununla bağlı aralarında mübahisə ya ranmışdır. Odur ki, borcun iddiaçı tərəfindən məhz həmin vaxt tələb edildiyi təsdiq olunur.
30. Belə olan halda, tələbetmədən sonrakı yeddi gün də nəzərə alındıqda, ən geci 2015-ci ilin sonundan etibarən iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququ (cavabdehin öhdəliyini icra etmək vəzifəsi) yaranmış və buna müvafiq iddia müddətinin axımı başlamışdır (§ 17). Hazırkı iş üzrə iddia ərizəsi isə 2019-cu ilin may ayının 20-də məhkəməyə daxil olmuşdur.
31. Bu hallar ona dəlalət edir ki, iddiaçı pul tələbinə dair qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh isə rayon məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verdiyi üçün işə baxmış məhkəmələrin iddianı həmin əsasla rədd etmələri yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğundur (§ 16).
32. Kas sator cavabdehin borcun qaytarılması məqsədilə Gəncə şəhərində sonuncuya məxsus evin satılması üçün açarlarını ona verdiyini, bu kimi hərəkətlərlə onda güvən yaratdığını, buna baxmayaraq hazırda iddia müddətinə istinad etməklə hüquqdan sui-istifadə etdiyini bildirmişdir.
33. Sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarında olan Gəncə şəhər Baş Polis idarəsi İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh Gəncə şəhəri Bağmanlar qəsəbəsində evinin olması, açarlarını İddiaçı verməsi barədə məlumatları təkzib etmişdir. Buna baxmyaraq, iddiaçı istinad etdiyi faktlara dair mötəbər və kifayətedici sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, cavabdehin hüquqdan s ui-istifadə etməsinə dair kassatorun mövqeyi əsaslı sayıla bilməz.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-898/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.