Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3069/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X4 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-200/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" X4 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları: 1. "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" Bank ASC tərəfindən borc alan Cavabdeh 48 ay müddətinə, illik 19% ödəmək şərtilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Cavabdeh ilə "xxxx" Bank ASC arasında “xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2015-ci il tarixdə saziş bağlanmışdır. Qeyd edilən Sazişlə "xxxx" Bank ASC və Cavabdeh kredit müqaviləsi üzrə Bank qarşısındakı xx.xx.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müd dəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015-ci il tarixinə 21 697,47 ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti xx.xx.2020-ci il tarixinədək uzaldılmışdır.
3. Saziş üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə "xxxx" Bank ASC ilə X2 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, 57,67 kv.metr yaşayış, 22,68 kv.metr yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.metr təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********23914 nömr əli ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2015-ci il tarixli, 01 nömrəli Əlavə Saziş nəzərə alınmaqla) bağlanmışdır.
4. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə görə Bank kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair sazişdən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 avqust 2017-ci il tarixli, 2(051)859/2017 nömrəli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Cavabdeh 21.697,47 ABŞ dolları məbləğində əsas, 4.657,52 ABŞ dolları məbləğində hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26.364,99 ABŞ dolları məbləğin də borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb "xxxx" Bank ASC verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş X1 mülkiyyətində olan, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 0.16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 57.67 kv.metr yaşayış, 22.68 kv.metr yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.metr təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsaitin hesabına Cavabdeh Banka olan borcunun ödənilməsi qət edilmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd olunan qətnamənin ləğv edilməsini xahiş etmiş və Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2418/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)-859/2017 nömrəli qətnaməsi dəyişdirimədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5755/18 saylı qərarı ilə "xxxx" Bank ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 15 noyabr 2017-ci il tarixli, 2(107)-2418/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Bundan sonra sözügedən məhkəmə aktı icraya yönəldilmiş və icra məmurunun 08 dekabr 2017-ci il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)859 saylı, 01 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata başlan ılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" Bank ASC (bundan sonra- iddiaçı) məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə Cavabdeh (bundan sonra- cavabdeh) iddiaçı qarşısında 14.062,28 ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4.737,18 ABŞ dolları məbləğində penya, cəmi 19.354,30 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 19 % ödəmək şərtilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, tərəflər arasında “xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2015-ci il tarixdə saziş bağlanmışdır. Qeyd edilən sazişlə tərəflər cavabdehin kredit müqaviləsi üzrə Bank qarşısındakı xx.xx.2015-ci il tarixə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə gör ə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015-ci il tarixə 21 697,47 ABŞ dolları təşkil etmişdir və kreditin qaytarılması müddəti xx.xx.2020-ci il tarixədək uzaldılmışdır. Saziş üzrə cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər cavabdeh X2 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 22 nömrəli mənzilinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli ipoteka müqaviləsi bağl anmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair sazişdən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 avqust 2017-ci il tarixli, 2(051)859/2017 nömrəli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə cavabdehdən 21.647,47 ABŞ doları məbləğində əsas, 4.657,52 ABŞ dolları məbləğində hesablanmış faiz və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26.364,99 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manata məzənnəsi ilə hesablanıb iddiaçıya verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X1 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına cavabdehin Banka olan borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək sözügedən qətnamənin ləğv edilməsini xahiş etmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(107)-2418/2017 nömrəli qətnaməs ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bank tərəfindən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Ali Məhkəmənin 07 senyabr 2018-ci il tarixli, 2(102)5755/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixədək illik 19% dərəcəsi ilə he sablanmış və ödənilməmiş 14 062,28 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka sazişin 1.8ci bəndinə əsasən, ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə penya ödəmənilməlidir. Lakin Bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixə bu məbləğ 4.737,18 ABŞ dolları təşkil etmişdir. Yuxarıda göstərilənlərdən başqa kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından, Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməm iş və nəticədə əldən çıxmış fayda qismində zərərə uğramışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2020-ci ildən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixədək faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 554,84 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin 02 oktyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2021-ci il tarixə Banka olan borcu 02 oktyabr 2020-ci il tarixə əsas borc üzrə 21.697,47 ABŞ dolları, faiz bo rcu üzrə 10.413,60 ABŞ dolları və 20 sentyabr 2021-ci il tarixə əsas borc üzrə 17.288,23 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları kimi müəyyən olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli Saziş üzrə cavabdehin 02 oktyabr 2020-ci il tarixə əsas borcu 21.697,47 ABŞ dolları, faiz borcu 10.413,60 ABŞ dolları müəyyən olunmuşdur. Kreditə ödənilən məbləğlər faiz borcundan, əldən çıxmış fayda üzrə faiz borcundan sonra əsas borcdan silinməklə cavabdehin xx.xx.2021-ci il tarixədək Banka olan əsas, faiz və illik 5%-lə hesablanan əldən çıxmış fayda borcu 17.009,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 17.009.78 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 0,00 ABŞ dolları müəyyən edilmişdir. Kreditə ödənilən məbləğlər faiz borcundan sonra əsas borcdan silinməklə cavabdehin Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları alınmaqla, cavabdehin xx.xx.2021-ci il tarixədək Banka olan əsas, faiz və illik 5%-lə hesablanan əldən çıxmış fayda borcu 17.009,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 15.961,07 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 1.048,71 ABŞ dolları kimi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqavil əsi üzrə təqdim edilmiş sənədlərə əsasən cərimə hesablanmamışdır.
12. Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-61/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların, ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb edilməsi Mülki Məcəllənin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borcunu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcu d olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri də başa çatmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas vermişdir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir.
16. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 399.3, 560.1, 560.2-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsinin Plenmunun “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin “cavabdehin borcu ödədiyi vaxtdan cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyi əsassız olmuşdur. Belə ki, işə məhkəmə iclasında baxılarkən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)859/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan xx.xx.2014-cü il tarixli, **********23914 nömrəli kredit müqaviləsi üzrə 21.697,47 ABŞ dolları məbləğində əsas borcdan, 4.657,52 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 10 ABŞ dolları məbləğində peniyadan ibarət olan cəmi 26.364,99 ABŞ dolları məbləğində borcun ödənilməsi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlməmişdir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixədək hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kredit müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kredit müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixədək hesablanmış əldən çıxmış faydanın və xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın cavabdehdən tutulması ilə bağlı olmuşdur. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verməmişdir. Buna da uyğun olaraq iddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ olmuşdur. Qeyd olunanlara əsasən hesab etmişdir ki, onların yalnız Bankın tələb etdiyi 4.737,18 ABŞ dolları məbləğində penya maliyyə sanksiyası kimi qiymətləndirilə bilərdi. Əgər, birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərdisə, onu Mülki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq azaltmaq səlahiyyətinə malik idi. Buradan da görünür ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini pozaraq Bankın penya barədə tələbini ümumiyyətlə təmin etməmişdir. İş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, qətnamədə ekspertizanın keçirilməsi və ekspertin rəyin barədə heç bir məlumat qeyd edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4350 nömrəli ekspert rəyi ilə bağlı yazılı etiraz verilsə də, məhkəmə Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini rədd etmiş və vəsatəti rədd edərkən MPM-in 102.3-cü maddəsinin də tələblərini pozmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Çünki, Bank tərəfindən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub Bankın hazırkı tələbi üzrə iş aiddiyəti olmadığı üçün cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edən sübut hesab oluna bilməzdi. Qeyd edilən məktub Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-859/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair saziş üzrə cəmi 26.364,99 ABŞ dolları məbləğində borcun cavabdeh tərəfindən ödənildiyini göstərmişdir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilərdi. Başqa sözlə, müvafiq məktub cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə 21.697,47 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2017-ci il tarixinədək illik 19% dərəcəsi ilə hesablanmış 4.657,52 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun, 10 ABŞ dolları məbləğində penyanın ödənildiyini təsdiq edir. Bankın hazırkı tələbi isə həmin tarixdən kredit müddətinin bitdiyi xx.xx.2020-ci il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14.06 2,28 ABŞ dolları məbləğində adi faizlərin, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin, xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4.737,18 ABŞ dolları məbləğində penyanın cavabdehdən tutulması ilə bağlıdır.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-9/1032/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin Banka olan borcu xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 32.111,07 ABŞ dolları, əsas borc üzrə 2 1.697,47 ABŞ dolları, faiz borcu üzrə 10.413,60 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (iddia tarixinə)17.009,78 ABŞ dolları, əsas borc üzrə 15.961,07 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, faiz ( illik 5%-lə hesablanmaqla) 1.048,71 ABŞ dolları olmuşdur.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-200/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: M.Əsədli (sədrlik edən, məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(051)-61/2023 saylı qətnaməsi qisməniddianın təmin edilməyən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dollarına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddi a həmin hissədə təmin edilərək, cavabdehdən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı xx.xx.2020-ci ildən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dollarına aid hissədə təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bankın kredit müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2020-ci il tarixədək hesablanmış 4.737,18 ABŞ dolları məbləğ ində penyanı tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etməmiş və iddianın xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4.737,18 ABŞ dolları məbləğində penyanın tutulması hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilərdi.
23. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********23914 saylı kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonra ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4.73 7,18 ABŞ dolları təşkil edən cərimə faizlərini tələb etmişdir ki, bunda da haqlı deyildir. Belə ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə 10 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulması qət edilmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyinin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılmasına dair mövqeyi əsassız olmuşdur. Bu da Mülki Məcəlləsinin 449.4-cü maddəsində öz təsdiqini tapmışdır.
25. Məhkəmə kollegiyası kredit müqavilənin 5.2-ci bəndində göstərilənlərinə əsasən qeyd etmişdir ki, apellyasiya şikayətinin kredit müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olmasına dair dəlili ilə qismən razılaşaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini diqqətə almayaraq, “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarını səhv təfsir edərək cavabdehin Banka heç bir borcunun olmaması nəticəsinə gəlmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)/859/2017 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2014-cü il tarixli, **********23914 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir. İddiaçı hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfind ən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 316-16/2-9/1032/2024 nömrəli ekspert rəyinə əsasən, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. İddiaçı tərəf tələbində xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzini tələb etmişdir.
28. Məhkəmə koll egiyası qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında xx.xx.2020ci ildən xx.xx.2021-ci il tarixədək Banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-9/1032/2024 nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş məbləğ əsas götürülməlidir.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 21.2, 385.1, 386.1, 421.2, 421.3, 442, 443, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 739.1, 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinın ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü ill tarixli qərarına, habelə kredit müqaviləsinin 1.1, 2.3, 5.1-ci bəndlərinə, Sazişin 1.4, 1.5, 1.8-ci bəndlərinə əsasən, Bank xx.xx.2020-ci il tarixədək hesablanmış 14.062,28 ABŞ dolları məbləğində adi faiz borcunu, kreditləşmə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixədək hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanı və xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirmiş məbləğə hesablanmış 4.737,18 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur. Lakin, apellyasiya instansiya məkəməsi Bankın iddia tələbini adi faizlər və penyanın tutulması hissəsində rədd etməklə Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü ill tarixli qərarının tələblərini pozmuşdur. İş üzrə hətta qətnəmənin qəbul edilməsi tərəflər arasında müqavilə münasibətlərinə xitam vermədiyi halda, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönədilməsi barədə iddia qaldırmas ı müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlməsi birmənalı olaraq Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il və 29 mart 2023-cü il tarixli qərarları arasında ziddiyyət yaratmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi qətnamədə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2018-ci il tarixdə bitdiyini qeyd etmişdir, lakin iş materiallarına baxdıqda kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair xx.xx.2015-ci ildəki saziş üzrə kreditin qaytarılması müddətinin xx.xx.2020-ci il tarixədək uzadıldığını görmək olar.
32. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 399.2, 449.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.31, 423.2, 424.3 va 447-ci maddələrinin əlaqəli şəkilda şərh edilməsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçü n iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
38. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy in məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə
443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
41. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
42. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hə rəkətsizlik) üçün məsuliyyət daşıyır.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
45. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
46. Maddə 462.1. Cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. C ərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
47. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
52. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
57. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan f aktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız müba hisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
59. Kassasiya instansiyası məhkəməsi, iddianın- sözügedən kredit müqaviləsi və saziş üzrə 02 oktyabr 2020-ci ildən 20 sentyabr 2021-ci il tarixədək olan əsas borca hesablanmış illik 5% dərəcəsi ilə 554,84 ABŞ dollarının tutulmasının təmin; xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış peniyaya görə 4.737,18 ABŞ dollarının tutulmasının rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, qeyd olunan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Lakin, kassasiya instansiyası məhkəməsi, iddianın- qe yd olunan kredit müqaviləsi və saziş üzrə cavabdehdən 02 oktyabr 2020-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə hesablanmış 14.062,28 ABŞ dolları məbləğində adi faiz məbləğinin tutulmasının rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
61. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 02 iyul 2014-cü il tarixli, **********23914 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 19% ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilib. 03 noyabr 2015-ci il tarixdə tərəflər arasında sözügedən kredit müqaviləsi üzrə saziş bağlanıb və həmin sazişə görə 03 noyabr 2015-ci il tarixə əsas borcun məbləği 21.697,47 ABŞ dolları, kreditin qaytarılma müddəti isə xx.xx.2020-ci il tarixədək müəyyən edilib.
62. Həmçinin, işə əlavə edilmiş 10 aprel 2023-cü il və 11 iyul 2023-cü il tarixli ekspert rəyləri ilə müəyyən olunur ki, sözügedən kredit müqaviləsi və saziş üzrə cavabdehin 02 oktyabr 2020-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə hesablanmaqla iddiaçıya ödənilməmiş 14.062,28 ABŞ dolları məbləğində adi faiz borcu vardır.
63. Hazırda iddiaçı, həmin kredit müqaviləsi və saziş üzrə illik 19 faiz dərəcəsi ilə hesablanmaqla cavabdehin 02 oktyabr 2020-ci il tarixə 14.062,28 ABŞ dolları məbləğində ödənilməmiş adi faiz borcunun olduğunu iddia edir.
64. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən qeyd etmişdir ki, kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsinə dair məhkəmə qətnaməsi ta m şəkildə icra olunub, yəni cavabdeh kredit borcunu tam şəkildə ödəyib. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra, iddiaçının yenidən xitam olunmuş kredit müqaviləsinə istinad edərək cavabdehdən adi faiz borcunu tələb etməsi açıq-aşkar hüquqdan sui-istifadə olmaqla yolverilməzdir.
65. Əvvəla, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, qanuni qüvvəyə minmiş Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə sözügedən kredit müqaviləsi və saziş üzrə 10 yanvar 2017-ci il tarixədək hesablanmış 4.657,52 ABŞ dolları məbləğində adi faiz borcu və sair tutulub. Bankın hazırkı tələbi isə 10 yanvar 2017-ci ildən kredit müqaviləsinin müdd ətinin bitdiyi 02 oktyabr 2020-ci il tarixədək illik 19 faizlə adi faiz borcunun tutulması barədədir.
66. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri pozulub.
67. Belə ki, həmin normanın mənasına görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə isə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
68. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndində göstərilir ki, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır.
69. Eyni hüquqi mövqe “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
70. Apellyasiya instansiyası məhkəməsi, Bankın iddia tələbini adi faizin tutulması hissəsində tamamilə rədd etməklə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında ifadə olunan və məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyini, habelə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şə rtlərini pozub.
71. Digər tərəfdən, öhdəliklərin və müqavilə münasibətlərinin icrası müddətinə hüquqi qiymət verən Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müdəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, mübahisə məhkəmə qaydasında həll edildiyi halda belə, tərəfələr, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətə xitam verilməsinə səbəb olmur.
72. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulub. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha b öyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
73. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirib və belə tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasından ibarətdir.
74. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnamədə, tərəflər arasında bağlanmış 02 iyul 2014-cü il tarixli kredit müqaviləsinin müddətinin 02 iyul 2018-ci il tarixdə bitdiyini qeyd etsə də, işdən görünür ki, tərəflər arasında 03 noyabr 2015-ci il ta rixdə kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair əlavə saziş bağlanıb və həmin sazişə görə, kreditin qaytarılması müddəti 02 oktyabr 2020-ci il tarixədək uzadılıb. 75. “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
76. Sözügedən hüquqi mövqenin davamı olaraq Konstitusiya Məhkəmə sinin Plenumu “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
77. Göründüyü kimi, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında formalaşdırdığı hüquqi mövqelərə cavab vermir və apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə iddia tələbinin predmeti və əsasları üzrə lazımı araşdırma aparmayıb və nəticədə maddi hüquq normalarının tələblərini pozub.
78. Belə ki, istənilən Bankın əsas fəaliyyət məqsədi məhz ayrı-ayrı şəxslərə müvafiq faizlərlə kreditlər verməkdən ibarətdir və kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini Banka ödəmədikdə, eləcə də Bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə icraatı uzun müddət davam etdikdə, Bank həmin vəsaitləri digər şəxslərə kredit verərək gəlir götürmək imkanından məhrum olur və nəticədə Banka zərər dəyir.
79. Mülki Məcəllənin 527.1 və 528-ci maddələrində göstərilir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
80. Bu baxımdan kassasiya instansiyası məhk əməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddia olunan müddətdə cavabdehin borc məbləğinin ödənilməsini gecikdirib-gecikdirməməsi, habelə iddiaçının kredit müqaviləsinə istinad edərək həmin müddət üçün cavabdehdən illik 19 faiz tələb etməsinin onun borc məbləğinin ödənilməsini gecikdirməsi hallarına adekvat olub-olmadığını yoxlamalı və nəticəsindən asılı olaraq iddia tələbinin bu hissəsinə düzgün hüquqi qiymət verilməli, bu mümkün olmadıqda isə pul məbləğinin ödənilməsinin gecikdirildiyi iddia olunan müddət üçün illik beş faiz tutulmaqla tərəflər arasındakı hazırkı mübahisəyə aydınlıq gətirilməlidir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı "xxxx" X4 Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(107)-200/2024 saylı qətnaməsi qismən- iddianın 02 oktyabr 2020-ci il tarixədək hesablanmış adi faiz borcu tələbinin rədd olunması hissəsində ləğv edilsin, həmin hissədə mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.