Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3063/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; apellyasiya şikayəti imzalanmadıqda və onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit bo rcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1269/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1775,97 manat əsas borcun və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,76 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sabirabad Rayon Məhkəməsinin 2(056)-414/2024 nömrəli, 25 aprel 2 024-cü il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən rədd edilmişdir.
3. İddiaçı (vəkili X6) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1269/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən), P.Əhmədov və S.Mayılov) iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qət edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinın giriş hissəsində apellyasiya şikayəti verən şəxsi n nümayəndəsi kimi X3 adı göstərilmişdir. Lakin EMİS-də olan elektron kabinetdə müəyyən edilmişdir ki, apellyasiya şikayəti elektron imza vasitəsi ilə X4 tərəfindən imzalanmışdır. İş materiallarına nəzər yetirdikdə isə müəyyən edilib ki, ümumiyyətlə hüquqi şəxsin nümayəndəsi qismində X1 adına hər hansı etibarnamə verilməmiş, etibarnamədə nümayəndə kimi X3 adı göstərilsə də, apellyasiya şikayəti onun tərəfindən imzalanmamışdır. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 73.4, 357.1, 363.1.1, 364.1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bank tərəfindən tərtib edilmiş apellyasiya şikayəti Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X6 tərəfindən imzalanmışdır. Çünki Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev xx.xx.2023-cü il tarixli, 01/052U nömrəli əmri ilə əmrdə qeyd edilən digər səlahiyyətlərlə yanaşı Fond və ləğv prosesində olan bankların (eləcə də LPO İddiaçı ASC-nin) bütün məhkəmə aktlarından şikayət vermək və şikayətləri imzalamaq səlahiyyətlərini də Hüquq departamentinin direktoru X5 həvalə etmişdir. Məhkəmə aktlarından şikayətlərin elektron m əhkəmə sistemi vasitəsilə verilməsi üçün imza səlahiyyəti isə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyev tərəfindən xx.xx.2023-cü il tarixli, **********991 nömrəli etibarnamə ilə X2 həvalə edilmişdir ki, həmin etibarnamə də apellyasiya şikayətinə qoşma kimi əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
11. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya o nu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
12. Maddə 366.2. Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər.
13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
14. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.
15. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kollegiya bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin şəxsin maraqlarına toxunduğu qənaətinə gəlinməsi üçün müəyyən edilməli halları göstərməklə müvafiq əsaslandırma apa rmış və dqüzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə hallara hüquqi qiymət verildiyində prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
21. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1269/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.