Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3065/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, əldən çıxmış fayda, dəbə pulu, öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-577/2023 nömrəli, 12 aprel 2023-cü il tari xli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən DODGE Charger markalı avtomobilin alınması məqsədilə, Bank cavabdehə 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 32718 manat məbləğində kredit vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə DODGE Charger minik avtomobili Bankın xeyrinə yüklü edilmişdir.
2. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2012-ci il tarixli AA062218 nömrəli ç ıxarışa əsasən 15 noyabr 2012-ci il tarixli nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilə dövlət qeydiyyatına alınmışdır. 3. 08.09.2014-cü il tarixli, 3982 nömrəli bildirişə əsasən cavabdehə öhdəliklərini yerinə yetirmədiyi üçün borcun ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması, tələbinə ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 26125,06 manat əsas kredit borcunun, 1343,59 manat faiz borcunun, 491,6 manat cərimə borcunun tutulması, tələbinə Cavabdeh məxsus olan ** CS *** dövlət nömrə nişanlı, «DODGE CHARGER» markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan İddiaçı ASC iddia predmetinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehdən Bankın xeyrinə 26125,06 manat əsas kredit borcunun, 1591,44 manat faiz borcunun tutulması, tələbinə cavabdehə məxsus ** CS *** dövlət nömrə nişanlı, «DODGE CHARGER» markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bank ilə cavabdeh arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli Avtomobil krediti və girov müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə illik 18 faiz ödənilməsi şərtilə 32718 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi «DODGE CHARGER» avtomobili Bankın xeyrinə girov qoyulmuşdur. Cavabdeh banka olan borcunu ödəməkdən yayınır. Cavabdehin banka olan əsas kredit borcu 26125,06 manat, faiz borcu 1343,59 manat, cərimə borcu 291,6 manat, əlavə cərimə borcu isə 200 manat təşkil edir.
7. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova)24 dekabr 2014-cü il tarixli 2(012)-4605/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsindən yaranmış 26125,06 (iyirmi altı min yüz iyirmi beş manat altı qəpik) manat əsas kredit borcu, 1591,44 (bir min beş yüx doxsan bir manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 27716,44 (iyirmi yeddi min yeddi yüz on altı manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh oğundan tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan «DODGE CHARER» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən, cəmi 27716,44 (iyirmi yeddi min yeddi yüz on altı manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, xüsusi mülkiyyət hüquqi ilə cavabdehə məxsus olan DODGE Charger minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehin kredit borcunun təminatı olduğundan və cavabdeh isə ipoteka ilə təmin edilmiş borcunun ödənilməsinə dair öhdəliyini icra etmədiyindən, habelə borcunu ödəmədiyindən iddiaçı Bank tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilərək, tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir.
10. Məhkəmə hesab həmçinin etmişdir ki, ipoteka predmeti olan avtomobil cavabdehin kredit borcunun təminatı olduğundan, tələbin göstərilən avtomobilə yönəldilməsi, yalnız həmin avtomobilin hərracdan satılaraq satışdan əldə edilən vəsaitlə tələb təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 385.1, 442, 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(012)-4605/2014 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, cavabdehin iştirakını təmin etməyərək, müdafiə hüququnu təmin etmədən, qanunazidd qətnamə qəbul etmişdir. Belə ki, onunla İddiaçı ASC arasında 15 noyabr 2012-ci il tarixli müqavilə bağlansa da, müqavilənin predmeti olan “DODGE CHARGER” markalı ** CS *** dövlət nişanlı avtomobilin əslində faktiki istifadəçisi dostu olmuş, onun tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunmuşdur. Bu vaxtadək ona nə rəsmi qaydada, nə də şifahi qaydada bankdan heç bir məktub, bildiriş gəlməmişdir. Yalnız 2022-ci ilin oktyabr ayında iş yeri "xxxx" ASC-nə daxil olan məktub əsasında bilmişdir ki, borclu olduğu barədə belə bir məhkəmə qərarı mövcuddur. Məsələni aydınlaşdırmaq üçün banka müraciət etmiş, lakin bankdan sənədlər arxivə verildiyindən, qəbzlər onlarda qalmamışdır, buna görə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməyini bildirmişlər.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – L.E.Rəhimli (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və A.A.Mahmudov) 2(105)-577/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2(012)-4605/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, İddiaçı ASC ilə cavabdeh arasında 15 noyabr 2012-ci il tarixli müqavilə bağlansa da, müqavilənin predmet i olan “DODGE CHARGER” markalı ** CS *** dövlət nişanlı avtomobilin əslində faktiki istifadəçisi cavabdehin dostu olmuş, onun tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran fakt ları sübut etməlidir
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddia tələbinin təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317, 319.1, 319.6, 385.1, 739, 442, 445.2.1, 448.1 və 448.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişd ir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, cavabdehin iştirakını təmin etməyərək, müdafiə hüququnu təmin etmədən qanuna zidd qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə cavabdehin nə qədər ödəniş etməsi və nə qədər borcunun qalması ilə bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Nə birinci instansiya məhkəməsi nə apellyasiya məhkəməsi ekspertiza təyin etməmiş və ya məhkəmə buna cəhd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə
317. Borclu təminat vasitə si ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
24. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şə xsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vax tında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tut ma yönəldilə bilər.
31. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıq lı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal olmaqla, qətnamənin ləğvinə əsas vermir.
45. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur.
46. Kassasiya kollegiyası həmçinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasib ətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin 2(105)-577/2023 nömrəli, 12 aprel 2023cü il tarixli qətnaməsindən görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etmişdir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası mə hkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-577/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.