Məhkəmə qərarları › İş №2(102)-3063/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3063/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3063/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı QSC BOKT cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)- 3063/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı: İddiaçı QSC BOKT-nin vəkili X1, Cavabdeh: "xxxx" MMC-nin vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-297/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC kasas iya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC cəmi 8.832.474,19 manat (əsas borc 8.495.000.00 manat; faiz borcu 337.474,19 manat) kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 məxsus ipoteka peredmeti olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən sahələri 3,7867 ha, 11,9901 ha, 3,7863 ha, 9,4632 ha, 2,5257 ha, 0,6235 ha və 1,2619 ha olan torpaq sahələrinə (ümumilikdə 33,4374 ha torpaq sahəsinə), habelə Cavabdeh3 məxsus ipoteka predmeti olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən sahələri 7,3311 ha, 11,759 ha, 29,381 ha, 7,3488 ha və 2,9347 ha olan torpaq sahələrinə ( ümumilikdə 58,7546 ha torpaq sahəsinə), Cavabdeh4 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda istifadədə olan 0,23815 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2289,7 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh5 məxsus ipoteka predmeti olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən sahələri 5,033 ha, 0,6201 ha, 6,31 ha, 5,6792 ha, 0,6308 ha, 3,1554 ha, 1,2616 ha, 5,6793 ha, 1,8929 ha, 1,2622 ha və 5,6782 ha olan torpaq sahələrinə (ümumilikdə 37,2027 ha torpaq sahəsinə), Cavabdeh5 məxsus ipoteka predmeti olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən sahələri 45,8899 ha və 44,4012 ha olan torpaq sahələrinə (ümumilikdə 90,291 ha torpaq sahəsinə), Cavabdeh2 MMC məxsus ipoteka predmeti olan ünvan 2 ünvanda istifadədə olan 0,29878 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1 3331,6 kv.metr olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh "xxxx" MMC məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlakların üzərində cavabdeh "xxxx" MMC mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Reyestr Xidmətinin üzərinə yuxanda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi iddiaçının adına qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci in stansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.B.Məmmədov) iddia təmin edilərək, cavabdeh "xxxx" MMC əsas borca görə 8.495.000 manat, faiz borcuna görə 337.474,19 manat pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən sahələri 3,7867 ha, 11,9901 ha, 3,7863 ha, 9,4632 ha, 2,5257 ha, 0,6235 ha və 1,2619 ha torpaq sahələrinə (ümumilikdə 33,4374 ha torpaq sahəsinə), Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən sahələri 7,3311 ha, 11,759 ha, 29,381 ha, 7,3488 ha və 2,9347 ha olan torpaq sahələrinə (ümumilikdə 58,7546 ha torpaq sahəsinə), Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda istifadədə olan 0,23815 ha torpaq sahə sində yerləşən ümumi sahəsi 2289,7 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh5 mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən sahələri 5,033 ha, 0,6201 ha, 6,31 ha, 5,6792 ha, 0,6308 ha, 3,1554 ha, 1,2616 ha, 5,6793 ha, 1,8929 ha, 1,2622 ha və 5,6782 ha torpaq sahələrinə (ümumilikdə 37,2027 ha torpaq sahəsinə), Cavabdeh5 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən sahələri 45,8899 ha və 44,4012 ha olan torpaq sahələrinə (ümumilikdə 90,291 ha torpaq sahəsinə), Cavabdeh2 MMC mülkiyyətində olan ünvan 2 ünvanda istifadədə olan 0,29878 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 13331,6 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən sahələri 3,7867 ha, 11,990 1 ha, 3,7863 ha, 9,4632 ha, 2,5257 ha, 0,6235 ha və 1,2619 ha olan torpaq sahələrinin (ümumilikdə 33,4374 ha torpaq sahəsinin) ilkin satış qiymətinin 300.000 manat, Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən sahələri 7,3311 ha, 11,759 ha, 29,381 ha, 7,3488 ha və 2,9347 ha olan torpaq sahələrinin (ümumilikdə 58,7546 ha torpaq sahəsinin) ilkin satış qiymətinin 510.000 manat, Cavabdeh2 MMC mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0,29878 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 13331,6 kv.metr olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 9.414.750 manat və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda istifadədə olan 0,23815 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2289,7 kv.metr olan əmlak kompleksi kimi müəssisənin ilkin satış q iymətinin 836.050 manat, Cavabdeh5 mülkiyyətində Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən sahələri 5,033 ha, 0,6201 ha, 6,31 ha, 5,6792 ha, 0,6308 ha, 3,1554 ha, 1,2616 ha, 5,6793 ha, 1,8929 ha, 1,2622 ha və 5,6782 ha olan torpaq sahələrinin (ümumilikdə 37,2027 ha torpaq sahəsinin) ilkin satış qiymətinin 510.000 manat, Cavabdeh5 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən sahələri 45,8899 ha və 44,4012 ha olan torpaq sahələrinin (ümumilikdə 90,291 ha torpaq sahəsinin) ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh "xxxx" MMC məxsus digər daşınar və daşı nmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdeh "xxxx" MMC mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi hüquqlarının qeydə alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun həmin müqavilə üzrə iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu var. Eyni zamanda kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.2, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın qismən rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsinə ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə dəyişiklik edilərək, Cavabdeh5 mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 3,7867 ha, 11,9901 ha, 3,7863 ha, 9,4632 ha, 2,5257 ha, 0,6235 ha və 1,2619 ha torpaq sahələrinin (ümumilikdə 33,4374 ha torpaq sahəsinin) likvid dəyərinin 305.000 manat, Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 7,3311 ha, 11,759 ha, 29,381 ha, 7,3488 ha və 2,9347 ha torpaq sahələrinin (ümumilikdə 58,7546 ha torpaq sahəsinin) likvid dəyərinin 510.000 manat, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda istifadədə olan 0,23815 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2289,7 kv.metr olan əmlak kompleksi kimi müəssisənin likvid dəyərinin 920.000 manat, Cavabdeh5 mülkiyyətində olan Şama xı rayonu, Hacıqədirli kəndində yerləşən 5,033 ha, 0,6201 ha, 6,31 ha, 5,6792 ha, 0,6308 ha, 3,1554 ha, 1,2616 ha, 5,6793 ha, 1,8929 ha, 1,2622 ha və 5,6782 ha torpaq sahələrinin (ümumilikdə 37,2027 ha torpaq sahəsinin) likvid dəyərinin 340.000 manat, Cavabdeh5 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 45,8899 ha və 44,4012 ha torpaq sahələrinin (ümumilikdə 90,291 ha torpaq sahəsinin) likvid dəyərinin 780.000 manat, Cavabdeh2 MMC mülkiyyətində olan ünvan 2 ünvanda istifadədə olan 0,29878 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 13331,6 kv.metr olan əmlak kompleksi kimi müəssisənin likvid dəyərinin 7.680.000 manat müəyyən edilməsi və qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsasla ndırıb ki, mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, ipoteka predmetlərinin likvid dəyərlərini müəyyən etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə qiymətləndiricinin rəyləri əsas götürülməklə dəyişiklik edilməli və qalan hissələrdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığına görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 319.1, 442, 445.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC-nin kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, cavabdehlərin ipoteka predmetləri olan əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və həmin əmlaklar üzərində iddiaçının yeni mülkiyyətçi kimi hüququnun qeydə alınması vəzifəsinin Reyestr Xidmətinə həvalə edilməsi hissələrində iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh "xxxx" MMC-nin kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətn amə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı QSC BOKT-nin vəkili Beydulla İmanverdiyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 MMC BOKT, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3- cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borc lu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh "xxxx" MMC-nin kasasiya şikayətinin xahiş edirəm hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmununda qətnamə bilavasitə ipoteka predmetləri üzərində cavabdeh "xxxx" MMC mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının ipoteka predmetləri üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının ipote ka predmetləri üzərində yeni mülkiyyətçisi kimi hüquqlarının qeydə alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissələrində mübahisələndirildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları və işə əlavə edilmiş sübutlar üzrə düzgün nəticəyə gəlsə də, mübahisələndirilən hissədə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm iş həqiqi hallarına görə, cavabdeh "xxxx" MMC 03 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 iyun 2016-cı il tarixə iddiaçıya ödənilməmiş 8.500.000 manat əsas, 337.474,19 manat faiz borcu olmaqla, cəmi 8.837.474,19 manat kredit borcu vardır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 3,7867 ha, 11,9901 ha, 3,7863 ha, 9,4632 ha, 2,5257 ha, 0,6235 ha və 1,2619 ha torpaq sahələri (ümumilikdə 33,4374 ha torpaq sahəsi), 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 7,3311 ha, 11,759 ha, 29,381 ha, 7,3488 ha və 2,9347 ha torpaq sahələr i (ümumilikdə 58,7546 ha torpaq sahəsi), 26 may 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda istifadədə olan 0,23815 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2289,7 kv.metr olan əmlak kompleksi kimi müəssisə, 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 45,8899 ha və 44,4012 ha torpaq sahələri (ümumilikdə 90,291 ha torpaq sahəsi), 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 5,033 ha, 0,6201 ha, 6,31 ha, 5,6792 ha, 0,6308 ha, 3,1554 ha, 1,2616 ha, 5,6793 ha, 1,8929 ha, 1,2622 ha və 5,6782 ha torpaq sahələri (ümumilikdə 37,2027 ha torpaq sahəsi), 26 may 2015-ci il tarix li ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 MMC mülkiyyətində olan ünvan 2 ünvanda istifadədə olan 0,29878 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 13331,6 kv.metr olan əmlak kompleksi kimi müəssisə iddiaçının xeyrinə ipoteka qoyulub. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, ipoteka hüququnun- ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququ olmaqla, borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliklərinin icrasının təmin edilməsi üsulu sayılmasına diqqət yetirmədən və borclunun təminat vasitəsi ipoteka predmeti olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın yalnız ipoteka predmetinin satılmasını tələb edə bilməsini və satışın isə yaln ız “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməli olmasını nəzərə almadan, ipoteka predmetləri üzərində ipoteka qoyanların mülkiyyət hüququna xitam verib, həmin ipoteka predmetləri üzərində iddiaçının mülkiyyət hüququnu tanımaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, Mülki Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razıl aşma etibarsızdır. Maddənin mənasına görə, borclu ipoteka ilə təmin edilmiş öhdəliklərin yerinə yetirilməsini gecikdirdiyi hallarda ipoteka saxlayan yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlaya bilər. İpoteka ilə təmin edilən öhdəliklər icra olunmadıqda və ya icra gecikdirildikdə, ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə edə bilməz. Borclu ilə ipoteka saxlayan arasında ipoteka predmetinin ipoteka saxlayana keçməsi barədə hər cür razılaşma etibarsız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənipoteka predmetləri üzərində ipoteka qoyanların mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin ipoteka predmetləri üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq qeyd edilən ipoteka predmetləri nin yeni mülkiyyətçisi kimi iddiaçının adına qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin Reyestr Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə qoyulması hissələrində ləğv edilməli, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə həmin hissələrdə iddia tələbləri rədd edilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-297/2020 saylı qətnaməsi qismə n- ipoteka predmetləri üzərində ipoteka qoyanların mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC BOKT həmin ipoteka predmetləri üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq qeyd edilən ipoteka predmetlərinin yeni mülkiyyətçisi kimi İddiaçı QSC BOKT adına qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin Reyestr Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə qoyulması hissələrində ləğv edilsin, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə həmin hissələrdə iddia tələbləri rədd edilsin və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar