Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3067/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya baxışının hədləri, subyektiv hüquq, məhkəmə qərarının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1799/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 iyun 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba Rayon Aqrar İslahat Komissiyasının 10.06.1997-ci il tarixli qərarı ilə 0,08 ha torpaq sahəsi İddiaçı və X10 mülkiyyətinə verilmişdir. Quba rayonu, Birinci Nügədi kənd sakinləri X22, X13, X11, X14, torpaq satan X15, Cavabdeh və torpaq alan X4 iştirakı ilə 2003-cü ilin yanvar ayında tərtib edilmiş akta əsasən, Cavabdeh özünə məxsus (kəndin İİİ məhəllə ərazisində yerləşən) 0,08 ha (20x40 metr ölçüdə) küçə tərəfdən kubik daşla hasarlanmış, sahənin içərisində 6,4x4,4 ölçüdə yarımçıq tikili, bir otaq və bundan əlavə yarımçıq hörülmüş hamam binası olan həyətyanı torpaq sahəsini X2, satdığı torpaq sahəsinin (ata və oğlu öz razılığı ilə) əvəzində X15 və Cavabdeh X3 1800 ABŞ dollar ı pul vəsaiti almışlar. Tərəflər razılığa gəlmişlər ki, torpağı satan X15 və Cavabdeh gələcəkdə razılaşmanı pozarlarsa, X6 3600 ABŞ dolları qaytaracaqlar. Akt 2003-cü ilin yanvar ayında tərtib edilmiş, xxxxv və Cavabdeh 1800 ABŞ dollarını almaqlarını, xxxxxxxx isə 0,08 ha həyətyanı torpaq sahəsini (bundan sonra – mübahsəli torpaq sahəsi) aldığını imzaları ilə təsdiq etmişlər. X12 17 mart 2005-ci il tarixdə, X15 isə 03 iyul 2006-cı il tarixdə vəfat etmişlər. Mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 24 avqust 2012-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Sonuncu, 11 may 2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan mübahisəli torpaq sahəsini X1. Mübahisəli torpaq sahəsi X5 adına 25 iyun 2013-cü il t arixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2015-ci ilin fevral ayında İddiaçı 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən dələduzluq yolu ilə 14000 manat pula Quba rayonu, Birinci Nügədi kənd sakini xxxxxxxxxxxsatılması barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Quba Rayon Polis Şöbəsində 07 fevral 2015-ci il tarixdə izahatı alınmış Cavabdeh bildirmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün 1992-ci ildən Rusiya Federasiyasına işləməyə getsə də, evə gedib-gəlir. Atasıxxxxxxxxxxyaşadığı kənd ərazisindən onun adına 0,08 ha həyətyanı torpaq sahəsi almış və həmin torpağı qardaşının işi ilə bağlı İddiaçı əri xxxxxxxxxxxxx1800 ABŞ dollarına 2003-cü ildə satmışdır. Onlar da həmin torpaq sahəsinə dəmir darvaza qoymuş və torpaqdan istifadə etmişlər. 2006-cı ildə ata sı xxxxxxxxxxvəfat etmiş və 2012-ci ildə o, müəyyən şəxslərə pul borcu olduğuna görə Rusiya Federasiyasından evinə gəlmişdir. 16 may 2005-ci il tarixdə o, öz adına 0,08 ha həyətyanı torpaq sahəsinə aid olan JN-1250F saylı şəhadətnaməni almışdır. 2012-ci ildə onun xxxxxxxxxxadlı şəxsə pul borcu olduğu üçün xxxxxxxxx ondan şikayətçi olduğundan adına olan torpaq şəhadətnaməsini xxxxxxxvermişdir. Bunu eşidən xxxxxxxxxxonunla Sumqayıt şəhərində görüşmüş və aralarında olan söhbət zamanı xxxxx ona adında olan torpağı atasından 1800 ABŞ dollarına aldığını və həmin torpaq sahəsində darvaza qoyduğunu, ev tikmək üçün bünövrə atdığını bildirmiş və torpaq şəhadətnaməsini ona göstərmişdir. O, isə xxxxxx torpağa görə verdiyi pulu qaytaracağını bildirsə də, XXX pulu yox, torpağı istəmişdir. Lakin o, XXXni n dediyi ilə razılaşmamışdır. Bundan sonra borcları çoxaldığı üçün həmin torpağı həmkəndlisi xxxxxxxxxx göstərmiş, o, da torpağı bəyəndikdən sonra həmin torpağı 10000 ABŞ dollarına satmışdır. xxxxxxxxx pulu verdikdən sonra torpağı onun adına keçirmiş və XXXnin ev üçün atdığı bünövrəni dağıtmışdır. Daha sonra xxxxxxxxxx torpağın sənədləşməsini aparmış və mişar daşı ilə yaşayış evi tiksə də, damını vurmadığı üçün hazırda həmin evdə yaşamır. Bundan sonra İddiaçı Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmə işə baxdıqdan sonra İddiaçı iddiasını rədd edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1644/2014 nömrəli iş üzrə 16 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı X7 qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılması tələb inə dair iddiasının təmin olunmaması, torpağın mülkiyyətə verilməsinə dair 21 oktyabr 2005-ci il tarixli JN-1250F KOD 30319018 saylı şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı və xxxxxxxxxxxxxxxxverilmiş torpağın mülkiyyətinə verilməsinə dair 21 oktyabr 2005-ci il tarixli JN-1250 KOD 30319018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-616/2015 nömrəli iş üzrə 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qətnaməsi qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, torpağın mülkiyyətə verilməsinə dair 21 oktyabr 2005-ci il tarixli JN-125F KOD ********* saylı şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3600 ABŞ dolları məbləğində pulun, 15000 manat dəymiş zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X12 2003-cü ilin yanvar ayında X9 və onun oğlu Cavabdeh ilə cavabdehə məxsus mübahisəli torpaq sahəsini və üzərindəki tikililəri xxxxxxxxxxx satması barədə razılaşmışlar. Həyat yoldaşı cavabdehə 1800 ABŞ dolları məbləğində pul ödəmişdir. 2014-cü ildə aldıqları torpaq sahəsin dən başqa şəxsin istifadə etdiyini öyrənmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinin satılmasına dair əri ilə olan razılaşmanı pozaraq, torpaq sahəsini 11 may 2013-cü il tarixdə alqı-satqı müqaviləsi ilə X1. Bununla da razılaşmanın şərtlərinə cavabdeh tərəfindən riayət edilməmişdir. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehdən aldıqları torpaq sahəsində 15000 manat dəyərində tikinti işləri aparmışdır. Razılaşmanın cavabdeh tərəfindən pozulması nəticəsində ona 15000 manat məbləğində ziyan dəymişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, baş verənlər ona zərbə vurmuş, o, psixoloji sarsıntı keçirmiş, səhhəti pisləşmiş, mədəsində şiş yaranmışdır. 2014-cü ildə əməliyyat olu nmuş və əməliyyatdan sonra il yarım reabilitasiya dövrü yaşamışdır. Ona vurulan mənəvi zərbə heç bir meyarla ölçülə bilməz. Cavabdehdən 3600 ABŞ dollarından əlavə 10000 manat mənəvi zərərə görə pul tələb edir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)1284/2018 nömrəli iş üzrə 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddianın qismən təmin edilməsi, cavabdehdən 3600 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri xxxxxxxxx xxx satılması ilə bağlı öhdəlik cavabdeh tərəfindən pozulduğundan və 2003-cü ilin yanvar ayında bağlanmış razılaşmaya əsasən, cavabdeh gələcəkdə razılığı pozmuş olarsa, xxxxxxxxxxxx 3600 ABŞ dolları məbləğində pulu qaytarmağı öhdəsinə götürdüyündən, iddia tələbi 3600 ABŞ dolları pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə 10000 manat məbləğində mənəvi ziyan tələbinə münasibətdə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini nəzərə alaraq həmin hissədə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə razılaşma barədə aktı cavabdeh imzalamamış, akt onun yerinə imzalanmışdır. Həmin akt notarial qaydada təsdiq olunmamış, alqı-satqı aktında qeyd olunan məbləğin tələbi üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Mənəvi zərərə görə təzminat isə əsaslandırılmamışdır. Apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdeh göstərmişdir ki, 1700-1800 ABŞ dolları məbləğində pulu o deyil, atası almış, razılığa gəlmək üçün iddiaçıya 1800 ABŞ dolları ödəməyə hazırdır. Bundan artıq məbləğ verə bilməz. Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2620/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış və cavabdehin mübahisə predmeti olan əmlakı üçüncü şəxsə satması ilə 2003-cü il tarixli aktda nəzərdə tutulan razılaşma pozulmuşdur. Beləliklə, cavabdehin iddiaçı qarşısında 3600 ABŞ dolları məbləğində pul öhdəliyi yaranmışdır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş və birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini ağlabatan və ədalətli məbləğdə təmin etmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1510/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmiş dir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində 2003-cü il yanvar ayında tərtib edilmiş aktdakı imzanın ona məxsus olmadığını, imzanın başqa şəxs tərəfindən icra olunduğunu bildirmişdir, lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlili ilə əlaqədar heç bir araşdırma aparmamış, aktdakı imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək üçün məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən 2000 manat mənəvi ziyanın iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb maddi ziyanın ödənilməsi tələbi ilə bağlı olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi maddi ziyanla bağlı tələbin həllindən asılı olar aq tələbin mənəvi ziyanın tutulması hissəsinə hüquqi qiymət verməlidir. Məhkəmə öz mövqeyini MPM-in 97.1, 217.1, 217.3, 392.2-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişinə müvafiq olaraq məhkəmənin 08 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli 4/596 saylı rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 4-cü vərəqində olan yanvar 2003-cü il tarixli aktın aşagı tərəfində 6-cı qrafada «Cavabdeh» yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya inst ansiyası məhkəməsinin 2(105)-1799/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pulun cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Məhkəmə əldə edilmiş ekspert rəyinə istinadla qeyd etmişdir ki, cavabdehin, tərtib edilmiş aktda atasının və onun imzaları olmasına baxmayaraq, həmin akta imza atmaması və onun yerinə başqa şəxs tərəfindən imzalanması barədə dəlili əsassızdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh atasının ölümündən sonra torpağı 2013-cü il tarixdə başqa şəxsə satmaqla tərəflər arasında olan sadə yazılı alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Odur ki, birinci instansiyası məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassator göstərmişdir ki, ekspertiza rəyi ilə razı deyil. Ekspert iş üzrə düzgün, obyektiv rəy verməmişdir. O, aktdakı imzanın ona m əxsus olmadığını bildirərək iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət təqdim etmişdir, lakin məhkəmə vəsatətə öz münasibətini bildirməmişdir. Bundan başqa, alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir, alqı-satqı aktında qeyd olunan məbləğin tələbi üzrə 3 illik iddia müddəti ötürülmüşdür. O, iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir, lakin məhkəmə məsələyə öz fikrini bildirməmişdir. Məhkəmə iddiaçının hazıki iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını araşdırmamışdır. Belə ki, iddiaçı vəfat etmiş şəxsin vərəsələrindən biridir. Vərəsəlik məsələsi həll olunmadığı üçün iddiaçının mülkiyyət və ya sahiblik hüququnun olmasını sübut edən heç bir sənəd yoxdur. İddia tələbi mənəvi zərər hissəsində əsaslandırılmamışdır. Onun iddi açı qarşısında birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hərəkətinin olması öz təsdiqini tapmadığı üçün ondan mənəvi zərərə görə pul tutulması da əsassızdır. Hesab edir ki, məhkəmələr maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmayan qətnamə qəbul etmişlər. Kassasiya şikayətinin əsası kimi, MPM-in 102.2, 102.3-cü, Mülki Məcəllənin 21.2, 372.1, 372.2, 375.2, 385.1, 386.1, 442-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (m addə 217.4). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadı Məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslər in hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğu və qətnamədən yalnız cavabdeh şikayət verdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamalı idi. İddianın təmin olunmayan hissəsi isə apellyasiya baxışının predmetindən kənar olmuşdur. Qeyd olunmalıdır ki, yalnız şikayət vermiş şəxsin qətnamənin tam ləğvini tələb etməsi həmin tərəfin işdəki vəziyyətinə, şikayətin dəlillərinə, tələb predmetinin bölünən olub-olmamasına, şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməklə bağlı subyektiv hüququnun olub-olmamasına qiymət vermədən qətnamənin apellyasiya qaydasında tam yoxlanılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edildiyi kimi sadalanan halların nəzərə alınmaması bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və qətnaməni yoxlanılmayan hissədə də dəyişdirilmədən saxlamaqla prosessual hüquq normalarını n pozuntusuna yol vermişdir. Bununla yanaşı, baxılan iş üzrə iddia tələbi cavabdeh və onun 03.07.2006-cı ildə ölmüş atası ilə 17.03.2005-ci il tarixdə ölmüş X12 arasında bağlanmış sadə yazılı əqd (akt) üzrə öhdəliklərin icrası və bundan irəli gələn zərərlə bağlıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən belə bir iddianın tam və ya qismən təmin olunması üçün iddiaçının tərəfi olmadığı hüquq münasibəti üzrə belə bir tələbi verməklə bağlı subyektiv hüquqa manlik olduğu müəyyən edilməlidir. Bu baxımdan hazırkı iş üzrə ilk növbədə iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, MPM-in 4.1-ci maddəsindən irəli gələrək məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyy ən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddia çının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq s ubyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin baxılan iş üzrə məhkəmələr mübahisələndirilən hüquq münasibətinin tərəfi olmayan iddiaçının hansı subyektiv hüquqla hazrıkı iddianı qaldırması ilə bağlı ümumiyyətlə hər hansı hüquqi dəyələndirmə aparmamış, bu məsələyə qiymət verməmişlər. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Mə cəllənin alqı-satqı münasibətlərini tənzimləyən 567-ci maddəsini, zərər və öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi müddəalarını (385.1, 443.1, 448.1, 448.2-ci maddələrini) tətbiq etmişdir. Nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhk əmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlər ə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Baxılan iş üzrə mübahisəli hüquq münasibəti daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin sadə yazılı müqavilə əsasında alqı-satqısından irəli gəlir. Bu baxımdan həmin mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə ilk növbədə hüquq münasibətinin tərəfləri arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığına qiymət verməli, müqavilənin etibarlılığından və ya etibarsızlığın dan (mübahisələndirilən əqd və ya əhəmiyyətsiz əqd) irəli gələn hüquqi nəticələrə tətbiq edilməli olan hüquq normaları, o cümlədən müddətləri tənzimləyən normaları baxımından qiymət verilməlidir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün əhəmiyyyətli olan yuxarıda sadalanan hallara ümumiyyətlə qiymət verilməmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş cavabdehin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1799/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş Cavabdeh verdiyi apellyasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3067/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3067/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver