Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3068/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-165/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Seat İbiza minik” markalı, **-CE-*** qeydiyyat nişanlı, ağ rəngli, 2012-ci il buraxılışlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur.
2. Mübahisəli avtomobilə dair taksi fəaliyyəti ilə məşğul olması üçün İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə mübahisəli avtomobilə dair Cavabdeh nəqliyyat vasitəsinin idarə edilməsi üçün 3 il müddətinə etibarnamə vermişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixdə mübahisəli avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmişdir. 5. "xxxx" MMC şirkətinin servis müdiri tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktına əsasən mübahisəli avtomobilə 6845 manat miqdarında maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7845 manat borc pulun və ödənilmiş 98.45 manat dövlət rüsumunun, cəmi ümumilikdə 7943.45 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli avtomobili aralarında bağlanmış yazılı müqavilə əsasında cavabdehə xx.xx.2022-ci il tarixindən etibarən aylıq əmək haqqı 450 manat olmaqla gündəlik 60 manat plan əsasında icarəyə vermişdir. xx.xx.2022-ci il tarixində Suraxanı rayonu ərazisində cavabdeh avtomobili yol kənarında daş hasara vuraraq, qəza törətmişdir. Baş vermiş qəza nəticəsində avtomobilə ciddi ziyan dəymişdir. Lakin, cavabdeh tərəfindən avtomobil təmir olunmamış və ona heç bir ödəniş olunmamışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş yazılı iltizam əsasında qəza nəticəsində dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə öhdəlik götürərək söz verməsinə baxmayaraq, bu günə qədər heç bir ödəniş etməmişdir. Dəfələrlə ona ödəniş etməsi bildirilsə də müxtəlif bəhanələr ilə ödənişdən yayınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən mübahisəli avtomobilə 6845 manat dəyərində ziyan dəymişdir. Bundan başqa avtomobil qəzalı olduğundan bazar qiyməti 1000 manat dəyərində ucuzlaşmışdır. Bu sə bəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, o, mübahisəli avtomobili müqavilə əsasında icarəyə götürmüşdür. Bakı şəhəri, Suraxanı rayonu ərazisində o, avtomobili daş hasara vuraraq qəza törətmiş, nəticədə avtomobilə maddi ziyan dəymişdir. İddiaçının tələb etdiyi maddi ziyanın məbləği çox olmuşdur. Belə ki, qüsur aktı tərtib olunarkən qiymətlər həddən artıq çox şişirdilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
9. Lerik Rayon Məhkəməsinin 2(048)-627/2022 nömrəli iş üzrə 1 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olan 6845 manat pulun və 98.45 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı vəziyyətdə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə zərər vurması faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclası zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobil ilə qəza törətməsi nəticəsində iddiaçıya maddi zərər vurulmasını öz tələbinin əsası kimi sübut etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli avtomobil qəzaya düşdükdən sonra bazar dəyəri 1000 manat ucuzlaşmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qeyd olunan nəticəyə gələrkən iddia ərizəsinə istinad edərək, iddiaçının mülkiyyətində olan mübahisəli avtomobilinin zavod istehsalının 2021-ci il buraxılışı olmasını qeyd etmişdir. Halbuki, iddiaçıya məxsus həmin avtomobilin zavod istehsalı 2012-ci il buraxılışı olmuşdur. Məhkəmə isə avtomobilə 6845 manat məbləğdə ziyan dəyməsi nəticəsinə gələrkən dəymiş z iyanın artıq uzun müddət istismar olunmuş və amortizasiyaya məruz qalmış avtomobilə deyil, məhz 2021-ci il istehsalı olan avtomobilə dəydiyi nöqteyi nəzərdən yanaşmışdır. Məhkəmə iddianı təmin edərkən, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC şirkətinin servis müdiri tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktına istinad etmişdir. O, cavabdeh qismində məhkəmə iclasında iştirak edən zaman qüsur aktının həddən artıq şişirdilmiş qiymətlər əsasında tərtib edildiyini bildirmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Maddi imkansızlığına görə vəkil xidmətindən istifadə edə bilmədiyindən, ali təhsili, o cümlədən hüquqi savadı olmadığına görə vəsatətin şifahi deyil, yazılı formada verilməsinin vacib olduğu barədə məlumatı olmamışdır. Ona görə də məhkəm ə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə şifahi vəsatət versə də, vəsatəti müzakirə olunmamış, vəsatətin yazılı formada verilməsinin vacib olduğu ona izah edilməmişdir. Halbuki, iddiaçı tərəfindən avtomobilin təmiri üçün onun tərəfindən servis xidmətinə 6845 manat ödənilməsinin həqiqətə uyğun olmaması nəticəsinə gəlinməsi, eləcə də məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsi üçün kifayət qədər əsaslar olmuşdur. Apellyasiya şikayətinə əlavə olunmuş foto-şəkillərdən də görünmüşdür ki, avtomobilin kapotu zədələnsə də tam yararsız vəziyyətdə olmamışdır. Eləcə də sol farasından və üzlükdən başqa qüsur aktında sadalanan ehtiyat hissələri, o cümlədən, şit airbag, sükan airbag, su radiatoru tam yararsız vəziyyətdə olmamış, onları təmir edib bərpa etmək mümkün olmuşdur. Re allıqda avtomobilin hasara çırpılması nəticəsində avtomobilin qabaq sol buferi çatlamış, kapotun sol fara tərəfi əzilmiş, “udarnik”-in dəmirinin sol tərəfi əyilmiş, radiator kranı partlamış, sükanın və şitin airbag açılmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC şirkətinin servis mərkəzi qüsur aktında sadalanan ehtiyat hissələrinin dəyişdirilməsinin zərurət olduğunu qeyd etsə də, bunun vacib deyil, kommersiya (qazanc) nöqteyi nəzərindən məsləhət görmüşdür. Çünki, eyni qüsur aktında servis xidmətinin məbləği də yazılmışdır. Orada qeyd olunan armatur işi, dəmirçi işi, çilingər işi, plastmas təmiri, sükan təmiri və şit təmiri sadalanan ehtiyat hissələrinin dəyişdirilməsi üçün çəkilən xərclər deyil, həmin ehtiyat hissələrinin təmiri ilə bağlı olmuşdur. Bu isə belə nəticəyə gəlməyə ə sas vermişdir ki, qəza nəticəsində zədələnmiş ehtiyat hissələrinin sifarişçinin-mülkiyyətçinin onları təmir etdirmək və ya yenisi ilə əvəz etməsi onun öz istəyi ilə bağlı olmuşdur. Belə olduğu halda, 2012-ci il zavod buraxılışı olan avtomobilin mülkiyyətçinin həmin ehtiyat hissələrinin təmirinin deyil, yenisi ilə əvəz edilməsini şəxsi istəyi kimi qiymətləndirilməsi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Eləcə də iddiaçı tərəfindən avtomobilin zədələnmiş ehtiyat hissələrinin təmirinə çəkilən xərcin tələb edilməsi və məhkəmənin də iddianın həmin hissədə təmin etməsi qanunauyğun və ədalətli hesab edilə bilərdi. Hadisə xx.xx.2022-ci il tarixdə baş versə də, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə aralarında qarşılıqlı razılaşma olmuş və tərəfindən öhdəlik kimi “İltizam” yazılmışdır. Belə ki, a vtomobil təmiri ustaları ilə məsləhətləşdikdən sonra dəymiş ziyanın 2000 manat təşkil edə biləcəyi bildirilsə də, iddiaçı 2000 manatın az olduğunu bildirmiş, ciddi narazılıq və etiraz olmadan 3500 manat təklif etmişdir. İddiaçı ilə aralarında narazılıq olmamasından ötrü onun təklif etdiyi məbləğlə razılaşmış və bununla bağlı “İltizam” yazıb bir surətini iddiaçıya təqdim etmişdir. Həmin iltizama əsasən, dəymiş ziyanın məbləği servis xidməti ilə təxminən birlikdə 3500 manat olmasına və 2022-ci ilin iyul ayına kimi ödəyəcəyinə dair öhdəlik götürməklə, əks təqdirdə iddiaçının həmin məbləği məhkəmə qaydasında tələb edəcəyinə dair aralarında razılaşma olmuşdur. Lakin maddi sıxıntılara görə və heç yerdən hətta borc da tapa bilmədiyinə görə iddiaçı ilə razılaşdıqları 3500 manat pulu vaxtında verə bilməmişdir. Qeyd edilən məzmunda iltizam olması və iddiaçının da həmin məbləğlə razılaşması iddiaçının həm iddia ərizəsində və həm də məhkəmə iclasında verdiyi izahatında öz əksini tapmışdır. Lakin aralarında belə bir razılaşma olduğuna görə iddiaçı iltizamda qeyd edilən 3500 manatın tələbi ilə bağlı məhkəmədə iddia qaldırmalı olduğu halda o, 6845 manat dəymiş ziyan və 1000 manat isə avtomobilin qəzalı vəziyyətə düşməsindən sonra bazar qiymətinin 1000 manat ucuzlaşmasına görə 7845 manat tələbi ilə iddia qaldırmışdır. Məhkəmə isə dəymiş ziyanın məbləğinin 6845 manat olması nəticəsinə gələrək həmin məbləğdə iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməməsi, vurulmuş ziyana görə iddiaçının sığorta alıb-almaması, göstərilən servis xidmətinə görə ödəmə qəbzinin olmaması, Mülki Məcəllənin 1097.1-ci maddəsinə istinad edilməklə iddianın təmin edilməsi - ziyanın tam məbləğdə ödənilməsi birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddianı qismən təmin etmişdir.
15. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/458 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X2” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı avto-hissələrin qiymətləri nəzərə alınmaqla, mübahisəli avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5363 manat müəyyən edilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-165/2024 nömrəli mülki iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin – cavabdehdən dəymiş maddi ziyanın əvəzi olan 6845 manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilməsi, cavabdehdən dəymiş maddi ziyanın əvəzi olan 5363 manat pulun alınaraq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi ekspert rəyini sübut mənbəyi kimi qəbul edərək hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi avtomo bilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməli, maddi ziyan məbləği ekspert rəyinə əsasən 5363 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçının sığorta ödənişi alıbalmaması məsələsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması” dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının sığorta ödənişi alıb-almaması cavabdehi vurduğu zərər öhdəliyindən azad etməmişdir.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, ziyanın məbləği azaldılaraq 3500 manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
22. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş heç bir hüquqi əsası olmayan, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyəti dayandırılmış "xxxx" MMC tərəfindən verilmiş qüsur aktını və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhz həmin akta istinad etməklə verilmiş xx.xx.2024-cü il tarixli, 9/458 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini sübut kimi qiymətləndirməklə qeyd ol unan qətnaməni qəbul etmişdir. Bundan başqa, apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “**********037700 saylı məktubdan görünmüşdür ki, X1 (VÖEN: **********) fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspert rəyini düzgün tədqiq etməmiş, sübut mənbəyi kimi qəbul etməkdə haqlı olmamışdır.
23. İddiaçı tərəfindən qüsur aktı məhkəməyə təqdim edilsə də, həmin ehtiyat hissələrini alması və servis xidmətinə görə ödəməni təsdiq edən qəbz məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə iddiaçının qeyd olunan tələbini əsaslandırmaq üçün onun tərəfindən ehtiyat hissələrinin alınması və servis xidmətinə görə ödəmə qəbzini təqdim etməsini iddiaçıdan tələb etməmişdir.
24. Məhkəmə nəzərə almamışdır ki, hadisənin xx.xx.2022-ci il tarixdə baş verməsinə baxmayaraq, iddiaçı “turbo.az” saytında xx.xx.2022-ci il tarixdə elan yerləşdirərək, mübahisəli avtomobilinin ideal vəziyyətdə olması, heç bir xərc tələb etməməsini göstərmişdir. Avtomobilin təmiri üçün qeyd edilən məbləğdə xərcin tələb edilməsi onun qısa müddət ərzində ideal vəziyyətə gətirilməsi inandırıcı olmamışdır. Həm də bazar qiyməti 10000-12000 manat olan həmin avtomobilə qeyd edilən məbləğdə şəkillərdə göstərilən vəziyyətdə olması da onun təmirinə həmin xərcin tələb edilməsi həqiqətə uyğun olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi MPM-in 377-ci maddəsinin tələblərinə də əməl etməmişdir. Belə ki, təkrar ekspert izanın keçirilməsi barədə tərəfindən vəsatət verilmişdir. Lakin məhkəmə MPM-in 377-ci maddəsinin tələbini pozaraq, həmin vəsatəti müzakirə etmədən birbaşa qətnaməni elan etmişdir.
26. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1, 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 101, 103, 217, 377-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının
28. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ m ülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi n əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
39. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda d a (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
40. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya in stansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nə ticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2024-cü il tarixli 2(106)-165/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.